Din insana nə üçün lazımdır? Bu sualın cavabı əlbəttə ki, hətta avam insanlar üçün də belə, aydındır. Ancaq bəzən bu mövzunu daha dərindən tədqiq etməyə ehtiyac yaranır.
İlk olaraq biz dinin nə olduğuna diqqət etməliyik, sonra insana diqqət etməliyik. Bu zaman bilərik ki, din insan həyatı üçün niyə zəruridir. Əgər din ilə insanı tanımasaq, bu sualı cavablandıra bilmərik.
Din ibarətdir – etiqadlar və insanın əbədi saədətinə təsir edə bilən rəftarlar məcmuəsindən. Əgər onlar olmazsa, insan bədbəxt ola bilər.
Başqa sözlə deyə bilərik ki, dinin üç bölməsi vardır: etiqad, əxlaq və əhkam.
Bu tərifə əsasən, əgər insan bu deyilənlərdən birinə etiqad bəsləməzsə, onu dindar adlandırmaq olmaz. Misal üçün, insanın əqidəsi düzgün olar, ancaq əməlində onu büruzə verməzsə, onu dindar adlandırmaq olmaz. Çünki insan elə varlıqdır ki, bir şeyə etiqad bəsləyərsə, onu əməlində də büruzə verər. “Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).
İman – yəni, etiqad. Etiqad – yəni, saleh əməl. Saleh əməl – yəni mükafatlandırılma. Bu deyilənlərin hamısı bir-biri ilə rabitədə olduğu üçün, birinin olmaması artıq insanı süqut etdirə bilər.
Ona görə də din – yəni, namaz, oruc, zəkat, sədəqə, həcc, ziyarət, əzadarlıq etmək, ağlamaq... Əgər bunlar olmazsa, insanı dindar hesab etmək olmaz. Din o şeydir ki, Quran gətirmiş və bizlərə tanıtmışdır. Dinin əsil tanıma mənbəyi – Qurandır.
Ancaq bunu da nəzərə almaq lazımdır ki, din sadəcə insanla Allahın rabitəsinə aid deyildir. Bəlkə daha geniş əhatə dairəsi vardır. Din – ictimai həyat deməkdir. Din – iqtisadi həyat deməkdir. Din – mədəniyyət deməkdir...
Beləliklə deyə bilərik ki, bu dünya – imtahan dünyasıdır. Din isə bizə bu imtahanda yardım edən güclü qüvvədir. Əgər din olmazsa, insan məğlub olar. Həm dünyasını və həm axirətini itirər. Əgər insan dində olarsa, Allah onun yardımçısı və yavəri olar.
Əgər din olarsa, insanın əbədi səadəti təmin olunar.
/Deyerler.org/