Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nadir şahın erməni xəzinədarı



      Nadir şahın erməni xəzinədarı


“Cənub xəbərləri” qəzetinin  internet səhifəsində yayımlanan“Nadir şahın rus çariçası Yelizaveta ilə evlənmək arzusu” başlıqlı yazımız saytın  izləyiciləri   tərəfindən maraqla qarşılanmışdı.   Həmin yazıda Türk soylu əfşarlar sülaləsinin banisiolan bu tarixi şəxsiyyətin   bir   çox qəribəliklərindən  bəhs etmişdik.


Nadir şah hakimiyyətə xalq arasından gəlsə də, tatktiki siyası gedişləri, dönməz iradəsi, həm də diplomatik danışıqlarla Rusiyadan, eyni zamanda Osmanlı İmperiyasından Səfəvilər dövlətinə məxsus olan bütün torpaqları geri almışdır. Muğan qurultayında seçki yolu ilə şah seçilən bu sərkərdənin adı tarixə Xəzər dənizində ilk donanma yaradan dövlət xadimi düşüb...

1736-cı ildə Muğanda tacqoyma mərasimindən sonra Nadir şah Azərbaycanda neft istehsalına nəzarət etmək üçün əfşarları Abşeronun (bəlkə Əfşaran sözü də burdan meydana gəlib?! –N.Ə.) Keşlə, Zabrat, Sabunçu yaşayış məntəqələrinə köçürmüşdü. MəhzNadir şah Şirvan, Qarabağ, Çuxur-Səd (indiki Ermənistan) və Təbriz bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında inzibati bölgü yaratmışdı.



Nadirşah Əfşarın təklif etdiyi din islahat Osmanlılarla məzhəb ayrılığı ucbatından baş verən münaqişə və müharibələrə son qoymaq arzusundan qaynaqlanırdı. Abbaasqulu ağa Baxıxanov təəssüflə yazırdı: “Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına (padşah sarayına- N.Ə) təqdim edilsə də qəbul olunmadı...”


“Başın tacı ağıldı”


Bu fikir Nadir şaha məxsus olsa da o da bütün hökmüdarlar kimi səhfdən sığortalanmamışdı. Elə buna görə də qardaşı oğlu başda olmaqla yüksək vəzifə verdiyi öz yaxın ətrafı tərəfindən qətlə yetrildi.

Bildiyimiz kimi,almaz daşları qədimdə gücün, igidliyin,məğlubedilməzliyin rəmzi sayılırdı,Şərqdəşahlar, qərbdə monarxlar öz taclarını, qüdrətli sərkərdələr dəbilqələrini almazlabəzəyərdilər. Amma almazların da öz sahibləri kimi qəribə və maraqlı taleyi var.

...1739- cu ilin fevralında Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Şahcahanabadı (Dehlini) tutan Nadir şah Böyük Moğol dövlətindən pulla 6 milyon, qiymətli daş-qaşla 500 milyon rupilik xərac alır. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi yüzlərlə dəvələrə, filllərə yüklənibKelata(Nadir şahın xəzinəsə) aparılır və burada mühafizə olunur.

 

Özünkündən əsirgədiyin özgəyə nəsib olar...


Əvvəllər qayda belə idi ki,hərbiqənimət kimi, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü. Nadir bu dəfə həmin qaydanı pozur və daş-qaşlarıözünə götürür. Bu da döyüşçülər,xüsusilə qızılbaş əmirləri arasında narazılıq doğurur. Gətirilən ləl-cavahiratın içində dünya almazlarının padşahı sayılan “Kuhi –nur” ("Nur dağı") adlanan ən böyük bir almaz da vardı. Ən iri brilyantlardan biri “Dəryayi- nur” (“Dəniz nuru”), digəri “Taci-mah” (Göy brilyant) adlanırdı.

Bundan başqa Nadir şaha hədiyyə edilmiş “Təxti-Tavus” adlanan çox qiymətli və nəfis bir taxt vardı ki, bəzəyində təqribən bir milyonluq cavahirat işlənmişdi. Üzərində 10-12 karat almaz və yaqut işlənən taxtın ayaqları və milləri qızıldan, dövrəsi boyu düzülən 108 ədəd yaqutun hər biri 100 karatdan çox idi.

...Bu ləl-cəvahiratlar və çox nadir əşyalar sonralar Avropanın bütün hökmüdarlarının xəzinələrinə “ötürüldü”. BugünRusiyanın Almaz Fondunda, Moskva Kremlinin Silah Palatasında, eləcə də digər ölkələrin muzeylərində Nadir şahın xəzinəsinə aid olan belə ləl-cəvahiratların sayı az deyil. Məsələn, çox qiymətli yaqut vəalmazlarla bəzədilmiş “Təxti –Nadiri” hazırda Türkiyədə Topqapı muzeyindədir.

Yonulmamışdan əvvəl 500 karat olan “Kuhi-Nur” almazı Nadir şahın ölmündən sonra dəfələrlə əldən-ələ keçərək yenidən Hindistana - Pəncab hakimi Rancit Sinqin ixtiyarına verilir. 1849-cu ildə ingilıislər Pəncabı tutdular. Və almazı ingilis kraliçası Viktoriyaya hədiyyə kimi göndərdilər. Kraliçanın tacını bəzəyən və böyüklüyü 106 karat olan həmin almaz hazırda London qəsrindəki kral xəzinəsində – Kral Muzeyində saxlanılır. Üzərində bu qaş olan tacı sonunci dəfə Ana kraliça başına qoyub.

Bu tac 2002-ci ildə kraliçanın dəfni zamanı da tabutun üzərinə qoyulmuşdu. Hindistan istiqlalının banisi Mahatma Gandinin nəticəsi Tushar Gandhi 2009-cu ildə demişdi ki, almaz “müstəmləkə keçmişinin təzminatı” kimi ölkəyə qaytarılmalıdır.Lakin 2013-cü ildə baş nazir David Cameron demişdi ki, o qaytarılmanı “ağıllı” bir ideya hesab etmir.Hindistanın KİV-i bu məsələdə ikiyə bölünüb. Bəziləri hökumətin bu daşı nəyin bahasına olursa-olsun qaytarmalı olduğunu yazır, digərləri isə bu məsələnin bu qədər şişirdilməsinə qarşı çıxırlar...

Yonulmamışdan əvvəl böyüklüyü 787,5 karat olan açıq çəhrayı rəngli “Dəryayi-Nur” almazı isə hazırda 182 karatdır və Tehranda İran Milli Bankının muzeyində saxlanılır.


Qriboyedovun “qan pulu”


Nadir şahın xəzinəsində saxlanan Hindistan qənimətləri içərisində öz qiyməti ilə seçilən “Göy brilyant” (“Mahi-tac”) isə sonradan “Orlof” və ya “Orlov” adı ilə məşhur olub. Bu almazın Rusiyaya gətirilməsi ilə bağlı çox müxtəlif fikirlər var.

Babur imperiyasının hökmüdarı Sultan Şah Cahana (sevimlii arvadı Banu Bəyim - Mümtaz Mahal öləndən sonra möhtəşəm Tac-Mahalı türbsəsini tikdirən hind şahı - N.Ə) məxsus olan bu almazı güya öz dinini dəyişib buddist məbədindən xidmət edən gənc fransız əsgəri oğurlayıb. Amsterdamda erməni mənşəli Qriqori Safras adlı tacir də almazı ondan alıb qraf Orlova satıb!

   

Hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Nadir şaha həsr etdiyi tarixi oçerkində yazır ki, Qriboyedovu Tehranda öldürəndə, həmin göy brilyantı səfirin ölümünə təzminat kimi Rusiyaya veriblər. Bu daş da rus kraliçasına hədiyyə olunub. İlkin çəkisi 400 karat, yonulduqdan sonra 193 karat olan almaz indi Moskvada Kremlin Almaz Fondunda saxlanır.

Əslində Türkmənçay müqaviləsinin əsas müəlliflərindən biri olan, rus yazıçısı A.S. Qriboyedovun qanını “yumaq” üçün Peterburqa göndərilən səkkizbucaqlı formaya malik 88, 7 karat su kimi şəffaf “Şah almaz”in da Nadir şahın xəzinəsinə aid olduğu söylənilir. “Şah almaz"ın üzərinə kustar emalatxanalarda 3 hökmüdar adının necə həkk edilməsi müasir mütəxəssislər üçün hələ də müəmma olaraq qalır. 1591-ci ildə Qərbi Hindistanda Əhmədnaqar hökmdarı Nizam, 1641-ci ildə Moğol hökmdarı Cahan şah, 1824-cü ildə Qacarlar sülaləsinin iknici hökmdarı, Xaqan təxəllüsü ilə şeirlər yazanFətəli şah öz "Şah almaz"ın üstünə adlarını həkk etdiriblər.


Erməni bicliyi


     Tarix elmləri doktoru, pofessor Mehman Süleymanov “Nadir şah”   kitabındayazır ki, Göy almazı Lazar adlı bir erməni Nadir şahın xəzinəsindən oğurlayaraq Rusiyaya qaçırmışdır.

Ən maraqlısı da budur ki, Nadir şah qətlə yetirilən ildə - 1747-ci ildə dörd azyaşlı oğlanları ilə Culfadan keçib Rusiyada məskunlaşan erməni Lazar Nazaroviç Lazaryan Moskva və Sankt Peterburqda mülk sahibi olmuş, özü və varisləri erməni kilsələri tikmiş, erməni məktəbi açmış, 1827-ci ildə bu məktəbin bazasında Şərq Dilləri Lazarev İnstitutunu yaratmış (indi Ermənistanın Rusiyadakı səfirliyi bu binada yerləşir - N. Ə.) mətbəələr açmışdılar. Görünür ki, Lazar şahın xəzinəsindən qraf Orlova satdığı almazdan başqa da xeyli qiymətli ləl-cavahiratlar oğurlamışdır.



   

Şübhəsiz ki, Lazar erməni xisləti və hiyləgərliyi ilə sağlığında Nadirin etimadını qazanmışdır. Mənbələrdəgöstərilir ki, Nadir şah çox tolerant hökmüdar olub, o, bütün xristian təəbələrinə dözümlü yanaşıb, onların etiqadına hörmət edib. Hindistan yürüşündən sonra Məhşəd sarayında Quranla bərabər Tövratı və İncili də tərcümə etdirmişdir.

Bəs Lazar almazı Nadir şahın xəzinəsindən necə çıxarmışdı? Lazar baldırını yarıb kəsib almazı ayaq ətinin arasında yerləşdirdi. Bu vəziyyətdə ölkədən çıxıb Rusiyaya qaçdı. Sankt-Peterburqda Lazar əməliyyat yolu ilə almazı baldırından çıxardı və satış məqsədilə Rusiya sarayına təklif etdi” (Mehman Süleymanov “Nadir şah” səh. 703)

Onu da qeyd edim ki, bu fakt rus və erməni mənbələrində də var. Bir versiyaya görə Lazerev adlı erməni Nadir şahın saray zərgəri olub. Və ondan 1773-cü ildə almazı qraf Orlov alıb, İkinci Yekaterinaya bağışlayıb.

İkinci versiyaya görə, Nadir şahın xəzinəsindən oğurlanmış almazı erməni taciri alaraq 1767-ci ildə Amsterdam bankında yerləşdirib. Beləliklə, qiymətli daş “Amsterdam almazı” adlandırılb. Sonra almaz Lazar Lazereva satılıb və “Lazarev almazı” adlandırılb. Almazı Lazardan 400 min rubla alan Qraf Orlov onu Rusiya çariçasına – Yekaterinaya ad günündə hədiyyə edib. (Mənbə: “Briliant Orlov” proza ru, 22 маy 2009 –cu il.)

Rus mənbələrində Lazar Nazaroviç Lazerevin hələ Birinci Pyotr dövründə Səfəvi Dövlətinə tərcüməçi olaraq göndərildiyi və 1768 – ci ildə İkinci Yekaterina tərəfindən Ön Asiyada xristianlığı yaydığına görə Müqəddəs Roma İmperiyasının baronu tituli ilə təltif olunduğu bildirilir.

Bir çox erməni müəlliflərin yazdığı kitablarda Lazarın – Ağazarın uşaq yaşlarında İsfahanda təhsil aldığı, Səfəvi şahına yaxın olduğu və 19 yaşında Yeni Culfaya hakim təyin olunduğu göstərilir.

“Pravda interesnee leqend” (“Həqiqət əfsanədən maraqlıdır” (Moskva -1975) kitabında Aşot Baziyans qraf Orlovun sayəsində Lazara yüksək məbləğdə ömürlük pensiya verildiyindən bəhs olunur.“Lazerevlərin arxivi” (Moskva -1982) oçerklərkitabınında da müəllif bu barədə yazır. A. Baziyansa görə Lazerevlər ailəsinin Rusiyanın mədəni, iqtisadi və siyasi həyatında müstəsna xidmətləri olub.

Lazar haqqında yazılanlardan belə qənatə gəlmək olar ki, o, Ağazar (Ağanəzər də ola bilər- N.Ə) adı ilə Nadir şahın əvvəl ürəyinə, sonra da xəzinəsinə yol tapmışvə ordan oğurladığı almazı bud nahiyyəsində Rusiyaya keçirib qraf Orlova satmışdır.

P. S:Lazarın indiki erməni törəmələri də onun yolunu davam etdirirlər. Rusiyanın köməyi ilə işğal etdikləri Qarabağ torpaqlarında Azərbaycan xalqına məxsus qızıl mədənlərinə, qiymətli sərvətlərə yiyələniblər.

Hazırlayıb təqdim etdi:

Nurəddin ƏDİLOĞLU.

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10