Tanınmış sosioloq Əhməd Qəşəmoğlunun əcaib toy adətlərimiz və aşırı israfçılıqla bağlı çeşidli neqativlərimizlə bağlı Moderator.az-da gedən yazısı iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədovun mövzu ətrafında ilginc şərhinə səbəb olub:
Əhməd Qəşəmoıunun açıqlaması bu linkdə: https://www.moderator.az/news/286914.html
"Hörmətli Əhməd bəy, çox vacib məsələ qaldırmısınız, mən təşəkkür edirəm. Amma ilk növbədə hər bir xəstəliyin gərək səbəbini müəyyən edəsən ki, müalicəsinə nail olasan. Toylar bizdə həmişə belə olub, indi isə maddi imkan artdıqca daha da qabarıqlaşır. Bilməmiş deyilsiniz, bu bizim milli adətlərimiz deyil, sırf ərəb qaydalarıdı, “müsəlman” adı ilə bizə də pərçimləyiblər. Niyə bizdə belədi, Avropada, Asiyada, inkişaflı dünyada başqa cür? Əsas səbəbi burada axtarmaq lazımdı. Müsəlmanlar yaradıcı deyil, istehlakçı cəmiyyətdi, yalnız mədələri ilə düşünür. İstehlakçı xarakter haradan yaranmışdı, bu da ən dərinə gedən sualdı, bunu da açmadan “böyük bəladan” xilas olmaq mümkün deyil. Ən yeni kəşflər, maşın, mexanizmlər, uçan obyektlər... hər şey qeyri-müsəlmanlarda yaranıb, yemək-içmək, mətbəx ən çoxu müsəlmanlarda, əksəriyyət ölkələrdə ümumi daxili məhsulun 30-50%-i yığıma, yaradıcılığa, elmə sərf olunursa, bütün müsəlmanlarda əksinə, yaradıcılığa gedən bu pay iki-üç qat aşağıdı, əsasən yemək-içməyə, qızıl unitazlara, brilyant maşınlara, bahalı təyyarələrə, “iki milyonluq saatlara” və s xərclənir. Çünki, müsəlmanların baş kitabında yaradıcılıq qadağandı, heç bir müsəlman qurandan kənara çıxa bilməz, quranın 15-9 və 4-59 maddələri rəsmən və qəti şəkildə yaradıcılığa, təkmilləşmə və inkişafa qadağa qoyur. (Mən sadə bir hesablama apardım, orta rus toyunda stola adambaşı 1,5-2,0 kq qida qoyulursa, Azərbaycan toyunda 5,0-5,5 kq qida qoyulur. Adambaşına orta yemək isə 0,5-1,0 kq ola bilər. Nə qədər israfçılığa yol verilir, hər kəs özü müəyyən edə bilər. Əhalinin hər min nəfərinə düşən şadlıq evlərinin sayına görə Azərbaycan dünya birincisidi, hər min nəfərə düşən sənaye işçisinin sayına görə isə dünya sonuncusudu və 1913-cü ilə, rusiyanın tərkibində olduğumuz vaxtla, müqayisədə 4 dəfə geriyik). İnsan isə öz təbiəti etibarı ilə yaradıcı xarakterə malikdi, haradasa özünü büruzə verməlidi. Yaradıcılıq qadağan olduğuna görə isə insanlar istehlakçılığa yuvarlanır, bu sahədə özünə iş və əyləncə dairəsi seçir: həm fərdlərin beynində, həm kollektiv düşüncə tərzində, həm ən yüksək dövlət nizamında, həm də ümumi mühitdə bu özünü açıq göstərir. Bu labirintdən çıxmaq istəyənlər isə bütün məşəqətlərdən keçərək əsas vaxtını gərgin mübarizəyə həsr edir, ya da elə bu labirində fiziki və mənəvi əriməyə məruz qalır. Toylarda da və ümumiyyətlə bütün həyat-yaşayış qaydalarında bu bəd ərəb adətlərini aradan qaldırmaq üçün ölkədə islamı qadağaları, elmi-texniki maneləri kökündən təmizləmək lazımdır, hətta kəskin tədbirlərlə olsa belə buna getmək zəruridi".