Məktəbin direktoru Namiq Ağayev bildirir ki, bu qrupa 9-cu sinfi bitirən, əsasən təhsilini davam etdirməyə maraqlı olmayan şagirdlər cəlb olunub. Qrup 20 nəfərdən ibarətdir. Təxminən yarısı qızlar, yarısı oğlanlardır. Deməli, bu qrupa cəlb olunan şagirdlər həftə ərzində, daha doğrusu həftənin 3 günü, 19 saat olduqca sadələşdirilmiş proqram üzrə ümumtəhsil fənlərinə yiyələnəcək. Həftənin 2 günü isə müxtəlif peşələrin sirlərini öyrənəcək.
Bu peşələr 2 yön üzrə olacaq – biri sosial, digəri kənd təsərrüfatı. Sosial yönümlü sahədə şagirdlər sürücülük, aşpazlıq, dərzilik, kənd təsərrüfatlı yönümlüdə isə bağbanlıq, əkinçilik və digər peşə vərdişlərinə yiyələnəcəklər.
Peşə Təmayülünün məzunlarına attestatla birlikdə Sertifikat da verilməsi nəzərdə tutulmuşdur. Bütün məzunlara sürücülük vəsiqəsi almağı imkanı yaradılır.
Dərs ilinin 1-ci yarısı nəzəri biliklərin öyrədilməsinə, 2-ci yarım il isə praktiki məşğələlərə həsr olunacaq.
“Bəs hansı avadanlıqlarla təmin olunmsunuz? sualına isə o belə cavab verdi:
- Bu qrupun yaradılması ilə bağlı məktəbə 10 ədəd (hər 2 uşağa 1 kompüter) Lenova markalı çox yüksək səviyyəli komputerlər (o cümlədən printer, proyektor) verilib.
- Aşpazlıq öyrənənlər üçün ən müasir avadanlıqlar - mikro dalğalı sobalardan tutmuş qab-qacağa qədər hər cür təminat var.
- Eyni təminat dərzilik peşəsinə yiyələnmək istəyənlər üçün də var. Belə ki, şəkildə gördüyünüz kimi bu sahə üçün 2 YAMATA markalı yüksək keyfiyyətli tikiş aparatları, ütü və sair köməkçi avadnlıqlar verilir.
- Bu siyahıya 2 stol və stulları da əlavə edə bilərik.
- Bəs bu peşələri uşaqlara kim öyərdəcək?
- Biz müsabiqə yolu rayonda ən yaxşı dərzisini, sürücülük müəllimini və aqranomu seçib bu qruplarda dərs deməyə cəlb edəcəyik. Qrupun ümumi rəhbəri isə məktəbimizin müəllimi, bu sahədə peşəkar kurs keçmiş Təranə Vahabov təyin olunmuşdur.
- Yeri gəlmişkən onu da qeyd edim ki, Təhsil Nazirliyi belə qrupların yaradılması ilə olduqca effektli və səmərəli addım atıb. Belə ki, digər qonşu məktəblərdən şagirdlərimiz var. Ucqar Əmirtürbə, Güllütəpə, Ərkivan qəsəbə 4 saylı və Banbaşı şagirdlər müraciətləri əsasında bu qruplara qəbul olunmuşlar. Belə qruplara maraq böyükdür. İnanıram ki, yaxın vaxtlarda belə qrupların şəbəkəsi daha da genişlənəcək.
Bəyali