ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir.
Erməni alimlər də Mikoyanın heykəlinin ucaldılmasına etiraz etdilər
Erməni alimlər Mikoyanın heykəlinin ucaldılmasına etiraz ediblər. Bir qrup tanınmış elm adamı - Baş Nazir Hovik Abrahamyan, Baş nazirin müavini Armen Gevorgyan, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bu müzakirəyə açıq bir məktub göndərmişdilər. Məktubda deyilirdi:
Hökumətin diqqətini çəkmək istəyirik. 30 aprel 2014-cü ildə Yerevan Bələdiyyə Məclisinin Anastas Mikoyanın heykəlinin ucaldılması ilə bağlı qalmaqallı qərarı bizi narahat edib. Ermənistan Respublikası Aqil İnsanlar Şurasının üzvlərinə verilən məlumatlar səhv olduğundan, bu məsələ ilə bağlı səhv qərar qəbul etdilər. Stalin rejimi illərindəki fəaliyyətinə məhəl qoymadılar və Yerevanın mərkəzində onun heykəlinin ucalılmasına icazə verdilər. Mikoyan minlərlə insanın qətliamında günahkardır. Ermənistanda, Rusiyanın İrkutsk vilayətindəki Kat qırğınında əli var, alimlər və tarixçilər bu cinayətlərin məzmununu ictimaiyyətin diqqətinə çatdırıblar. Bundan əlavə, onun "erməni soyqırımı” və qərbi Ermənistan məsələsində rolu və münasibəti erməni xalqının iradəsini ifadə etmir. Bu heykəlin ucaldılması Ermənistanın Polşa ilə münasibətlərinə də xələl gətirə bilər. Polşanın İrəvandakı səfiri Zdzislav Raczynskinin mətbuatda yer alan tənqidləri də haqlıdır. Kat soyqırımında Mikoyanın imzası ilə minlərlə insan məhv edilib. Polşa bu hadisəni soyqırımı adlandırır.
Fikrimizcə, Yeravan Bələdiyyəsinin Müdriklər Şurasının bu qərarı həqiqətən utancvercidir və onun ləğvi düzgün addım olardı. Bundan əlavə, Mikoyanın adını bir küçəyə vermək qərarı (30 aprel 2008) ləğv edilməlidir.
İmzalar:
Gayane Şagoyan, tarixçi, Ermənistan Elmlər Akademiyası
Levon Abrahamyan, Ermənistan Elmlər Akademiyasının tarixçisi
Yulia Antonyan, Yervan Dövlət Universitetinin Kulturologiya kafedrasının müdiri
Harutyun Marutyan, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının tədqiqatçısı
Hamlet Petrosyan, fəlsəfə doktoru, NEU sədri
Suren Hobosyan, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Etnoqrafiya şöbəsinin müdiri
Hamlet Melkumyan, Ermənistan Milli Elmlər Akademiyasının tədqiqatçı
Tiqran Sarkisyan, Ermənistan Milli Elmlər Akademiyasının tədqiqatçısı
Lusine Harratian, etnoqraf
Gohar Stepanyan, Ermənistan Milli Elmlər Akademiyasının tədqiqatçısı və başqaları”.
"Biz yaramaz olmuşuq..."
(“Мы были мерзавцами”)
Bunlar Mikoyanın xatirələrində yazdığı sözlərdir. Yaşadığı və yaşatdıqları barədə son etirafları.
Anastas Mikoyan xatirələrində belə deyir: “Мы были мерзавцами”, yəni biz yaramaz olmuşuq.
Bolşevik Anastas Mikoyanın abidəsinin Ermənistanda yerləşdirilməsi qərarı ilə bağlı qalmaqalla bağlı mübahisə bitmir.
Ermənistanda və keçmiş Sovet İttifaqı coğrafiyasında yaşayan insanlar bu ifadəni bilir və Mikoyanın nə demək istədiyini başa düşürlər. Bu bolşevik abidəsinin Yerevanın Isahakyan parkı ilə Koryun küçələrinin ortasında yerləşdirilməsi qərarı veriləndə bu sözü yenidən dillərdə dolaşmağa başladı: “Niyə biz bu “bicə” heykəl ucaldırıq?”
Bununla bağlı erməni mətbuatında yer almış bəzi fikirləri təqdim etmək qərarına gəldik:
“...Mikoyana abidə ucaldılması üçün ərizəni Yerevan Bələdiyyəsinə Yerevanın baş memarı Tiqran Barseqyan təqdim etdi. Yerevan Bələdiyyəsi müsbət qərar verdi. Qərarın əsaslandırılması bunlara əsaslanırdı: Anastas Mikoyan 20-ci illərə qədər "inqilabçı fiqur" olan və Böyük Vətən Müharibəsi illərində medallarla təltif olunan "sağlam siyasi xadim"dir, tərcümeyi-halı təmizdir. Stalinin 30-cu illərin sonlarındakı repressiya siyasəti dövründə Mikoyanın fəaliyyətində “xəyanət” yox idi. O, ermənidir və 40 ildən çox erməni xalqını təmsil edib”. Şura iclasında 4 nəfər qərara qarşı səs verib”.
"Azatutyun" (Azadlıq) Radiosu, 14 may 2014-cü il
“...Hakim Respublika Partiyasının “Salam, Yerevan” blokundan olan 3 nəfər və “erməni soyqırımı” muzey-institutunun direktoru Hayk Demoyan bu qərara qarşı çıxdı. Demoyan Mikoyanın 1937-38-ci illərə aid bir sənədini sübut olaraq konqresə təqdim etdi, mübahisəli tərcümeyi-halı olan bir fiqur üçün heykəl ucaldılmasını qəbul etməyəcəyini söylədi. Anastas Mikoyan SSRİ dövründə vəzifədə olduğu müddətdə Ermənistanda həbs və edamların sayını artırmağı təklif edib. Demoyanın sözlərinə görə, edam olunanlar arasnda minlərlə siyasətçi və ziyalı var idi. Demoyanın etirazında 22 sentyabr 1937-ci il tarixli sənədə də istinad edir. Demoyan 2000 nəfərin güllələnərək edam edilməsində məqsədin “Ermənistanı anti-sovet ünsürlərindən təmizləmək” olduğunu söyləmiş, belə bir qətlin ortağı olan şəxsə heykəl qoymağın erməni xalqına təhqir olduğunu vurğulamışdı. Komissiyanın sədri, "Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsi və keçmiş mədəniyyət naziri Tamar Petrosyan bu fikirlərlə razılaşara, Mikoyan haqqında qərar qəbul edərkən əllərində bu sənədlərin olmadığını bildirdi. "Bələdiyyənin təqdim etdiyi tərcümeyi-halda Demoyanın dedikləri yer almayıb, məndə belə bir məlumat yoxdur", - deyib. Ermənistan Milli Arxivinin direktoru Amatuni Virabyan da “Azatutyun” radiosuna deyib ki, milli arxivlərdə Anastas Mikoyanın Stalinin repressiyalarına birbaşa müdaxiləsi ilə bağlı bir çox sənəd var”.
Mikoyannın heykəlinin mövzusu erməni cəmiyyətində də öz əksini tapıb. Erməni gənclər onun adına olan küçənin adı yazılmış lövhəyə “Ənvər” (Ənvar Paşa nəzərdə tutulur) yazaraq Küçədəki etiraz ediblər.
"Mikoyanın heykəli qara və ağ rənglərdə olacaqsa, mən bunun əleyhinə deyiləm, amma bir əlində öldürülmüş körpə, digərində isə ağ göyərçin olsun". Bu fikirlər isə deputat Lyova Xaçatryana aiddir. Onun sözlərinə görə, Mikoyan belə təsvir olunmalıdır, çünki Mikoyan xatirələrində deyir ki, “biz axmaqlarıq”. Əgər belədirsə, biz onu olduğu kimi təsvir etməliyik. Mən onu bir tərəfi qara, digər tərəfi isə ağ rəngdə görmək istərdim, həm də istərdim ki, heykəlin qara olan hissəsində yazılsın: “alçaq””.
... Stalin Mikoyana edam ediləcək ermənilərin siyahısını nəzərdən keçirməyi təklif etmişdi.
"Stalinə nifrət edilməməlidir, əgər biz ona zamanın prizmasından baxsaq, həyatını və işini araşdırsaq, münasibətimiz mənfi olmaz". “Aravot.am”ın suallarını cavablandıran Stalin müzeyinin (Gürcüstan) müdürü Mzia Nauchaşhvili də bunları söyləmişdi. Onun sözlərinə görə, bir çox məşhur insan bu fikri xatirələrində dilə gətiriblər.
Bir qrup erməni jurnalisti ölkənin Milli Turizm İdarəsinin dəvəti ilə Gürcüstana gediblər. Stalin muzeyini ziyarət etdikdə muzeyin ab-havasının soyuq və qaranlıq olduğuna şahid olublar. Jurnalistlər araftla bildiriblər ki, “Sanki Stalin burada yaşayır”. Bir fotoşəkil də diqqəti çəkib, soldan Mikoyan, Stalin və Suren Spandaryan, sağda Stalinin anası. Xanım Nauchashvili Mikoyanın siyahısının tarxinin fərqindəydi və fotoya baxanlara belə dedi: “Hekayənin davamını bilirsiniz. Stalin Mikoyana bu siyahını nəzərdən keçirməyi xahiş etdi". İnsanların sayının artıb-artmadığını soruşduqda, muzey işçiləribelə cavab verib: “Stalin deyib ki, “müsbət mənada gözdən keçirdin?” Mikoyan da cavab verib ki, "bəli, əlbəttə". Ancaq bunu etdiklərii bilmirik”.
(moderator.az)