Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sülh prosesinin paradoksları




bu yaxınlarda Ermənistanda keçirdiyi sorğunun nəticələrini təqdim edib. Ən maraqlısı odur ki, 2017-ci ildə əhalinin təxminən 80%-i Rusiyanı müttəfiq hesab edirdisə, indi ermənilərin yarıdan çoxu belə düşünmür, təxminən 40%-i isə ümumiyyətlə, Rusiyanı təhlükə hesab edir. Rusiyanın Ermənistandakı mövcudluğu ilə bağlı qiymətləndirmə dəyişib. Təbii ki, söhbət Rusiyadan tam qopmaqdan, münasibətləri redaktə etməkdən getmir, söhbət vahid istiqamətdən – təhlükəsizlikdən gedir. Artıq bir ilə yaxındır ki, Ermənistan KTMT-nin heç bir tədbirində iştirak etmir, üstəlik, daimi nümayəndəsini geri çağırıb və yenisini təyin etməyib. Deyə bilərik ki, KTMT-də belə bir prosedur olmasa da, Ermənistan əslində bu təşkilata üzvlüyünü “dondurub”. Məncə, məntiqi nəticə Ermənistanın bu strukturdan çıxması olacaq. Bunu etmək üçün ölkənin imkanı, resursları və iradəsi varmı? İndi var və bu, 2022-ci ilin sonu – 2023-cü ilin əvvəlində olduğundan daha böyükdür. Düşünürəm ki, son arqument Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması olacaq. Ermənistan, Azərbaycan və Türkiyənin birgə yaşaması üçün hansısa formul tapa bilsək, bu, təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda Rusiyanın təsirinə ən böyük zərbə olacaq”Təcrübə göstərir ki, dünyada demək olar, hazır təminatlar praktiki olaraq yoxdur: təminatlar bəzən sıfırdan yaradılır və tərəflər özləri bir-birinə təminat verməyi öyrənməyənə qədər, heç nə olmayacaq. Xarici qüvvələr bir vaxtlar Sovet İttifaqının dağılmasından sonra əlində olan nüvə silahından imtina edəndə Ukraynaya da oxşar təminat vermişdilər. Amma böhran baş verən an bu sənədi heç kim xatırlatmadı. Bizim isə burada başqa bir vəzifəmiz var: tərəflərin hansısa mərhələdə daha konkret olaraq razılaşacaqları kommunikasiyaların açılması. Hazırda Zəngəzur/Mehri yolu ətrafında yaranmış vəziyyət sülh danışıqları prosesinin daha bir paradoksudur. Onun iqtisadi faydası, xeyri göz qabağındadır – o cümlədən sülh üçün gələcək zəmanətlər yaratmaq mənasında. Axı bu yol təkcə iki dövlətə xidmət göstərməyəcək, həm də beynəlxalq əhəmiyyət kəsb edəcək. Lakin Ermənistan tərəfindən bu istiqamətdə konkret addımlar atıldığı görünmür. Ermənistanın Rusiya tərəfinin yola nəzarət etmək istəməsi ilə bağlı narahatlığı başadüşüləndir. Amma Azərbaycan lideri dəfələrlə bəyan edib ki, biz bu məsələnin həllində Ermənistanın üstünlük verdiyi variantı qəbul etməyə hazırıq. Vəd etdiyi aşkar faydalara baxmayaraq, bu məsələ niyə bu qədər çətin oldu, niyə həll edilmir?






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10