Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hər narkomana düşən heroin||--||


Hər narkomana düşən heroin||--||

Hər narkomana düşən heroin




Bax burada artıq təəccüblənməmək olmur. Ruslar buna �sərçəyə toplardan atəş açmaq,�- deyirlər. 2 səlahiyyətli güc strukturu 6 ay ərzində cəmi bütün cənub bölgəsində cəmi 9 qram heroin tutursa, o zaman ortaya qəribə suallar çıxır. Əgər təkcə Lənkəranda 1200-ə yaxın narkoman rəsmi qeydiyyatdadırsa (qeyri rəsmi rəqəmin bundan ən azı 5 dəfə çox olduğu bildirilir), digər rayonları da bura əavə etsək, rəsmi qeydiyyatda olan narkomanların sayı cənubda 5 min nəfəri ötürsə və onların əksəriyyəti elə heroindən istifadə edirsə, onda �pişik və ət� misalına yenidən nəzər salmaq lazım gəlmirmi? Bəs nədən bütün narkomanları rəsmi qeydiyyata almaq olmur? Birincisi, demokratik ölkələr müəyyən bəlaların rəsmi statistikasını açıqlamağa çəkinmir. Onlar hesab edir ki, yaranı açmadan onu sağaltmaq müşkül işdir. �Bilsələr, ailəmiz haqqında nə düşünərlər?� prinsipi ilə yaşayan məmləkətimizdə isə əksər ailələr bu bədbəxtliyi biləndə qapalı saxlamağa çalışırlar. Eləcə də bu işlə mübarizə aparanların səmimiliyinə və obyektivliyinə tam inanmaq çətindir.

Vəziyyəti ağırlaşdıran ən əsas məqam isə yuxarıda dediyim kimi, əvvəllər daha çox istifadə olunan həşiş və tiryəkə nisbətən indi heroinin yayılmasıdır. Məqaləni də narkotikin məhz bu növünə həsr etmək istərdik.

Bu gün dünyada heroin kokainlə yanaşı ən təhlükəli narkotik maddə hesab olunur. Əgər daha bahalı olan kokain inkişaf etmiş, həyat səviyyəsi yüksək olan ölkələrdə istifadə olunursa, nisbətən ucuz heroin daha kasıb ölkələrdə istehlak olunur. Məsələn, kokain istehlakına görə birinci yerdə ABŞ durursa, heroinin ən çox işləndiyi ölkə Rusiyadır.

Azərbaycanda da heroin sürətlə yayılmaqdadır. Bunun da əsas səbəbi ölkəmizin dünya heroin istehsalının 90%-dən çoxunu verən Əfqanıstanla coğrafi yaxınlığı və heroinin dünya bazarına tranzitinin yolu üstündə yerləşməsidir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2009-cu ildə açıqladığı �Narkomaniya, cinayətkarlıq və üsyançılar. Əfqan tiryəkinin ümumbəşəri təhlükəsi� hesabatına görə Əfqanıstanda ildə 380 tona yaxın heroin istehsal olunur ki, bunun da 105 tonu İrana ötürülür. İranda heroinin yalnız 17 tonu daxili istehlaka sərf olunur. Qalan hissə isə həmsərhəd ölkələr vasitəsilə ixrac olunur. Azərbaycandan daha çox tranzit ölkə kimi istifadə edilsə də, heroinin bir hissəsi burada yerli tələbata sərf edilir.

Heroinin nə qədər təhlükəli olduğunu bilmək üçün BMT ekspertlərinin təqdim etdiyi rəqəmləri oxucuların diqqətinə çatdırıram. Həmin ekspertlər hesab edirlər ki, hər il əfqan heroinindən dünyada 100 min adam ölür. NATO ölkələrində ölənlərin sayı 10 min nəfərdir ki, bu da həmin ölkələrin Əfqanıstanda 8 ildə həyata keçirdikləri əməliyyatlar zamanı həlak olanların sayından 5 dəfə çoxdur. Rusiyada əfqan heroini ildə 30-40 min adamı öldürür. Halbuki, Əfqanıstanda 7 illik müharibə zamanı sovet ordusu cəmi 15 min nəfər itki vermişdi. Qısası, heroin bu gün odlu silahdan daha təhlükəli, daha ölümsaçandır.

Yarımsintetik narkotik olan heroin qısa müddət ərzində istifadəçidə fizioloji və psixoloji aslılıq yaradır. Mütəxəssis rəyinə görə, inyeksiya şəklində (iynə vurmaqla) qəbul edildikdə artıq 2-3 dozadan sonra aludəçilik yarana bilər. Bu aludəçilikdən müalicə isə daha yüngül və təbii narkotiklərə nisbətən daha çətindir. Müalicədən söz düşmüşkən, deyim ki, normal ölkələrdə narkomaniya ilə mübarizə, o cümlədən, narkomanların müalicəsi dövlətin əsas prioritetlərindən sayılır. Təəssüf ki, Azərbaycanda bu işlər ürək açan səviyyədə deyil. �Cənub xəbərlərinin� 10 avqust 2010-cu il tarixli sayında Lənkəran Narkoloji Dispanserinin baş həkimi Vüqar Əliyevin dərman təminatının olmaması haqqında söylədiklərini ürək ağrısı ilə oxumamaq mümkün deyil. Axı hökumətimiz özünün sosial siyasətindən hər gün təmtəraqla dəm vurur. Amma bütün dünyanın əsas sosial bəlalarından biri hesab etdiyi narkomaniya ilə mübarizə aparanlar dərman tapa bilmir? Əgər dövlət narkomaniya ilə mübarizəyə ciddi vəsait ayırmırsa, hansı sosial siyasətdən danışmaq olar?

Belə qənaətə gəlmək olur ki, ölkəmizdə bu sahədə �Suda boğulanların xilası onların öz işidir� prinsipi hökm sürür. Bu gün Lənkəranda ailə üzvü narkoman olanlar bu bəla ilə təkbaşına mübarizə aparmaq zorundadır. Təcrübə isə göstərir ki, belə mübarizə əvvəlcədən məğlubiyyətə məhkumdur. Çünki narkomaniyanın müalicəsi 3 mərhələdən ibarətdir: 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10