Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ötən il Masallıda ölən 1241 nəfərin 200-ə yaxını xərçəngdən ölüb


 

Son 29 ildə isə Masallıda  boşanananların  sayı 128 dəfə artaraq  5 nəfərdən 513 nəfərə çatıb. (hələ faktiki boşanıb, sənəddə “evli” olanları demirik).

 

Cenub.az Masallı rayonunda  doğulan, ölən, boşanan və nikaha daxil olanların statistikası haqqında, Statistika İdarəsinə istinadən xəbər verir.

     Masallı Rayon Statistika İdarəsi tərəfindən cenub.az saytının sorğusuna əsasən rayon üzrə doğulanlar, ölənlər, boşanan və nikaha daxil olanların statistikası haqqında məlumatlar təqdim edilmişdir.

     Masallı rayonunda ötən il doğulan insanlarda gözlənilən ömür uzunluğu 75 yaş olub. Bu göstəriciyə görə Masallı rayonu ölkədə 37-ci yeri tutur. Qadınlar üzrə orta ömür uzunluğu 77 yaş, kişilər üzrə 72, şəhər yerlərində 70, kənd yerlərində isə 76 yaş qeydə alınmışdır.

       İl ərzində rayonda 2559 doğum qeydə alınmışdır. Doğulanların 54,4 faizini oğlan uşaqları, 45,6 faizini isə qız uşaqları olmuşdur.                15-29 yaşlı qadınlar tərəfindən rəsmi nikahdan doğulmuş uşaqların sayı 657 nəfər olmuşdur.

       İl ərzində rayonda 1241 ölüm halı qeydə alınmışdır. Ölənlərin 15,0 faizi (200 nəfərə yaxın) yeni törəmələrdən (xərçəng), 59,3 faizi qan dövranı sisteminin xəstəliklərindən, 1,2 faizi şəkərli diabetdən, 0,2 faizi vərəm xəstəliyindən, 5,8 faizi bədbəxt hadisələr nəticəsində, 18,5 faizi isə digər xəstəliklər nəticəsində ölənlər olmuşdur.İl ərzində 5 yaşadək ölən uşaqların sayı 62 olmuşdur ki, onunda 51,6 faizini oğlan uşaqları, 48,4 faizini isə qız uşaqları təşkil etmişdir. Rayonda 2023-cü il ərzində ana ölümü qeydə alınmamışdır.

Boşanmaların sayı 513olmuşdur. Məlumat üçün qeyd etmək olar ki, bu boşanma halı 1995-ci ildən bu günki tarixə qeydə alınmış ən yüksək boşanma göstəricisidir. 1995-ci ildə rəsmi boşanma Masallı rayonunda 5 olmuşdur.  (2023-cü ildə qeydə alınmış boşanmaların sayı 1995-ci ildən 128 dəfə çox olmuşdur)

 

Boşananların 34,3 faizi uşaqsız ailələr, 65,7 faizi isə 2 və daha çox uşağı olan ailələr olmuşdur.

Nikahların sayı isə 1144olmuşdur. Nikaha daxil olan bəylərin       19,2 faizi 18-24 yaşda, 

41,1 faizi 25-29 yaşda, 

21,9 faizi 30-34 yaşda, 

7,6 faizi 35-39 yaşda, 

3,9 faizi 40-44 yaşda, 

2,0 faizi 45-49 yaşda, 

2,7 faizi 50-59 yaşda, 

1,6 faizi isə 60 və yuxarıda 

yaşda olanlar olmuşdur.   

Nikaha daxil olan gəlinlərin

0,1 faizi 18 yaşadək,   

68,4 faizi 1

8-24 yaşda, 

14,1 faizi 25-29 yaşda, 

6,5 faizi 30-34 yaşda, 

4,7 faizi 35-39 yaşda,

2,1 faizi 40-44 yaşda, 

2,2 faizi 45-49 yaşda, 

1,5 faizi 50-59 yaşda,

0,4 faizi isə 60 və yuxarıda yaşda olanlar olmuşdur.

Masallı Rayon Statistika İdarəsi.

Redaksiyadan. Xərçəng xəstələrinin çox olması diqqət çəkdiyindən son illərin  statistikasına da nəzər saldıq. Bəlli oldu ki, bu sahədə ən yüksək göstərici  2022-ci ildə olmuşdur ki, həmin ildə xərçəngdən  218 nəfər   ölmüşdür.

Onu da xatırladaq ki, xərçəng xəstəliyi icbari sığortaya daxil edilmədiyi üçün (guya bu əvvəldən pulsuz müalicəyə daxildir) həmin xəstəliyə tutulanlar isə indi də dədə-baba qaydası ilə 2-3 min manat zəhmət haqqı verib, özlərini əməliyyat etdirirlər.

Dövlət Statistika Komitəsinin  rəsmi saytına əsasən bildiririk  ki, ötən il ölkə  xərçəngdən  ölkə üzrə  9818 nəfər olmuşdur. Bu xəstəlikdən ən çox ölənlər Bakı və Sumqayıt  şəhərlərinin payına düşür. Orta ömür Masallıda 75 yaş olsa da, bu rəqəm  Sədərək rayonunda 83 yaşdır.

Hazırladı: Zahir Əmənov. Cenub.az üçün






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10