Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

HAVZAVA KƏNDİNİN UZUNÖMÜRLÜLƏRİ



   Həyatda ən böyük və əvəzsiz nemət can sağlığıdır. Hər kəs sağlam və uzun ömür yaşamaq istəyir. Heç də təsadüfi deyildir ki, doğmalarımıza, dost-tanışlarımıza doğum və bayram günlərində ilk olaraq can sağlığı və uzun ömür arzulayırıq. Uzunömürlüyə gedən yol da məhz sağlamlıqdan keçir. 


   Araşdırmalar nəticəsində dünyanın ən uzunömürlü insanının 253 il yaşadığı məlum olub (Natiq Azər. 157 il yaşamış türkün qəribə həyat hekayəsi. Axar.az saytı, 06.11.2014). 

   Azərbaycanda isə ən uzun ömürlü şəxslər Lerik rayonundan olan Şirəli Müslümov (168 yaş), Mahmud Eyvazov (150) və Məcid Ağayev (145) hesab edilir. Heç də təsadüfi deyildir ki, Lerik şəhərində Uzunömürlülər muzeyi fəaliyyət göstərir. Respublikamızda ilk və yeganə olan bu muzey 1991-ci ildə yaradılmışdır. 

   Lənkəran rayonunun Havzava kəndində də zaman-zaman uzunömürlülər yaşamışdır. Kəndin ən uzunömürlüləri Kərbəlayi Mirələm Mənsimov (130 yaş), Mirabbas Qasımov (1852-1979; 127 yaş), Fəttah Quliyev (117 yaş), Bürcəli Vahabov (110 yaş) və Səhər Mirzəyeva (101 yaş) hesab olunur. 

   Kərbəlayi Mirələm Mənsimov Mirabbas Qasımovun müvafiq olaraq 130 və 127 il yaşadıqlarını nəzərə alıb, onları nəinki Azərbaycanın, həmçinin planetin ən uzunömürlülərindən saymaq olar. 

   1971-ci ildə Bakıda rus dilində çap olunmuş “Azərbaycan – uzunömürlülər ölkəsi” kitab-albomuna Mirabbas Qasımovun da adı daxil edilmiş və orada onun üç şəkili verilmişdir. Kitab-albomda 118 yaşlı Mirabbas Qasımovun yaşadığı ünvan Girdəni kəndi (rus dilində Кирдяни/Kirdyani) yazılsa da, əslində o Havzava kəndindən olmuş və Havzava həmin vaxt Girdəni kənd sovetliyinin (inzibati ərazi dairəsi) tərkibində olduğu üçün ünvan Havzava deyil, sovetliyin mərkəzi kimi Girdəni göstərilmişdir. 

   Qeyd edək ki, Mirabbasın (Mirəbbos) soyadı Qasımov olsa da, o daha çox Quliyev soyadı ilə tanınır və Abbasəli, Calal Quliyev qardaşlarının atası olmuşdur. Mirabbas Qasımov 1979-cu ildə vəfat etmiş, Havzava kəndinin “Şiboz” və ya “Seydon” qəbiristanlığında dəfn edilmişdir.

   Havzava kəndinin sakinlərindən Kazım Süleymanov (1893-1991) 98, Süleyman Məmmədov (1904-2001), Zərifə Qurbanova 97, Xanış Nağıyev (1879-1975) 96, Mirhüseyn Zəbiyev (1884-1979), Ağarza (Şıx Əğərizo) Rzayev (1917-2012), Tamam Kərimova (1929-2024) 95, Ağa Quliyev, Mustafa Quliyev (1885-1979), Suğra Əsədullayeva (1902-1996), Güləli Şirəliyev (1923-2017) 94, Həbib Mənsimov (1902-1994), Səfər Abbasov (1910-2002), Hacı Məmmədhüseyn Kərimov (1930-2022) 92, Sadıx Mənsimov (1931-2022) 91, Mikayıl Mirzəyev, Suğra Quliyeva (1890-1978), Arəstə Nağıyeva (1889-1979), Tuğra Rufullayeva (1906-1995), Mirnisə Quliyeva (1915-2004), Rza Rzayev (1932-2022), Əlihəsən (Alihəsən) Bayramov (1924-2014) və Bəşir Şirəliyev (1925-2014) 90 il ömür sürmüşlər. 

   Lənkəran şəhərindən 15 km şimal-qərbdə, Talış sıra dağlarının ətəyində və Girdəniçayın sahilində yerləşən Havzava kəndində 2800 nəfər əhali yaşayır. 2800 nəfərdən 22 nəfərinin yaş həddi 80-94 arasındadır. Hal-hazırda Havzava kəndinin ən uzunömürlüsü Bəşir Rzayev (94 yaş) və Amənə (Aminə) Kərimovadır (93 yaş). 

   Kəndin hazırki uzunömürlüləri aşağıdakı şəxslərdir:

1. Bəşir Qüdrət oğlu Rzayev (1931) – 94 yaş
2. Amanə Oğul qızı Kərimova (1932) – 93
3. Məmməd (Məhəmməd) Qüdrət oğlu Rzayev (1936) – 89
4. Ayna (Ayə) Nəsir qızı Rzayeva (1937) – 88
5. Mirzəhüseyn Ağarəhim oğlu Cavadov (1937) – 88
6. Vəsi Məmi qızı Cabbarova (1938) – 87
7. Nənənaz Nəzər qızı Səfərova (1938) – 87
8. Ağamir Nəsir oğlu Mənsimov (1939) – 86
9. Əbdüləli Xanbaba oğlu Babayev 
(1939) – 86

   10. Rəfiqə Məmməd qızı Şabanov (1939) - 86

11. Surəyyə Xanbala qızı Abdullayeva (1940)  85
12. Sadıq (Ənsar) Ağa oğlu Quliyev (1940) – 85
13. Nisə Kəkül qızı Quliyeva (1941) – 84
14. Baloğlan Məmməd oğlu Şabanov (1942) – 83
15.  Gülnisə Rəşid qızı Ağayeva (1942) – 83
16.  Sərdar Xəlil oğlu Fərəcov (1942) – 83
17. Xeyrulla Mirəhməd oğlu Mirzəyev (1943) – 82
18. Humayə Mirzəhüseyn qızı Zeynalova (1943) – 82

   19.   Nəsibə (Kürsüm) Rəzzaq qızı Quliyeva           (1943) - 82

  20.  Şahrud (Şirin) Hüseyn qızı Şabanova (1944) - 81

21. Kərbəlayi Səndəl Ağa oğlu Həsənov (1945) – 80
22. Saray Vahab qızı Şabanova (1945) – 80.

   Uzunömürlülər, ağsaqqal və ağbirçəklər el-obanın xeyir-bərəkəti sayılır. Allah onların ömrünə bərəkət versin! Bu gün dünyada cərəyan edən proseslər mənəvi dəyərlərimizə təsirsiz ötüşmür. Müəyyən maraqlı qüvvələr əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərimizi aradan götürmək, onları məhv etmək üçün mübarizə aparırlar. Belə bir dönəmdə gənclərin uzunömürlü, ağsaqqal və ağbirçəklərin dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə daha çox ehtiyacı vardır. 

   Qeyd edək ki, həmmüəllifi olduğum “HAVZAVA” kitabında (digər müəllif Hacı Etibar Əhədov. B., 2009) “Uzunömürlülər” bölümündə havzavalı uzunömürlülər haqqında məlumat verilmişdir (səh. 72-74).

                                                                                                   İldırım ŞÜKÜRZADƏ,    

             Lənkəran rayonunun Havzava kənd tam orta ümumtəhsil məktəbinin tarix

             müəllimi, İstisu bələdiyyəsinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİRABBAS QASIMOV


HACI MƏMMƏDHÜSEYN KƏRİMOV

BƏŞİR VƏ AYƏ RZAYEVLƏR

AMANƏ KƏRİMOVA


MİRZƏHÜSEYN CAVADOV


MİRZƏHÜSEYN CAVADOV









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10