Ramil Məmmədli: “Türkiyə Suriyada daha çox əraziyə nəzarət etmək istəyir ki, bu da ABŞ-ın Yaxın Şərq planının əleyhinədir”
Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Türkiyə ilə ABŞ Suriyada atəşkəslə bağlı razılıq əldə edib. Razılaşmaya əsasən, “Sülh çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək və ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək.
Mövzu ilə bağlı sualları hərbi-siyasi icmalçı Ramil Məmmədli cavablandırıb.
- ABŞ ilə Türkiyə arasında yaşanan proseslərin gedişatı nəyə işarədir?
- ABŞ və Türkiyə münasibətləri, xüsusilə də hərbi-texniki və hərbi sənaye sahəsində olan əlaqələr 1940-ci illərin sonu - 1950-ci illərin əvvəlinə dayanır. Yəni Türkiyə ən çətin dövrlərində, Sovet Rusiyasından təhdidlər alan zamanda, ABŞ bu ölkə üçün qalxan rolunu oynayıb. Bu gün isə şərtlər dəyişib. Ərdoğan Türkiyəsi bölgədə özünü təsdiq etmək istəyir və bunun üçün hərbi-siyasi mövqelərini gücləndirmək üçün addımlar atır. Suriya ilə bağlı məsələ də bunun tərkib hissəsidir. Bu prosesdə Türkiyənin ABŞ-la maraqları toqquşur. Əsasən də kürd məsələsi ilə bağlı. Düşünürəm ki, bu narazılıqların qarşısı alınmasa, yəni Türkiyə-ABŞ münasibətləri yoluna düşməsə, qazanan tərəf Rusiya olacaq. Bu isə ilk növbədə Azərbaycan üçün müsbət hal deyil.
- Ağ Ev rəhbəri Türkiyə ilə anlaşma yolunu seçdi. Amerikalıların mövqeyi yenidən dəyişə bilərmi?
- Konkret olaraq ABŞ-ın Türkiyə siyasəti, hərbi üstünlüklə bağlı mübahisəli məsələlər problemi daha da artırır. Türkiyə Suriyada daha çox əraziyə nəzarət etmək istəyir. Bu isə ABŞ-ın Yaxın Şərq planının əleyhinədir. PKK ilə bağlı Trampın açıqlamasında isə Türkiyənin "könlünü almaq" niyyəti durur. Bu, uğursuz addımdır və naşı siyasətçi imicini qazanmış Tramp özü ilə bağlı tənqidi fikirləri daha da artırır.
- ABŞ-Türkiyə münasibətlərinin daha kəskinləşəcəyini düşünürsünüz?
- Bu vəziyyəti birmənalı olaraq Türkiyə-ABŞ münasibətləri kimi dəyərləndirmək də düzgün olmazdı. Çünki Ərdoğan Türkiyənin siyasi xəttini dəyişə biləcək və bu prosesin yüz il davam etməsini təmin edə biləcək siyasi şəxs deyil. Əgər diqqət yetirdinizsə, proseslər Trampın ABŞ Prezidenti seçilməsindən sonra daha da gərginləşdi. Birmənalı olaraq deyə bilərəm ki, bu münasibətlər daha da gərginləşə bilməz. NATO-da müttəfiq olan bu iki ölkənin ortaq maraqları çoxdur. Rusiya isə ABŞ-Türkiyə münasibtələrinin gərginləşməsi və rəsmi Ankaranın incikliyi, o cümlədən Ərdoğanın iddiası fonunda vəziyyətdən daha yaxşı bəhrələnə bilir.
- Türkiyə üçün ən optimal tərəfdaş Rusiyadır, yoxsa ABŞ?
- Əlbəttə ki, ABŞ. Çünki Rusiya ilə Türkiyə arasında hərbi-siyasi maraqlar Yaxın Şərqdə, Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropada, ən nəhayət erməni və kürd məsələlərində toqquşur və toqquşacaq. Rəsmi Ankarada Osmanlı iddiası artdıqca, bu, problem halını alacaq.
ayna.az