Yaxud bu günün “ölüləri” barədə nə bilirik?
İndi İqtidar öz əzizlərini "bandotdellə" tərbiyələndirir, müxalifət də, bir-birini elə sökür ki, daha əks tərəfə ehtiyac qalmır.
“Qaşınmayan yerdən qan çıxartma”. Bu məsəl çoxlarına aydındır. Lakin indi elə zamana gəlib çatmışıq ki, qan çıxartmaq üçün haranısa heç qaşımaq da lazım deyil. Çünki saxtakarlıqlar, özbaşınalıqlar o qədər üzdədir ki, heç “qaşımamış” da çox yerdən “qan” çıxır.
Yazıya yol polisləri ilə bağlı kiçik bir əhvalatla ayaq vermək istəyirəm. Deməli, bir yol polisindən soruşurlar ki, niyə hər yerdə adınız rüşvətxor kimi çəkilir. O da cavab verir ki, başqaları kabinetdə, evdə, dükanda rüşvət alır, saxta sənədlərlə milyonlar qatlayır, biz bədbəxtlər isə məcburuq ki, yolun ortasında alaq, bunu da hamı görür.
Biz jurnalistlərin də işi bir az onlara bənzəyir. Çoxları küncdə-bucaqda, ən uzağı sosial şəbəkələrdə nə isə qırıldadır – hansı ki, bunun elə də cəzası yoxdur. Biz isə , necə deyərlər, Əli meydanında, qəzet səhifəsində, adlı-ünvanlı yazırıq, sonra da cəzasını türmələrdə çəkirik.
Çoxumuz sovet köynəyindən çıxmış, eləcə də hər tərəfdə iyrəncliyin, saxtakarlığın, rüşvətxorluğun, satqınlığın... meydan suladığı cəmiyyətdə böyümüş və orada yaşayırıq. İndi elə zamandır ki, hamının hamını günahlandırmağa N qədər bəhanəsi var. Əvvəllər iqtidar müxalifəti, onlar da iqtidarı qamçılayırdı. İndi iqtidar öz əzizlərini “bandotdellə” tərbiyələndirir, müxalifət də, maşallah bir-birini elə sökür ki, daha əks tərəfə ehtiyac qalmır. Qəhrəman və uca xalqımız da tamaşada yatan insan kimi yuxulu-yuxulu bu halı seyr edir.
Bizə kimlər cəsarət dərsi keçir?
Hansı filosofunsa sözüdür – deyir ki, biz öz qəhrəmanımızı istismar edirik. Elə ki, biri irəli çıxdı, az qala onun “qanını sorana” kimi didirik. Bir region jurnalisti kimi özümüzdən başlayaq. Hər rayonda onlarla jurnalist, yüzlərlə, bəli, yüzlərlə Yurnalistlər və Yazıçılar birliklərinin üzvü, “Tərəqqi” medallı, əməkdar və sair titullu jurnalist (hələ konfet kağızından da bol Qızıl qələm mükafatçılarını demirəm) var. Biri bunlardan soruşmur ki, niyə həqiqəti yazmırsan, məqalələrində jurnalist peşəkarlığı göstərmirsən? Hamı yapışıb bizim yaxamızdan. (Bir lətifədə deyilmişkən, bizdən başqa “qoyun” yoxdur?). Adını da qoyurlar ki, filan vaxtı çox radikal yazırdın, indi niyə yazmırsan? Biri demir ki, qəzeti hansı pulla çap edirsən (qəzetin hər sayı ən azı 200-300 manata başa gəlir), bu qədər yazını təkbaşına necə hazırlayırsan, otağını süpürənə pulu haradan verirsən, digər rabitə, kommunal xərclərini necə ödəyirsən? Və sair. Ancaq bir söz bilirlər: “Mən fısıldıya-fısıldaya sobanın qırağında oturum, tum çırtlayım, saatlarla domino vurum, həbsdə yatan onlarla jurnalistə hüquq müdafiəçisinə hay verməyim, ancaq sən yaz”. Həm də maraqlıdır ki, nə aşağıdakılar - ərazi nümayəndələri, məktəb direktorları..., nə də yuxarılar – nazirlər, baş nazir, prezident bunları narahat etmir – ancaq bunlar mürgüləsin, sən də icra başçısından döşəyəsən.
Biri var, oturub Rusiyada, Feyzbookda atasının adını, yaşadığı kəndin adını yazmağa, hətta şəklini profilinə yerləşdirməyə qorxur, amma daim bizə cəsarət dərsi keçir, icra başçısından niyə yazmırsan, filanı-behmeni niyə işıqlandırmırsan? Yazırıq ki, ali təhsilli adamsan, sən yaz, imzanı qoy, çap etməsək, o vaxt inci. Səsi çıxmır.
Bu günün ölüləri
Günahlar ancaq məmurlardadırmı? Yazdıq ki, ölkədə hərbiyə yararsızların faizi 21, Masallıda 35-dir. Bilirsiniz, bu, neçə gənc deməkdir? Ən azı 300-400. Görəsən, kim narahat oldu? Sadəcə biz komissarlıqla düşmən olduq. Heç çoxları dillənməzlər də. Çünki o saxta bilet alanlar kimdir ki? Birinin oğlu, birinin qardaşı, birinin əmisi, xalası oğlu... Bu boyda saxtakarlığı edir, sonra bizə deyir tənqid yaz.
Rayonda yüzlərlə insan saxta yolla pensiya, ünvanlı yardım alır. Hətta illərlə pensiya alıb, lakin özünün xəbəri olmayanlar da var. Belələrindən hansınız şikayət edir? Evdə otura-otura hökumətin havayı pulunu yeyir. Bu işi düzüb qoşan dəllallarla cici-bacılıq edir. Amma bizi görəndə deyir, ondan niyə yazmırsan? İcra başçısı ilə, məmurlarla görüşlərə gedir, onların şərəfinə iyrənc təriflər deyir, zaldan çıxan kimi, bizə üz tutub, ondan niyə yazmırsan? – deyirlər.
Xaricdən 5-10 manat qrant alanda, hərə bir tərəfdən umub-küsürdü. İndi 2 ildir ki, nə qrant var, nə reklam, nə satış. Kimsə demir ki, bəlkə, sənə kömək lazımdır?
Cavanlıqda, ən azı 40-50 yaşımda məndən nələri tələb edirdilərsə, indi - 63 yaşımda da onları məndən umurlar. Baxan yoxdur, bu insanın səhhətində hansı problemlər var, hansı qayğıları var və sair. Hamı deyir, yaz, tənqid yaz, başçını, rəisi, prokuroru yıx, sürü.
Biz qəzetçiyik, ya kamikadze?
Mən heç bir siyasi partiyanın üzü, yaxud təmsilçisi deyiləm. Qondarma ziyalı cəmiyyətləri ilə də bağlılığım yoxdur. Bir məktəb müəllimiyəm, arabir də qəzet buraxıram, ixtisasca jurnalistəm, KİV nümayəndəsiyəm. Bəs KİV nədir? Kütləvi İnformasiya Vasitəsi. Yəni bizim işimiz informasiya verməkdir – düzü düz, əyrini əyri. Biz media əhliyik. Media nədir? Yuxarının sözünü aşağıya, aşağının sözünü yuxarıya çatdıran ortaq meydanın xəbərçiləri.
Başa düşürəm, bir sıra insanlar çox acınacaqlı halda yaşayır, hər addımda saxtalıqla, rüşvətxorluqla, şərləmələrlə, ədalətsizliklə üzləşirlər. Lenin demişkən, bəs nə etməli, nədən başlamalı? Biz demirik ki, bayraq götürüb çıxın küçələrə. Haçan 5-10 ağsaqqal yığışıb bir hüququ pozulan insanın müdafiəsinə qalxdı, məhkəmənin haqsız qərarına etiraz etdi (biz özümüz məhkəməyə çəkiləndə zalda oturmağa 5-10 adam tapmırdıq, hətta bəziləri mobil telefonumuza zəng açmırdı ki, sonra başağrısı olar).
Tələbə adını qazanıb tələbə olmayan və müdirini qızının touna 2000 manat salan müavin
Bu yaxında ürəkağrıdıcı bir məlumat aldıq. 400-dən artıq bal toplayan Masallı şəhər sakini 2500 manat təhsil haqqını ödəyə bilmədiyi üçün tələbə həyatını yaşaya bilməyəcək. Onlarla hacı, xeyriyyəçi bu insana kömək əlini uzatmır. Amma təhsil şöbə müdirinin övladının toyunda qutuya 2000 manat pul salan “pedaqoqlar” var. Bu bizik - yaltaqlığın super zirvəsində covlan edənlər. (Bu olayın xırdalıqlarına qayıdacağıq)
Bir daha yazının başlığına qayıdıram – indi qaşınmamış da qanlar çıxır, hər yerdə nöqsanlar gözə girir. Yazırıq ki, təhsildə minlərlə (!!!) müəllimdən müxtəlif adlar altında pullar yığılır, birinin cınqırı çıxmır. Yazırıq, gənclərimizin az qala yarısını komissarlıqda xəstə, yerini batıran çıxardırlar, hamı susur, yazırıq, yüzlərlə insan saxta pensiya alır, yenə susuruq, məhkəmədə qanunsuz qərarlar, hökmlər baş alıb gedir, yenə susuruq.
Bacarıqlı müəllimlərimiz, həkimlərimiz var - amma əksəriyyət özü üçün. 2 il öncə Masallıda ilin ən yaxşı müəllimini seçmək istədilər - 100 məktəbdən cəmi 39 nəfər özünə güvənli çıxdı - 60 məktəbdən bir nəfər də sinəsinə döyən müəllim olmadı.
Yaxşı mütaliəçi ziyalılarımız var. Lakin onların heç biri rayonun ictimai həyatında yoxdur. Ən böyük auditoriyaları kiçik kabinetləri və çayxanalardır. Mətbuata çıxmaq istəmirlər.
Hakimiyyət aşkarlıqdan qaçır
Hakimiyyət aşkarlıqdan qaçır. Deyirlər, bir çox saytlar icra hakimiyyətlərini hədəfə götürüb. Bəs icra aparatları onların qarşısına nələrlə çıxır?
Niyə icra başçıları video-görüntülərlə yerli sakinlərə müraciət etmir, onların hesabatları canlı şəkildə yayılmır, aparıcı idarələrin saytları niyə yoxdur? 10 ildən artıqdır ki, 200 mindən artıq əhalisi olan bir rayon üçün telefon kitabçası belə yoxdur. Əvvəllər televiziyadan intiharla bağlı xəbərləri yığışdırdılar, indi oğurluq hər yeri başına götürsə də, televiziyada bu barədə daha az xəbərlər verilir.
Təkcə təhsil sahəsinin harasına baş vurursan, iylənmiş ayıya bənzəyir. Bu günlərdə gənclərlə bağlı görüş keçirilirdi. Təhsil şöbəsinin (kompüteri açıb-bağlaya bilməyən) aparıcı işçisi 9-cu sinif şagirdinə deyir ki, Əmir Teymuru niyə oxuyursan? O, bizim düşmənimiz olub. Şagird deyir ki, oxumaq hələ sevmək deyil. Mən Əmir Teymuru da, Hitleri de öyrənirəm və s. Təhsil işçisi gözünü döyür. Belələrini 1 tikə çörəyə görə işdə saxlayırsınız, cəhənnəm, heç olmasa, adam içinə göndərməyin. Amma fikiləşəndə onun təhsil şöbə müdiri də o ağıldadır, həyatdan “həzz almaqdan” başqa əlacın qalmır.
Bu yaxınlarda regionun mətbuat işçiləri ilə görüş keçirildi. 13 nəfər redaktor, icra məmuru çıxış etdi. Hamısı kağızdan oxudu, bəzisi də nıqqana-nıqqana. Bu “marallar”la hara gedirik?
Biz isə sizə meydan veririk – buyurun, sözünüzü deyin. Sən isə hər işini bizə yükləyirsən - get partizanlıq elə, kamikadzelik elə - patriot ol! Amma mənim bir manatım da çıxmasın, adım heç yerdə çəkilməsin.
Bizi qınayanlara
Bütün ölkəni gəzin, görün, bəzilərinin hələ “zəif” saydığı qəzetin 10 faizi olan bir kənd rayonunun qəzetini tapa bilərsinizmi? Gəncənin, Sumqayıtın, Şirvanın... və sair şəhər rayonlarının belə müstəqil qəzetləri varmı?
Mətbuat günündə bizi 3-4 nəfərdən başqa təbrik edən olmadı –iraq olsun, həmin vaxt mükafat alsa idik, bizi söyənlər, bizə satqın deyənlər və sair onlarla olardı.
Eh, deyiləsi o qədər söz var ki... Sözü eşidəndən, ondan ibrət götürəndən danış. Axşamüstülərin birində elə aparat ola ki, bir rayonu səmadan qeyri-adi çəkiliş edə . Ən azı 1000-2000 adam domino, nərd vurur, əlində kitab tutan isə, Aşıq Cüma demişkən, ya bir olar, ya iki.
Ona görə, Mirzə Cəlilin dili ilə desək, güləndə elə bilməyin ki, başqasına gülürsünüz, elə özünüzə gülürsünüz.
“Qaşınmamış çıxan qanlarla” sizi narahat etdiyimizə görə bizi üzürlü sayın, 21-ci əsrin “ölüləri”. Ortada 2-3 diri var. İnşallah, onları da öldürəndən sonra daha bəxtəvər yaşayacaqsızınız.
Bu günün Kefsiz İsgəndərinin dediklərini qələmə aldı; Zahir Əmənov