Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zahir ƏMƏNOV: - Xeyriyyəçilik, şöhrətpərəstlik, işbazlıq, ya kölgəli əməllərin pərdələnməsi və sair...



Bir az da görünməz xeyriyyəçilər barədə

Olduqca həssas bir mövzudan danışmaq istəyirəm - xeyriyyəçilik və bu adın arxasında edilən kölgəli əməllər.

Xalqımızın ən gözəl və nurlu əməllərindən biri də xeyriyyəçilikdir. İllər boyu ulularımız bu sahədə çoxlarına nümunə olacaq əməllərə imza atıblar. Zeynalabdin Tağıyevin timsalında isə xeyriyyəçilik bizdə bir abidəyə çevrildi.

Bu gün də demək olar ki, ölkəmizin hər yerində xeyriyyəçilikdə uğurlu addımlar atılır. Masallı, Lənkəran, Yardımlı  və digər rayonlar da xeyriyyəçilik sahəsində böyük uğurlar qazanan məkanlardır.  Amma bu sahədə də əmmalar az deyil.

Öncə aydınlaşdıraq ki, xeyriyyə cəmiyyəti nədir və bunun hüquqi əsasları varmı?

Qeyri-Hökumət Təşkilatları haqqında qanunda bildirilir ki, bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir.

Ölkəmizdə, eləcə də bəzi rayonlarda müxtəlif fondlar və ictimai birliklər  fəaliyyət göstərir. O cümlədən, Masallıda “Masallı Təhsil Fondu” bu sahədə uğurlu işlər görür. Xatırladaq ki, Nizamnaməsində xeyriyyəçilik fəaliyyəti nəzərdə tutulmuş ictimai birliklər dəxeyriyyə cəmiyyəti kimi  fəaliyyət göstərə bilər. Onu da deməyə tam əsasımız var ki, bu sahədə qanunlarda bəzi boşluqlar və tam aydın olmayan məqamlar da var. Və bu boşluqdanistifadə edərək bəzi şəxslər necə gəldi, harada gəldi, kənd və rayonlarda xeyriyyə cəmiyyətləri yaradırlar.

Kim yaratdı, necə yaratdı, təşəbbüs qrupuna kimlər daxil oldu, təsis yığıncağı harada, neçə nəfərlə keçirildi, idarə heyəti, onun sədri necə seçildi? Çox vaxt bu və buna bənzər sualların cavabı olmur.

Bir də görürsən, 5-6 nəfər yığılıb elan etdi ki, filan kəndin xeyriyyə cəmiyyətin yaratdıq və bir bank kartının nömrəsinidə atırlar kibu fonda pul ödəyin.

Sonra da pul üstündə dava düşür.

Çünki ortada tam aşkarlıq yoxdurara-bir isə alayarımçıq informasiyalar yayılır. Deyilmir ki,  məsələn, 1000 manat pul yığmışdıq, 100 manatı filan işə, 200 manatı filan işə  xərcləndi.

Bir ərazidə tutaq ki, küçəyə 10 maşın çınqıl tökülüb, icra öz adına çıxır, bələdiyyə öz adına, məhəllə komitəsi öz adına, xeyriyyəçi öz adına.

Bəzən bir şəxs bir və ya bir neçə xeyriyyə cəmiyyəti adlanan qrupun işindən daha çox iş görür.

Ən qəribəsi isə odur ki, Masallının 20-dən artıq qəsəbə və kəndindən qeyri-rəsmi xeyriyyə cəmiyyətləri yaransa da, Masallı şəhərinin özündə 1 dənə də olsun xeyriyyə cəmiyyəti yoxdur-nə rəsmi, nə də qeyri rəsmi.

Bir çox hallarda qeyri-aşkarlıq o həddə çatır ki,  2-ci Qarabağ savaşı zamanı insanların coşub-daşan vətənpərvərlik duyğularından sui-istifadə edib, hətta şəhid məzarlarının düzəldilməsi ilə bağlı da olduqca  şübhəli söhbətlərə zəmin yaranır.

Məlumat vardı ki, hər şəhid abidəsi üçün hökumət 6 min (bəzi mənbələrdə 6 min 600) manat pul ayrılıb. Ayrı-ayrı sahibkarlar isə deyir ki,  filan şəhidin başdaşını mən düzəltdim, bəzi idarələr isə deyir, mən düzəltmişəm. Elə  qurum olmadı ki, bu məqsədlə işçilərdən pul yığılmasın.

Hələ Rusiyadan 10-20 min manat pul göndərən həmyerlilərimizi demirik.

Biz bu şübhələri bir neçə dəfə efirdən səsləndirsək də, onları təkzib edən tapılmadı. (Bu sahədə araşdırmalarımız davam edir).

Şəhid və qazi ailələrinə olunan yardımlar da belə. Pulu birindən alıb, ərzağı başqasına aldıraraq elə qeyri-müəyyənlik yaratdılar ki, aləm dəydi bir-birinə.

Bəzi işbazlara isə pul yığmaq üçün bir bəhanə lazımdır. Onlar şəhid ailələrinə yardım, onlar üçün ev tikmək və sair adlar altında sahibkarlara zəng vurur, vəsait toplayırlarOrtada isə yenə qeyri-şəffaflıq yaranır.

Özünün bəd əməllərini xeyriyyəçilik pərdəsi altında gizlədənlər də var.  Xalqın milyonlarla pulunu mənimsəyir, yüzlərlə insanın haqqını yeyir, alçaldır, sonra 300-500 manatlıq yardımla özünü reklam edir.

Eləsi var ki, 100 manat xeyriyyəçilik edirsə, 200 manatlıq təriflənməsini istəyir.

Bu işlərdə problem nədir?

Əksər yerlərdə olduğu kimi, bu sahədə də aşkarlıq arzu olunan səviyyədə deyil. Şübhəli məqamlar aydınlaşdıqca xeyriyyəçilik edən pulunun arzu olunduğu ünvana çatmadığını görüb, inamsız olur və bu faydalı işi davam etdirmək istəmir.

Xeyriyyəçilik bəzilərinə pul qazanmaq üçün bir şırmadır. Mənə elə gəlir, bu sahədə əsaşkarlıq olmayınca, belə də olacaq, halallıq-filan söhbətləri də  bir şar kimi partlayacaq.

Başqa bir məqama da diqqət çəkim. Bir dəfə Masallıda rayon üzrə xeyriyyəçilik işlərinin xülasəsini işıqlandırmaq istədik, bəzi iş adamları yalvardı ki, sən Allah, adımı yazma, sonra bəzi təşkilatlar yapışacaq yaxamdan ki, pulun bu qədər çoxdur, bizə də ver.

Bu giley-güzarlarla yüzlərlə, minlərlə xeyirxah insanların yaxşı əməlinin, xeyriyyəçilik işlərinin üstünə  kölgə salmaq istəmirəm. Elə xeyriyyəçilər var ki, əməlləri ilə bir kəndi, bir rayonu xoşbəxt edib. Yüzlərlə gəncin təhsilinə yardımçı olub.

Müqəddəslərimiz: “Bu əlin verdiyini o biri əl bilməməlidir, - desə də, burada da qəribə mənzərə yaranır.

Xeyriyyə işi hədsiz reklam olunanda bir qınaq yaranır, paylaşılmayanda da deyirlər ki, filan imkanlının bu qədər pulu var, heç kimə əl tutmur.

Adının açıqlanmasın istəməyən xeyriyyəçilər də az deyil. Ərkivan qəsəbəsinin Zeynoba məhəlləsində Rusiyada yaşayan Məmmədovlar ailəsi var. Onlar hər ay, xüsusən, əlamətdar günlərdə qəsəbədəki bir neçə məhəllədə yüzlərlə insana yardımçı olur, kəndin və məhəllənin problemlərinə kömək göstərirlər. Lakin bunların heç yerdə işıqlandırılmasına maraqlı deyillər.

Bir dəfə Masallı şəhərində İlqar adlı gənc bir sahibkarla söhbət zamanı soruşdum ki, sən heç hər hansı birxeyriyyəçilik etmisənmi? Dedi, bəli, narkomanı müalicə elətdirib, onlar üçün xırda təsərrüfat yaratmışam. Yəni, belələri də var.

Bu yaxınlarda Masallıdakı Uğur” kurslarının işçiləri ilə təsadüfən bir yerdə çay içirdik. Bəlli oldu ki, bu kursda hər il olduğu kimi bu il də filiallar üzrə 17 nəfər imkansız gənc ödənişsiz təhsil alır.

Bundan başqa bütün xərclərini müəssisə qarşılamaqla 2 nəfər Şəhid övladının və 3 nəfər isə Qazi övladının burada təhsil alması təmin olunubHəmçinin, 3 imkansız ailədən 2 qız və  1 nəfər də oğlanın (ödənişli əsaslarla qəbul olunan) Universitet xərclərini müəssisə öz öhdəsinə götürmüşdür. 75 nəfər aztəminatlı ailələrin övladla isə burada 30-50% güzəştlə təhsil alır.

Bütün bunlarla yanaşı bir çox yerlərdə təhsilə və mədəniyyətə edilən yardımlar arzu olunan səviyyədə deyil. Hamımızın qəlbində Allahın daimam-peyğəmbərin də öz yeri var. Çoxlu məsçidlərin, Mərasim Evlərinin olmasının da əleyhinə deyilik. Amma 140 məscidi, 60 Mərasim Evi olan Masallı rayonunda 95 məktəbdən 25-i bərbad vəziyyətdədirsə, 230 min əhalisi olan Masallıda yalnız 1000-ə (!!!) qədər azyaşlının uşaq bağçalarına cəlb olunmasına imkan varsa, məktəbə getmək üçün yüzlərlə uşağın çantası, ayaqqabısı olmursa, biz nəyə sevinməliyik?

Masallının Rayon Mərkəzi Kitabxanası nə gündədir? Şəhər kitabxanası keçmiş polis şöbəsinin əlverişsiz otaqlarında yerləşirsə, biz başqa ölkələrə yollanan zəvvarların xərcinin cüzi hissəsini belə mədəniyyət mərkəzlərinin təmirinə sərf etsək, pismi olar?

Bu sahədə müsbətlərin də, neqativlərin də sayını artıra bilərik. Lap rayonun xeyriyyəçilik salnaməsini də yarada bilərik, onların kənd və qəsəbələr üzrə kortetikasını da.  Ən yaxşı xeyriyyəçilər üçün rəmzi mükafatlar da təsis edə bilərik. Lakin unutmayaq ki, arxasında saxtakarlıq, əyri-üyrü işləringizlənmədiyi xeyriyyəçilik işləri olarsa,daha gözəl olar.

Yazının vaxt imkanlarının məhdudluğuna görə nəzir qutularından söhbət aça bilmədik.

Yazını da o ümidlə bitiririk ki, Masallıda əsl xeyriyyəçilik daha geniş vüsət alacaq, heç kim heç kəsin zəhmətini öz adına çıxmayacaq, xeyriyyəçilik adı ilə kölgəli əməllərini ört-basdır etməyəcək, bu adla işbazlıqda bulunmayacaq.

Hamı hər şeyi yaxşı görür.

Bu barədə maraqlı yanaşmanız olsa, dinləməyə hazırıq.

Cenub.azZahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10