Millət vəkili: “Görürəm ki, maşından zibil atır və ona irad bildirəndə qayıdıb məni təhqir edir”
“Dəfələrlə Bakıda şahidi olmuşam ki, şəhərdə 100-150 min dollarlıq maşın sürənlər də əllərindəki zibilləri birbaşa küçəyə tullayırlar. Bu mənzərəni bir çox hallarda ürək ağrısı və təəssüflə müşahidə etsəm də, bu gün Şirvana gedərkən, 40 dərəcə istidə yol boyu zibil yığanları görəndə dözə bilmədim, qərar verdim ki, bununla bağlı mütləq status yazım. Dostlar, bu problemi nə hakimiyyət, nə də müxalifət yaradır, bunu biz özümüz yaradırıq və özümüz də həll etməliyik”.
AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkə hesabında paylaşıb. “Biz nə vaxta qədər fərdiyyətçi olacağıq?! Nədən düşünmürük ki, küçəyə atdığımız zibilləri bir başqası da yığışdırmaq məcburiyyətindədir? Onda niyə belə edirik? Məgər başa düşmürük ki, zibili küçəyə atmaq olmaz. Maşında zibili saxlamaq, sonra isə onları zibil qutularına boşaltmaq nə çətin işdir ki? Digər tərəfdən də müvafiq dövlət orqanları Əmək Məcəlləsinə niyə riayət etmir? Nədən 40 dərəcə istidə insanları günün altında işlədirlər? Nəyə görə maşından zibil atmağa görə yüksək cərimələr tətbiq olunmur?”, - deyə o bildirib
AYNA dəfələrlə qaldırılmış bu problemin yenidən səlahiyyətli orqanların diqqətinə çatdırmağa çalışıb. Problemə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, avtomobildən zibil atılması ölkədə mədəni səviyyə ilə bağlı məsələdir: “Məsələn, mən görürəm ki, maşından biri zibil atır və ona irad bildirəndə qayıdıb məni təhqir edir. Ona görə heç kim yaxınlaşıb onu edənə nəsə bir söz demir. Ölkədə insanlar arasında mədəni səviyyədə normal münasibət olsa, birinin zibil atmasını görən şəxs, həmin adama bunu etməməyi tövsiyyə edəcək. O da durub bunu vurub, savaşıb, söyməyəcək”.
“Bu, yalnız qanunvericikliklə həll olunacaq məsələ deyil. Məsələn, hadisəni polis gördüsə, dərhal cərimə tətbiq edəcək. Polis bunu edənlərin hamsını görə bilmir axı. Bunu görən daha çox vətəndaşlar olur. Biri, ikisi bu hadisənin şahidi olur. O zaman həmin şəxsin avtomobilinin nömrəsini yazıb verməlidirlər polisə və bildirməlidirlər ki, həmin maşından zibil atıldı. Baxın, bu zaman polis şikayət edəni o qədər ora-bura çağırır ki, o da öz vaxtını sərf etməsin deyə bəzən vətəndaşlıq borcunu yerinə yetirmir. Elə şərait yaratmaq lazımdır ki, hamı rahatlıqla baş verən belə neqativ halın qarşısında özünü müəyyən dərəcədə məsul bilsin və onun qarşısını almaq üçün çalışsın”, - deyə millət vəkili bildirib.
Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov əməkdaşımızla söhbətində, avtomobildən zibil atan şəxslərin polis tərəfindən dərhal cərimələndiklərini deyib: “O şəxslər aşkarlandıqca, inzibati qaydada protokol tərtib edilir. Cərimələrin aşağı və ya yuxarı olmasını isə mütəxəssislər dəyərləndirsinlər. Bu məbləğin az və ya çox olması yenə onların işidir. Amma nəqliyyat vasitələrinin hərəkəti zaman qidaların qalığını çölə atmaq, siqaret çəkib kötüklərini çölə atmaq, su içib qabını çölə atmaq kimi hərəkətlər inzibati xəta tərkibi yaradır və bunu edənlər yol polisləri tərəfindən aşkarlandıqca məsuliyyətə cəlb edilirlər. Hətta bu il ərzində sosial şəbəkələr vasitəsilə paylaşıan sujetlər əsasında araşdırma aparılıb, bir neçə belə fakt aşkarlanıb və həmin sürücü barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb”.
“Mən hesab edirəm ki, bu sahədə təbliğatı gücləndirmək lazımdır. Siz də başda olmaqla bütün kütləvi informasiya vasitələrində çalışanlar yol polisi ilə birgə, həmçinin elə ayrı-ayrılıqda qanunvericilikdə göstərilənləri təbliğ etməlidir. Heç də əbəs deyil ki, elə bu gün biz özümüz də yol polisi olaraq yalnız inzibti tənbeh tədbirləri həyata keçirmirik. Bu gün Bakı şəhərinin yol polisi olaraq profilaktiki tədbirlərin keçirilməsinə tərəfimizdən üstünlük verilir. Bəli, inzibati tənbeh tədbirlərinin görülməsi ilə yanaşı, həm təbliğtın aparılması, həm də profilaktiki tədbirlərin görülməsi daha müsbət nəticələr əldə etməyə imkan verir. Bax elə Bakı şəhəri üzrə, məhz keçirilən bu profilaktiki tədbirlər deməyə əsas verir ki, yol qəza hadisələri azalıb, nəticədə ölüm faktlarının sayı aşağı düşüb və xəsarət dərəcələri də yüngülləşdirilib”, - deyə V.Əsədov vurğulayıb.

Q.İbadoğlu qeyd edib ki, ABŞ-da yolları zibilləməyə görə cərimələr ştatlar üzrə 800-1200 dollar arasında dəyişir: “Digər tərəfdən də cərimə tərəfdarı olmadığıma görə sizləri bir daha zibilləri küçəyə atmamağa çağırıram”.