Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Himnimizin müəllifinin “evi”: lələ köçüb, yurdu qalmayıb – FOTOLAR



1

Nə yurdunda, nə də kəndində şairin xatirəsinə hansısa lövhə, barelyef, qeyd var

Azərbaycanın istiqlal şairi Əhməd Cavad Şəmkir rayonunun Mehrili kəndində dünyaya göz açıb. Uşaqlığı da bu kənddə keçib. Sakinlər onun evinin yerləşdiyi ərazini “şairin yurdu” adlandırırlar. Lakin buna baxmayaraq, nə həmin ərazidə, nə də doğma kəndində şairin adına hansısa lövhə, barelyef, məktəb, kitabxana var.

Hazırda Əhməd Cavadın ata-baba yurdu hesab edilən ərazidə köhnə, qəzalı vəziyyətdə olan və heç kimin yaşamadığı bir ev yerləşir. Bir çoxları buranı şairin doğulduğu ev kimi təqdim etsələr də, yerli sakinlər bildirirlər ki, indiki evin yerləşdiyi həyətdə bir vaxtlar onun evi olub.

AYNA-ya danışan kənd sakini Sabir Əliyevub sözlərinə görə, şairin öz evi repressiya qurbanı olduqdan sonra dağıdılıb: “Repressiya qurbanı olduqdan sonra şairin evinə heç kim yaxın düşə bilməyibq. Baxımsız qalan ərazi ötən əsrin 50-ci illərində Qəmbər adlı kənd sakininə ev yeri kimi verilib və hazırda da həmin kişinin övladlarının mülkiyyəti sayılır. Uzun müddətdir onlar burada yaşamadılarından ev uçub-dağılıb, qəzalı vəziyyətə düşüb”.

Sənədlərdə də ərazinin başqa adama məxsusluğu göstərilir. Amma yenə də təkrar edirik: himnimizin müəllifinin, istiqlal şairimizin doğma kəndində xatirəsini yaşadan heç bir əlamət yoxdur - yazı, barelyef, büst, yaxud başqa bir nişan. Hazırkı sahibsiz ev də gündən-günə dağılaraq yox olmaqdadır.

Ümid edirik ki, nə vaxtsa Mehrili kəndinin girişində “Əhməd Cavadın doğulduğu kənd”, yurda yerində bərpa edilən evdə “Əhməd Cavadın boya-başa çatdığı ev” yazılarına və önündə ən azından bir büstə rast gələcəyik...

Himnimizin müəllifinin “evi”: lələ köçüb, yurdu qalmayıb –Himnimizin müəllifinin “evi”: lələ köçüb, yurdu qalmayıb –Himnimizin müəllifinin “evi”: lələ köçüb, yurdu qalmayıb –Himnimizin müəllifinin “evi”: lələ köçüb, yurdu qalmayıb –Himnimizin müəllifinin “evi”: lələ köçüb, yurdu qalmayıb –
Müəllif: İlham Mustafa





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10