Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

LARTİ-nin 20-dən artıq direktoru cəzalandırma “əməliyyatı”nın pərdəarxası, bir də Astan İbişova xüsusi diqqətin “sirləri”



 

Bu günlərdə Lənkəran-Astara RTİ-nin 20-dən artıq direktoru (məktəb və uşaq bağça müdirləri) cəzalandırılması (işdən çıxartma,  şiddətli töhmət, töhmət, xəbərdarlıq və)  əsasən sükut içində olan regionda bir az canlanma yaratdı.

Bir daha cəzalandırılıan direktorlara nəzər salaq.

LARTİ - 9 direktoru işdən çıxardıb. İşdən azad edilən 9  rəhbərin 5-i məktəb, 4-ü isə Uşaq Bağça müdirdir  Həmçinin bu “9”-ların  5-i Masallının payına düşür. Belə ki, LARTİ-nin əhatə etdiyi 6 rayondan işdən azad edilən 5 məktəb direktorunun 4-ü Masallının, eləcə də 4 Uşaq Bağça müdirinin 1-i Masallının payına düşür.

Həmçinin bəlli olub ki, Masallıda işdən azad edilən 4 məktəb direktorundan 1-i - Sirəbil kənd ümumi orta məktəbinin  direktoru bu monitoriqdən bir neçə ay öncə, təxminən 6 ay qabaq  vəzifəsindən kənarlaşdırılıb.

İşdən azad edilən direktorların işində ciddi nöqsanlar olub  (“legioner” şagird, adı olub özü olmayan işçilər və s. ) Lakin onların hamısının ərizəsi alınaraq vəzifəsindən azad edilib. Amma şəffaflıq və obyektivlik  xətirinə monitoriq zamanı aşkar edilən nöqsanları ictimaiyyətə çatdırılmali idi ki, digərlərinə də ibrət olsunHələ  onu demirik ki, yoxlama aparılan bəzi təşkilatların adı heç bu siyahıya düşməyib. Bəziləri isə rəsmən işdən çıxarılsa da, faktiki əvvəlki vəzifələrini icra edirlər.

Təhsil sahəsində heç bir informasiyanın dövlət sirr olmadığını nəzərə alsaq, bu gün təhsillə bağlı bəzi məlumatlar ciddi-cəhdlə gizlədilər. Yəqin ki, yaxın vaxtlarda bununla bağlı LARTİ-yə sorğumuz olacaq.

Bir neçə kəlmə də "9-lardan" biri Astan İbişovla bağlı “Sirlər”barədə

Astan müəllim ixtisasca rus dili müəllimi olsa da,  o, rayonda müəllim kimi yox, uzun illər (bir az mədəni desək) heyvandarlıqla məşğul olan  təsərrüfatçı kimi tanınıb.

2020-ci ilin ortalarında onun Masallı  təhsil şöbəsinə müdir gətirilməsi bir çoxlarında qəribə suallar doğurmuşdu. RTŞ  müdirliyindən Şəhər 3 saylı tam orta məktəbinə direktor təyinatı da göstərdi ki, Astan müəllim güclü bir əlin himayəsindədir. Hətta təhsildə “təmizlik” siyasəti başlayanda bu, qaydalara əməl etməyən 2-3 məktəb direktoru var idisə, deyilənlərə görə, onlardan biri Astan müəllim idi.

Nəhayət, sonuncu təyinat. 

Astan müəllimin 3 saylı tam orta məktəbindən böyük təmtəraqla yola salınması istehza ilə qarşılandı. 

Birincisi, Masallının sabiq İcra Başçısı Şahin Məmmədovun yola salınması mərasimi yada düşdü. https://youtu.be/vRHoZvvyq8c?si=tg9qDplg7dVHUZ0A

Həmin vaxt sabiq icra başçısı üçün qan-yaş tökənlər, bu gün heç onun adın çəkməyə cürət etmirlər.

İkincisi, sual yaranır ki, Astan müəllim belə qiymətli kadrdırsa, niyə onu 500 -dən artıq şagirdi olan məktəbdən çıxarıb 300 nəfər şagirdi olan kənd məktəbinə direktor yolladılar?

Üçüncüsü, niyə işdən azad olunan kimi, digərlərindən fəqli olaraq,  dərhal onun ücun  boş yer yaratdılar. Belə ki, onun arzusuna müvafiq olaraq Köhnə Alvadı tam orta məktəbinin rəhbəri Cəlal müəllimi (həm savadına, həm təşkilatçılığın, həm imtahanda yüksək bal yığdığına görə, rayonun sayılan direktorlarından biri kimi tanınır) vəzifəsi ilə vidalaşmağa vadar etdilər. Bizə çatan məlumata görə, kifayət qədər qürurlu olan Camal   müəllim əgər mənim işdən çıxmağımla işiniz  düzəlirsəbuyurun ərizəmi” deyərək vəzifəsi ilə vidalaşıbYəni, Astan müəllimin sonuncu təyinatı centlmen sayağı olmayıb. Qəmlonun sözü olması “Kərbəlayı, sən gərək əvvəldən bu işə qol qoymayaydın”

Bütün bu vurhavurlaradan Astan müəllim  qalib çıxırsa, demək zirək adamdırUlduz” filmində deyilmişkən, təbrik edirəm Əliş

Bilmirəm Astan müəllimin Rus dili müəllimi olmasının bu işdə rolu olub, ya yoxAmma bütün hallarda isə, LARTİ-nin belə bir az cəsarətsiz, bir az müəmmalı gedişləri, heç də rəğbət doğurmur.

Biz LARTİ-nin gördüyü yaxşı işləri də işıqlandırmışıq və yenə də olarsa, işıqlandırmağa hazırıq. Lakin bu təşkilatın fəaliyyətində arzu etdiyimiz aşkarlığı görmürük.  Arzu etdiyimiz  statistika da bu qaranlıq arzular sırasındadır. Məhz buna görə bizdə belə təsəvvür yaranır ki, bu təşkilat göründüyü qədər də “məsum” deyil. Hazırda bu təşkilatla bağlı bəzi məlumatları dəqiqləşdiririk.

Biz mövcud reallıqları nəzərə alıb bu təşkilatdan inqilabi dəyişiklik gözləmirik. Lakin... “xxı-ci əsrin təhsil quldurları himayə edilməməli,  onların saxtakar əməlləri xalqa olduğu kimi çatdırılmalıdır, yaxşılar, cəsarətlillər layiqincə dəyərləndirilməli,  internet resuslarından  daha səmərəli  istifadə olunmalıdır .

Çalışacağıq ki, bu olaya bir daha detallı qayıdaq. Xoş sədalarınızı eşidək.

Cenub.az. Zahir Əmənov

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10