İki xəbər son günlər media məkanımızda əsl “partlayış” törətdi. İlk baxışdan aydın görünməsə də, hər iki xəbər arasında müəyyən əlaqə mövcuddur.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında fərman imzaladı, Heydər Əliyev Fondu isə özünün “Regional İnkişaf” İctimai Birliyi vasitəsi ilə yeni təşəbbüs elan edərək Yeni Sosial Layihələr brendi altında yeni nəsil layihələrin qəbuluna başladı.
İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Prezident çıxışlarında bütün səviyyələrdə kadr heyətinin yenilənməsinin vacibliyini dəfələrlə vurğulayıb. Və bu, artıq bir müddətdir bəyannamə deyil, modus operandidir.
Nazirlər Kabinetinin əksər üzvləri sanballı beynəlxalq diplomlara və müasir düşüncə tərzinə malik gənc insanlardır. Üstəlik, artıq aydındır ki, bu, ayrı-ayrı təyinatlar deyil, sistemdir. Axı gənc və müasir nazirlər özləri ilə bu cür müavinlər, eləc də şöbə, departament müdirləri gətirirlər. Bu, zəncir xətt üzrə davam edir. Bu, uzun prosesdir və səbr, mətanət, müdriklik tələb edir. Lakin geriyə yolun olmamasının aydınlaşması üçün biz bu məsələdə kifayət qədər çox uzağa getmişik. Sistemin yenilənməsi və gəncləşməsi davam edəcək.
Köhnə, kök salmış bürokratiya heç vaxt döyüşsüz təslim olmur. Bunun mütərəqqi Danimarka, yaxud mühafizəkar Vyetnam olmasının əhəmiyyəti yoxdur. İdarəçilər arasında nəsil dəyişkənliyi həmişə ağır proses olub.
Bizdə isə o proses hələ də gedir və xeyli vaxt aparacaq. Şəhər ziyalıları və köhnə bürokratların bir qisminin dəyişikliklərin sürətinin qənaətbəxş və istiqamətinin düzgün olmaması ilə bağlı deyinmələri, eləcə də onların bunu daha yaxşı bacara biləcəklərini bildirmələri, yeni nəslin qaçılmaz, yaxud məcburi səhvlərinə istehza ilə sevinmələri ədalətsiz və əks-səmərəlidir. Səhv etməyən iş görməyənlərdir.
Fakt ondan ibarətdir ki, dövlət ölçülərinə görə qısa sayıla biləcək müddət ərzində bir sıra sahələrdə inqilabi dəyişikliklər baş verib. Özü də dəyişikliklərin mərkəzində vətəndaş dayanır. Əhaliyə “ASAN xidmət” kimi xidmətin göstərilməsi, sosial müdafiə və dəstək üzrə DOST layihəsi kimi daha şəffaf və effektiv yeni alətləri, işçilər və işəgötürənlər üçün vergi qanunvericiliyinin optimallaşdırılması – bütün bunlar vahid prosesin hissələridir.
Aşkar və asan ölçülə bilən dəyişikliklərdən başqa, bir sıra digər sahələrdə xeyli dərəcədə görünməyən və elə də faydalı olmayan “təmizlənmə” gedir.
Məsələn, ali məktəblərdə son illər baş vermiş dəyişiklikləri rəqəmlərdə, yaxud statistikada əks etdirmək çox çətindir. “Sensasiyalı korrupsiya”, imtahanlarda rüşvət verilməsi ali təhsilimizi ildən-ilə, on illiklər ərzində zəhərləyib. Bu xəstəlik hələ SSRİ dövründə başlayıb və universitetlərə ciddi ziyan vurub. Hazırda ali məktəblərin çoxunda korrupsiyanın bu gizli və çətin eyniləşdirilən növünə qalib gəlinib. Bununla yanaşı, hökumətin bu qələbədən hansısa qısamüddətli siyasi dividendlər əldə etməsi şansları yoxdur. Bu, ondan xəbər verir ki, yuxarıda göstərilən dəyişikliklər konyunktura və populizm deyil, siyasi iradənin və irəliyə uzunmüddətli baxışın nəticəsidir.
Dövlət vətəndaşla qarşılıqlı fəaliyyət interfeysini addım-adım qurur: insanlar üçün müasir, şəffaf və rahat interfeys. Bu məsələdə yeni tipli məmurlar açar rolunu oynayır. Sistem bu yolla nə qədər uzağa gedirsə, onlar inkişaf və islahat layihələri üçün böyük sayda lazımdır. “Yüksəliş” proqramı bu fonda növbəti məntiqi addım kimi görünür.
Digər tərəfdən, Heydər Əliyev Fondu uzun illərdir ölkənin ictimai sektorunun lideridir, yaşıllaşdırmadan təhsilədək bir sıra təşəbbüslərin meneceri və təşəbbüskarıdır - yüzlərlə layihə, minlərlə qoşulanlar. Fond bəzi hallarda faktiki olaraq ictimai sehrli çubuq funksiyasını yerinə yetirir.
Xalqımız artıq öyrəşib ki, orta səviyyəli məmur faydasızdırsa (və ya zərərli), özünəməxsusluğu ilə unikal struktur olan Heydər Əliyev Fondu var. Fond ilk növbədə onunla müəyyən edilir ki, qurumun yaradılmasının arxasında hələ Birinci vitse-prezident vəzifəsini tutmazdan əvvəl şəxsən Mehriban Əliyeva dayanıb. Onun nüfuzu və dəstəyi Fonda bu təşkilatı ölkənin ictimai sektorunun lideri edən güc və enerji verib.
Bununla yanaşı, xatırlamaq lazımdır ki, bir sıra ölkələrdə fondlar, qeyri-hökumət təşkilatları sistemin əhəmiyyətli hissəsidir. Məsələn, ABŞ-da profil qeyri-hökumət fondlar, adətən federal nazirliklərdən çoxdur və həm şəxsi, həm də büdcə olmaqla, böyük vəsaitləri idarə edirlər. Praktiki olaraq bütün siyasi partiyaların böyük və güclü fondları var.
Heydər Əliyev Fondi partiya aləti olmadığına görə unikaldır və hansısa siyasi ideologiyanın irəli çəkilməsinə istiqamətlənməyib. Fond cəmiyyətimizin müxtəlif səviyyələrində formalaşan sosial sifarişlərdən çıxış edərək fəaliyyət göstərir. Fondun çoxsaylı layihələri, minlərlə müraciət ona müxtəlif sosial qrupların və təbəqələrin gözləntilərinə daim həssaslığı saxlamağa və bundan çıxış edərək öz layihələr portfelini formalaşdırmağa imkan verir.
Bəs, görəsən, bu yaxınlarda layihələrin qəbuluna başlanılması haqqında elanın özəlliyi nədir? Birincisi, ekologiyadan innovasiyalara qədər sektorların və mövzuların qeyri-adi geniş spektri. İkincisi, meyarların çevik siyahısı. Həmin meyarlar üzrə layihələr seçiləcək. Faktiki olaraq təşkilatlara və qruplara mövzu, metod, hətta layihələrin həcminin seçimində geniş ixtiyar verilir.
Bundan başqa, Fond “yerli” regional və təşəbbüslərin vacibliyini vurğulayır - kənd, məhəllə, şəhər səviyyəli layihələr. Mövzu və formatlar üzrə sərt tələblərin olduğu standart dövlət qrantlarından fərqli olaraq, arzu edənlərin geniş dairəsi üçün faktiki açıq müsabiqə elan edilib.
Yuxarıda sadalananlar belə fikir yaradır ki, Fond ictimai sektorumuzu maksimum əhatə etmək üçün geniş şəbəkə qurur. Bu, geniş əhatəli təşkilatların çevik qaydalar əsasında əməkdaşlığa dəvət etməkdir. Üstəlik, qeyri-adidir, çünki Fond bu günədək layihələrdə tərəfdaş seçimində çox mühafizəkar olub, nüfuz və adın qayğısına qalıb, əsasən, özünün gücünə, insan və təşkilat resurlarına bel bağlayıb.
Yeni qaydalar gənc və yeni başlayan “ictimai işçilər”ə yol açır. Lakin heç kəsə sirr deyil ki, bizim “peşəkar” QHT-çilərdən ibarət xeyli klasterlərimiz var. Onlar layihələrin verilməsində ən çətin anketi “gözübağlı” doldura, istənilən arayış və sertifikatları verə bilərlər. Onların sənədlərin verilməsi mərhələsində “peşəkarlığı” layihələrin özünün həyata keçirilməsi dövründə mütləq üzə çıxmır. Təbii ki, deyilənlər ölkəmizdə sayı heç də az olmayan dürüst və vicdanlı QHT-lərə aid deyil.
İctimai sektor yekunda gənc, enerjili, vətənpərvər insanların, güclü vətəndaş özünüdərki olanların, şəxsi tamahı olmadan cəmiyyətin xeyrinə gücünü və vaxtını verməyə hazır olanların, bu söz şablon səslənsə də, vətənpərvər adlandırılması düzgün olan insanların işidir. Və Fondun təşəbbüsünü ictimai sektorun “yenidən işə salınması”nın anonsu kimi nəzərdən keçirmək mümkündür. Yeni nəsil fəalların axtarışı. Cari qaydalar çərçivəsində layihələri yalnız dövlət qeydiyyatı olan QHT-lərin təqdim etmək haqqı olmasına baxmayaraq, elanın özünün vətəndaş təşəbbüsünün və vətəndaş cəmiyyətinin formalaşmasının və daimi inkişafının vacibliyinə istinad etməsi də bunu göstərir.
Fondun seçim aparan komitə üçün hansı növ layihələrin daha çox maraq kəsb edəcəyi haqqında izahatlarla gələcək tərəfdaşlara çağırışı da az maraqlı deyil. Axı aydındır ki, elan edilmiş aşkarlığa baxmayaraq, bu təşəbbüsün təbiətində rəqabət və çox böyük ehtimalla xeyli sayda ərizə arasında məhdud sayda layihələrin seçilməsi var. Fond ictimai sektora müraciət edərək innovativ, rəqəmsal, güclü yerli komponentli layihələr gətirməyi təklif edir. Və “donor-alıcı” şaquli münasibətləri əvəzinə, faktiki olaraq tərəfdaşlıq ritorikasından və ümumi dəyərlərin bölünməsindən istifadə olunması vacib siqnaldır. Tələb Fondun özünün korporativ dəyərlər yığımını ayırmağa çağırış qismində elan edilmiş layihələrin həyata keçirilməsi çərçivəsində vəsaitlərin səmərəli və şəffaf istifadəsinə münasibətdə, şübhəsiz ki, ədalətlidir – bu, yanaşmanın təkamülünə daha bir işarədir.
Fondun bu təşəbbüslə çıxış etməsi gözlənilməz olsa da, qanunauyğundur. Axı Fondun minlərlə bağı var, o, bu tellərlə cəmiyyətin müxtəlif hissələri ilə bağlıdır. Bu baxımdan vətəndaş təşəbbüslərinin yeni nəslinin inkişafının aryerqardı olmasından təbii heç nə ola bilməz.
“Yüksəliş” və Yeni Sosial Layihələr təşəbbüslərdir, forma və bilavasitə vəzifələrinə görə fərqlidirlər. Birincisi büdcə maliyyələşməsi olan dövlət layihəsidir. Yüksək vəzifəli məmurlardan ibarət işçi qrupu var. İkincisi, ictimai təşəbbüsdür, birbaşa dövlət iştirakına malik deyil. Birincisi rəhbər heyətin axtarışı və seçiminə istiqamətlənib, ikincisi isə ictimai sektorun, yeni başlayan gənc fəalların maksimum əhatə olunmasına.
Bütün fərqlərə baxmayaraq, aydındır ki, onlar vahid prosesin tərkib hissələridir və ölkəmizdə belə zəruri olan gəncləşməyə və yenilənməyə istiqamətlənib.