2 il öncə 9-cu sinifdə təhsil alan 1065 qızın cəmi
492 nəfəri (-573)11-ci sinfə qədər gəlib
Hansını seçməli - təhsil, iş, yaxud ərə getmək?
Erkən nikahların baş verməsində təhsil və iş sahəsindəki problemlər də az rol oynamır. Qocaman müəllim Xanım Baxışlı (Hacıtəpə kəndi) bildirir ki, kənd yerlərində qızlar 8-9-cu sinfi bitirən zaman sual qarşısında qalırlar-təhsilimi necə davam etdirim? Çünki, repetitor yanına getmədən nəinki ali, heç orta ixtisas məktəbinə daxil olmaq mümkünsüz olur. Təhsildən kənarlaşan məktəbli qızın iş məsələsi də problemdir. Çünki kənd yerlərində mövsümi təsərrüfat işlərini çıxmaq şərti ilə, iş yerləri müşkül məsələdir. Deməli, təhsil və iş şansını itirən qızın, bir şansı qalır – erkən ərə getmək. Valideynlərin də bir çoxu düşünür ki, qız uşağını nə qədər tez ərə versə, həm qız yükündən xilas olar, həm yeyənin biri azalar, həm də bəzi söz söhbətlərə şərait yaranmaz. Bu isə olduqca mənfi haldır. Əbəs deyil ki, eyni məktəbdə 9-cu sinifdə təhsil alan qızların 11-ci sinfə yarısı güclə gəlir. Məktəbə barmağında nişan üzüyü gələnlər də az deyil.
9-cu sinifdə oxuyan qızların niyə yarıdan çoxu 11-ci sinfə gəlib çıxmır?
Problem o səviyyə qalxıb ki, cənub bölgəsinin, xüsusən Masallının adı təhsildən yayınan qızların çoxluğuna görə DİM rəhbəri Məleykə Abbasovanın çıxışında ciddi tənqid hədəfinə çevrilib. O bir neçə il öncə çıxışında bildirib ki, Masallı rayonunda qızların çoxu yuxarı siniflərdə məktəbə getmir.
Bəs rəqəmlər nə deyir. Masallı Təhsil şöbəsində aldığımız məlumata görə 1-ci sinfə daxil olan qızların az qala yarıdan çoxu 11-ci sinfə gəlib çıxmır.
Təkcə Masallı rayonu üzrə bir statistikaya diqqət yetirək. 2016-2017-ci tədris ilində Masallı məktəblərindəki
Bunlar hələ rəsmi rəqəmlərdir, daha adı məktəbdə olub, məktəbə getməyən yuxarı sinif qızlarını demirik. Bunların kiçik bir qismi kollecə, peşə təhsilə almağa getsə də, rəqəm kifayət qədər böyükdür. Nəticədə, həmin təhsildən kənarda qalan yüzlərlə qızın erkən nikahın tərəfdaşı olması riski daha böyükdür.
Qeyri - rəsmi rəqəmlərdə, yəni reallıqda mənzərə bir qədər də fərqlidir. Belə ki, dini nikah, kəbin yolu ilə 18 yaşına kimi ailə quranlar, yuxarıdakı rəqəmlərdən qat-qat çoxdur. 2017-ci ildə açıqlanan rəqəmlərə görə, təkcə 1 ildə Azərbaycanda 26 mindən yuxarı nikahdan kənar uşaq doğulmuşdur ki, bunun da xeyli hissəsi 18 yaşına qədər olan gənclərin payına düşür.
Azyaşlıların qeyri-rəsmi nikahlarının statistikası tam aparılmasa da, 18 yaşdan aşağı olan ana olanların, dünyaya uşaq gətirənlərin statikası göstərir ki, bu sahədə vəziyyət xoşa gələn deyil. Bir rayonda, Masallıda statistika aşağıdakı kimi olmuşdur:
2011-ci ildə qanuna edilən dəyişikliyə görə nikaha girən oğlan və qızın yaşı 18-dən aşağı ola bilməz. Yalnız icra hakimiyyətinin razılığı ilə nikah yaşını 1 il azaltmaq olar.
Bəs, hansı gəncsə 16 və ya 17 yaşda evlənirsə, qeyri-rəsmi nikaha girirsə, onu hansı cəza gözləyir? Demək olar ki, heç bir cəza. Yalnız gəncləri kimsə bu nikaha məcbur edərsə, şikayət olarsa, bu məcburetmənin dərəcəsindən asılı olaraq həmin şəxslər 2-3 və daha ağırlaşdırıcı hallarda 4 min manat cərimə oluna və 2-4 il azadlıqdan mərhum edilə bilər. Əks təqdirdə, 16 və ya 17 tamam olan qız, ya oğlan könüllü şəkildə qeyri-rəsmi nikaha girirlərsə, onların nə özü, nə valideynləri heç bir cinayət məsuliyyəti daşımır.
16 yaş və ondan aşağı yaşda isə gənclərin nikaha girməsi, daha dəqiq desək, cinsi münasibətdə olması, seksual hərəkətlərə yol verməsi bütün hallarda cinayət məsuliyyəti yaradır. (Şikayət oldu-olmadı) Belə hallarda cinayətin dərəcəsindən asılı olaraq AC-nin 152 və 153-cüü maddələrinin müvafiq bəndləri ilə iştirakçıları 3 ildən 6 ilə kimi cəza gözləyir.
Belə hallara görə hər il ölkədə onlarla cinayət işinə baxılır. Bu sahədə rəqəmlərin əldə edilməsi problem olsa da, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə təkcə 2015-ci ildə Azərbaycanda erkən nikah hallarına görə 52 cinayət işi açılıb.. 2019-cu ilin 1-ci rübündə Masallı rayonunda azyaşlı qızla nikaha girildiyi üçün isə 2 cinayət işinə başlanılıb.
Rüşvət halları mövcuddurmu?
Rəsmi məlumat olmasa da, kütləvi şəkildə yayılan məlumatlardan, yaxud şayiələrdən məlum olur ki, sahə müvəkkilləri hansı azyaşlının toy xəbərin eşidən kimi (bəzən toydan sonra belə) bəyə, yaxud hər iki tərəfin valideynlərinə, yaxud kəbin kəsən mollaya təzyiq edir, məsələni “dədə-baba” qaydası ilə yola verirlər. Belə vəziyyət bütün tərəflərə sərf etdiyi üçün, heç kim etiraz etmir. Obyektivlik naminə onu da qeyd edək ki, son vaxtlar belə hallar xeyli azalıb.
Dindar sözü
Masallılı İmam Hacı Həmid Məmmədov bildirir ki, Dini kitablarda nikah üçün yaş həddi yoxdur. Lakin mən rəsmi nikah Şəhadətnaməsi olmayan heç kimi kəbin etmirəm. Sovet dövründə bu, qanunla rəsmiləşmişdi, indi isə tövsiyə edilir. Kəbini isə hər molla kəsə bilməz. Indi ki hər rayonda qeydiyyatdan keçmiş dini icmalar var. Yaxşı olar ki, onlar bu kəbinlərin qeydiyyatının aparılmasına ciddi nəzarət etsinlər, bu qeydlər mərkəzləşdirilmiş bir sayta yerləşdirilsin. Belə olanda xoşagəlməz hallar da aradan qalxar.
Bəs statistika nə deyir?
Bu sahədə statistika heç də hər yerdə əlçatan deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, DİN-ə, səhiyyə nazirliyinə və digər əlaqədar təşkilatlara ünvanladığımızı yazılı və elektron müraciətlər ya cavablanmadı, ya da arzu edilən məlumat dolğunluğu ilə verilmədi.
Bir çox hesabatlarda azyaşlıların nikahının gah cənubda, gah Bakı kəndlərində, gah Şəkidə, gah Gəncədə çox olduğu qeyd olunsa da, əksər yerlərdə konkret heç bir statistika yoxdur ki, bilinsin, filan rayonda, yaxud onun filan qəsəbə və kəndində filan qədər azyaşlı qeyri-rəsmi nikahla evlənib. Yalnız belələri 18 yaşdan qabaq ana olduqda, yaxud boşandıqda, digər xoşagəlməz hallar baş verəndə həmin məlumatlar aşkarlanır.
Yuxarıda qeyd etdiyimiz kimi, müvafiq nazirliklərə, komitələrə verdiyimiz sorğular da cavabsız qalır.
Məsələn, Ailə, qadın və Uşaq problemləri üzrə komitə vaxtaşırı olaraq azyaşlıların nikahı ilə bağlı tədbirlər keçirsə də, təəssüf ki, həmin tədbirlərdə sadalanan rəqəmləri sonralar onların saytlarında yaydığı məlumatlarda, hesabatlarda tapmaq olmur. Hətta bu sahə ilə məşğul olan QHT rəhbərləri belə statistik məlumatların əldə edilməsində çətinlik çəkdiklərini bildirirlər. Masallı istisna olmaqla, digər cənub rayonlarındakı icra hakimiyyətlərində də məlumat əlçatan olmadı.
Masallıda statistika
Cənub bölgəsində əhalisinə görə ən çoxsaylı rayonlardan sayılan Masallının (226 min əhali) adı erkən nikahlarla bağlı uzun müddət, həm də haqlı olaraq mənfi çalarla hallanıb. Son 5 ildə isə rayon rəhbərliyi səviyyəsində bu vəziyyətlə bağlı mümkün olan bütün maarifləndirici və mübarizə tədbirlərinə əl atılır. Ən başlıcası isə erkən nikahlarla bağlı bütün rəqəmlər cəmiyyətə açıqdır.
İcra hakimiyyətinin bizə təqdim etdiyi arayışa əsasən həmin rəqəmlərin bir qismini sizə təqdim edirik
2014-2018-ci illər ərzində Masallı rayon Prokurorluğu tərəfindən AR CM-nin 152-ci maddəsi üzrə 10 nəfərin cinayət işi araşdırılaraq məhkəməyə təqdim edilmişdir. Rayon Məhkəməsi tərəfindən onlardan 9 nəfəri barəsində məsuliyyət nəzərdə tutulmuşdur.
Masallı icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov bizimlə söhbətində bildirib ki, biz erkən nikahlarla mübarizəni ardıcıl, güzəştsiz və çox şəffaf şəkildə aparırıq. Necə deyərlər, yaranı tam açmalıyıq ki, onu düzgün müalicə edək. Rəhbərliyin ciddi təkidi ilə məqsədimiz bütün imkanlardan istifadə edib bu xoşagəlməz hala son qoymaqdır.
Dünyada azyaşlıların nikah
Azyaşlıların nikahı təkcə bir bölgənin, bir ölkənin yox, dünyanın bəlasına çevrilmişdir.
UNICEF-in hesabatına görə, "dünyada hər il yetkinlik yaşına çatmamış qızların 1/3 hissəsi ərə verilir. Onların hər 9 nəfərdən biri ərə veriləndə 15 yaşına çatmamış olur. Bu durum dəyişməzsə, hər il təqribən 14,2 milyon qızı yetkinlik yaşına çatmamış belə tale yaşaya bilər.
Dünya Bankının və ICRW-nin birgə məruzəsinə görə, erkən nikahlar inkişaf etməkdə olan ölkələrdə 2030-cu ilədək ümumi iqtisadiyyata bir neçə trilyon dollar ziyan vuracaq. On üç yaşında ərə getmiş qız 18 yaşından sonra evli olanlara nisbətən orta hesabla 26% daha çox uşaq dünyaya gətirir.
Lənkərandan sosial ekspert Afiq Məlikov bu məqamı belə izah edir:
Bəs ginekoloq bu barədə nə deyir?
Bioloji Təbabət Klinikasının ginekoloqo Ləman Əkbərov:-Qızın erkən yaşda ərə getməsi gələcəkdə böyük fəsadlara yol açır: Cinsi həyat, hamiləlik bu orqanizmlərə hədsiz dərəcədə ağır zərbədir. Yetişməmiş orqanizm hələ hamiləliyə hazır olmadığı üçün onun yetişdirdiyi övlad da mükəmməl olmur. Müxtəlif qüsurları olur. Ya döl yaxşı inkişaf etmir, ya da ana bətnində tələf olur. Ən pisi isə vaxtından əvvəl doğuş baş verir. Nəticədə, uşaq salamat qalmır".
Bu baxımdan mən tam razıyam ki, erkən nikahlar sonradan çox sayda fəsadlar gətir. Qız uşağı erkən ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra, tam formalaşanda isə onda sevgi hissi də yarana bilər. Amma bilmək olmaz ki, bu sevgi həyat yoldaşına qarşı olacaq, yoxsa hansısa ayrı adama. Bu da böyük problemlər yarada bilər.
Belə erkən analar öz uşaqlarına da laqeyd ola bilər. Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Onlar üçün orta rəng yoxdur. Həyat qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də belələrinin reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə o uşaq ona artıq kimi görünür. Sırf psixoloji cəhətdən, ailə qurmaq üçün 19-25 yaş optimal sayılır. Erkən nikaha “yox” deyək, qoy uşaqlarımız uşaq kimi böyüsün.
Rəy sorğusu nə göstərdi?
Cənub bölgəsində 100 nəfər arasında keçirilən yazılı və video sorğuda cüzi sayda insan erkən nikahaa haqq qazandırmağa çalışsa da, birmənalı şəkildə əksəriyyət erkən nikahları pislədi. O cümlədən, qanunlardakı boşluqları qeyd etdilər. Xüsusi ilə vurğulandı ki, qızların təhsil və iş məsələsi ilə bağlı daha önəmli və səmərəli addımlar atılmalıdır.
Çünki, bu halların qarşısı alınmasa, vəziyyət daha dözülməz olar, daha çox qız erkən nikahın qurbanına çevrilər.
Zahir Əmənov