Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır...”


N.Nərimanov: “Azərbaycan Respublikasının başçısı Ağamalı oğlu İmam Hüseyni qorxaq kimi xarakterizə etmişdi...”
“Yalnız  vəzifələrindən  ötrü  kommunizm  ideyasını  yaymaq  istəyənləri  cəzalandırmaq  lazım  idi...”



Yaşadığımız məhərrəmlik əyyamında Azərbaycanın və dünyanın  məşhur şəxsiyyətlərinin İmam Hüseyn(ə.s.), Aşura, Kərbəla müsibəti barədə fikirləri bir sıra oxucularımız üçün maraqlıdır. 
Azərbaycanın bolşevik Rusiyasının əsarəti altında olduğu mürəkkəb və ziddiyyətli dövrdə respublikaya rəhbərlik etmiş Nəriman Nərimanov əsasən materialist düşüncə və həyat tərzinə malik olsa da, daim Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərinə, o cümlədən İslam dininə hörmət və həssaslıqla yanaşmağa çalışıb. Bu, onun bolşevik-sovet lideri V.Stalinə  ünvanladığı “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı məşhur məktubundan da bəlli olur.
N.Nərimanov Bakıda olmadığı vaxt Azərbaycan Kommunist-Bolşevik Partiyasının rəhbərləri  Kirov və erməni Mirzoyanın göstərişi ilə müsəlmanların Aşura matəm yürüşü dağıdılmış, Balaxanıda əsgərlərlə toqquşma zamanı iranlı fəhlələr öldürülmüşdü. O, bu hadisədən hiddət və məyusluğunu gizlətməyərək sovet rəhbərinə  yazırdı:

“Hökumət  başında  oturanların  bacarıqsızlığı  üzündən  “Şaxsey-Vaxsey”  matəm  günləri zamanı qırmızı əsgərlərin güllələrindən zərər çəkmiş fars fəhlələrini də danışmağa 
qoymadılar.   Sollar sevindilər:  Nərimanov  yoxdur,  beləliklə,  bu  il  EMKA-da   (Azərbaycan Kommunist-Bolşeviklər Partiyasının Mərkəzi Komitəsi) matəm  günləri  zamanı  yürüşlərin 
qadağan edilməsi haqqında məsələ qaldırmaq olar. 

Keçən il bu məsələ EMKA-da ayırd edilmişdi. Mən qəti olaraq repressiya əleyhinə 
idim,  lakin  bununla  belə,  biz  məscidləri  gəzib  qara  camaatı  dilə  tuturduq  ki,  küçələrdə 
özlərinə işgəncə verməsinlər.  

Bir nəticəsi oldumu?  Qəti surətdə bildirirəm ki, nəticəsi oldu.  Ən  “sol”  yoldaşın,  Qarayevin  yanında,  məsciddə  çox  nüfuzlu  bir  molla  bu günlərdə  küçələrdə  özlərinə  işgəncə  verənlərin  hərəkətlərini    möhkəm  tənqid  etməyə başladı.  Lakin buna baxmayaraq bu il özlərinə işgəncə verənlər oldu. 

Nə  qədər  ki,  bu  dindar  kütlənin  inkişaf  səviyyəsini  yüksəltmək  yolu  ilə  onun  bu 
matəm  günlərinə  mömin  olan,  lakin  özünə  işgəncələrdə  iştirak  etməyənlər  hansı  ziyalı 
müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır. 

Min  illərdir  ki,   müsəlman  kütləsi  Məhəmmədin  ən sevimli nəvəsi imam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə  düşmənlərin  əlinə  keçən  Hüseyn  və  onun  ailəsinə  məhəbbət  və  rəğbət  əlaməti  olaraq,  əsl  dindar   ünsürlər  bu  və  ya  digər  yolla  bu  hadisələrə  öz  münasibətlərini  bildirirlər.


Bu, öz gücsüzlüyünü bilərək, Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızıla almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir...
Yeri gəlmişkən burada qeyd etmək lazımdır ki, müsəlman fəhlələrin iclaslarından birində Azərbaycan Respublikasının başçısı Ağamalı oğlu Hüseyni qorxaq kimi xarakterizə etmişdi ki, buna görə fəhlələr onu məzəmmət etmişdilər.

Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsl vəziyyətini bildirmir və bununla partiya üzvlərini aldadır, onları fəhlə-kəndli respublikasında qırmızı əsgər güllələrindən qanı tökülən fəhlələrə qarşı silahlandırır. Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn tabe olsun və vicdanını qızıla satsın deyə, Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi, həlak oldu... 

Ağamalıoğlu  və  Musabəyov  yoldaşların  tarixi  başa  düşməsi  nə  kimi  nəticələr 
verdi?.. 

Kirov  və  Mirzoyan  onlara  heç  kimə  qəti  surətdə  heç  bir  narahatçılıq  gətirməyən 
matəm yürüşünü bu il qadağan etmək olarmı sorğusu ilə müraciət etdikdə, onlar dedilər: 

“Olar". 

Nəticədə əsgərlər və Balaxanıdan olan fəhlələr arasında silahlı toqquşma. 
Musabəyov  həlak  olmuş  fəhlələrin  ailələrində  olmuş  və  son  dərəcə  əsəbi  fəhlə 
kütləsinin  əhatəsində  bildirmişdi:  “Buna  kim  icazə  vermişdir,  mən  təhqiqat  təyin 
edəcəyəm və müqəssirlər cəzalarına çatacaqlar...” 

Bəli,  yalnız  vəzifələrindən  ötrü  kommunizm  ideyasını  yaymaq  istəyənləri 
cəzalandırmaq  lazım  idi.  Lakin  MK-nın  birinci  qərarının  əvəzinə  yeni  qərar  çıxarmaq 
nəyə lazım idi, yəni toqquşmadan sonra yürüşə mane olmamaq. 
Ən biabırçı isə bu idi: 

Fəhlə-kəndli  respublikasında  fəhlələri  İran  şahının  nümayəndəsi,  konsul 
sakitləşdirməyə başlayıb istehza ilə fəhlələrə deyirdi: 
“Nə etmək olar? Siz, İran təbəələri, başqa dövlətdə yaşayırsınız, burada sizin dini 
mərasimlərinizin icrası qanunla qadağan edilmişdir. Mən sizdən xahiş edirəm, dağılışın”. 
Və fəhlələr dağılışdılar...

Burada  Mərkəzin  nümayəndəsi  Kirov  da  başını  itirdi.  Dinə  qarşı  materialist  kimi 
çıxış etmək bir şeydir. Bu mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə 
tətbiq etmək başqa şey...  Və o, məsul katib, Mərkəzin nümayəndəsi kimi cavab verməli olacaqdır...” 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10