Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənublu gənc şair – Əyyub Məmmədov



Son vaxtlar saytımızda bir neçə şairin şeirlərin təqdim etmişik. Bəlli olub ki, oxucularımızda şeirə məhəbbət, düşündüyümüzdən də çox imiş. Elə üç gün öncə paylaşdığımız  Rəna Əlişqızının şeirlərini 1000-ə yaxın  izləyici oxudu.

 

Bu gün isə qonağımız lənkəranlı gənc şair Əyyub Məmmədovdur. 31 yaşı təzə tamam olub.

 

Şeirlərində  çox nöqsan axtarmağa tələsməyin. Əsas odur ki, olduqca səmimi yazır. Əyyub bəy haqqında qısa tərcümeyi-hal və  bir neçə şeirini təqdim edirik.

 

(Digər gənc şairlərə də yer ayırmağa hazırıq)

 

Əyyub Məmmədov 1988-ci ildə Lənkəran şəhərində anadan olub. İxtisasca texnologiyamüəllimi olsa da, 2008-ci ildən ilk peşəsiteleviziya jurnalisti olub2009-cu ildəTürkiyənin dövlət televiziyası TRT- peşəkartelexəbər reportyorluğu kurslarında iştirak edib.Televiziya sahəsində hazırladığı 1000-dən çoxreportajı efirlərdə yayımlanıb. 2012-2014-cü illərdə Azərbaycan Televiziyasının (AzTVefirində yayımlanan “Müasir AzərbaycanGənci”verilişinin cənub bölgəsi üzrə müxbirivəzifəsində çalışıb.

 Əyyub Məmmədov dövrü mətbuatda şeir məqalələri ilə  çıxış edir. Müxtəlif illərdəqələmə aldığı şeirlər ölkədə fəaliyyət göstərəninformasiya agentliklərindəədəbiyyat mədəniyyat portallarında dərc olunub.Bunlardan manera.az, gundelik.info, mustaqil.az, avanqard.net, djb.az, azyb.az, turanxeber.az, 101.az, kultur.az, edebiyyat-az.com, kulis.az, yashilchay.az, astarainfo.az,  yazyarat.comarasinfo.com, kayzen.az  Türkiyənin İğdır vilayətininxəbər saytı olan igdirim76.com saytınıgöstərmək olar. Onun “Azərbaycanın cənubrayonu Lənkəran inkişaf mərhələsində” adlıməqaləsi İndoneziyanın nüfuzlu“Medan” qəzetində dərc olunub. Əyyub Məmmədovhazırda “Cənub ARB” televiziyasında başkoordinatorteleaparıcıjurnalist vəzifələrindəçalşır.

 

 

 

Alov kimi

Bu bahar da payız kimi,
Sarıqırmızı keçdi..
Yaşıllığı görmədim
Ya da gördüm, hiss etmədim.

Çoxdandı fəsilləri,
Yaman qarışdırmışam
Bircə sən qarışmırsan.
Beynimə qoyduğum kimi,

Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı
Bütün cismim üşüdü.

Təkcə başımdan başqa
Orda elə qalmısan,
İsti daş kömür kimi
Məni yaman qızdırır,
Xəyalın alov kimi...

 

 

Gecikirsən, ay ürək

Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən, ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən, bir az tələs,  ay ürək.

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini, ay ürək.

Hiss edirəmiçində bir boşluq var
Vaxt ötsə də, dola bilmir bu ürək.
Çox sakitsən, bilirəm ki, sözün var
Töküb, boşalt öz içini, ay ürək.

Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən, üsyan elə,  ay ürək.

Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən, aman yoxdur,  ay ürək.

 

 

Yarımçıq sevgilər

Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun.
Ayrılıb yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun.

Bir ürək nə qədər sevgi daşıyar?
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil, kim gəldi tuta,
Axırda cırılıb, partlayıb daşa

Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub, tərk etdi məni
De mən qəlbimi açıq qoymuşam,
Hər gələn atını oynadıb getdi.

Bir gün geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb, yandırar səni.

 

 

 

Dəniz boyda sevgim...

 

Gəlmişəm yenə də dəniz seyrinə,
Qəmli fikirlərlə həsrət ötürüm.
Baxıram dənizin ucqar yerinə
Deyirəm təəssüf mənim sevgimə.

 

 

Bir vaxtlar dənizi birlikdə sevdik
Gəlib kənarında, qışı yay etdik.
İndi bu yerlərə yalnız gəlirəm
Çılğın dalğalarla köks ötürürəm.

 

Gələrdik dənizə görüşmək üçün
Qol-boyun olub, sarılmaq üçün.
İndi tək-tək gedirik, düşünmək üçün
Oturub kənarda ağlamaq üçün

 

 

Dəniz boyda sevgimdeyərdin mənə
Mən də can deyib, baxardım sənə
İndi bu sularda üzün görünür,
Böyük ləpələrdə səsin duyulur.

 

 

Məzarlar da danışır…

 

 

Məzarlar da zamanla, 

Dostlaşıb tanış olur.

Bəzi daşlar orda da

Fəhləyə məmur olur.

 

 

Məzar var kibaşında 

Bir abidə ucalır.

Məzar var kibaşında,

Adi bir daş dayanır.

 

 

Məzar varil boyu 

Həmişə yada düşür. 

Məzar vartarix boyu

Heç ora yolun düşmür.

 

 

Məzar varyanı hasar

Bir qoruğa bənzəyir

Məzar varkol-kos basır,

Kim olduğu bilinmir.

 

 

Adama elə gəlir

daşlar da danışır 

Ona yaxın məzarla

Öz dərdini paylaşır.

 

 

 

Yaşım çatmadıgörəm mən sizi 

 

 

Gəzdim ölkəmi mən qarış-qarış 

Görmədim Zəngilan, Laçın, Şuşanı. 

Bir də Cəbrayılı, o Qubadlını, 

Hələ Kəlbəcərtək gözəl məkanı 

 

 

Yaşım çatmadı, görəm mən sizi 

Bir gəzib dolanam hər tərəfinizi. 

Necə qurban getdiz yağı düşmənə? 

Heç kimsə bilmədi aqibətinizi. 

 

 

Yurddan ayrı düşdüz tar-mar olduz 

Gözlərdə durub, bədgüman olduz. 

Günah kimdədirnecə oldu ki? 

Qoruya bilmədiktamam yox olduz.

 

 

Gərək deyil şuşalılaçınlı olam 

Təəssüb çəkən vətən oğluyam. 

Keçdikcə illər, hey aram-aram, 

Qorxuram sizə, heç qovuşmaram. 

 

 

Düşmən torpağımda gəzib əylənir

Badələr qaldırıb, yallı da gedir. 

De necə dözümmən bu halətə? 

Göz dağı verir mənə heyvərə. 

 

 

Düyünlər açılsınsimlər qırılsın 

ülh sazişləri bir yana qalsın

Hər gün sinəməod qoyan düşmən,

Silahın gücündən yanıb, dağılsın.

 

 

Şəhriyar

 

 

Bir dahi uyuyur qonşu torpaqda 

Adı Şəhriyardı, özü dəryadır. 

Sözü, kəlməsi dürri-yektadır 

Amalı türk olan bir bəxtiyardır.

 

 

Bir görmək istədi, öz millətini 

Çəkdi daxilində acı zilləti. 

Qəlbi bu eşqlə hey çırpınırdı, 

Gözündə qor kimi şimşək çaxırdı.

 

 

Yanıb odlanırdı, sözdə,sətirdə 

Bir xalq, dövlət, torpaq üstündə 

Vahid birliklə, ulu vəhdətlə,

Şamtək əriyirdi şeir, qəzəldə.

 

 

Azadlıq məlhəmin çəkib yaraya 

Vətən nisgilinə dərman edirdi 

O taylı-bu taylı doğma elinə, 

Ürəyi qubarlı salam deyirdi. 

 

 

Heydərbaba onsuz qalıb gileyli 

Öz elində olub indi yadelli 

Sarıbaba düşüb xeyli aralı, 

Səsi gəlmir qəlbi olub yaralı.

 

 

Neçə əsər yazılıbdır şəninə 

Mahnı qoşub, söz deyiblər şeirinə 

Adı düşmür cavan, qoca dilindən,

Öyrənirlər daim onu dərindən.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hörmətlə :   Əyyub Məmmədov – telejurnalist, şair

 

Məzarlar da danışır…

Məzarlar da zamanla,
Dostlaşıb tanış olur.
Bəzi daşlar orda da,
Fəhləyə məmur olur.

Məzar var kibaşında
Bir abidə ucalır.
Məzar var kibaşında,
Adi bir daş dayanır.

 

Məzar varil boyu
Həmişə yada düşür.
Məzar vartarix boyu,
Heç ora yolun düşmür.

 

Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.


Adama elə gəlir,
O daşlar da danışır
Ona yaxın məzarla,
Öz dərdini paylaşır.

 

 

Yaşım çatmadı, görəm mən sizi

Gəzdim ölkəmi mən qarış-qarış
Görmədim Zəngilan, Laçın, Şuşanı.
Bir də Cəbrayılı, o Qubadlını,
Hələ Kəlbəcərtək gözəl məkanı

Yaşım çatmadı, görəm mən sizi
Bir gəzib dolanam hər tərəfinizi.
Necə qurban getdiz yağı düşmənə?
Heç kimsə bilmədi aqibətinizi.

Yurddan ayrı düşdüz tar-mar olduz
Gözlərdə durub, bədgüman olduz.
Günah kimdədir, necə oldu ki?
Qoruya bilmədik, tamam yox olduz.

Gərək deyil şuşalı, laçınlı olam
Təəssüb çəkən vətən oğluyam.
Keçdikcə illər, hey aram-aram,
Qorxuram sizə, heç qovuşmaram.

Düşmən torpağımda gəzib əylənir
Badələr qaldırıb, yallı da gedir.
De necə dözüm, mən bu halətə?
Göz dağı verir mənə heyvərə.

Düyünlər açılsın, simlər qırılsın
Sülh sazişləri bir yana qalsın.
Hər gün sinəmə, od qoyan düşmən,
Silahın gücündən yanıb dağılsın.

 

 

“Şəhriyar”

 

Bir dahi uyuyur qonşu torpaqda
Adı Şəhriyardı, özü dəryadır.
Sözü, kəlməsi dürri-yektadır
Amalı türk olan bir bəxtiyardır.
 
Bir görmək istədi, öz millətini
Çəkdi daxilində acı zilləti.
Qəlbi bu eşqlə hey çırpınırdı,
Gözündə qor kimi şimşək çaxırdı.

Yanıb odlanırdı, sözdə,sətirdə
Bir xalq, dövlət, torpaq üstündə
Vahid birliklə, ulu vəhdətlə,
Şamtək əriyirdi şei, qəzəldə.
 
Azadlıq məlhəmin çəkib yaraya
Vətən nisgilinə dərman edirdi
O taylı-bu taylı doğma elinə,
Ürəyi qubarlı salam deyirdi.
 
Heydərbaba onsuz qalıb gileyli
Öz elində olub indi yadelli
Sarıbaba düşüb xeyli aralı,
Səsi gəlmir qəlbi olub yaralı.
 
Neçə əsər yazılıbdır şəninə
Mahnı qoşub, söz deyiblər şeirinə
Adı düşmür cavan, qoca dilindən,
Öyrənirlər daim onu dərindən.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10