Sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 20 iyunda Vaşinqtonda baş tutmuşdu. Konkret olaraq bu danışıqlardan da bir nəticə olmadı və gözlənilmirdi də. Təhlükəsizlik məsələləri üzrə ABŞ prezidentinin müşaviri Boltonun təşəbbüsü ilə keçirilən bu görüşdə Vaşinqton Cənubi Qafqazda maraqlarının olduğunu Rusiyaya və münaqişə tərəflərinə bir daha nümayiş etdirsə də, bu görüş Rusiyanı əvvəllər olduğu kimi xüsusi qıcıqlandırmadı, hətta belə görüşlərdən sonra adətən Vladimir Putinin hər iki tərəfi Soçiyə və ya Moskvaya dəvəti də baş vermədi.
Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirakları gözlənilən hər iki nazirin görüşünün olacağı isə sual altındadır. Tutaq ki, görüş baş tutdu. Nə müzakirə oluna bilər? Standart danışıqlar bir tərəfə, 20 iyundan sonra xüsusi fəallığı ilə seçilməyən Azərbaycandan fərqli olaraq, Ermənistan bir-birinin ardınca sülh danışıqlarını heçə sayan bəyanatlar verib. Baş nazir Paşinyanın “Qarabağ Ermənistandır. Vəssalam” bəyantı və ardınca XİN naziri Mnatsakanyanın bu fikri təkrarlaması danışıqların pozulmasına hesablanıb. Azərbaycan tərəfinin yumşaq diplomatik cavabları isə bu bəyanatların kölgəsində qaldı və təsirsiz ötüşdü. Əgər təsiri olsaydı, vasitəçi dövlətlər, ATƏT-in Minsk Qrupu, BMT bu bəyanatlara indiyədək münasibət bildirməliydilər, baxmayaraq ki, Azərbaycan qeyd olunan instansiyalara etiraz məktublarını göndərib, amma reaksiya hələ də yoxdur. Əgər Nyu-Yorkda görüşü təşkil etmək niyyətində olan Minsk Qrupunun təmsilçiləri o vaxtadək Paşinyanın və Mnatsakanyanın bəyanatlarına münasibət bildirməsələr Azərbaycan tərəf özündə iradə tapıb bu görüşdən imtina etməlidir. Ertəsi gün isə Azərbaycan MN nümayişkəranə şəkildə düşmənə bir neçə saat gərginlik yaşatmalıdır. Əks-təqdirdə, mümkün Nyu-York görüşü də bizim üçün əvvəlki nəticəsiz görüşlərdən biri olacaq. Ermənistan isə vaxtı uzatmaq siyasətini davam etdirəcək.
5 avqust “ Vəssalam” sindromundan sonra Ermənistan Qarabağ münaqişəsində sanki pauza verib, heç yadına da düşmür. Bu, ya arxayınçılıqdandır, ya da hakimiyyət davası Qarabağdan daha önəmlidir. Son üç gündə Ermənistan KİV-ləri Amulsardan( Cermux yaxınlığındakı qızıl yataqları) daha çox danışır, baş nazirin volyuntarist bəyanatlarını müzakirə edir, hətta müxalifətin erkən seçkilərə getmək ideyasını da müzakirə edirlər, nəinki Qarabağdan. 5 avqustdan sonra Qazax sərhəd bölgəsində “post irəli çəkməyimiz” kimi gurultulu bəyanatlarımız belə, qarşı tərəfin bığaltı gülümsəməsindən o yana keçmədi. Səbəb məlumdur. Düşməni Qazaxda bizim hansısa postu irəli çəkməyimiz maraqlndırmır. Düşmən bilir ki, nə o Qazağa hücum edəsidi, nə o yerdən Azərbaycan Erməmistan ərazisinə girib torpaq tutasıdır. Boş veriblər. Söhbət Qarabağdan getmir ki, erməni dünyanı, birinci də Rusiyanı ayağa qaldırsın. Azərbaycan Qazaxda nə qədər istəyir möhkəmlənsin, lap Çin səddi qursun. Düşmənin hədəfi Qarabağdır, Qazax deyil. Təbii, iştah diş altındadır, bu gedişlə, yəni bizim fərsizliyimizlə, bilmək olmaz düşmən daha haralara əl uzadacaq.
Qayıdaq Nyu-Yorkda mümkün qarşılaşmağa və mümkün görüşə. Bir aydan çox bir vaxt qalır bu qarşılaşmağa. Minsk Qrupu üzvlərinin 5 avqust bəyanatına konkret münasibəti hələ də yoxdur. Bu görüşün baş tutmasına çalışan vasitəçilərin özündən hesab sorulmalıdır. Ən kiçik atəşkəs pozulmasına reaksiya verdiyiniz halda, əcəba “ Qarabağ Ermənistandır” bəyanatına niyə susursunuz? Bu bəyanatdan sonra hansı danışıqları və burda nəyi müzakirə etmək fikrindəsiniz? Yoxsa, Azərbaycanı “ xalqları sülhə hazırlamaq” adı altında təslimçiliyəmi sürükləmək istəyirsiniz?
Amma, bu bəyanatdan sonra Azərbaycan silahlı qüvvələri bütün cəbhə boyu ( Qazax sərhəddinin bura aidiyyatı yoxdur) iki saat fasiləsiz düşmən mövqelərini atəşə tutsaydı, vasitəçi dövlətlərin təmsilçiləri yox, hətta o dövlətlərin başçıları xahiş edəcəkdilər ki, bəlkə bir az.., nə isə.. atmayasınız. Məhz, qınaq deyil, xahiş olacaqdı. Qınaq zəiflərə bildirilir, güclüdən xahiş edirlər. İrandan xahiş edib gəmi almaq kimi.
Nyu-York görüşündə çevriliş də etmək olar. Adını “ kreativ”, “ substantiv”, daha doğrusu İfallı, yazıq, mağmın, nə qoyursunuzsa qoyun, diplomatiyanı sərt tona keçirib, “ günah bizdən getdi” mesajını verib qapını çırpmaq da olar. Qərbin o qədər tələblərinə ölkədə qapı çırpılıb ki, biri də qoy bu olsun. O birisində nə ediblər ki, bunda da nə edələr. Az qala müstəqil olandan bəri Qərb bizdən nəsə tələb edir, biz də vecimizə almırıq, biri də olsun Qarabağ məsələsi. Gücünü göstər ( təbii varsa) sənlə hesablaşsınlar. Qərblə, Rusiya ilə hesablaşmaq.., elə Qarabağa qalıb? Yəqin Putinin, hətta ola bilsin ki, Ruhaninin də oktyabrın əvvəlində Avrasiya İqtisadi Şurasının İrəvanda keçirilən sessiyasına qatılacağını fikirləşib cəbhə boyu tam sakitçilik yaratmaq istəyirsiniz. Fərq etməz. Necə ki, bu günədək bütün ehtiyatlı davranışlar heç bir nəticə verməyib, bu da o sıradan biri olan ehtiyatlılıq və ya inamsızlıqdan biri olcaq.
Aydındır ki, bu qeydlər nə siyasi analizdir, nə diplomatik dil, nə də Müdafiə nazirinin dediyi “ beynəlxalq vəziyyətin” imkan vermədiyi mənzərəsinin təsviri. Bu, gəlmiş- getmiş dünyada özünü haqlı bilən tərəfin nümayəndəsinin ( haqlı olmaq çox vacibdir, həm şəxs, həm də dövlət olaraq) anlaşıqlı bir dildə izhar olunan fikirləri, müraciətidir. Bir az əsəbi, bir az romantik, amma tam döyüşə hazır... Tarixdə qapını vurub tərk edən çox diplomatlar olub və uğur qazanıblar, çünki onlar özlərinə, arxadakı gücünə arxayın olublar.
Sərt olun cənablar, gücümüz varsa göstərək, yazının başlığında şairin( Ramiz Rövşən-red.) məşhur şeirindən kiçik interpretasiya edildiyi kimi, sonunda da şairdən iqtibası davam edib, belə olsa ”..bəlkə də biz xoşbəxt ola bilərik”- deyirik.
İlham İsmayıl - yazarın arxivi