Bizim ölkədə arzu olunmayan uşaqların bir it oğlu olmaq qədər də şansları yoxdur?
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
Oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Türkiyənin Kocaeli universitetinin “heyvan dostları” klubunun üzvləri küçədə yaralı halda tapdıqları iti klubun sahəsinə gətirir, ona “Şimşək” adı verərək, baxmağa başlayırlar. İlk gündən məlum oldu ki, Şimşəyin yaralarının çoxu ağız nahiyəsində olub. Ağzı qanayır, cızıq-cızıq olurdu. Maraqlıdır ki, 10 günlük baxımdan sonra, həkim nəzarətindən sonra da ağzının qanı kəsilmirdi. Həkimlərin suallarına tələbələrdən biri iti müşahidə edərək, cavab tapdı. Məlum oldu ki...
Tələbə görür ki, Şimşək öz köşkünə tərəf ağzında nəsə aparır. Bu hadisə dəfələrlə təkrar olunur. Tələbə yaxınlaşanda görür ki, it ağzında öz evinə bir neçə kiçik həcmli daş gətirir. Onlarla yatır, onlarla durur, hərdən onları yalayır və hətta özü yemək yeməzdən əvvəl payından daşlara atır. Bu daşları ora-bura daşıyanda isə dişləri sınır və hər dəfə ağzında qan gəlir.
Şimşək barədə yazmaq qərarına, Səhiyyə Nazirliyinin Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı yaydığı məlumatla tanış olarkən gəldim. Kimsə Allahdan yox, bəlkə də bəndələrdən qorxaraq, 1 günlük çağanı küçəyə atmaq dərəcəsinə qədər qəddar məxluq ola bilib.
Son zamanlar internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb. 2018-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 862 nəfər olub. 2016-da bu rəqəm 602, 2017-ci ildə 737 olduğu halda, 2018-də yuxarıda dediyim qədər olub. Yəqin ki, 2019-cu ilin nəticələri daha da yüksək olacaq.
Çoxunun sıradan bir xəbər kimi oxuduğu, əslində isə bir insan faciəsindən bəhs edən “küçədən uşaq tapıldı”, “körpəni zibilliyə atdılar”, “küçədən tapılan uşaq aidiyyəti qurumlara verildi” kimi məlumatlara tez-tez rast gəlirik. Həmin körpələrin sayı və taleyi yəqin ki, çoxlarınıza maraqlıdır.
Amma şəxsən mənə onların sayı maraqlı deyil, hərçənd statistikanı verdim yuxarıda. Mənə maraqlı olan onları küçəyə atan adamların gələcək taleyi, yaşayış şəraitləri və gecə gördüyü yuxulardır. Sağ insanı, öz canını və qanını necə küçəyə necə atmaq olar? Axı niyə?! O nə səbəbdir ki, Allahın yaratdığı analıq hissini belə, söndürərək, uşağınızı çölə atırsınız?!
Saytların birində oxudum ki, Bakıda atılmış körpələr 3 yaşınadək 1 saylı Körpələr Evinə verilir, 3 yaşdan sonra isə müvafiq uşaq evlərinə və internatlara yerləşdirilir. 1 saylı Uşaq Evinin baş həkimi Nəhayət Əliyeva bildirmişdi ki, il ərzində, təxminən 60-70 atılmış uşaq tapılaraq müəssisəyə gətirilir.
Uşaqların uşaq evinə düşmə səbəbi kimi - doğum evlərində imtina edilməsi, həmçinin ananın dünyasını dəyişməsi və ya ağır xəstəliyə yoluxması ucbatından, atanın övladına baxa bilməyəcəyi kimi müxtəlif amillər göstərilir. Atılmış uşaqların sayı həmişə çoxluq təşkil edib. Baş həkim deyir ki, araşdırmaya əsasən, atılmış və ya imtina olunan uşaqların çoxu təsadüfi cinsi əlaqə nəticəsində dünyaya gəlib.
Axı bir anlıq şəhvətin, yaxud zorlamanın nəticəsi kimi dünyaya öz xoşu ilə gəlməyən bir uşağı küçəyə niyə atırsız? Axı niyə?! Dövlətin uşaq evləri var: verin ora, həm vicdanınız müəyyən qədər rahat olsun, həm də el qınağından azad olun. Anonimlik qorunur axı bu müəssisələrdə.
Rusiyada aktrisa Vera Qlaqoleva 2009-cu ildə “Bir müharibə” filmini çəkir. Film alman işğalçıları ilə rus qadınların xoş və ya zor izdivacından əmələ gələn uşaqlar barədə idi. Onlara “naşı nemçiki” (bizim almancıqlar) deyirdilər. Sayları 100 mini keçən bu uşaq ordusunu heç “millətlər atası” Stalin də müharibədən sonra küçəyə atmadı. Sürgün olunan valideynlərindən belə, zorla alınan uşaqlar, uşaq evlərində böyüdü – dövlətin himayəsində. Hətta allahsız Stalin də bilirdi ki, uşaqların özlərindən asılı olmayan səbəblərə görə məhvi Allah qarşısında günahdır!
Yəni bizim ölkədə arzu olunmayan uşaqların bir İT oğlu olmaq qədər də şansları yoxdur? Adamlar, imkan verin, şans verin, istəmədiyiniz uşaqlar, heç olmasa it oğlu olsunlar. Analıq-atalıq rolunu isə siz oynamaq istəməsəniz də, buraxın, dövlət oynasın!
ayna.az

Məsələni müəlliminə anladan tələbə belə bir izah alır: Çox güman ki, bu itin bir müddət əvvəl küçükləri məhv olub, amma analıq instinkti ölməyib. Və Şimşək bu daşları körpələri bilir, ağzında daşıyır, yemləyir və yaxın gələn digər heyvanlardan müdafiə edir. Yəni bir İT körpələrinin məhvi ilə barışmır və onlara qulluq edir. Hətta onlar sağ olmayanda belə...
Şimşək barədə yazmaq qərarına, Səhiyyə Nazirliyinin Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı yaydığı məlumatla tanış olarkən gəldim. Kimsə Allahdan yox, bəlkə də bəndələrdən qorxaraq, 1 günlük çağanı küçəyə atmaq dərəcəsinə qədər qəddar məxluq ola bilib.
Son zamanlar internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı artıb. 2018-ci ildə internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 862 nəfər olub. 2016-da bu rəqəm 602, 2017-ci ildə 737 olduğu halda, 2018-də yuxarıda dediyim qədər olub. Yəqin ki, 2019-cu ilin nəticələri daha da yüksək olacaq.
Çoxunun sıradan bir xəbər kimi oxuduğu, əslində isə bir insan faciəsindən bəhs edən “küçədən uşaq tapıldı”, “körpəni zibilliyə atdılar”, “küçədən tapılan uşaq aidiyyəti qurumlara verildi” kimi məlumatlara tez-tez rast gəlirik. Həmin körpələrin sayı və taleyi yəqin ki, çoxlarınıza maraqlıdır.
Amma şəxsən mənə onların sayı maraqlı deyil, hərçənd statistikanı verdim yuxarıda. Mənə maraqlı olan onları küçəyə atan adamların gələcək taleyi, yaşayış şəraitləri və gecə gördüyü yuxulardır. Sağ insanı, öz canını və qanını necə küçəyə necə atmaq olar? Axı niyə?! O nə səbəbdir ki, Allahın yaratdığı analıq hissini belə, söndürərək, uşağınızı çölə atırsınız?!
Saytların birində oxudum ki, Bakıda atılmış körpələr 3 yaşınadək 1 saylı Körpələr Evinə verilir, 3 yaşdan sonra isə müvafiq uşaq evlərinə və internatlara yerləşdirilir. 1 saylı Uşaq Evinin baş həkimi Nəhayət Əliyeva bildirmişdi ki, il ərzində, təxminən 60-70 atılmış uşaq tapılaraq müəssisəyə gətirilir.
Uşaqların uşaq evinə düşmə səbəbi kimi - doğum evlərində imtina edilməsi, həmçinin ananın dünyasını dəyişməsi və ya ağır xəstəliyə yoluxması ucbatından, atanın övladına baxa bilməyəcəyi kimi müxtəlif amillər göstərilir. Atılmış uşaqların sayı həmişə çoxluq təşkil edib. Baş həkim deyir ki, araşdırmaya əsasən, atılmış və ya imtina olunan uşaqların çoxu təsadüfi cinsi əlaqə nəticəsində dünyaya gəlib.
Tutaq ki, yuxarıda deyilən bütün səbəbləri bir uşağın küçəyə atılması üçün bəhanə hesab etmək olar. İmtinaları yenə də, haradasa başa düşmək olar: həyat adamı çox şeyə məcbur edir. Amma təsadüfi cinsi əlaqə nəticəsində dünyaya gələn uşaqların küçəyə atılmasını başa düşə bilmirəm.