|
Qafqaz Müsəlmanları İdarəsi ötən ilin avqustunda dini etiqad azadlığı haqqında qanuna əlavələr edildikdən sonra ilk dəfə olaraq Şəhadətnamə almış bütün dini icmaların rəhbərlərinin seçimi məqsədilə attestasiyaya başlayıb. Attestasiya dini qanuna dəyişilklər edildikdən sonra respublikada keçirilən ilk attestasiyadır. İlk attestasiya oktyabrın 13-də Lənkəranda başlayıb. Burada Astara, Lənkəran, Lerik rayonlarının dini icmalarının səlahiyyətli şəxsləri attestasiyadan keçirilib. Attestasiyanın 1-ci günü 3 rayon üzrə 150 nəfər attestasiyadan keçmək üçün müraciət edib. Növbəti gün isə Masallı rayonunda Cəlilabad, Yardımlı, Masallı və Biləsuvar rayonunda fəaliyyət göstərən mollalar attestasiyadan keçirilib. Bu attestasiyanın keçirilmə məqsədini Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi belə şərh edib.
- Hər bir məscidə axund təyin etmək, buranın imamını, şəriət üzrə müavinini, eyni zamanda dini ayinlərin icrası ilə bağlı bəzi vəzifələr nəzərdə tutulub. Bu attestasiyada ilk növbədə Quranın qiraəti nəzərdə tutulur. 2-ci, həmin şəxsin şəriət bilicisi olmasıdır. Bunların içərisində kəbin oxuyanlar, hətta içərisində istisna olur ki, 1-2 nəfər talaq bəhsini bacaranlar, imtahandan keçərsə, yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsi bizə məlumat verəcək və onlara bidiriləcək ki, bunlar hansı vəzifəni daşıyacaqlar.
Hacı Sədi Axundzadə bildirir ki, attestasiya zamanı dini biliklərə yiyələnmiş ali təhsilli gənclərin seçiminə xüsüsi diqqət yetirilir. Attestasiya dini maarifçiliyin ümumi səviyyəsinin artmasına müsbət təsir göstərəcək. Attestasiyadan kəsilənlər cəmiyyət içərisində nufuzlarını bərpa etmək, qınaqdan qaçmaq üçün daha çox maariflənməyə çalışacaqlar. Həmçinin rəqabət artacaq. Attestasiya komissiyasının səlahiyyətlisi, Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdüri Hacı Mirəziz Seyidzadə isə bildirir ki, attestasiya bütün bölgələrdə keçiriləcək. İlkin turda uğur qazana bilməyənlərə 3 ay vaxt veriləcək.
Hacı Mirəziz Seyidzadə daha sonra bildirdi: �Təəssüf ki, bir çox mollalar attestasiyaya hazır deyillər, ən adi vəziyyətdə tutulur, sıxılırlar, elementar sualları cavablandıra bilmirlər. Onlara da 3 ay vaxt veririk. 3 ay müddətində özlərini toplayıb, elmlərini artıra bilsələr, yenidən gəlib Bakının özündə, Qafqaz Müsəlmanları İdarəsində növbəti attestasiyadan keçəcəklər. Təkrar attestasiyadan da keçə bilməsələr, onlara vəsiqə verilməyəcək.
Qeyd edək ki, özünə, savadına əmin olan din xadimləri attestasiyanın keçirilməsini yüksək dəyərləndirirlər. Onların fikrincə, kimin kim olduğu, savadı, qabiliyyəti məhz bu zaman üzə çıxır.�
Artıq 200 nəfərdən artıq molla attestasiyadan keçib. Onlarla mollaya hazırlığı hədsiz zəif olduğu üçün 3 ay vaxt verilib. Yekun nəticə isə Qafqaz Müsəlmanları İdarəsinin rəyindən sonra açıqlanacaq. Attestasiyanın bütün gedişi videolentə alınır. Komissiya üzvləri attestasiyaya dəvət olunanlara maksimum həssaslıqla yanaşırlar. Attestasiyadan keçənlərə Qafqaz Müsəlmanları İdarəsinin vəsiqələri təqdim olunacaq. Ümumiyyətlə, attestasiyadan keçənlərin və keçməyənlərin adının mətbuatda açıqlanması gözlənilir ki, xalq da savadlı və savadsız mollaları ayıra bilsin.
3889 dəfə oxunub
Ümumiyyətlə, attestasiyadan keçənlərin və keçməyənlərin adının mətbuatda açıqlanması gözlənilir ki, xalq da savadlı və savadsız mollaları ayıra bilsin.