Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mirzə Ələkbər Sabir xalqı niyə təhqir edirdi? - Şahid ifadəsi



Yazıçı heç bir rəsmi əsatirə uymadan hadisələri olduğu kimi təsvir edir, düşünə bilən oxucu isə bu cəmiyyətin düşdüyü ağır və alçaldıcı vəziyyətin məhz bu məxluqatın yaşayış tərzinin, törətdikləri hərəkətlərin məntiqi aqibəti kimi başlarına gəldiyini dərk edir. Tariximizdə “Birinci Qarabağ müharibəsi” adlandırılmış biabırçı başıpozuqluğun və dərəbəyliyin nəticəsi olan köçkünlüyün (“Hərbi-siyasi məsələ” hekayəsi), bir kənd əhlinin olmazın zülm, yalan və qorxaqlığının qaçılmaz cəzası kimi düşmən hücumunun başlanması (“İşğaldan bir gün əvvəl” hekayəsi), kənd icmasının məzlum “kiçik insana” zalım, insanpərvərlikdən uzaq münasibəti (“Arıların səssizliyi” hekayəsi), amneziyaya uğramış zəngilanlı Köçəri dayının yazıq və məzmunsuz mövcudluq hekayəti və hətta belə məxluqa şəfqətli münasibətin mümkünlüyü (“Yaddaş” hekayəsi), insanlar arasında hökm sürən zorakı münasibətlərin qurbanı olmuş kimsəsiz qadına zalım cəmiyyətin münasibəti (“Məsmə üçün dua” hekayəsi)… Daha səciyyəvi olan belə hekayələrin adlarını sadalamaq istəmirəm, zira müxtəlif talelər və qəhrəmanlar bu acı köçkünlüyün doğurduğu zillətin içində birləşiblər. Bu, çox ağır şahid ifadələridir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10