Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nadir şahın rus çariçası Yelizaveta ilə evlənmək arzusu...



Nadir Şah hələ Xorasan hakimi olanda   kiçik dövlət məmurundan  şikayətə gələn   kəndlini    həmin məmurun belinə   mindirib  şikayətini   yerində   həll etmək üçün  gəldiyi kəndə  gönərmişdi.



 “Sərkərdənin sarayı - atının yəhəridir” deyən  Nadir şah    fatehlikdən söz düşəndə  belə bir fikir də söylərmiş: "Əgər mən Çingiz xan və Əmir Teymurla bir dövrdə yaşasaydım,  Çingiz xan səltənət başçısı, Əmir Teymur vəzarət başçısı və mən qoşun başçısı olardım, bütün dünyanı biz üçümüz fəth edərdik".


Nadir əslən Azərbaycan türklərindən olub, Azərbaycandan Xorasana köçürülmüş qızılbaş oğuz-türkman boyu olan əfşarların qırxlı tayfasına mənsub idi. Səfəvi şahı II Təhmasib Nadir bəyi Xorasanda oz canişini təyin etmiş, bundan sonra Nadir ozunə Təhmasibqulu xan adını goturmuşdu.   Sezar, Çingiz xan, Əmir Teymur,  Şah İsmayıl,   Böyük Fridrix,Hannibal  kimi şöhrətli fatehlərlə müqayisə edilən bu  sərkərdəyə  hərbi nailiyyətlərinə görə bəzi tarixçilərŞərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər vermişlər.  

1732-ci ildə Təhmasibin Osmanlı dövləti ilə müharibədə uğursuzluğa düçar olması, müqavilə ilə Azərbaycanın qərb hissəsini Osmanlılara verməsi Nadiri məcbur edir ki, onu hakimiyyətdən salsın.Təhmasibi hakimiyyətdən kənarlaşdıran Nadir onun iki yaşlı oğluAbbası şah elan edib özü də onun naibi olur. 1736- cı ildə Azərbaycanı  bütün ərazisi osmanlı  və rus işğalçılarından azad edir.Şah İsmayılın rəhbərliyi ilə Qızılbaşların yaratdığı böyük bir ərazinin parçalarını bir araya gətirdi, bərpa etdi, təzədən birləşdirdi...



1 Pyotrun məkrli Bakı planı və Nadir şah   Azərbaycanın işğalın 70 il necə geri atdı?


Vaxtilə  Rus çarı I Pyotr şərqi Azərbaycanı işğal edəndə belə məsələ qaldırmışdı ki, Bakı qarışıq bütün Şərqi Azərbaycandan türklər çıxarılsın, erməni və gürcülərə burada çarlıq verilsin.  Ona görə Nadir Rusiya ilə müharibə etmək qərarına gəlmişdi.  Türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri ələ keçirtmək niyyətində idi. Rus diplomatları  anlayırlar ki,  müharibə olsa, Rusiya Nadirlə bacarmayacaq. Ona görə də tezliklə Bakını, Dərbəndi azad edib, Gilandan geri çəkildilər. Bununla  yanaşı  Nadir ruslara elə bir dərs vermişdi ki, ondan sonra ruslar 70 il Azərbaycana girməyə cəsarət   etməmişdilər.


Ölkəsini üç illik vergidən azad etdi.


Hindistanı fəth   edəndən sonra Əfşarlar imperiyasına daxil  olan   vilayətləri  üç il vergidən azad edən Nadir şahdan  Rusiya,   Osmanlı imperiyası ,  Asiya ölkələri  çəkinirdilər. Nadir şahın düşərgəsində olan Leon monarxı Daminan öz məktubunda belə yazırdı: “Şah Qafqas dağlarının bütün xalqlarını boyun əydirdi. O, keçilməz dağ çaylarında düz 200 min döyüşçü itirdi, ancaq Qafqas xalqlarını diz çökdürdü”



“Gəl birləşək, bir yerdə Osmanlı imperiyasını məhv edək”


Xəzər dənizində hərbi-dəniz donanmasına sahib olandan sonra   Sankt-Peterburq sarayı  Nadir şahın   şimala  hərbi yürüşü ilə bağlı  narahatçlıq  içindəydi. Rus  imperatiriçəsi  ona məktub göndərərək “Gəl birləşək, bir yerdə Osmanlı imperiyasını məhv edək”  təklif edəndə  Nadir şah ona: “Mən təkbaşına bir addım atdım, Hindistanı tutdum, bir addım da atsam, dünyanı tutaram” yazır. Yəni “İstəsəm, sənsiz belə Osmanlını tutaram” demək istəyir.

     Rusiya mənbələrinin yazdığına görə, Nadir Şah  Əfşar   Pyotrun kiçik qızı  Çariça Yelizavetiya elçiləri  ilə Hindistandan gətirdiyi çox qiymətli daş-qaşlar, fillər və dəvələri hədiyyə olaraq göndərib, onunla evlənmək  arzusunda olduğunu  bildirib. Lakin  Rus sarayının başbilənləri  Nadir şahın  elçilərin bu təklifinin çariçaya çatdırılmasına imkan vermirlər...


                           Nadir  şah  Ağ Banu dediyi  çariça ilə niyə evlənmək istəyirdi?


Əfşarlar dövlətinin hökmdarıNadir şah Osmanlı   sultanı 1-ci Mahmuda yazdırdığı məktubunda deyirdi: “Ya gəl birlikdə Rusiyanı tamamilə müsəlmanlaşdıraq, ya da mənə təminat ver ki, Şərq sərhədlərinə hücum etməyəcəksən.”  Cavab məktubunda Osmanlı sultanı buna təminat vermir.Beləliklə, Osmanlı sultanının  cavabı Nadir şahı Rusiyanı almaq fikrindən daşındırır.   Belə güman etmək  olar ki, Nadir  Rusiyanı müsəlmanlaşdırmağın yolunu   Ağ Banu   dediyi çariça  ilə  evlənməkdə görürdü...


                                              Nadir şahın qəribəlikləri  


    Nadir Şah hələ Xorasan hakimi olanda   kiçik dövlət məmurundan   şikayətə gələn   kəndlini   həmin məmurun belinə  mindirib   şikayətini   yerində  həll etmək üçün  gəldiyi kəndə   gönərmişdi.

       Bağdadı  mühasirəyə alanda   rəqibi   olan  Osmanlı  sərkərdəsi   Əhməd paşaya  bir neçə  araba   qarpız  göndərmişdi.

      Nadir şah farsça çox  pis danışırdı, rus və ərəb dillərini heç bilmirdi, Azərbaycan türkcəsinin sadə tərəkəmə ( bəzi mənbələrdə  cağatay -  yəni şərqi türk ) ləhcəsində  bəzək-düzəksiz danışırdı.   Nadir Hindistan səfərindən sonra oxuyub-yazmağı öyrənir. İncili, Tövratı, Quranı   oxuyur.  Rus diplomatı Kaluşkinlə görüşəndə   fikrini  izah etmək  üçün   qılıncla  iri qarpızı  iki yerə   bölmüşdü.

     Muğan  qurultayında  şah   olması  üçün  ona səs verənlərə erməni və gürcü millətindən olan qul və kənizlər bağışlayır. 


Gəncə xanı - Ziyadoğlular Nadirin şah seçilməsinin əleyhinə çıxır:  “Niyə adi kəndli oğlu bu boyda məmləkətin şahı olsun, biz Səfəvilər sülaləsindən bir nəfəri şah seçə bilərik... Bu üzdən Nadir şah seçiləndən sonra Gəncə və Qarabağ xanlarını   ölkənin şərq hissəsinə sürgün etdirir. O zaman Borçalı Gəncə xanlığının tərkibində, həm də Azərbaycan bəylərbəyiliyi ərazisində idi.  İndiki Ermənistan ərazisi Azərbaycan bəylərbəyiliyinə daxil idi. Nadir şah inzibati ərazini gürcülərə yox, gürcü xanlığına verib. Gürcü xanı isə türk əsilli  Zöhrab xan idi. 


      Şahcahanabadı  (Dehlini)   alanda Moğol Türk xaqanı Məhəmməd şah öz tacını  Ndirin   qarşısına qoyur. Məhəmməd şah türk əsilli olduğuna görə Nadir onun tacını geri qaytarır. Oğlu Nəsrullah Mirzəni Məhəmməd şahın qızı ilə evləndirir.

Nadir şah  Hindistanın paytaxtında 57  gün qalır. Günlərin bir günü Məhəmməd şah soruşur ki, sənin qoşunun sayca mənim qoşunumdan  çox az   idi. Bəs necə oldu ki, məni məğlub etdin?  Deyilənlərə görə,  Nadir saray   əyanları qarşısında  ondan şalvarını aşağı çəkməyi tələb edir, elə özü də üst geyimini  çxarıb   şalvarını  aşağı çəkir. Və  hər iki   şah bir- birinin arxasına əl   vurur. Moğol şahının arxası yumşaq, Nadir şahınsa qayış kimi bərk olur. “Bax, mənə zəfər qazandıran , səni məğlub edən budur”

     Kim bilir,  bəlkə  Asiyanın sonuncu fatehi  o zaman elə   bu ifadəni deyib: “Səkərdənin sarayı onun  atının yəhəridir!”


 Nurəddin    ƏDİLOĞLU.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10