-Qıza, kimi dindirirsən, işsizlikdən, bekarçılıqdan danışır. Dedim, bu məsələni balaca araşdırırm. Gördüm ki, adam var, bir neçə peşəni qapazlayıb, ona görə başqalarına iş tapılmır. Elə başlayaq müsiqiçilərdən. Keçmişdə görmüşdük ki, biri mahnıya söz yazır, biri bəstələyir, o biri çalır, bu biri oxuyur. İndiki musiqiçilər isə mahnının sözlərini də özləri “yazır”, musiqisini də özləri “bəstələyir”, bu azmış kimi tamadalıq da edirlər. Az qalır toyda, şənlikdə xörəyi də özləri bişirsin, özləri paylasın.
-Elə ustalar da elədir. Kimi didirirsən, deyir ki, dülgərlikdən tutmuş, kafel vurmağadək, istilik sistemindən rəngzalığadək hər işi bacarıram. Buna görə də çox adama iş tapılmır. O da məcburiyyət qarşısında qalıb, .başlayır “işverənlik” eləməyə.
- Bacı qurban, bütün sahələrdə yağ-şor qatışıb bir-birinə. Heç bilmirsən kimin nədən xoşu gəlir, ya acığı. İndi bu internet çıxandan adam bəzi şeyləri muqayisə edə bilər. Çünki hər mətnin, videonun altında sayğac var, ona baxıb bilirsən ki, nəyə nə qədər adam baxıb. Məsələn, tariximizə, mədəniyyətimizə aid videoya 100-150 adam baxırsa, toyda şalvarı düşən kişinin videosuna minlərlə insan baxır. İndi beləsi üçün ha zurna çal, nə faydası olacaq?
-Amma bununla yanaşı çoxları, hətta bizi zəif yazmaqda qınayanlar belə deyir ki, qəzeti niyə uzun fasilələrlə buraxırsınız? Deyirsən, 15 il havayı qəzet oxudunuz. İndi vəziyyət çətindir. Ən azından mətbəənin pulun ödəmək lazımdır. Elə bunu deməyimizi görürük-kasıb da susur, 50-60 min manatlıq maşın surən də. Bu millət hər şeyi havayi istəyir, ona görə əli heç nəyə çatmır.
-Burada mənim yadıma Molla Nəsrəddinin eşşəyinin ölməsi düşür. Heç kim mollaya kömək etmir. Molla deyir, necə olur, arvadim öləndə hamı təklif edirdi ki, yığışıb gedək, sənə yeni arvad alaq. İndi eşşəyim ölüb, biri demir ki, yığışaq sənə təzə eşşəy alaq. Demək, arvad almaq havayı idi, hamı təşəbbüskeş olmuşdu, eşşək pulnandır, heç kimin səsi çıxmır. Yəni ki, qəzet havayı paylananda pul vermək bir yana, hərə bir mız da qoyurdular, indi pul söhbəti gələndə, hamı susur.
- Amma yenə ürəyimizlə bacarmadiq. Dedik ki, ayda, iki ayda bir dəfə olsa belə insanlara bir qəzet ehsanı verək.
Camaatımız da tənqid üşün şişir də. Gör, hardan bir nöqsan tapıb, qaşınmayan yerdən qan çıxardırsan?
- Nöqsanlar əslində hər tində, hər bucaqda tüğyan edir. Kimin əlinə fürsət düşür, az qalır sağ-solundakının qulağına kəsə. Müxalifət iqtidarı, iqtidar müxalifəti yamanlayır, müxalifət müxalifəti, sonda hər ikisi xalqı düşmən qovur. Biri deyir ki, bizim xalq demokratiyaya hazır deyil, o biri deyir, xalq elə yatıb ki, onu top da ayıltmaz. Ziyalılarımız isə ancaq vəzifələrinə, torpaqların, övladlarına... ilişəndə qəhrəman olurlar.
-Lap düz deyirsən, bacı. Bizdə ziyalı qıtlığı olsa da, birinin əvəzinə 2 ziyalı cəmiyyətimiz var-biri tərifləməkdən doymur, biri tənqid ettməkdən. Amma hər hansı sosial bəla ilə bağlı normal bir araşdırma aparan tapılmır.
- Qıza, bu araşdrımanı kim aparacaq? Hamı fır-fırıldaqla məşğuldur. Təxminən 100 il öncə, müstəqilliyimiz əldə etdiyimiz ərəfədə bu ölkədə çox olsa 100-ə yaxın ali təhsilli var idi. Hansı ki, onların hər biri intellektinə, dərin biliyinə görə bir orduya bərabər idi, xalq üçün hər cür fədakarlıq etməyə, hətta canlarda keçməyə hazır idilər və keçdilər də. İndi isə hər məktəbdə 50-100, rayon üzrə isə bir neçə min ali təhsilli var. Görəsən, onların hansı bir fədakar addıma hazırdır. Təkcə Masallıda 200-də yuxarı tarix müəllimi, bir o qədər də ədəbiyyat müəllimi var. Bir iki nəfərdən başqa onların hansınınsa tariximizi, mədəniyyətimizi araşdırdığını gördünüzmü? (Mürüvvət Abbasov istisnadir) Elə müəllim tanıyırsınızmı evində şagirdlərə pulsuz məşğələ keçsin?
- Bu yerdə bacın sənə bir nümunə desin. Deməli, jurnalist Elbəy Həsənli İsveçrə xatirələrində yazir ki, burada insanlar onlara sığınmış əcnəbilərə öz dillərini öyrətməyi çox xoşlayırlar. Bəzi müəllimlər həftədə 2-3 dəfə 20-30 kilometr yol qət edib həmin şəxslər üçün dil öyrətməyə gəlir. Bir ərəb həmin şəxsdən soruşur ki, siz bu əməlinizə görə hökumətdən nə qədər pul alırsınız? İsveçrəli deyir ki, mən bu işi könüllü edirəm. Ərəb daha sonra bildirir ki, yəqin Allah rizasına edirsiniz? İsveçreli cavabında qeyd edir ki, düzü, heç Allaha görə də etmirəm, mən ateistəm, buna sadəcə insanlıq xatirinə, xalqıma fayda vermək üçün edirəm.
- İndi bax da. Bunların hələ Allahsızı belədir, bizim isə hacılarımızın, kərbəlayımızın, oruc-namazla məşğul olanların pambıqla kəsdiyi başlardan danışsaq, bir kitab düzəltmək olar.
- İndi hansı tənqiddən danışırsan e? Elə ilk fürsətdə xalq hökumətə, hökumətxalqa atır. Mən insan tanıyıram elektrik sayğacının işinə şəkər tozu tökür ki, bura qarışqalar yığışsın, sayğac zəif fırlansın. O birisi divardan sayğaca mıx vurur ki, sayğacın “başını” xarab eləsin. Hökumət də kişi kimi onların əmək haqlarrının qulağın kəsir, ya da elə simvolik əmək haqqı verir ki, hər yerdə “haqq-ədalət” öz yerini tapır.
- Kitab-dəftər pis itib. Mən vəzifəli şəxs, lap deputat tanıyıram ki, məqamı gələndə bəziləri onların haqqında deyir, bu yazıq kimə nə pislik edib? Bəziləri elə bilir ki, pislik odur, gedib kiminsə tövləsini yandırasan, kiməsə daş atasan, obyektin alasan, daha bilmir, yaxşı, mədəni, insaflı dediyi bu şəxs imkanlarından istifadə edib elə savadsızları, saxtakarları, şərəfsizləri vəzifəyə gətirir, yaxud onların vəzifədə qalmasının müdafiəçisinə çevrilir ki, əslində mədəni şəkildə xalqın“atasını yandırır”.
- Qəribə bir müşahidə aparmışam. Biz tərəflərdə bir nəfər çox bərkdən danışan, hap-göpçu müəllim var. Adam içində fəxrlə loğvalanır ki, mənim filankəslərimin belə villaları, xarici maşınları, hətta gəmiləri var. Xəlvətdə isə ünvanl yardım idarəsindən şikayət edir ki, niyə mənə ünvanlı yardım vermirsiniz. Qəzeti sevər, ona yardım etməyi xoşlamaz, mədəniyyətdən danışar o sahəyə əl tutmaz.
- Eh, nəyi qoyub, nəyi axtarırsan? Nə qədər maskaları yırtırsan, altından daha güclü, 4-5 qatlı maskalar çıxır. Haqq-ədalət aşiqləri oğru-quldurlarla elə dostlaşıb, qardaşlaşıb ki, heç bilmirsən tülkü kimdir, aslan kim. Elə bil bizdə çoxları ancaq pul, ad-san və təltif üçün yaşayır.
- Ona görə bir filosofun sözünü heç vaxt unutma – zamanı qabaqlamaq olmaz. Bizim, qəzet haqqinda da, məmur haqqında da, müxalifət haqqında da, ziyalı haqqında da təsəvvürlərimiz çox baş-ayaqdır. Başqalarından umduğumuzun 5-10 faizini özümüzdə axtarsaq, baş daşlarına, yalançı yubileylərə çəkdiyimiz xərcin 10-da birini mədəniyyətimizə, təhsilimizə sərf etsək, bəlkə də özgə mənzərələrin şahidi olarıq.
Elcan Zahir