Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir qalanın sirri – FOTOLENT



Dağ silsiləsindən ayrı düşmüş qayanın 3 tərəfi sıldırımdır

Azərbaycan ərazisində bir neçə Qız qalası var. Onlardan biri də Şəmkir rayonu Yuxarı Seyfəli kəndi ərazisində yerləşən Qız qalasıdır. Dəniz səviyyəsindən 1050 metr yüksəklikdə yerləşən qala dağlıq, meşəlik ərazidə, sıldırım qayanın üstündə tikilib.

Dağ silsiləsindən ayrı düşmüş bu qayanın 3 tərəfi sıldırımdır. Qalaya yalnız bir tərəfdən enli olmayan cığırla getmək mümkündür.

Qala Yuxarı Seyfəli kəndindən 11-12 kilometrlik məsafədə yerləşsə də, oradan qalaya qalxmaq olduqca çətindir. Qalaya çıxmaq üçün Şəmkirin cənubdakı ən ucqar kəndi olan Nərimankəndə yollanmaq, oradan nisbətən maili yolla getmək mümkündür.

Tikintisi IX-XII əsrlərə aid edilən qaladan bu günə çox az bir hissəsi gəlib çatıb. Buradan Kür çayına qədər olan çox geniş bir ərazini müşahidə altda saxlamaq mümkündür.

AYNA-ya danışan Yuxarı Seyfəli kənd sakini, təqaüddə olan tarix müəllimi Məzahir Mehdixanov da qalanın müşahidə məqsədilə tikildiyini ehtimal edir: “Müşahidə qalası kimi tikilməsi ehtimal edilir. Üzərində heç bir kitabəsi qalmayıb. Oğuzların, Səlcuqların adı ilə bağlayırlar. Əsaslı bir tədqiqat işi aparılmayıb deyə dəqiq tarix və səbəb də bilinmir. Qalanın yerləşdiyi qayanın ətrafında çoxlu kurqanlar var. Yaxşı olardı ki, burada əsaslı tədqiqat işləri aparılsın”.

Qalada olarkən burada “qara arxeoloqlar”ın öz qara işləri nəzərə çarpır - qalanın divarlarının uçurulmasında, ərazidə quyular qazılmasında xəzinə axtaranların “zəhməti” aydın görünür.

Lakin buna baxmayaraq qalaya yüksək dəyər verənlər də var. Kəndin gəncləri qayanın ən hündür yerində Azərbaycan bayrağını asıblar. Hər Novruz bayramında burada ocaq qalanması da kənd sakinləri arasında adət halını alıb.

Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –Bir qalanın sirri –






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10