
215 mindən artıq əhalisi olan Masallı əhalisinin sayına gör ölkənin ən böyük rayonlarından biri sayılır. Son vaxtlar Masallıda ürəkaçan işlər də, ürəkbulandıran işlər də az olmayıb. Son vaxtlar isə rayon mərkəzinə kanalizasiya və su xətti çəkilməsi ilə bağlı aparılan qazıntı işlərindən sonra küçələrin olduqca bərbad vəziyyətə düşməsi insanlarda haqlı narazılıqlar yaradıb. Masallı icra hakimiyyətinin rəsmisi Nəsir Muxtarlı bu ilin aprel ayından şəhər mərkəzindəki küçələrin asfaltlanacağını bildirib. Bəs Masallıda yaxın vaxtlarda daha hansı yeniliklər olacaq, bu yeniliklər yeni iş

“Sənaye məhəlləsi” nə deməkdir?
Bu layihə Masallıda nə vaxt reallaşacaq?
Mətbuatdan bəlli olduğu kimi Masallıda “Sənaye məhəlləsi” inşa ediləcək. Bu layihə nə vaxt reallaşacaq, layihənin əsas mahiyyəti nədən ibarətdir?


Nəsir Muxtarlı daha sonra Masallıda artıq inşası yekunlaşmaqda olan “ASAN Həyat” kompleksinin və istifadəyə hazır olan digər tikililırin detalları

- “ASAN Həyat”ın baş ofisi

- Restoran-kafe
- Kino-teatr
- Geniş əyləncə mərkəzi
- Kitabxana
- Azər-Türk Bankı
- Mağazalar
- Uşaq əyləncə mərkəzi
- Hər cür xidmət obyektləri
- Burada 80 nəfəri könüllülər olmaq 280 nəfərə yaxın şəxs çalışacaq.
Bakı-Astara magistralının yeni çəkilən yolunun şəhərə çıxışı bu istiqamətdən olacaq.

Binanın açılışı bu ilin may-iyun aylarına gözlənilir.
Daha hansı obyektlər istifadəyə hazırdır?-
- Masallı Tatix-Diyarşünaslıq Muzeyi;
- Masallı Uşaq İncəsənət Mərkəzi;
- Şatıroba,Dəlləkoba, Çayqiraq və Zuvandlı kəndlərində əsas məktəblərinin binası;

- Masallı 2 saylı Uşaq Bağçasının və İsgəndirlidə yeni inşa edilmiş uşaq bağçasının binaları;
- Su- kanalizasiya xətti;
- Bayraq meydanı;
- Viləş park-bulvar kompleksi ilkin işləri;

Bu ilin aprel ayından isə Masallı şəhərinin mərkəzinə asfalt döşənməyə başlayacaq.