İran İslam İnqilabından sonra İran ilk dəfə olaraq regionun iki ən böyük dövləti ilə birlikdə hərbi təlimlər keçirəcək.
Bu barədə İran silahlı qüvvələrinin baş qərargahının beynəlxalq məsələlər idarəsinin rəisi Qədir Nizami məlumat verib.
O bildirib ki, yaxın gələcəkdə İran Çin və Rusiya ilə birlikdə Hind okeanı və Oman dənizində birgə hərbi təlimlər keçirəcək.
Onun sözlərinə görə, gələn həftə bir neçə region dövlətinin müdafiə nazirləri Tehranda görüşəcəklər. Digər qonşu dövlətlər də üçtərəfli təlimdə iştirak edə bilərlər.
Xatırladaq ki, adı çəkilən dövlətlər birgə hərbi təlim keçirmək razılığına, ABŞ-ın Yaxın Şərqdə hərbi kontingentinin sayını artırmaq qərarından sonra gəliblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının ən böyük - “Səud Aramco” neft zavodunun partladılmasından sonra ABŞ öz müttəfiqini qorumaq üçün Yaxın Şərqdəki hərbi bazalarını möhkəmləndirmək qərarına gəlib. Bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanatla çıxış edib.
Artıq bir ilə yaxındır ki, ABŞ Fars körfəzində, Hind okeanında və Oman dənizində ticarət gəmilərinin və neft tankerlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə koalisiya yaratmağa cəhd edir. Dünən Birləşmiş Ərəb Əmirlikləri də bu koalisiyaya qoşulduğunu bəyat etdi. Bu günə kimi ABŞ-ın yaratdığı hərbi koalisiyaya Avstraliya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Kanada qoşulub. Digər Avropa dövlətləri və Yaponiya bu ittifaqa qoşulmaqdan imtina ediblər.
Beləliklə, aydın olur ki, ABŞ-ın Hind okeanında hərbi fəallığı yalnız İranın deyil, Çin və Rusiyanın da maraqlarına toxunur. Odur ki, bu dövlətlər də ABŞ-ın bu istiqamətdəki addımına qarşı əks addım atırlar.
Hadisələrin bu şəkildə inkişaf etməsini şərh edən ABŞ-ın və Avropanın bir sıra mətbuat orqanları müharibəyə hazırlıq işlərinin getdiyini qeyd edirlər. “Nyu-York times” yazır ki, artıq Pentaqon Prezident D.Trampa müharibə planını təqdim edib. Prezident də məhz bu plana əsaslanaraq, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını gücləndirir. İranın mövqeyi isə ondan ibarətdir ki, regionun dəniz sularında təhlükəsizliyi yalnız region dövlətləri təmin edə bilər. Uzaqdan bu regiona edilən müdaxilə isə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırar. Eyni zamanda, rəsmi Tehran onu də bəyan edib ki, İran müharibə istəmir. Lakin İrana qarşı hər hansı bir hərbi xarakterli təxribat hərəkətlərinə yol verilsə, İran ordusunun cavabı ağır olacaq.
Ölkə.Az