Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Keşikçidağ, yoxsa David Kareci: Hansı məbəd daha güclü olacaq


Görünən odur ki, keşikçimizi gürcü gədalar tərksilah və təhqir ediblər. Demək, Keşikçidağ məbədini yaxşı qoruya bilməmişik. Bu, David Kareci tərəfdarlarının üstünlüyü deməkdir.
 
Vikipediyadan bəzi məluumatları öyrənəndə daha da üzüldüm. Atabəylər və Şirvanşahlar dövlətlərimiz də elə digər xələfləri kimi olub. Gürcülər xristian olduqları üçün dövlətimizin maddi mədəniyət abidəsini asanlıqla əllərinə keçirə biliblər. Bunun səbəblərini bilsəm də, dilləndirmək istəmərəm (mollabaşılar daşqalaq edərlər məni).
 
Necə yəni bir bələdçi Azərbaycan əsgərini həm oğru adlandırır, həm də gürcü gədalar tökülüb silahlarını əllərindən alır, təhqir edirlər...? Bu, nə deməkdir? Təqribən iyirmi il əvvəl Egey dənizinin Kardağ adasında (quru bir qayalıqdır) Türk əsgərləri yunanların dərsini necə verdilər, bilənlər bilirlər.
 
Və yaxud da xatırlayanlarınız olar. 80- ci illərin sonunda Kəlbəcərdən bir kişi alman əsirliyindən, mühacir həyatı və uzun ayrılıqdan sonra kəndinə dönmüşdü. AzTV-nin “Dalğa” proqramı veriliş də hazırlamışdı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı rəsmi dövlət adamı kimi o zonaya ezam olunmuşdum. Murovun təpəsində “Güzgü” deyilən ərazidə bir neçə qaçqınla bərabər piyada gələn o dayını xidmətimdə olan maşına götürdüm. Dayı necə yanğı ilə gileylənirdi uzun illər sonra döndüyü millətindən. Yadımdadır ki, tez- tez, “Yahu, bu, nasıl millətdir? Türklər Çanakkalada iki yüz min şəhid verdilər, təslim olmadılar. Bu topraklar erməniyə verilirdimi?”, - deyib sitəm edirdi...

Belə misallar çoxdur. Ancaq danışıb sizlərin də içini öz içim kimi dağlamaq istəməzdim. Mən hər zaman analardan, qadınlarımızdan danışanda bəziləri mənə acıqlanırlar da. Əminliklə deyirəm, savadlı qızlar yetişdirməsək, bizim sonumuz daim köç edərək öz torpaqlarını axtaran qaraçı taborundan da betər olacaq. 

Ola bilsin, kimlərinsə milyon dollarları var, oliqarxdırlar. Acaq bir neçə yüz il sonranı düşünsəniz, dəhşətə gələrsiniz. Necə ki, onuncu yüz ildəki biganəlik bu gün gürcüləri üzərimizə qaldırıb, eləcə də bugünkü biganəlik sabahımızı darmadağın edəcək. Bunların heç birini millətimizin və dövlətimizin, eləcə də gələcək nəsillərin yaşamamısı üçün millətə yaxşı təhsil verməliik.
 
Gələk Keşikçidağla bağlı may ayında yenidən qızışan duruma. Mən hesab edirəm ki, bu məsələdə erməni kəşfiyatı və bir zamanlar gürcüləşdirilmiş erməni tör-töküntülərinin barmağı var. Necə ki, ermənilərdən ibarət partizan dəstələri yaradılmaqadır. Bütün bunların kökündə Azərbaycana addımbaşı zərbə endirmyə çalışan erməni və ermənipərəst qüvvələr dayanmaqdadır.

Tam o gərginlik vaxtında Gürcüstana keçməli oldum. May ayının 10-da “Sınıq körpü” gömrük məntəqəmizdə Gürcüstan tərəfə keçməyim üçün sənədləşmə bitdi və keçdim. İndiyə qədər dəfələrlə şəxsi minik vasitəm və digər nəqliyatlarla bu ölkəyə keçmişdim. Hər birində gömrük və sərhəd xidmətinin davranışından məmnun qalmışdım.
 
Bu dəfəki keçidim isə çox qəribə ldu. Əliboş, bir gözlük qutusu əlimdə keçdim. Gömrüyü tərk etmək istərkən erməni fizianomiyalı bir gömrükçü məni arxadan çağırdı, dayandım. Yaxınlaşaraq, üzərimdə siqaret olub-olmadığını sorudu. “Gördüyünüz kimi, yoxdur və mən ümumiyətlə siqaret çəkmirəm”, - dedim. Mənə rentgen aparatına girməyimi söylədi. Səbəbini soruşdum və “onkoloji xəstə olduğumdan ikidə bir belə cihazlara girməyim zərərlidir”, - dedim.
 
Heç eyninə almadan tələb etməyə davam etdi. Mübahisəmizin tam qaynar anında Gürcüstandakı səfirimiz yanımızdan keçirdi. Kifayət qədər səlis və aydın şəkildə rusca anlatdığımı görən kənar müşahidəçilər (azərbaycanlılar idilər ) sevinclə gürcü adı altındakı bu erməniyə verdiyim dərsə tamaşa edirdilər. Bəlkə hörmətli səfirimiz də bu səbəbdən mənə hər hansı bir dəstək vermək üçün diplomatik immunitetindən yararlanmadı. 

Ancaq bu gürcü ermənilərinin dərsini verib, məni Tiflis şəhərinə götürməyə gəlmiş maşınla yola çıxdıqdan sonra səfrimizi aradım. Dursun müəlimlə telefonda danışdıqdan sonra durumun nə qədər acınacaqlı olduğu və bu həssas dönəmdə Azərbaycanla sərhəd keçid məntəqəsində erməni əsillilərin çalışdırılmasının iki ölkə arasındakı münasibətin pozulmasında mənfi rolunu söylədim. Səfirimiz məndən işlərimi bitirdikdən sonra səfirliyə gələrək insidentlə bağlı daha yaxından bilgi verməyimi xahiş elədi.
 
Səfirlikdə görüşərkən sərhəddə Azərbaycan vətəndaşlarına qarşı necə ədəbsiz davranıldığını xüsusi qeyd elədim. Əvvəllər belə halların heç olmadığını bildirdim. Bəlli oldu ki, Keşikçidağ məbədi ilə bağlı son vaxtlar gərginliyin artması gömrük məntəqəsində özünü açıq-aşkar biruzə verib. Son illərin iqtisadi sıxıntılarından qurtulmaqda Azərbaycandan nə qədər dəstək aldıqlarını unudan Gürcüstan rəhbərlərinin davranışını xüsusilə qeyd elədim.
 
Səfirimiz mənə bilmədiyim bir çox məsələlərdən də danışdı. Heyrətləndim. Azərbaycan səfirinə Gürcüstanda daha çox sayğı və diqqət olmalı olduğu halda, əksi görünməkdədir.
 
Axşam mənim Azərbaycana geri dönüşüm üçün hər hansı bir insidentin olacağından ehtiyatlanan Dursun müəllim diplomatik avtomobillə geri dönməyimi istədi. Mən çox israr edərək, “Azərbaycana qarşı hər hansı bir hərəkət edərlərsə, mənim sabahkı mübahisəmlə əlaqədar bir olay çıxarmaq istəyərlərsə, öz dillərində yerlərində oturdaram”, - dedim. Azərbaycanımızın adının, şanının mənim üçün hər şeydən vacib olduğunu söylədim. Amma xeyri olmadı. Hörmətli səfirimiz məni, nə olar-nə olmaz deyə, yenə də diplomatik maşınla geri göndərdi.
 
Bunların hamısının kökündə isə gürcü ultra millətçiləri və dindarları deyil, xəstə erməni təxəyyülünün durduğunu görürəm. Belə halları görüb, geçmişimizi qılınclamaqdan uzaq olan mən bir daha təklif edirəm ki, xüsusən diplomatik sahədə üstünlüyümüzü qorumaq üçün dövlətimizin daxildən güclənməsinə çalışmalıyıq. Doğru-dürüst təhsil verməklə layiqli vətəndaş yetişdirməliyik. İnanıram ki, belə bir xəttə xüsusi diqqət versəkayırsaq, yaxın iyirmi ildə hər şeyi kökündən dəyişdirmiş olacağıq.
 
Onda daha heç bir gəda cəsarət edib Azərbaycan əsgərinə hücum edə bilməz. Keşikçidağ məbədi gerçəkdən bizim olaraq qalacaq.
 
Qorxmaz İbrahimli, AYNA






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10