Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha 2 masallılı qadını tanıyaq - biri tərcüməçi -yazar, o biri tanınmış həkim -cərrah



 


İki gün öncə təkrar payaşdığımız “Masallıdan kənarda yurdumuza şöhrət gətirən qadınlarımız - Zahir Əmənovun təqdimatında (1-ci hissə)” yazımızdan sonra maraqlı məlumatlar aldıq. Məlum oldu ki, həmin yazıda təqdim etdiyimiz   Rəsmiyyə Sabir, (Alim - şair. Ərkivan) Könül  Nuriyeva (Tanınmış bloger. Ərkivan),  Cəlalə Nəzəroğlu (Jurnalist-aparıcı . Xırmandalı) və Arzu Əliyevadan (Jurnalist. Ərkivan)başqa digər yazar xanımlarımız da var imiş. Onu sizə təqdim edirik.

Abasova Xanım Mirhüseyn qızı (Ədəbi təxəllüs – Xanım Anela) 


Doğum tarixi: 22 sentyabr.

Ata: Masallı rayonunun Şatroba kəndi

Ana: Beyləqan rayonu

8-ci sinifədək Türkoba kəndinin tam orta məktəbindətəhsil alıb.

Sonra təhsilini Rusiya Federasiyasının Kalininqrad şəhərində davam etdirib. Orta məktəb itamamla dıqdan sonra Moskva Dövlət Universitetininhüquq fakültəsini bitirib. 2011 ci ildən Azərbaycanda yaşayır və yazıçılıq və tərcüməçilik fəaliyyəti ilə məşğuldur. “Mücrü” nəşriyyatında tərcüməçi-redaktor vəzifəsində çalışır.

 

Əsərləri:

 

1. “Amarna günahkarları”, roman, 2018, “Hədəf” nəşrləri; 2021, “Mücrü” nəşriyyatı

2. “Anela”, hekayələr, 2019, “XAN” nəşriyyatı

3. “Yuxuların oğrusu”, roman, 2019, “Mücrü” nəşriyyatı

4. “Fürer”, araşdırma, 2020, “Mücrü” nəşriyyatı

5. “Mafiyalar”, araşdırma, 2021, “Mücrü” nəşriyyatı

6. “Şirin və Düşüncənin yeni il macəraları”, nağıl, 2023, “Mücrü” nəşriyyatı

7. “Ürək notu: Vanil”, roman, 2024, “Mücrü” nəşriyyatı

8. “Pıçıltı”, nağıl, 2024, “Mücrü” nəşriyyatı

9. “Kalp notası: Vanilya”, roman, 2024, “Lotus” yayınları

10. “Фа, Фа и Гранатовое Королевство”, nağıl, 2024, Издательство «Ларец»

11. “Фа и Фа в поисках Деда мороза”, nağıl, 2024, Издательство «Ларец»

12. “Cırtdan geri qayıdır”, nağıl, 2025, “Mücrü” nəşriyyatı 

Tərcümələri:

 

1. Mehmet Niyazi “Mövcudluq mübarizəsi” – Türkcədən Azərbaycan dilinə, “XAN” nəşriyyatı

 

2. Qriqori Petrov “Bataqlıqlar ölkəsi” – Rus dilindən Azərbaycan dilinə, “Mücrü” nəşriyyatı

 

3. “Bir Saatda Tarix” – Maestro Niyazi – Rus dilindən Azərbaycan dilinə, “Mücrü” nəşriyyatı

 

4. “Bir Saatda Tarix” – Merilin Monro – Rus dilindən Azərbaycan dilinə, “Mücrü” nəşriyyatı

 

5. “Bir Saatda Tarix” – Abraam Linkoln – Rus dilindən Azərbaycan dilinə, “Mücrü” nəşriyyatı

6. Tarık Buğra – “Osmancıq” – Türkcədən Azərbaycan dilinə, “Mücrü” nəşriyyatı

 

7. Mariya Velho de Kosta – “Mayra”, Rus dilindlənAzərbaycan dilinə tərcümə, “Mücrü” nəşriyyatı

 

8. Dünya uşaq ədəbiyyatından seçilmiş nağılların rus dilindən tərcüməsi, “Mücrü” nəşriyyatı

 

9. “Təyyarə qəzaları”, araşdırma, Rus dilindən Azərbaycan dilinə tərcümə, “Mücrü” nəşriyyatı

 

10. “Qar kraliça” Hans Kristian Andersen

 

11. “Düyməcik” Hans Kristian Andersen

  

  

Mətbu nəşrlər

 

“Ustad” ədəbiyyat və sənət dərgisində esse, məqalə, araşdırma və hekayələr

“Proza” ədəbiyyat və sənət dərgisində esse, məqalə, araşdırma və hekayələr

“Mücrü” uşaq dərgisində hekayə və nağıllar

“Ulduz” dərgisində hekayələr

“Güfte Edebiyat” dərgisində healenın kayələr

 

(Yaxın vaxtlarda Xanım Anelanın əsərlərindən seçmələri sizə təqdim edəcəyik)

 Gülşən Nuriyeva – ali məktəbi Fərqlənmə diplomu ilə, Moskvada və Türkiyədəkı aparıcı xəstəxanalarda   peşəkar kursları uğurla  bitirdikdən sonra 

Respublika Klinik Xəstəxanasında həkim-cərrah kimi fəaliyyətə başlayıb.


Niriyeva Gülşən Tofiq qızı Masallı şəhərinin Dadva ərazisində anadan olub. Masallı şəhər 1 saylı tam orta məktəbiniəla qiymətlərlə, daha sonra Azərbaycan Dövlət Tibb  Universitetini  Fərqlənmə diplomu ilə bitirib. 1991-1992-ci illərdə Respublika Klinik Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura kursunu bitirib və həmin xəstəxanada həkim-cərrah kimi fəaliyyətə başlayıb.

I Qarabağ müharibəsi iştirakçılarının müalicəsi ilə məşğul olub və bir neçə dəfə döyüş bölgəsindən birbaşa evakusiya prosesində iştirak edib. Bu müddət ərzində elmi işlə ciddi məşğul olsa da, intriqalar səbəbindən sonda müdafiədən imtina edib.

1996-cı ildə respublikada ilk dəfə yaradılan təsərrüfat hesablı cərrahiyyə şöbəsinə dəvət alıb. Bu şöbə sonradan KTM-in balansına keçdiyinə görə, bu günə kimi orada çalışır.

Azərbaycanda ilk özəl tibb müəssisəsi olan TAMS-la yanaşı, bu gün öndə gedən özəl klinikalardan Avrasiya, Etalon, Hospitallar və Medistyle klinikasında cərrah-ordinator kimi fəaliyyət göstərir.


Ölkədə həkimlərin sertifikasiya imtahanlarında 3 dəfə iştirak edib, Ölkə üzrə bu imtahanlarda 2 dəfə 2. 1 dəfə 1-ci nəticə  göstərib.

Daim öz üzərində çalışan Gülşən Nuriyeva Moskva KoloproktologiyaMərkəzində və Türkiyədə AcıbademKoloproktologiya Mərkəzində (2013, 2014, 2015) peşəkar kurslarda iştirak etmişdir.

Cenub.az üçün hazırladı:  Zahir Əmənov.

(Bu yazıda və bundan əvvəlki  məqaləmizdə  (

https://cenub.az/16395-masallidan-kenarda-yurdumuza-sohret-getiren-qadinlarimiz-zahir-emenovun-teqdimatinda-1-ci-hisse.html) unutduqlarımız varsa, həmin qadınlar haqqında da bizə məlumat ünvanlaya bilərsiniz).







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10