Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Futbolu “haradadır?”



Masallı futbolu “Güclülər” dəstəsində -yox, 1-ci Liqada yox, 2-ci Lıqada yox. Bəs,“Region” qrupunda? .. Hə, burada, Azərbaycan futbolunun ən aşağı eşelonunda deyəsən tərpəniş var.

1990-cı illərin sonunda respublika 3-cüsü olan, hətta Beynəlxalq arenada nəinki bölgəni, ölkəni təmsil edən, İslandiyaya qədər yarışmaya gedən Masallı futbolu nədən düşdüyü bataqlıqdan çıxa bilmir?

Stadion var, ölkə futbol tarixinə töhfələr verən veteranlar var, futbol üçün alışıb-yanan gənclər var. Bəs nədən Masallı futbolu yox kimidir?

Açığı futbol həvəskarı deyiləm. Bu yaxınlarda rayonda ölkənin “Region” qrupu çərçivəsində keçirilən bir oyunun 10-15 dəqiqəlik tamaşaçısı oldum. Diqqətimi isə bir nəfərin tamaşaçıları sayması cəlb etdi. Sən demə, bu AFFA-nın nümayəndəsi imiş. Onun təxmini hesablamasına görə həmin gün stadionda 1600-dən artıq tamaşaçı var imiş.

Maraqlıdır - ən aşağı dəstədə çıxış edən, oturmağa bir stulu da olmayan komandanın oyununa bu qədər tamaşaçı gəlirsə, görün, bir az yuxarı qrupda, normal stadionda oynasalar, tamaşaçı nə qədər olar?

Bir az keçmişə qayıdaq. Təxminən 30 il öncə coşub-çağlayan Masallı futbolundan bu gün ancaq xatirələr qalıb. S. Vurğunun “İndi nə Cəlal var, nə də ki Humay” misrasına oxşasın deyə, bu gün Masallının nə normal futbol komandası var, nə normal  stadionu, nə normal maliyyəsi.

Belə ki,  uzun illər istifadəsiz qaldığından Masallı stadionunun beton oturacaqlarına qədər dağılıb. Əldən ələ keçəndən sonra isə bir iş adamına satılıb. 

Deyəsən, çox uzağa getdik. Qayıdaq, bu il “Region” qrupunda 1/4-ə qədər irəliləyə bilən Masallı komandasına.Hansı ki, nə güclülər, nə 1, nə 2-ci dəstələrindəki futbol qruplarına əli çatmayan Masallı futbolçuları, nəhayət “Region” qrupunda qüvvələrini sınamağa başlayıblar.

Məlumat üçün deyim ki, Azərbaycan çempionatında “Region” qrupu ən aşağı mərhələdir. Masallı futbolçuları bu qrupda Lənkəran, Neftçala, Biləsuvar, Cəlilabad   birgə qoşulmuşdu

Masallı futbolçuları  bu mərhələdə Qazaxın Göyəzənkomandası ilə qarşılaşıb1/4 Final mərhələsində görüş Masallıda 1-1 hesabı ilə başa çatıb.  Səfər oyununda Masallı komandası 1-0 hesabı ilə öndə olsa dason dəqiqələrdə qapısından 1 top buraxıb. Oyun heç heçə başa çatdığı üçün əlavə vaxt verildi. Həmin vaxtda da qalib müəyyənləşmədiyiüçün  penaltilər seriyasından istifadə olunub. Bu penaltilər seriyasında Masallı 4-2 hesabı ilə məğlub olaraq çempionatı dayandırmaq məcburiyyətində qalıb.

Müvafiq qaydalara görə “Region” qrupunda qalib olan komanda, 2-ci dəstəyə vəsiqə qazanır, eləcə də həmin klub bu il  İsveçdə keçiriləcək yarışmaya  getmək hüququ əldə edir..

Onu da qeyd edək ki, 1-ci dəstənin lideri “Güclülər” dəstəsinin oynayacaq. Bu il həmin hüququ “Şimal FK” (Şamaxı) komandası əldə etdi.

Masallı futbolçuları qarşıdakı ildə daha uğurlu nəticə əldə edə bilərmi?

Bu sahədə əsas işlərdən biri də maliyyə məsələsidir. Belə ki, AFFA “Region” qrupunda oynayan komandaya   hər oyun üçün 300 manat pul ayırır. 2-ci Liqada oynayan komandaya 50 min manat və 1-ci Liqadan oynayan komandaya isə bir mövsüm üçün 150 min manat pul ödəyir.

Hansı ki, bu 50 və ya 150 min manata yol, geyim, mükafat və sair xərclər  daxildir.

Masallı PFK  U-16 və Region Liqası komandası  səfər oyunlarına gediş-gəlişi üçün isə Viləş Palace rəhbəri- Hacı Ramazan Zeynalov rəhbərlik etdiyi şirkətin avtobusunu futbolçularının sərəncamına verir. Uşaq futbol üçün də idman forması almaqdan ötrü 2500 AZN manat dəstək olub.

Həmçinin rayonun Şıxlar kənd sakini Hacı Nurəddin  2023/2024  mövsümündə  Masallı PFK  AFFA U-16 Liqası üzrə səfər oyunlarının yol xərcini öz üzərinə götürmüşdür. 

Onu da xatırladaq ki, Masallıda 2 futbol klubu var ki, onun da biri Ərkivan klubudur və eyni adlı qəsəbədə yerləşir.

Bu sahədəki problemlərdən müvafiq təşkilatlar da xəbərdardır.

Hazırda Masallı Peşəkar Futbol klubuna Mirələm Həşimov, Ərkivan klubuna isə Ramil Həsənov rəhbərlik edir.

Nəhayət, son sual- vəziyyətdən necə çıxmaq olar?

Yada qədim bir əhvalat düşür. Qısa xülasəsi belədir ki, bir şah işğal etdiyi  şəhərə səfər zaman onu top atəşi ilə qarsalamırlar. Şah bunu səbəbini soruşur. Cavabında deyirlər ki, bunun,   40 səbəbi var, birincisi də odur ki, Topumuz yoxdur.

İndi Masallı futbolunun əsas problemi onun normal stadionu yoxdur. Yuxarıda qeyd etdik ki, Masallı stadionu sahibi iş adamı Hacı Səxavətdir. Bu iş adamı stadionu  təmənnasız olaraq Masallı PFK-nın  ixtiyarına verib. Və qeyd edib ki, Masallı  stadionla bağlı çətinliklərə əlindən gələn köməyi əsirgəməyəcək.

Amma bu stadionu stadion  halına gətirmək üçün xeyli vəsait lazımdır.

Azərbaycanın 1-ci və 2-ci  dəstələrində çıxış etmək üçünsə komandanın ən azı 200 nəfərlik oturacağı olan stadionu,  geyinmə və yuyunma  otağı olmalıdır.  Qısası, hazırda bu stadionda ən elementar şərait yoxdur.

Bu mövzuda deyiləsi  sözlər çoxdur.  Problemin həlli isə  ciddi müzakirələr tələb edir.

İşıq gələn tərəf isə görünmür- yəni, rayonun idman təşkilatı, regional idarəyə çevrilib, ən azı bölgənin 6 rayonunun stadion problemi var.

İcra hakimiyyəti də 2 ildən artıqdır ki, müəmmalar içindədir. Bilinmir nə vaxt ləğv olunacaq, yaxud hansı formatda fəaliyyət göstərəcək   Qaldı ki, bələdiyyələr... nə isə gülə-gülə qalın. 

Hərdən də uşaqlara bir Futbol nağılı danışın ki, biri var idi, biri yox idi, 230 minlik əhalisi olan bir rayonda Futbol deyilən bir oyun da var idi.

Futbol söhbətini bir İslandiya söhbəti ilə bitirəm istəyirəm. Deməli, təxminən 10 ilin söhbətidir. Bu ölkədə narkomaniya baş alıb gedirmiş. Nə qədər cəza-filan tətbiq edirlər, bu narkomanların sayı azalmır ki, azalmır. Axırı, bir ağıllı çıxıb deyir ki, bizim gənclərin  ən çox həvəsi nəyədir?  Bir çoxu deyir ki, gənclərimiz futbolu çox sevir. Qərara alırlar ki, ölkədə çoxlu stadion tiksinlər. Təxminən 1 ildə ölkədə 100-ə yaxın stadion tikirlər. Nəticədə ölkədə narkomaniyanın səviyyəsi 5 faizə düşür.

Aydın Canın sözü olmasın, bildiniz də nə deyirəmArada  bir-biriniz tərifləyib qurtarandan (Arada bir-birinizi söyənlər də olur ) sonra, vaxtınız qalsa, belə şeylər haqqında da fikirləşin.

Cenub.az üçün Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10