Bəlkə, “əjdaha” öz “balalarını” yeyir?
Düzü, şəhərə köçəndən sonra, qatma-qarışıq mövzulardan bir qədər qaçmaq istəyirdim. Amma Masallıdan elə məlumatlar eşidirəm ki, yazmamaq çətin olur.
Hətta, düşünürəm ki, “Masallı Bakıdan necə görünür?” adlı bir rubrika açIm.
Nə isə, başlıqda bildirdiyim mövzuya qayıdaq.
Masallıda son illər baş bəlasına çevrilən, qısa adı “kommunxoz”, rəsmi adı “Masallı Kommunal İstehsalat Birliyi” adlanan təşkilatla bağlı xoşagəlməz söhbətlər bitib tükənmir. Hələ Şahin MəmmədovunMasallıda rəhbər olduğu dövrdə bu sahəyə rəhbərlik edən Nazim Muradov və Xudayar Həsənov buradakı nöqsanlar, saxtakarlıqlar içində xeyli “üzsələr”, hətta çabalasalar da “sahilə” çıxa bilmədilər. “Kommunxoz”unhesabından 100 min manatı elə də ciddi səbəb olmadan guya abadlıq adı ilə Şəhər Nümayəndəliyinin hesabına köçürülməsi isə bu təşkilatı daha da bataqlığa saldı. Vəziyyət o qədər ciddiləşdi ki, “kommunxoz”un maliyyə problemi dözülməz həddə çatdı.O vaxtki İcra başçısı vəziyyətdən çıxmaq üçün guya bir gənc sahibkarın təklifi ilə iş adamlarını “Viləş”ə toplayıb, onlardan pul istəməyə başladı. Bəzi mənbələrə görə 40, digər mənbəyə görə isə 70 min manat pul yığıldı. Borc isə bir neçə yüz min manatlarla ölçülürdü. Masallıya təyinat alan yeni icra başçısı Araz Əhmədov sonradan həmin pulları sahiblərinə qaytardı.
“Kommunxoz”un rəhbəri bu saxtakarlıqlar fonunda, necə deyərlər, “dözəmməyibzindana” vəzifəsi ilə vidalaşdı. Hazırda Nazim Məmmədov Şəhər nümayəndəliyinin müavini vəzifəsini icra edir. Ən maraqlısı isə odur ki, “kommunxoz”un sabiq rəhbəri vəzifəsi ilə vidalaşmağa 1 saat qalmış oradakı 5 nəfər “üsyançı”nıvəzifəsindən azad etmişdi.Təbii ki, əvvəlki başçınınarzusu ilə.
Daha sonra həmin vəzifəyə təyinat alan Xudayar Həsənov da bu çirkabdan xilas ola bilmədi.
“Səncə həqiqətin ağzına “kart” bas”.
(Yada sal- S. Vurğunun “Vaqif” pyesindəki “Sənsə həqiqətin ağzına daş bas” misrasına nəzirə)
Yalançı kartlar tüğyan ediridi- kim bərk qışqırırdı, kim daha yaxşı yaltaqlıq bacarırdı, kim “iş verənlik” edirdi ona 1-2 kart verib mükafatlandırırdılar. Bu kartlar Məsciddən tutmuş ictimai birliklərinrəhbərlərinə qədər şaxələnirdi. Böyüklərin payı da öz yerində.
Gələk “kommunxoz”un Araz Əhmədov dövrünə.
Vəzifəyə paklıq və halallıqşüarı ilə gələn Araz müəllim öncə “kommunxoz”uniyərənclikləri ilə üz-üzə qaldı. İcra hakimiyyətinə birbaşa tabe olan bu təşkilat olduqca kəskin problemlərin içində itib-batırdı .
Yeni İcra Başçısı Araz Əhmədovun da ilk təyinatlarından biri “kommunxoz”un o vaxtkımüdiri Xudayar Həsənovuvəzifəsindən azad edib, əslən astaralı olan, uzun müddət Bakı şəhərində mənzil-kommunal təsərrüfatı sahəsində uğurlu fəaliyyət göstərən Məhərrəm Əliyevi həmin vəzifəyə gətirməsi oldu. Öncə bu təyinat birmənalı qarşılanmasa da (Yəni, niyə Masallıdakı idarəyə rəhbər kənardan gəlməlidir). Lakin Məhərrəm Əliyevin işgüzarlığı, səmimiliyi, mətbuata açıq olması bu gileyləri unutdurdu.
Biz M. Əliyevi ideallaşdırmaqfikrindən çox uzağıq. Lakin fakt budur ki, Məhərrəm Əliyevingəlişindən sonra bu zibil təmizləyən təşkilat öz daxilindəki bir çox “zibil”lərdəntəmizləndi.
- kart biznesi demək olar ki, sıfırlandı;
- bərbad halda olan texnikalar təmir olunmaqla yanaşı “kommunxoz” üçün 1 traktor, 2 presləyici maşın, 1 ZİL maşın alındı;
- Şəhərə 100-dən artıq iri tutumlu zibilqabılar gətirildi;
- Şəhərİ başına götürən sahibsiz itlər üçün sığınacaq düzəldildi;
-İşçilər üçün kifayət qədər avadanlıq, geyim və sair təşkil edildi;
-Əsil zibilliyə çevrilən, Yapon hökumətinin Masallıda tikdiyi zibilxana təmizlənərək buradan 3000 yaxın maşından artıq zibil çıxarıldı;
-Ən başlıcası “kommunxoz”380 min manata yaxın borcdan xilas oldu, bank hesabı bərpa olundu.
(Amma onu da deyək bu borclara yardımçı olmaq üçün hər bələdiyyəyə hər ay üçün 300 manat tələb qoyulması birmənalı qaşılanmadı).
Necə deyərlər, hər şeyin yoluna düşdüyü məqamda Məhərrəm Əliyev vəzifəsi ilə vidalaşmaq məcburiyyətində qaldı.
Nədən oldu?
Doğrudanmı, hansısa nüfuzluidarənin rəhbəri bu rəhbərdən aylıq haqq istəyib?
Doğrudanmı, haqq verilmədiyi üçün xüsusi şikayətçilər qızışdırılıb?
Doğrudanmı, kimlərinsə dəstəyi ilə bu təşkilata “xüsusi təyinatlı” yoxlama gəlib?
Sonda Məhərrəm Əliyev vəzifəsi ilə vidalaşıb.
Ortada maraqlı suallar qalır.
Araz Əhmədov özünün sevimli kadrını niyə qoruya bilmədi, ya qorumaq istəmədi?
Axı, Araz müəllim çox güclüdür. O generaldır, olduqca nüfuzlu təşkilatdan bura təyinat alıb
Araz müəllim cəsarətlidir. Sərhəd Qoşunlarında çalışan vaxt əlində qumbara olan cinayətkarı necə zərərsizləşdirməsi barədə maraqlı söhbətlər var.
Doğrudanmı, Məhərrəm Əliyev yaxşı işlərin fonunda elə əməllər etmişdi ki, onu vəzifədə saxlamaq mümkünsüz idi? Ya onu “vuranlar” çox güclü idi.(İndi onların da başı qaldadır).
Ortada olduqca qaranlıq suallar var. “Desəm öldürərlər, deməsəm ölləm” deyimi ilə yanaşsaq, onu deyə bilərəm ki,bir sıra hallardan tam məlumatlıyam. Təəssüf ki, hələlik hər şeyi tam açıq deyə bilmirəm.
Düşünürəm ki, ən əsas günah hörmətli Araz müəllimin digər sahələrdə olduğu kimi,bu sahədə də aşkarlıq etməməsidir.
Ən azı Ulu Öndər Heydər Əliyevdən nümunə götürmək lazım idi- necə ki o, baş naziri Surəti Hüseynovun bəd əməllərini televiziyadan necə ifşa etdi, həqiqətləri xalqa çatdırdığı kimi.
Araz müəllim də xalqa açıq şəkildə bildirməli idi ki, təşkilatdan haqq istəyən kim olub, bu oyunu quran kimlər olub? və sairə.
Bir də maraqlıdır ki, bu olaya Masallıda seçilən millət vəkilləri, ictimai birliklərin“əbədi” rəhbərlər, İctimai Şura-filan, YAP-ın Masallı “sərkərdəsi”, digər əbədi tərifçilər və tənqidçilər niyə susdu?
M. Əliyev günahkar idisə ,onun əməlləri ifşa olunmalı idi, onu gözgörəsi “vururdularsa” mərdlik, kişilikdən Masallıya “dərs”deyənlər səslərini ucaltmalı idi.
Əgər bu pis ənənə davam edərsə, hər belə hala susacağıqsa, biz daha gülünc və ağrılı hallarla üz-üzə qalarıq. (Bu mövzuda isə deyiləsi sözlər deyilənlərdənxeyli çoxdur)
Bu günlərdə isə Masallı “kommunxoz”una yeni legioner müdir təyin olunub.
Əvvəllər Gəncə Şəhər icra hakimiyyətində çalışan, bəlli olmayan səbəblərdən həmin şəhərdən Masallı Yaşıllıq idarəsinə müdir təyinatı alan (Masallıda bu vəzifəyə layiq onlarla ali təhsilli işsiz kadr olduğu halda) Bağır müəllim həmin vəzifəyə təyinat alıb.
Maraqlıdır ki, qocaman, bu işin ölkə üzrə peşəkarlarındansayılan Məhərrəm müəlliminedə bilmədiklərini bu gənc həll edə biləcəkmi?
Bağır müəllimi az da olsa tanıyıram. Gəncdir, enerjilidir. Lakin mətbuata açıq, səmimibirisi deyil. Yəni, beləsini elə Masallıda da tapmaq olardı.
Bu və buna bənzər mövzuya yaxın vaxtlarda kadrlarla bağlı yazımızda daha geniş aydınlıq gətirəcəyik. Hələlik isə, görünən odur ki, Araz müəllimmasallılı kadrlara çox da inanmır və güvənmir.
Kaş ki, bu fikrimdə yanılaydım.
Zahir Əmənov. Cenub.az.
https://cenub.az/15395-cenubaz-da-yaxin-vaxtlarda-oxuyacaqsiniz.html