“Sönmüş insanlar”. Bu ifadəni eşidəndə, görəsən, öncə xəyalınıza gələn kimlər oldu? Sizi bilmirəm, amma şəxsən mənimlə söhbətdə onlarla insan özü etiraf edib ki, mən artıq sönmüşəm.
Kimdir bu adamlar? İçərisində şairi də var, müəllimi də, həkimi də. Bunlar ən çox taleyi ilə barışan, hər şeydən əlini üzən, əvvəlki şuxluğunu, həyat eşqini itirən insanlardır.
Bu sönmüş insanlarla hara, yaxud hara qədər getmək olar? İçində həyat eşqi sönənlər, istedadına meydan tapmayanlar, sabaha bədgüman, xoşbəxtliyini ancaq falçılarda, caduxanalarda, pirlərdə, çayxanalarda axtaranlar... böyük amallar uğrunda necə mübarizə apara bilər?
Bunların içindəki işıq niyə söndü ki? Bu gücsüzlükdən idi, ya inamsızlıqdan? Yəqin ki, hər ikisindən...
Hər ölkənin nöqsanı da var, problemləri də. Lakin insanlar həmin məkanlarda görürlər ki, zaman-zaman bu nöqsanlar aradan qaldırılır. Bəs bizdə? Sanki insanların taleyini yaxşılaşdırmağa cavabdeh olanlar gecə-gündüz fikirləşir ki, necə edək, xalqdan daha çox qopardaq, onu daha çox yükləyək. İcra başçılarından tutmuş adi məmurlaradək bir çoxları arabir aktyorluq edib yaxşı adam, xeyirxah insan kimi görüntü yaratmaq istəyirlər. O vaxta kimi ki, onların puluna, qazanclarına toxunursan. Az qala, canavara dönürlər. Qırmızı-qırmızı elə namərdliklər edirlər ki, adam insanlığa nifrət edir.
“Qara qutu” ifadəsi də çoxlarına bəllidir. Bu qutunun rəngi qara olmasa da, təyyarə qəzalarında ölümün son anlarının soraqçısı olduğu üçün “Qara qutu” adlanır. Bu qutular təyyarələrdə olur, qəzadan sonra açıb baxırlar ki, son anda pilotlar nə deyib. Hələ ki, son vaxtlar açılan qara qutularda hansısa mətləbi aydanlaşdıran nəsə abırlı bir şey tapılmayıb.
Hər birimizin içində də bir “qara qutu” var. Bəzisi buna vəsiyyət deyir. Bu qara qutularda daxili etiraflar, heç kimə deyə bilmədiyimiz yazıqlıqlar, sınmalar var. Bəzən heç bu da olmur. İçimizdəki “qara qutu” aşkarlananda görürük ki, heç kimin görmədiyi içimizdə belə cüzi də olsa, cəsarət nişanəsi yoxdur. Həyat eşqi sönmüş inşalar isə günəşsiz, susuz səhralara bənzəyirlər.
Bir yerdə ki pul rəhbərliyin mənəviyyatından irəlidə gedir, minlərlə insan savadsızlığına, cəsarətsizliyinə bəhanələr axtarır, şərəfsizlər şərəfi ilə öyünənlərlə bir süfrədə çörək kəsir... “qara qutu”ya nələri deyəcəkdik ki?
Ən böyük günah nədir? Bu yaxınlarda oxuduğum Xalid Hüseynin (əfqan əsilli Amerika yazıçısı)“Çərpələng uçuranlar” romanında oğlunun verdiyi bu suala maraqlı cavabı var. Deyir ki, ən böyük günah oğurluqdur. Onun anlatmaq istədiyi oğurluq isə bizim düşündüyümüzdən çox fərqlidir. Bu oğurluq təkcə qab-qacaq, paltar, qızıl-gümüş oğurluğu deyil. O bildirir ki, kimsə kimi öldürürsə, bir ailənin sevincini oğurlayır. O anlamdan yanaşsaq, əgər icra başçısı, nazir açıq-aydın yalanlar deyirsə, öz təlxəklərini qorumaq üçün min oyundan çıxırsa, bu insanlar xalqın inamını oğurlayır. Əgər məhkəmə hakimi istirahətə getmək üçün hətta insanların namusu ilə oynamaq kimi şərəfsiz yol tutub, sonra rayon rəhbəri ilə bir süfrədə əyləşirsə, belələri xalqın şərəf, alicənablıq qürurunu oğurlayır.
Biz mədəsi xəstə olanın qulağını müalicə edən həkimə bənzəyirik. Şəhərin mərkəzindəki bağa 3-4 normal oturacaq qoya bilməyən, bir çalanı doldura bilməyən rəhbərlik birinin əvəzinə 2 estrada səhnəsi tikir (Masallı parkında və Nizami meydanında). Amma aylarla bu estrada səhnələrində bircə tədbir də olmur.
Hələ 20 il öncə bu rayonda insanların ruhunu qanadlandırmaq üçün bir-birindən maraqlı tədbirlər keçirilərdi – Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Alim Qasımov, Aygün Kazımova, Sabir Mirzəyev və digərləri ilə unudulmaz görüşlər. Hələ onlarla məktəbdə təşkil olunmuş və rayonda çıxışlarına şərait yaradılan şən və hazırcavablar klubları. 2 il öncə keçirilən Folklor festivalları nəzərə alınmasa mədəniyyət ocaqları yasxanaya bənzəyir. Az da olsa, sönmüş insanların niyə çox olduğunu təsəvvür etdinizmi.
Sərraf