- Bəs nə etdilər?
- Bu bazardakılar gəlib üstümüzə ki, sizə nə düşüb, bizim dərdimizə qalırsınız. Rüsumu artırıblar, 100 dollardan 200 dollara qaldırıblar, əcəb eləyiblər. Sizin cibinizi kəsib verəcəyik. Tutaq ki, kimsə sınıb-əyilib,
sürünə-sürünə yaşamaq istəyir, sizdən icazə almalıdır? Biz alıcılarla, yəni sizin kimi yetim–yesirlərlə danışanda qəhrəmanıq. Bazarkomun yanında bizim adımız başqadır: “Şmotka flankəs”, “Şap-şapı” və sair. Tutaq ki, bu işlərdən 5 səhifə yazdın. Onların pul saymaqdan, bazlıqdan, kef–damaqdan başları ayılır ki, sən yazanları oxusunlar? İstəsələr, 100 faiz artırtdıqları rüsumumuzu 5 faiz azaldarlar, cumarıq üstünə, 10 faiz azaltsa, lap üzünə durarıq. Tembole, “şapka”-sın verəndən sonra başçımız da bazarkomun arxasındadır.
- Bəs sən nə etdin?
- Lap quruyub qaldım. Təzə əkilən palmalar kimi qulaqlarımı sallayıb, baxdım onların boy-buxununa. İstədim ...
- Qıza, palma dedin, yadıma meymun düşdü. Rayonda bu qədər palma əkiblər, deyirlər, bir o qədər də, meymun gətirəcəklər.
-Birincisi, özümüzdə meymuna nə gəlib? Haqların ver, meymundan betər oyun çıxartsınlar. Amma bu palma məsələsini düz elədilər. İndi təmiz Afrikaya oxşayırıq. Onu əkdirən oğlan bizə qandırmaq istəyir ki, bu düşüncə ilə Avropada yaşasanız da, elə afrikalı kimi bir şeysiniz.
- Deyirəm, etiraf eləmək də çox yaxşı şeydir. Əvvələr təzə başçımızı çox tənqid edirdim. İndi görürem ki, zirək oğlandır. Elə götürək taxta–şalban bazarı ilə bağlı əməliyyatı. Əvvəlki başçılar nə edirdi? Hər taxta şirkətindən payını almaq üçün min oyun düzəldirdi. Birinin boynuna 5-10 kub taxta qoydururdu, o birisinin ayına 500-1000 dollar və sair. Bu ”şapkaları “ı yığana kimi də min cür rüsvayçılıq olurdu . Nə bilim , aylığı verməyənləri gah polislə, gah vergi ilə qorxudur, gah da başqa cür şərləyirlərdilər. İndi yeni rəhbərliyimizin müdrik siyasəti nəticəsində taxta–şalban bazarının haqq-hesabı bir nöqtədən gələcək. Yəni hamısını zorla qanuni obyektlərindən qovub yığıblar bir “toçka”ya. Yeri də özlərinə düzəltdirirlər, vergini də özlərinə ödətdirirlər, mülkiyyət də sənin olmur, ancaq ayda 1000-1500 dollar yer haqqı verirsən. Görüsən, nə ağıllı siyasət yeridirlər? İndi kim taxta almaq istəsə, gedəcək “taxta kolxozu”na.
- Deyirlər ki, telefon pulunu da artırırlar.
- Bu söhbəti saxlayaq gələn dəfəyə.
Zahir Əmənov