Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Foto və videolar) 87 yaşına 2 ay qalmış, TV- də özü haqqında verilişə baxarkən keçinən, Azərbaycan və Talış mahnılarının əvəzsiz ifaçısı lənkəranlı Züleyxa Rəhimi



Züleyxa Rəhimi təkcə gözəl səsi, gözəl səhnə görkəmi ilə yox, həm də fədakar və xeyriyyəçi kimi də çoxlarının sevimlisinə çevirmişdi



 

Həbsxanalardan, uşaq evlərindən tutmuş cəbhə bölgələrinə kimi təmənnasız  konsertlər vermiş müğənni;
Əmək haqqını Müdafiə fonduna keçirmiş müğənni;
20 il müəmmalı şəkildə “unudulan” müğənni;
Azərbaycanın ən məşhur tanınmış xanəndələri ilə səhnə bölüşən talış qızı;
Misilsiz xidmətləri olsa da, heç bir təltifə layiq görülməyən Züleyxa Rəhimi.

 Həyat yoluna qısa nəzər

01 iyul  1937-ci ildə anadan olmuş Züleyxa Rəhiminin atası –Abuzər Rəhimov və anası Mina Rəhimova Lənkəran rayonunun Kosalar kəndində boya-başa çatıblar. Ailə gənc yaşlarında Bakının Suraxanı kəndinə köçüb. Atası 62, anası isə atasından 30 il sonra, 87 yaşında dünyasını dəyişib. Atası neft mədənlərində işləyib.

Züleyxanın  2 qardaşı və 1 bacısı olub. Onlar hamısı Suraxanı rayonundakı 88 saylı məktəbdə təhsil alıblar.

Züleyxa 18 yaşında olanda valideynlərinin təkidi ilə həmyerlisi Salman Seyfullayevlə ailə həyatı qurub və qısa müddətdən sonra həyat yoldaşından ayrılıb. Bu evlilikdən onun 1 oğlu və həmin oğlunun isə 3 övladı olmuşdur. Ən kiçik nəvəsi 36 yaşındadır.

 

Züleyxa Rəhimin 15 illik  tikişçi və tipoqraf ömrü

 

Züleyxa Rəhimi əmək fəaliyyətinə  1954-cü ildən, 17 yaşından başlayıb. 10 il  fabrikdə tikişçi,  daha sonra, 1965-1970-ci illərdə Neft və Kimya İnstitutunun tipoqrafiyasında işləmişdir. 

 

Züleyxa Rəhimi musiqi dünyasında

 

Nəhayət,   32 yaşından Züleyxa Rəhimi həmişə arzusunda, həsrətində olduğu musiqi dünyasına qədəm qoydu. 

1969-cu ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub,  “Muğam və Xalq mahnıları” ixtisasına  yiyələnmiş və 1974-ci ildə bu təhsil ocağınıı uğurla bitirərək,  Baba Salahov adına Azərbaycan Dövlət “Araz”Xalq Çalğı Alətləri Ansamblında (XÇA) işləməyə göndərilmişdir. 

Züleyxa Rəhimi eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasının Hacı Məmmədovun rəhbərlik etdiyi XÇA-nın və Azteleradionun solisti,  

1988-ci ildən isə Kürdəxanı Mədəniyyət Evinin nəzdindəki professor Vamiq Məmmədəliyevin rəhbərliyilə (1960-70-ci illərdə) yaradılmış “Bahar” XÇA-nın bədii rəhbəri və metodisti kimi (1988-2001) fəaliyyət göstərmişdir. 

Züleyxa Rəhimi əsas iş yeri ilə bərabər, Bakı şəhərinin bir çox orta təhsil və peşə məktəblərdə  musiqi müəllimi kimi də fəaliyyət göstərmişdir. 

 

Züleyxan Rəhiminin təmənnasız konsertləri

Necə deyərlər, başdan-ayağa vətənpərvər olan Züleyxa Rəhimi xanım nəinki professional xanəndə və xalq mahnılarının mahir ifaçısı,  həm də xalqının və ölkəsinin tanınmış ictimai fəalı olmuşdur.  

 Ömrünün 60 ildən artıq vaxtını xalqının və vətəninin milli-mədəni rifahına sərf etmiş Züleyxa xanım  ölkəmizin demək olar ki,

bütün Uşaq və Qocalar evlərində, internat məktəblərində, 
Cəza Çəkmə Müəssisələrində(ÇCM), Hərbi xidmət hissələrində, Qarabağındöyüş bölgələrində, 
kənd və şəhər xəstəxanalarında, Ali və Orta ixtisas məktəblərində, sovxoz, zavod və sair kollektivlərində, bir çox digər ictimai və dövlət tədbirlərində böyük həvəsləvə demək olar ki, dəfələrlə təmənnasız olaraq çıxış etmişdir.

 

rəsmi əmək fəaliyyətini başa vurduqdan sonra öz xahişi ilə 8 il (1992/93-2001) aylıqəmək haqqının bir hissəsini könüllü olaraq Müdafiə Nazirliyinin Fonduna köçürtmüşdür.

 Qanlı 20 yanvar hadisələrindən çox sarsılan Züleyxa bu olaydan sonra ilk olaraq  ov-la bitən soyadını dəyişdirib, Züleyxa Rəhimovu Rəhimi soy adı ilə əvəzlədi.

 Talış mahnılarının mahir ifaçısı

 Keçən əsrin 50-80-cı illərində “Talış” sözünün az qala yasaq edildiyi bir vaxtlarda  Züleyxa Rəhimi xanım  toy və şənlik məclislərində  anası Mina xanımın dilindən eşitdiyi Talış Xalq Folklor mahnılarını da fəxarətlə ifa etməkdən çəkinməmişdir. 

O, məhz 1995-96-ci illərdə tanınmış yazarlar Əhəd Muxtar və Şahan Talıbizoəninrəhbərlik etdikləri AzTeleradionun “Araz” radio kanalının Talış redaksiyasının dəvətini də böyük sevinclə qəbul edərək, orada da bir çox Talış xalq mahnılarını səsləndirmişdir. 

 Züleyxa Rəhimi hansı tanınmışlarla eyni səhnəni bölüşüb?

 Təəssüf ki, həmin radio arxivindən cəmi 3 mahnı(“Sardonə Sard” ləqəbli  soydaşımız tərəfindən) internet resurslarında paylaşılmışdır. 

Züleyxa xanım dövrünün bir çox tanınmış müğənniləri ilə (Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Fatma Mehrəliyeva, Arif Babayev, Canəli Əkbərov, Sabir Mirzəyev və d.) eyni  səhnədə  fəaliyyət gostərsə də və müvafiq rəsmi dövlət idarələrinin, təşkilatların və hətta Mədəniyyət Nazirliyinin təqdimat və razılıq sənədləri olsa da,  müəmmalı səbəblərdən daha yuxarı orqanlarının biganəliyindən bir çox sənədlərı “itib-batmış"., nəticədə dəyərli sənətkarımıza heç bir fəxri ad verilməmişdir. 

Bununla yanaşı, daha xoşagəlməz və hətta xeyli təəccüblü hal isə - Züleyxa Rəhimi xanımın ifasında Dövlət Fonotekasında və Azteleradionun Qızıl Fondunda saxlanılan 50-dən artıq “xalq mahnılarının” biri də bu günəcən üzə çıxmamışdır.

Xeyli təəssüflər olsun ki, bir çox səbəblərdən Züleyxa xanımın öz şəxsi arxivində saxlanılan  materiallar da  çox yararsız vəziyyətdə idi.

 Xeyli və uzun araşdırmalardan sonra, bir çox çətinliklərə baxmayaraq,  sanki Allahın möcüsəzi sayəsində mənbələrdən onun 20-dən artıq  köhnə lent yazılı mahnılarını tapıb, texniki cəhətdən üzərində xeyli işləyərək onları bərpa edə bildik  və paylaşdıq. Bir neçəsi üzərində isə hələ də işlənilir...

 

Züleyxa Rəhimi  internet resuslarında

 

Bu gün onun çox çətinliklə bərpa olunmuş bir çox xalq və bəstəkar mahnılarını isə youtube saytından və sosial şəbəkələrdən tapmaq olar.

Əfsuslar olsun ki, Züleyxa xanım uzun müddət, 20 il ərzində çoxlarının diqqətindən kənar olmuş, tədricən unudulmuşdu. Uzun illərdən bəri apardığımız gərgin axtarışlar nəticəsində, bilavasitə gənc mədəniyyət xadimi, xalqımızın fəxarətli qızı Könül Rəsuli xanımın təşəbbüsü ilə onu  tapıb, barəsində bir neçə canlı efirlər və  reportajlar hazırladıq. Bu barədə aşağıdakı linklərdən daha ətrafli məlumatlar toplamaq olar...

Son vaxtlara qədər fiziki və mənəvi durumu xeyli sağlam olan 87 yaşlı Züleyxa xanımın bir neçə  ay öncə qəfildən xəstələnmiş və 2024-ci il aprelin 26-da dünyasını dəyişmişdir.

Lakin o son günəcən ruhdan düşmədi, nə qədər ağır cismani durumda olsa da bizimlə birgə oxudu 

Həmin mahnıların linklərini sizə təqdim edirik: 

“Qubanın ağ alması”

https://www.youtube.com/watch?v=FLLfN1q5X7k

”Qızlar bulağı”

https://www.youtube.com/watch?v=QVPdLnoDaXo 

“Nazlı yarım eyləmə,

https://www.youtube.com/watch?v=McAleSZEbMk

”Aman Tello”,

https://www.youtube.com/watch?v=j2hq0XpEIDg 

 

“Qarabağ, ay Qarabağ”, https://www.youtube.com/watch?v=Cre08XLGIdA

“Xarı bülbül”,

https://www.youtube.com/watch?v=mDRjyASdzUQ

“İkisi bir boyda gəzən gözəllər”,https://www.youtube.com/watch?v=kG1cnagdAq4

 

”Xatırla məni”,

https://www.youtube.com/watch?v=mjAx5KNXKU8 

“Qara üzüm-ağ üzüm”, https://www.youtube.com/watch?v=aIVN6QsICZY

“Ay qız heyranın ollam”,https://www.youtube.com/watch?v=UcJ65WBNc3Y

“Elə bəndəm”, 

https://www.youtube.com/watch?v=RbnRS0PQ3mQ

“Leyli can”,

https://www.youtube.com/watch?v=1Yzi2_moHeA

“Gəl bizə yar”,

https://www.youtube.com/watch?v=wQxu_WFdJV0

“Gəlmə, gəlmə”, 

https://www.youtube.com/watch?v=kN0jWqsmuOA

“Bülbüllər oxur”,

https://www.youtube.com/watch?v=2rdhR4y-8A8

“Günəş kimi yanarsan”, https://www.youtube.com/watch?v=jeo7LZUjErc

“Ay bəri bax”, “Lalələr”, 

https://www.youtube.com/watch?v=7-fnKYY8hqQ

“Süsən sünbül”,

https://www.youtube.com/watch?v=1K6XyyOhE-0 

“Girdim yarın baxşasına”, https://www.youtube.com/watch?v=SewGVU82xjc

“Ay qız, kimin qızısan”,https://www.youtube.com/watch?v=9VvOTbH6ROA

“Çımı inə çanqürüş patə”(talışca), https://www.youtube.com/watch?v=R2cLFAEtBKc

“Ay dili dilavər”(talışca), https://www.youtube.com/watch?v=5FamzP4rSYY

Qıləy sırri donəy dınyo”(talışca)https://www.youtube.com/watch?v=TbAvJX9arIg

......

13 dekabr 2000-ci ildə Kürdəxanı qəsəbəsindəki Mədəniyyət Evində keçirilən “Züleyxa Rəhiminin 30 illik yaradıcılıq gecəsi” bəlkə də  onun  həyatının ən unudulmaz günü idi. 

Azərbaycanın bir çox mədəniyyət ocaqlarından, o cümlədən Bakı Mədəniyyət mərkəzindən, KİV-dən və digərbir çox yerlərdən dəvət olunmuş rəsmi qonaqların iştirak etdiyi,  3 saatdan artıq davam etmiş həmin məclis həqiqətən də Züleyxa şəxsiyyətini qismən də olsa ortaya qoyur. O vaxtlar 65 yaşlı xanəndə nəinki özünün   canlı ifaları və xoş xatirələri ilə, həm də jurnalistlərin suallarına cəsarətli cavabları ilə seçiliri...Həmin tarixi Gecəni qismən də olsa  paylaşdığımız aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=6VeNYMhkSYU&t=392s

 

https://www.youtube.com/watch?v=-R7p7sELvuI

https://www.youtube.com/watch?v=jKxcqqerclU&t=43s

və barəsində paylaşdığımız reportajları https://www.youtube.com/watch?v=_RZpV-LO2Lk&t=17s

https://www.youtube.com/watch?v=U9ri6DV7Gpc&t=459s

https://www.youtube.com/watch?v=VfHgCvUpxh0&t=18s

və canlı yayımları son ömür anınacən, öz musiqi sənətinə aşiqanə şəkildə  diqqətlə izlədi və gözlərini TV-ki son verlişinə baxaraq əbədi yumdu...

Allah Azərbaycanın, o cümlədən Talışın şərəfli qızı Züleyxa Rəhimini rəhmət, ruhunu şad etsin. O, rəsmən “xalq artisti” adını aımasa da “Xalqının sevimli Xanəndəsi” kimi daim Xalqının qəlbində yaşayacaqdır... Təəssüf ki, onun özünün və Bakı Şəhər  “Mədəniyyət” idarəsinin bir neçə dəfə rəhbərliyə ona fəxri ad veriləsi ilə bağlı müraciətləri müəmmalı şəkildə itmiş  və dəyərli sənətkara heç bir fəxri ad verilməmişdir.

Züleyxa xanımın dəfn mərasimi: https://www.youtube.com/watch?v=B4vgKiuCvPk&t=10s

Kürdəxanı kənd əhli xanəndə Züleyxa Rəhimi barədə:

https://www.youtube.com/watch?v=w4DTCfkLfQk

 

Məqalənin müəllifi: Hilal Məmmədov

Riyaziyyat üzrə fəlsəfə elmləri doktoru, dosent






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10