O, hakimiyyətə gəldiyində dövlət böyük torpaq itkiləri yaşamışdı, saray işğalda idi
“Sonuncu Osmanlı sultanı Vahidəddinin haqqında çox danışılıb, çox yazılıb. Mənə görə, o, Osmanlı tarixinin ən məzlum sultanıdır və xain deyil”.
AYNA xəbər verir ki, bu fikirləri gənc tarixçi Şəhla Cabbarlı sosial şəbəkə hesabında paylaşıb. O, fikirlərinə belə davam edib:
“Hakimiyyətə gəldiyində dövlət böyük torpaq itkiləri yaşamışdı. Saray işğalda idi. Xalq pərişan və yoxsulluq içərisindəydi. Bütün yollar ingilislərin, faransız və yunanların nəzarətində idi.
1910-cu ildə 6 milyon kv.m. olan ölkə, Vahidəddin taxta çıxanda 1 milyon kv.m. qalmışdı. Sultan II Əbdülhəmid hakimiyyətini qorumaq üçün onu, Mehmed Rəşadı və Muradı saraydan uzaq tutmuş, siyasətlə məşğul olmağı qadağan etmişdi.
Siyasətdə təcrübəsi olmayan Vahidəddin o dövr üçün böyük alim idi. Xaraktercə də mərhəmətli və insani biri olub.
Sevr müqaviləsini rədd edib, imzalamayıb. Mustafa Kamal Paşa onun yavəri idi. Ona güvənib. Paşanı yanına çağıraraq pəncərədən ingilis gəmilərini göstərməsi və “onları ancaq sən göndərə bilərsən”, - deməsi də qaynaqlarda keçir.
1919-cu ilin 19 mayında Samsunda qurtuluş savaşının başlanmasını, məhz o əmr verib.
“Sonda bir ingilis gəmisinə mindi, getdi”, - deyirlər. Saraydan öz şəxsi əşyalarından başqa heç nə götürməyib. Gedəndən sonra həyatı yoxsulluq və səfillik içərisində keçib. Borclardan dolayı nəşi İtaliyada ortalıqda qalıb, girov götürülüb. Nəhayət gizlicə Şama aparılıb.
Öldüyündə Mustafa Kamal Atatürk belə deyib:
“Vah! Vah! Allah Rəhmət etsin. Bir tarix bağlandı. Kim istərdi ki, belə olsun? Çox namuslu bir adam öldü. İstəsəydi, Topqapı sarayının bütün xəzinəsini götürər, yenidən ordu yaradıb geri dönərdi””.