Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mələk cildli nankorlar||--||



 


Mələk cildli nankorlar||--||


Otaqdakı stol ətrafında stullar qoyulmuşdu. Ermənipərəst Şivkunov başda oturmuşdu. O, nə isə yazırdı.

Çöldə atəş səsləri, uşaqların qışqırtısı eşidilirdi.

Şıvkunov düşünürdü: “ Gərək hər gün gördüyümüz işlər haqqında qeydlər edim. Sonra da bu qeydlərim əsasında hesabat hazırlayım.

Mənim vəzifəmin böyüdülməsində bu hesabatın rolu çox olacaq.

Qapı döyüldü.

- Gəlin.

Bir erməni əsgəri içəri girdi və tez hərbi vəziyyət aldı.

- Cənab Şıvkunov bir neçə qoca sizin yanınıza gəlib.

- Qoca? Gəlsinlər.

Erməni əsgəri otaqdan çıxdı, çox çəkmədi iki qoca ilə qayıtdı.

Şıvkunov qocaları çox soyuq qarşıladı. Oturmağa yer göstərmədi.

O, soyuq tərzdə:

- Eşidirəm.

Birinci qoca dilləndi:

- Bir neçə gündür ki, kəndimizdə Sizin saldatlarınız atəş açırlar. Neçə-neçə uşaq, zənən yaralanıb. Evlərə ziyan dəyib.

Şıvkunov soyuq halda soruşdu:

- Məqsədiniz nədir?

Ikinci qoca dedi:

- Əmr verin, atəşi dayandırsınlar.

Erməni əsgkəri qabağa gəlib Şıvkunovun qulağına nə isə pıçıldadı.

Şıvkunov bildirdi:

- Kəndinizdə quldur peydə olunub.

Birinci qoca:

- Kəndimizdə quldur çıxmayıb.

Ikinci qoca:

- Kədçi babayıq. Düzdür,kəndimizdə quldur gəlmişdi. Bir neçə evi çapıb getdilər. Şıvkunov erməni əsgərinə əmr verdi:

- Bir neçə əsgər götür, get kəndə.

Qocalar:

- Sağ ol,- deyib otaqdan çıxmaq istədilər.

Şıvkunov qocalara:

- Siz dayanın: dedi, üzünü erməni əsgərinə tutdu: - bunların əl-qolunu bağlayın.

Qoy girov qalsınlar.

Daha iki erməni əsgəri içəri girdi. Hər iki qonağın qollarını bağladılar.

Şıvkunov :

- Atın zirzəmiyə.

- Erməni əsgərləri qolları bağlı qocaları apardılar.

Şıvkunov ayağa qalxıb pəncərədən çölə baxdı.

- Yaxşı oldu bu binanı zəbt etdik.Qəraragahı da burda yerləşdirdik.

Deyirlər bu bina Talış xanı.Mirəhməd xanın evi olub. Fransızlar tikiblər. Necə də gözəl tikiblər. Xanın zövqü varmış. Fransız ustalarının da işinə söz ola bilməz.

Çöldən atəş səsləri, uşaqların ağlaşması, qadınların ah -naləsi aydın eşidilirdi.

... Qapı döyüldü.

- Gəl.

Erməni əsgəri paltarı qana bulaşmış halda içəri girdi və hərbi vəziyyət aldı. Sıvkunov çevrilib ona baxdı.

- Bu nə vəziyyətdir?

- Quldurlar iki əsgərimizi vurdular. Mən çətinliklə onların əlindən qurtardım. Yaralanmağıma baxmayaraq sizin yanınıza gəldim ki, sizə bildirim.

- Şıvkunov qəzəblə əlini stola vurdu:

- Onlar nə cəsarətlə əsgərlərimizi öldürüblər? Tez qolubağlı qocaları gətirin.

Yaralı erməni əsgəri otaqdan çıxdı.

Çox çəkmədi qolubağlı qocaları gətirdilər.

Şıvkunov qəzəbləndi:

- Demək, siz məni aldatdınız. Quldurlarla əlbir imişsiniz.

Birinci qoca:

- Ay toba.

İkinci qoca:

- Kəndçi babayıq. ..

Şıvkunov onların ağzını əydi:

- Kəndçi babayıq.

Erməni əsgərinə qocaları göstərdi. Sonra sağ əli ilə işarə etdi:

- Boyunlarını vurun. Qoy hamıya dərs olsun.

Erməni əsgərləri qolubağlı qocaları apardılar.

- Mənim əsgərlərimi öldürmək ... Bu sizə baha-başa gələr.

... Erməni əsgəri otağa daxil oldu və hərbi vəziyyət aldı.

- Cənab Şıvkunov əmrinizi yerinə yetirdik.

Şıvkunov:

- Əsgərlərə mənim adımdan tapşır.

Kəndləri, şəhəri atəşə tutsunlar. Evləri qarət etsinlər. Kim nə istəyir özünə götürə bilər.

Erməni əsgəri sevindi.

- Baş üstə cənab Şıvkunov.

- O, otaqdan çıxdı.

... Atəş səsləri, uşaqların ağlaşması, qadınların ah-naləsi aydın eşidilirdi.

Erməni əsgəri otağa girib hərbi vəziyyət aldı:

- Əmrinizi əsgərlərə çatdırım. Artıq hücuma keçiblər.

Şıvkunov:

- Lap yaxşı, -dedi.

Erməni əsgəri:

- Sizin yanınıza gəlməkdə başqa məqsədim var.

- Nədir məqsədim?

Erməni əsgəri bildirdi:

- Bakı milyonçusu Zeynalabdin Tağıyevin oğlunu öldürüblər.

Sıvkunov soruşdu:

- Kim öldürüb?

- Müsəlmanlar deyir ki, malakanlar öldürüblər.

- Bu ola bilməz. Böhtandır.

- Mən də bilirəm böhtandır. Hələ müsəlmanlar Zeynalabdin Tağıyevin oğlunu basdıranda deyiblər ki, malakanlara hücum edəcəyik.

Nə tədbir görək?

- Hə tədbir görəcəyik? Müsəlmanları atəşə tutun. Heç kimə, hətta uşaqlara, qocalara, qadınlara belə aman verməyin. Evləri yandırın. Qarəti genişləndirin. Mənə məlumat veriblər, müsəlmanlar qiymətli şeyləri zirzəmidə gizlədiblər.

- Baş üstə- erməni əsgəri otaqdan çıxarkən öz –özünə - halbuki, hadisə başqa cür olub, cavanlar tapancanın topunda bir güllə saxlayıb gülləni gicgahlarına tuşlayaraq, topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayıblar. Lənkəran “Dikaya divizyası” nı qoşun hissəsində xidmət edən Məhəmməd də bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdür.

Şıvkunov düşünürdü:

“ – Aldığım məlumata görə, Mikoyanın sağ əli olan Atazeyanın başçılıq etdiyi ordu Bakıda “Kaspiy” “ Açıq söz” qəzetlərin redaksiyalarını, müsəlman xeyriyyə cəmiyyətinin yerləşdiyi “İsmailliyyə” bin acını, Şirvanşahlar sarayının, XIV əsrdə tikilmiş “Key Qubad” məscidini yandırmışdır. Bakının bir çox kəndi məhv edilmişdir. Biz də daha çox adam öldürməli, ev yandırmalıyıq. Gərək hesabatda onların sayını dəqiq göstərim. Qoy bilsinlər, mən burada boş-boşuna oturmamışam. Tapşırığı canla-başla yerinə yetirirəm. Üzünü qapıya tərəf tutdu – Yavər...

Erməni əsgəri içəri girdi və hərbi vəziyyət aldı:

- Eşidirəm Sizi, cənab Şıvkunov.

- Aldığım hərbi məlumata görə dənizlə hərbi gəmilər gələcək. Gəmilərin kapitanları ilə görüşün, qoy gəmilərdən şəhəri atəşə tutsunlar.

- Baş üstə Cənab Sıvkunov.

- Müsəlman cavanlarını məcbur edin ki, səngər qazsınlar.

- O nə üçündür, cənab Şıvkunov?

- Hər şeyi tez bilsən tez qocalarsan.Vaxt gələr hər şeyi bilərsən.

- Əmrinizi yerinə yetirəcəyik cənab Şıvkanov.

- Indi isə get. Tapşırıqları vaxtında yerinə yetirmək lazımdır. Yoxsa yuxarıdakılar bizdən inciyərlər.

Erməni əsgəri otaqdan çıxdı.

... – Baş bilənlərimiz planlı şəkildə iş görürlər. Görünür bu işə çoxdan hazırlaşırlarmış. Bu işdə ermənilərin rolu çox böyükdür.

Atəş səsi eşidildi. Şıvkunov pəncərədən çölə baxdı.

“- Hərbi gəmilərdən atırlar. Sağ olsunlar, Ermənilər tapşırığı vaxtında yerinə yetirirlər.

Qapı döyüldü.

- Gəl!

Erməni əsgəri içəri girdi və hərbi vəziyyət aldı:

- Cənab Şıvkanov əmrinizi yerinə yetirdim.

- Atəşin səsini eşidirəm.

- Lənkəran mayakının ətrafında xeyli adam qırılmışdır.

Şıvuonov əlini erməni əsgərin çiyninə vurdu.

- Əhsən, sizin operativliyiniz məni sevindirir. Mənim Sizə bir hədiyyəm var.

- Nədir o hədiyyə?

- Müsəlman evlərində tez-tez axtarış aparın. Qiymətli şeyləri mənimsəyin. Erməni əsgəri əyilə-əyilə baş əydi: - Çox sağ olun, cənab Şivkunov. Biz ermənilər sizin yaxşılığınızı heç vaxt itirməyəcəyik.

- Müsəlmanların savadlı adamlarına rəhminiz gəlməsin. Birinci növbədə onları öldürün.

Erməni əsgəri bildirdi:

- Bu bölgənin müsəlmanları yaman dindardırlar. “Quran” onların əlindən düşmür.

- Elə “Quran” oxuyan yerdə o dünyalıq edin. Yandırın evləri, məsçidləri. Çalışın top atəşinə tutun. Güllələrə heyfiniz gəlməsin. Yuxarıdakılar bildirdilər ki, nə qədər müsəlman öldürsəniz, ev yandırsanız yaxşıdır.

Erməni əsgəri güldü.

- Bu bölgələrdə adamlar çoxuşaqlılardı. Elə bil iş-gücləri yoxdur.

Şıvkunovda güldü.

Atəş səsi eşidildi. Şıvkunov və erməni əsgəri pəncərədən çölə baxdılar.

- Evlərə də od vurulub, əhsən!...

Erməni əsgəri yaltaqlandı.

- Sizin əmrinizi yerinə yetirmək borcumuzdur.

- Qoymayın müsəlmanlar ölüləri basdırsınlar. Qəbirstanlığı atəşə tutun.

- Oldu, cənab Şıvkunov.

Şıvkunov bildirdi:

- Müsəlmanlar ölüləri yuyur, kəfənə bükür, sonra basdırırlar. Siz müsəlman ölülərini çaya atın. Qoy çay suyu onları yusun- gülür – daha müsəlmanlar əziyyət çəkməsinlər.

- Əmrinizi canla-başla yerinə yetirəcəyik.

Şıvkunov:

- Bilirəm yerinə yetirəcəksiniz. Çünki, türklərlə çoxdan düşmənsiniz. Müsəlmanlardan soyduğunuz qiymətli əşyaları nə etmisiniz?

- Yeşiklərə yığmışıq, cənab Şıvkunov

- Yeşikləri gətirin otağıma.

- Oldu cənab Şıvkunov.

Erməni əsgəri otaqdan çıxdı.

Şıvkunov (öz – özünə):

- Qiymətli şeylərdən özümə də götürməliyəm. Yuxarıdakılara da pay göndərməliyəm. Bu ermənilərin ağzına da bir şey atmalıyam. Onlara deyirsən filankəsi öldür. Həmin adamın bütün ailə üzvlərini öldürürlər. Görəsən onlarda türklərə qarşı bu qədər kin-küdrət hardandır?

Erməni əsgərləri bir neçə yeşiyi gətirib Şıvkunovun otağında qoydular.

Şıvkunov yeşiklərə işarə etdi:

- Mən sizin əməyinizi qiymətləndirəcəyəm. İndi isə gedin.

Erməni əsgərləri otaqdan çıxdılar.

Çöldə atəş səsi eşidildi. Şıvkunov yeşiklərə baxdı.

- Hə yaxşı qızıllardır. Bu müsəlmanların nə yaxşı zövqləri varmış- seçir- bunları özümə götürürəm. Bunları yuxarıya göndərəcəyəm. Bunları alan kimi vəzifəmi böyüdəcəklər. Bunlar da erməni əsgərlərimin olsun. Hələ indiyə kimi bir sözümü yerə salmayıblar. Müsəlmanlara yaxşı divan tuturlar. Başqa cür ola bilməz. Müsəlmanlar demişkən dağ kimi onların arxasında dayanmışıq. Amma öz aramızdır, bu ermənilərin hay-küyünə baxma. Biz olmasaq müsəlmanların kölgəsinə belə heç nə edə bilməzlər.

- Şıvkunov yerində oturub nə isə qeyd etdi:

... Qapı döyüldü. Erməni əsgəri içəri girdi, tez hərbi vəziyyət aldı.

- Eşidirəm.

- Cənab Şıvkunov tapşırıqlarınızı yerinə yetirdik.

Şıvkunov ayağa qalxıb bir müddət otaqda gəzdi. Sonra əlini erməni əsgərinin çiyninə vurdu – Sizə söz vermişdim, əməyinizi qiymətləndirəcəyəm. O yeşikləri öz aranızda bölün. Onu da bildirim ki, bu sonuncu bəxşiş deyil.

Erməni əsgəri sevindi:

- Daha nə tapşırığınız olsa, canla-başla yerinə yetirəcəyik.

- Apar yeşikləri.

- Erməni əsgəri baş əyə-əyə otaqdan çıxdı. Bir neçə erməni əsgəri ilə qayitdı. Erməni əsgərləri Şıvkunova təzim edə-edə yeşikləri apardılar.

- Görəsən yuxarıdakılar mənə nə vəzifə verəcəklər? Hər halda xırda vəzifə verməzlər. Onların hər planını yerinə yetirirəm. Hələ onlara bu qədər qiymətli şeylər göndərəcəyəm.

- Ayağa qalxıb pəncərədən çölə baxdı. Atəş səsi eşidilirdi. Uşaqlar ağlaşırdılar. Qadınlar ah-nala çəkirdilər

Qapı döyüldü.

Şıvkunov qapıya sarı baxdı:

- Gəl.

Erməni əsgəri içəri girdi, hərbi vəziyyət aldı.

- Nə sözün var?

- Sizə erməni əsgər və zabitləri minnətdarlıqlarını bildirirlər.

Şıvkunov gülümsündü və başı ilə razılıq etdi.

- Bu yerlərin qız-gəlinləri canlarını qurtarmaq üçün meşəyə qaçıblar.

- Sizdə meşəyə hücum edin.

- Cənab Şıvkunov məsələ belədir. Meşələrdə ağaclar çox sıxdır. Həmdə meşələrdə vəhşi heyvanlar var.

Şıvkunov təəccübləndi:

- Məgər yerlilər vəhşi heyvanın dilini bilirlər?

- Cənab Şıvkunov, şübhəsiz onlar vəhşi heyvanların dilini bilmirlər.

- Bəs niyə vəhşi heyvanlar onları parçalamır?

- Yerlilər – uşaqdan tutmuş böyüyə kimi hamı meşənin hər qarışına bələddirlər. Onlar çox yaxşı bilirlər ki, vəhşi heyvanlar meşənin hansı tərəfində olurlar.

- Onda yerlilərdən özünüzə bələdçi tutun.

- Məsələ belədir ki, heç kim bizə bələdçilik etmək istəmir.

- Vədlər verin.

- Veririk. Deyirik əgər bizə bələdçilik etsəniz Sizi öldürmərik. Var-dövlətinizə də dəymərik. Amma...

- Nə amma?

- Deyirlər bu yerlərdə heç vaxt satqın çıxmayıb. Mələk cildinə girmiş Siz nankorlara bələdçilik edəcəyik?

- Onda öldürün onları. Evlərini yandırın.

- Edirik, amma faydası olmur. Şıvkunov (öz – özünə) yerlilər silahsızdırlar. Bizə təslim olmaq istəmirlər. Silahlı olsaydılar onlarLa bacarmaq çox çətin olardı.

Erməni əsgəri nə isə xatırlayır:

- Bir dəfə belə hadisə baş verdi. Bir kənddə quyudan su çəkən bir qadın gördük. Dünya gözəli idi. Tez həyətə girdik. Bunu görən qadın evə girdi. Çox çəkmədi ki, yaşlı bir kişi və çoban bir kişi çölə çıxdılar.

Kişi qəzəblə dedi:

- Bura gəlməkdə məqsədiniz nədir, nankorlar?. Biz qocaya atəş açdıq. Baxmayaraq, onların hər ikisi silahsız idilər. Bizi təhqir etdilər “çörəyi dizində olan nankorlar..” Şıvkunov (öz-özünə) mərd xalqdırlar.- üzünü erməni əsgərlərinə tutdu- işinizi davam etdirin. Mən də hesabat yazıram. Erməni əsgəri otaqdan çıxdı

... Türk sərkərdəsi Əhməd Camal Paşa əsəbi halda otaqda var-gəl edirdi.

- Bilmirəm bu nankor ermənilər nə vaxt bəd əməllərindən əl çəkəcəklər?

Yavər Əhməd Camal Paşaya yaxınlaşıb hərbi vəziyyət aldı:

- Paşa, Azərbaycanın cənubunda yerləşən Lənkəranda ermənilər fuqan edirlər. Yerli əhali tanınmış ziyalı, folklorşunas alim Teymur bəy Bayraməlibəyovu Nuru Paşanın yanına göndərmişlər. Biz onlara kömək edək. Bu da məktub.

Əhməd Camal Paşa məktubu alıb oxudu.

- Ermənilərin törətdikləri vəhşiliklərdən yazırlar. Ermənilər quldur kimi evlərə basqın edir, qiymətli şeyləri aparırlar. Dinc əhalini öldürürlər. Xahiş edirlər, onlara kömək edək.Əlbəttə köməklik edəcəyik.

Yavaər bildirdi:

- Aldığımız məlumata görə şəhərə ermənipərəst rus Şıvkunov nəzarət edir. Onun qəraragahı şəhərin mərkəzində Mirəhməd xanın evində yerləşir.

Əhməd Camal Paşa:

- Lənkəranda ermənilər 40-a yaxın kəndi yandırıblar. Yüzlərlə günahsız adamları öldürüblər, neçə-neçə evi külə döndəriblər.Biz bölgəyə meşə hissəsi ilə getməliyik. Şəhərə yaxın bir kənddə bizim üçün qərargah da hazırlayıblar.

... Türk sərkərdəsi Əhməd Camal Paşa öz qərargahında idi. O, stolun üstündəki “Böyük Ermənistan” xəritəsinə baxırdı.

O, əsəbi halda:

- Ermənilər heç vaxt azərbaycanlılarla dost olmamışlar. Ruslar Qafqazı işğal edərkən ermənilər onlara yol göstərmiş və cəsusluq etmişlər Ermənilər bizə etdikləri pislik heç vaxt unudulmamışdır. Bu ermənilərdə vicdan yoxdur. Onların fikrincə türk millətini yox edəcəklər. Onlar bir şeyi unudurlar. Türkistan bir-iki nəfərdən ibarət deyil.

Küçədə erməni əsgərlərin səsi gəlirdi. Onlar xorla oxuyurdular.

Bir-iki, Bakı oldu bizimki.

Bir-iki Qafqaz oldu bizimki.

Qara dəniz, Aralıq dənizi

Üstəlik Krım adası

Yaşa, çox yaşa, Andronik paşa

Andronik paşa, səni çox yaşa.

- İştahaya bax, Dənizdən – dənizə “Böyük Ermənistan” yaratmaq fikirlərindədirlər.

Əhməd Camal Paşanın yavəri içəri daxil oldu. Əhməd Camal Paşa çölə işarə etdi:

- Nə səsdir?

- Erməni əsgəridirlər. Bir neçə müsəlmanı ağaca bağlayırdılar. Onlara “Siz bizim düşmənimizsiniz” deyirlər.

Şərqi oxuya-oxuya küçələrdə addımlayırlar .

- Satqın, xain Androniki qəhrəman sayırlar. Gərək onun bir qulaqğını yox, ikisi kəsiləydi. Kişiliyi məhv ediləydi. Yavər.

- Eşidirəm, Paşa.

- Çocaqlara de, bu quldurların dərisini versinlər. Azəri qardaşlarımızı da ağacdan açsınlar. Gedə bilərsən.

Yavər otaqdan çıxdı.

- Erməni dığalarının iştahaları çox böyükdür. Sizin “Dənizdən - dənizə” böyük Ermənistan yaratmaq planınız ürəyinizdə qalar .

Çöldə qısa müddətli atəş səsi eşidildi.

. . . Yavər içəri girdi:

- Paşa, Lənkəranda ilk döyüşümüz uğurlu oldu. Erməni əsgərlərinin bəzilərini əsir aldıq. Bəzilərini isə o dünyalıq etdik. Azəri müsəlmanlarını da ağacdan açdıq.

- Inanıram ki, Lənkəranda keçirəcəyimiz bütün döyüşlərimiz uğurlu olacaq. Burada işimiz çox olacaq. Qoy hələlik cocuqlar istirahət etsinlər. Zənənlər, uşaqlar, qocalar ermənilərdən qorxduqlarından meşələrdə gizləniblər. Onlar evlərinə qayıtmalıdılar . Bunun üçün erməni dığalarına qarşı ciddi döyüş aparmalıyıq. Tarix boyu xainlik edən dığalar dinc əhaliyə atəş açmaqdan zövq alırlar.

- Sizin bu tapşırığınızı da yerinə yetirəcəyik.

- Meşəyə gedəndə mənim adımdan azərilərə deyin: - “Biz sizə yardım edirik və edəcəyik. Öz vətənimiz kimi sizin vətəninizi də qoruyacağıq. Evlərinizə qayıdın. Bundan sonra heç bir erməni dığası sizə bir söz deyə bilməz.

Yavər otaqdan çıxdı.

- Ermənilər Azərbaycanın bir çox bölgələrində Bakıda, Qubada, Şamaxıda, Gəncədə, Səlyanda,Neftçalada, adlarını saymadığım bir neçə yerlərdə qırğın törədirlər. Bir türk əsgəri kimi borcumuz idi, Azəri qardaş və bacılarımıza kömək edək. Inanıram ki, Azəriləri ermənilərin zülmündən xilas edəcəyik. Aldığımız məlumata görə, Azərbaycandakı ordumuz xeyli irəli getmişlər. Bizim buraya gəlməyimiz Azəri qardaşların sevincinə səbəb oldu. Bizi “Quran” la, duz-çörəklə qarşıladılar. Stolun üstündə bir kağızı götürüb oxudu: “ Gəncədə Türk sərkərdəsi Nuru Paşa igidlik göstərir.

... Qapı döyüldü. Yavər içəri girdi. O, sevinirdi. Qabağa gəlib hərbi vəziyyət aldı.

- Paşa, icazə verin Sizə müraciət edim.

- Eşidirəm.

- Azəri qardaş və bacıları sağ-salamat evlərinə apardıq. Bu işdə bizə mane olan bir çox erməni əsgər və zabitləri əsir aldıq. Yerlilər Siz başda olmaqla bütün türk əsgər və zabitlərinə təşəkkür edirlər.

- Çox sağ olsunlar.

- Paşa, azərilər Sizin haqqınızda ətraflı öyrənmək istəyirlər. Uşaqlarımıza, nəvə -nəticələrimizə danışacağıq. Qoy bilsinlər, bizi erməni soyqırımından xilas edən kimlərdir.

- Təəssüf ki, biz bir-birimiz haqqında ətraflı bir şeyə malik deyilik. Ermənilər də bundan istifadə edirlər. Bu bizim nöqsanımızdır.

Əhməd Camal Paşa (doğum 6 may 1872, Tiflis, Gürcüstan), Osmanlı əsgər və siyasət adamı, 1908-1918-ci illər dövründə İttihat və Tərrəqqi Cəmiyyətinin öndərlərindən.

Gəncliyi və təhsili

Əsgəri əczaçı Məmməd Nasib Əfəndinin oğludur. 1890-cı ildə Qülləli Əsgəri İdadisini, 1893-cü ildə Hərbiyə Məktəbini bitirdi. 1895-ci ildə qərargah kapitan olaraq orduya qatıldı. Əvvəl Baş qərargah 1-ci şöbəsində vəzifə aldı. 1896-cı ildə 2-ci orduya bağlı Kirklareli İstehkam İnşaat şöbəsinə təyin edildi. Ertəsi il kolağası (önyüzbaşı) oldu. 1898-ci Selanikdəki 3-cü Orduya redif təriqəti (diviziyası) qərargah başçısı olaraq təyin edildi. Burada, o, sırada gizli bir təşkilat vəziyyətdəki İttihat və Tərəqqi Cəmiyyətinə girərək cəmiyyətin əsgəri qadanının təşkilatlanması vəzifəsi ona tapşırdı. 1899-cu ildə Selanikdə Seniha Xanımla evləndi. 1905-ci ildə mayor oldu. Ertəsi il Rumeli Dəmiryolları müfəttişliyinə gətirildi. Bu vəzifəsi əsnasında İttihat və Tərəqqi Cəmiyyətinin Rumelidə təşkilatlanmasına təsirli rol aynadı; cəmiyyətin bölük adı verilən yerli vahidlərini təşkil etdi. 1907-cı ildə 3-cü Ordu qərargah heyətinə təyin edildi. Burada Mayor Əli Fəthi Okyar və Kolağası Mustafa Kamal ilə birlikdə işlədi.

Ikinci Hökumət

II Hökumətin elanının (1908) ardından Selanikdəki İttihat və Tərəqqi Cəmiyyəti ümumi mərkəzi tərəfindən İstanbula göndərilən 10 nəfərlik təmsilçi heyətində yer aldı. Ardından cəmiyyətin ümumi mərkəz üzvlüyünə seçildi. Eyni il baş məmurluğa (podpolkovnik) yüksəldilərək Anadoluya göndərilən İslah Heyəti üzvlüyünə gətirildi. Bu sırada 31 mart hadisəsinin (13 aprel 1909) çıxmasına görə İstanbula dönərək Yeşilköydə qiyamı yatırmaq vəzifəsi tapşırılmış Hərəkət Ordusuna qatıldı. Qiyamın yatırılmasından sonra Üsküdar gözətçiliyinə təyin edildi (may 1909). Qısa bir müddət sonra Çukurovada başlayan erməni qiyamını nəzarət altına almaq üçün Adana qubernatorluğuna gətirildi (8 avqust 1909). 1910- cu ilin sonlarında xəstələndiyi üçün İstanbula döndü. Avqust 1911-ci ildə Ərəb tayfalarının çıxardığı qiyamları yatırmaq üçün Bağdad qubernatorluğuna təyin edildi. Ittihamçıların bu vəzifəsindən ayılaraq İstanbula döndü.

Bir müddət sonra Konya Redif Təriqəti komandiri oldu. Oktyabr 1912-ci ildə miralaylığa (polkovnik) yüksəldi. Noyabr 1912-ci ildə diviziyasıyla Balkan Döyüşünə qatıldı. Pınarhisar- Vizede Bolqarlara qarşı döyüşdə ağır bir məblubiyyətə uğrayınca diviziyası ilə birlikdə Çəngəl tərəfə çəkildi. Dekabr 1912-ci ildə İstanbul mənzil müfəttişi və ordu idarə rəisi oldu.

Babıali Basqını

Babıalı Basqını (23 yanvar 1913) olaraq bilinən hökümət zərbəsinin ardından İttihamçılar başa keçincə İstanbul gözətçiliyinə gətirildi. Bu vəzifəsi dövründə İttihat və Tərəqqi Cəmiyyətinə qarşı inkişaf edən müxalifəti yatıraraq partiyanın rəhbərliyinə dəstək tmin etməyə çalışdı. Eyni il Bolqarlarla edilən barış görüşmələrinə əsgəri üzv olaraq qatıldı. Istanbul gözətçiliyinin qaldırılması üçün 1-ci Kolordu komandir vəkili oldu. Dekabr 1913-cü ildə mirvalığa (Tuğgeneral) yüksəldi. 26 fevral 1914-cü ildə mafia (mütəqqilik), 11 mart 1914-cü ildə dəniz nazirliyinə təyin edildi. Dəniz Nəzarətində (nazirlik) və donanmada yeni tənzimləmələr etdi. Fransa tərəfdarı olaraq bilinən Camal Paşa, I dünya Müharibəsinin əvvəlində Fransanın dəstəyini qazanmaq məqsədiylə

Bu Fələstin Cəbhəsindəki başqa məğlubiyyətlərlə müşayiət olundu. Getdikcə pisləşən vəziyyəti düzəltmək məqsədilə İyul 1917-ci ildə İldırım Orduları Qrupu qurularaq 4-cü Ordu qaldırıldı. Camal Paşa da saxta bir vəzifə olan Suriya və Qərb Ərəbistan Orduları Ümumi Komandirliyinə (Suriya, Fələstin, Hicaz, Yəmən və Asar bölgəsi komandirliyi) təyin edildi və birinci ferikliğe (General) yüksəldildi. 1918-də bölgəyə nəzarəti İldırım Orduları Qrupuna verilincə bu vəzifədən də kənarlaşdırıldı.

Camal Paşa Suriyada olduğu vaxtlarda Xalidə xanımla birlikdə müxtəlif ictimai xidmətlərin və mütərrəqqilik fəaliyyətlərinin yayılması üçün çalışdı; bölgənin arxeoloji xüsusiyyətləriylə yaxından maraqlandı. Bu vaxt Ərəb irəli gələnləri arasında ortaya çıxan siyasi məmnunsuzluğa və düşməncə yönümlərə sərt tədbirlərlə reaksiya verdi. Şərif Hüseyn öndərliyindəki qiyam. 4. Ordunun bölgədəki vəziyyətinin sarsılmasında əhəmiyyətli bir faktor öndərliyindəki qiyam. 4. Ordunun bölgədəki vəziyyətinin sarsılmasında əhəmiyyətli bir faktor olmuşdu. Lakin Camal Paşa güclü idi üsyançıları (Abdulhəmid Zöhravi, Şefik-el-Müeyyed, Abdülgani Ariysi, Cəzairli Ömər, Rəfiq Ruzi Sellim, Yusuf Hanı kimi) aradan qaldırılmasını bilərdi amma ingilis gücü buna icazə vermədi.

Müharibədən sonrakı dövr.

Osmanlı Dövlətinin ı Dünya Müharibəsindən məğlub çıxdığı üçün 1-2 noyabr 1918 gecəsi Ənvər Paşa və Tələt Paşa ilə birlikdə bir Alman sualtı qayığı ilə Odessaya, oradan da Berlinə getdi. Tam bu vaxtda Istanbuldakı Hərbi Vəziyyət Məhkəməsi tərəfindən (Ədliyə Divanı Ənənəsi), Osmanlıda yaşayan səbəb olmaq günahından qiyabında əvvəl ordudan kənarlaşdırmasına, sonra da edamına qərar verildi ( 5 iyul 1919). Ardından İngiltərəyə qarşı mübarizə edən Əfqan ordusunun müasirləşdirilməsi üçün Əfqanıstana getdi. Bolşeviklərin siyasət dəyişikliyi nəticəsində Tiflisə keçdi. Burada bir müddət Paşa bir qrup İttihatçının Rusiya və bütün Asiyadakı Türkləri antiemperyalist və Turanç məsədlər ətrafında birləşdirməyə istiqamətli fəaliyyətlərinə qatıldı. Anadoludakı Qurtuluş Döyüşünün öndərləriylə əlaqə yaratdı.

Camal Paşa, 1908-1918- ci illər dövründə İttihat və Tərəqqi Cəmiyyətinin qabaqcıl idarəçilərindən idi. Xüsusi ilə Paşalar İqtidarı olaraq da bilinən 1913-1918- ci illər arasından Dövlətinin iç və xarici siyasətinin təyin olunmasında əhəmiyyətli rol oynadı. Ayrıca I Dünya Müharibəsində ən əhəmiyyətli cəbhənin komandiri olaraq vəzifə yerinə yetirildi. Buna görə də məğlubiyyətinin və İttihat və tərəqqi Cəmiyyəti rəhbərliyinin birinci dərəcəli cavabdehlik daşıyan məsullarından sayıldı. Camal Paşanın Seniha xanımla olan evliliyindən Əhməd, Məhəmməd, Kamran, Nejdət və Behçət adlı beş uşağı vardır. Oğullarından Əhməd Camal məşhur jurnalist Həsən Camalın atasıdır.

Almanlar hərbdən sonra İmperatorluğu müstəmləkələşdirməyi düşündükləri üçün ən qüvvətli kəsləri ehtiyat zabit olaraq göndərmişlər, Anadolu və Suriya üçün ən yaxşı araşdırmaları almanlar etmişlər. Camal Paşa belə araşdırmalardan faydalanan və səmərələşdirən hünərli, çox az əlinən vətənpərvər bir dövlət adamıdır. Fələstin təxribatından sonra, xüsusi bir qataristan bula dönərkən, anca o zaman Camal Paşa, Anadolunun kasıb torpaqlarına vəzifə almış olsaydım demişdir.


Əsərləri.

1. Plevne mudafası ( 1898)

2. Alte Dekınoeler auş Syrien Palastına und est Arabien (1918)

( Suriya, Filistin və Batu Arabistandakı eski anular)

3. Cemal Paşa Hatırası 1913-1922 (1923)

4. Birinci Dünya Harbinde suriya hatıraları ( 2003)- ali Fuad

Əhməd Camal Paşa-Yavər

.. . Yanıma bir neçə yaşlı Azəri gəlmişdi. Onlar söylədilər ki, ermənilər müsəlman şəhidlərini basdırmağa qoymurlar. Qəbirstanlığı atəşə tuturlar. Müsəlman şəhidləri müsəlman qaydası ilə dəfn olunmalıdırlar. Azəri şəhidlərinin basdırılmasında qardaşlarımıza yardımçı olmalıyıq. Qoy ermənilər onlara xəta toxundura bilməsinlər. Şəhərin bir neçə yerində Azəri şəhidləri elə-belə qalıb. Qohum-əqrabaları erməni silahların qorxusundan onları basdıra bilmirlər.

- Tamam, icazə verin gedim.

- Get.

- Yavər otaqdan çıxdı.

- Hərbidə belə bir qayda var. Müharibələrdə müəyyən vaxtlar sakitlik olur. Hər iki tərəf öz şəhidlərinin götürür, basdırır. Bu nankor ermənilər necə millətdirlər? Silahsız adamlara atəş aşmaqları bəs deyil, şəhidləri də basdırmağa qoymurlar. Azəri arkadaşlarımız bir əhvalat danışdı. Bir kişi şəhid olmuş anasını çətinliklə də olsa aparmaq istəyəndə ermənilər ona atəş açıblar. Yazıq kişi elə şəhid anasının yanında ölüb. Bunlar necə millətdirlər, ilahi? Heç qocalara da rəhm etmirlər.

Çöldə qısa atəş səsi gəldi. Atəş dayanan kimi, kimsə ucadan yasin sürəsini oxudu. “Allah rəhmət eləsin” sözləri eşidildi. Əhməd Camal Paşa yerindən çıxıb pəncərədən çölə baxdı. Salavat çəkdi:

- Allah rəhmət eləsin.

- Əhməd Camal Paşa yerində oturdu. Mizin üstündəki kağızları nəzərdən keçirtdi. Kağızlardan birini götürüb oxudu:

- Bax budur. Malakanlar yazıblar. Bir neçə yaşlı malakan yanıma gəlmişdi. Mənimlə mehribancasına görüşdülər. “Vaxtında gəlmisiniz. Paşa, - dedilər. Bu vəhşi ermənilər bizə də pislik ediblər. Biz bu bölgəyə XIX əsrdə gəlmişik... Yerlilərdən, müsəlmanlardan heç bir pislik görməmişik. Adamın Allahı var. Gərək həqiqəti deyəsən. Az qalmışdı, müsəlmanlar bizə düşmən kəsilsin. Hacı Zeynalabdın Tağıyevin Məhəmməd adlı oğlu Lənkəranın “Dikaya dvizyası”nın qoşun hissəsində xidmət edirdi. Ermənilər müsəlmanlar arasında şayiə yayıblar ki, guya oğlanı biz öldürmüşük. Axı biz Malakanlar ondan, ümumiyyətlə müsəlmanlardan heç bir pislik görməmişik ki, milyonçunun Məhəmməd adlı oğlunu öldürək,əslində hadisə başqa cür olub. Biz heç vaxt müsəlmanlarla düşmən olmamışıq, olmaq da istəmirik.

Mənim bu işdən xəbərim var. Bilirəm,təsadüfi halda Hacı Zeynalabdin Tağıyevin oğlu ölub. Bu işdə Malakanların heç bir günahı yoxdur. Ermənilər malakanlarla müsəlmanlar arasında ədavət salmaq istəyirlər.

Əhməd Camal Paşa fikirdən ayrıldı.

Artıq çöldən Yasin sürəsinin, oxuyanların səsi gəlirdi.

- Demək, qocaqlar bu tapşırığı da yerinə yetiriblər. Ermənilər rus havadarlarının köməyi ilə dənizdən atəş açırlar. Onları necə məğlub etməli? – Vərəqələrin birində müxtəlif işarələr qoydu. –Bu variant daha yaxşıdır. Aldığım məlumata görə onlar topdan atəş açırlar. Görəsən onların neçə topu var? –

Stolun üstündə ikiqat bükülmüş bir kağızı açdı və oxudu – kəşfiyyatımız yaxşı işləyir. Dəqiq məlumat əldə ediblər. Başqa cür ola da bilməz. Növbəti döyüşümüz bu məlumatlardan çox asılıdır. Dəqiq məlumat uğurlu döyüş deməkdir.

Qapı döyüldü.

- Gəlin

Yavər içəri girdi. Tez hərbi vəziyyət aldı.

- Paşa, bu tapşırığınızı da uğurla yerinə yetirdik.

- Mənim əvəzimə qoçaqlara təşəkkür et.

- Tamam.

- Indi isə yaxın gəl!

Əhməd Camal Paşa ona kağızdakı işarələri göstərdi. Nəyi isə başa saldı. Yavər Əhməd Camal Paşanı axıradək dinlədikdən sonra işarə qoyulmuş kağızı götürüb otaqdan çıxdı.

- Mələk cildli erməni nankorlara öz gücümüzü göstərməliyik. Hələlik döyüşümüz uğurlu gedir.

Bu tapşırığı da yerinə yetirə bilsək, ermənilərə onların havadarlarına böyük zərbə vurmuş olarıq. Çox sağ olsunlar yerlilər. Bizə yaxşı bələdçilik edirlər.

- Çöldən atəş səsi, sonra isə partlayış eşidildi. Əhməd Camal Paşa pəncərədən çölə baxdı.

... Əhməd Camal Paşa yerində oturmuşdu. Mizin üstündəki xəritəyə baxa-baxa ayrıca kağızda qeydlər edirdi:

- Aldığım, məlumata görə ermənilər havadarları ilə birlikdə xan evində qərargah yaradıblar.

Azəri arkadaşlarımız deyirlər ki, bizə silah verin, biz də vuruşmaq istəyirik. Hətta yerli zənənlərdən də döyüşmək istəyənlər çoxdur. Mən azəri balalarımızın igidliyinə yaxşı bələdəm. Mindən çox azəri kızkardaşlarımız Bakıda, silahsız olmasına baxmayaraq, bir neçə gün silahlı nonkorlara müqavimət göstərdiyi haqda eşitmişəm.

... Yavər yaxına gəlib Əhməd Camal Paşanın göstərdiyi xəritəyə baxdı:

- Şıvkunovun rəhbərlik etdiyi qəraragah Xan evində yerləşir. Ermənipərəst bu rus çox qəddar adamdır. Ola bilsin, Xan evini dağıtsın. Buna imkan vermək olmaz. Çalışın heç bir yerə xəta toxunulmasın.

- Imkan daxilində məsək cildli nankorları diri tutun. Yerlilər bizə bələdçilik edərlər.

Yavər bildirdi:

- Paşa, onsuz da yerlilər bizə həmişə bələdçilik ediblər...

Əhməd Camal Paşa kağızdakı işarələri göstərdi:

- Kiçik bir xəta bizə çox baha başa gələr. Yenə təkrar edirəm. Ermənipərəst Şıvkunov əzrail adamdır. Zərər verməsə təslim olan deyil.

Yavər işarələr qoymuş kağızı götürüb otaqdan çıxmaq istədi.

- Bayaq yanıma bir neçə ağsaqqal gəlmişdi. Indi gözləmə otağındadırlar. Onlarla əlaqə saxlayın. Yerlidirlər. Bu torpağın hər qarışısına bələddirlər. Sizə bələdçilik edərlər.

- Tamah

- Yavər otaqdan çıxdı.

- Bu, bizim son döyüşümüz olacaq. Nankorların dərsini verməliyik.

O, otaqda gəzişdi. Çöldə Türk döyüş marşı eşidildi. Əhməd Camal Paşa pəncərəyə yaxınlaşıb çölə baxdı.

- Uğur olsun, qoçular! Qərargah elədiyimiz bu ikimərtəbəli evi ermənilər üçün yük daşıyan Rostom Xaçat I-ci uryan yandırıb. O, evi qarət edib. ..

Türk döyüş marşı daha aydın eşidilirdi.

... Qapı döyüldü. Yavər içəri girdi və hərbi vəziyyət aldı:

- Eşidirəm .

Yavər sevincək dedi:

- Paşa, ermənilərin və havadarların bir çoxunu əsir aldıq. Bir çoxu isə o dünyalıq oldu.

- Quldur Şıvkanov necə?

Yavər kədərlə:

- Təəssüf ki, o, bir neçə erməni ilə İrana qaça bildi.

- Çöldən səs gəlirdi.

- Yaşa, Əhməd Camal Paşa, türk əskəri . Dar gündə bizə arxa oldunuz. Bizi bu nankorların əlindən qurtara bildiniz.


Epiloq.

22 iyul 1922-ci ildə, Türkiyəyə dönməyə hazırlaşarkən Tiflisdə Qarakın Lalayan və Sergo Vartanyan adlı iki erməni komitacı tərəfindən öldürüldü. Bu sui-qəsdin, Stalinin əmriylə, o cümlədən Gürcüstan Çekasının başında olan Lavrenti Beriya tərəfindən tərtib edildiyinə dair iddialar vardır. (1) Cənazəsi Şərq Cəbhəsi Komandiri Qazıntım Karabekir tərəfindən Ərzuruma gətirilərək Karskapı Şəhidliyinə dəfn edildi.

Faluh Rıfki Atay Zeytindağı kitabında Camal Paşadan belə izah edər; “Qəmli taleh: Şərəflilərini öldürmüş olduğu Suriyada Camal Paşanı sevən və axtaran çoxdur. Camal Paşa, Bolşeviklər hesabına on minlərləsini öz əli ilə həyat vermiş olduğu ermənilər tərəfindən öldürülmüşdür.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10