Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ərkivanlılar Yardımlı -Masallı, Göytəpəlilər isə Masallı-Cəlilabad seçki dairəsində səs verəcəklər



Millər vəkilləri bundan sonra 40 minə yaxın seçicinin yox, 50 minə yaxın seçicinin qayğısını çəkməli olacaq, bir də, 19 minə yaxın əhalisi olan Ərkivan qəsəbəsi niyə 30 ilə yaxındır ki, özünə deputat seçə bilmir?

 

Qarşıda Prezident seçkilər gəlir. Bəs Masallıdakı   seçki  dairələrində vəziyyət necədir?

Öncə Masallıda bu vaxta qədərki seçki dairələrinin əhatə etdiyi ərazilərə nəzər salaq-

Masallı rayonu üzrə son dəyişikliyə qədər 5 Seçki Dairəsi fəaliyyət göstərirdi -- 2-si əsas, 3-ü qarışıq.

  1. Əvvəl 70 saylı Masallı şəhər  Seçki Dairəsi - Masallı şəhəri daxil olmaqla  – Banbaşı, Şərəfə, Çaxırlı, Həsənli, Xırmandalı,  Qarğalıq, Yeddioymaq, Şıxlar,  ,  Musaküçə və sair kəndlərdəki seçiciləri,
  2. 71 saylı kənd Seçki Dairəsi Ərkivan və Boradigah Qəsəbələri daxil olmaqla Qızılavar, Kolatan, Lürən, Bədəlan, Hişgədərə, Qızılağac, Viləş. Göyəçöl, Təzəkənd və sair ərazilərdəki Seçki Dairələrini əhatə edirdi.
  3. 72 saylı Yardımlı-Masallı Seçki dairəsi isə qatışıq İdi. 

Yəni, 72  saylı Yardımlı  Seçki Dairəsinə Masallıdakı Qəriblər, Qodman, Sığdaş, Güllütəpə, Yeyənkənd, Miyankü və sair ərazilərdəki kəndlərinin seçiciləri;

75  saylı Lənkəran- Masallı Seçki Dairəsinə isə

Lənkəranın Liman şəhəri və bu rayonun bir çox kəndləri ilə yanaşı Masallının Türkoba, Mahmudavar, Sərçuvar, Xıl və sair kəndlərinin seçiciləri daxil idi.

                       69 saylı Biləsuvar, Cəlilabad və Masallı Seçki  Dairəsində isə  (Hazırda bu dairə ləğv edilib) 2 qonşu rayonunun seçiciləri ilə yanaşı Masallının Təzə Alvadı, Köhnə Alvadı və Təklə Ərazi Dairəsinə daxil seçicilər səs verirdi.

Bu günlərdə isə ölkə  üzrə Seçki Dairələrin Komplekləşməsində dəyişiklik edilib.

 Seçki Dairələrində hər Dairədə seçicilərin sayı 40 mindən təxminən  50 min nəfərə qaldırılıb və buna müvafiq olaraq Seçki Dairələrinin əhatə dairəsində dəyişiklik edilib.

(Buna səbəb isə əvvəl ölkədə 5 milyon seçicinin olduğu, hazırda isə bu rəqəmin 6 milyon nəfərdən artıq olduğu göstərilir və həmin rəqəm 125-ə bölünür).

Ərkivan Qəsəbəsindəki seçicilər Masallı ərazindəki digər kəndlərlə (Qodman, Qəriblər, Yeyənkənd, Güllütəpə və sair ) yanaşı əvvəlki 72  saylı Yardımlı Masallı Seçki dairəsində səs verəcək.

Əvvəlki 70 saylı Masallı   Seçki Dairəsində isə Masallı Şəhər və ətraf kəndləri ilə yanaşı əvvəllər Təzə Alvadı, Köhnə Alvadı və Təklə ərazisindəki seçicilər, eləcə də Cəlilabadın Göytəpə şəhərinin seçiciləri birləşəcək.

Nəhayət,  75 saylı Lənkəran-Masallı seçki dairəsindəki Sərçuvar, Xıl  və Təzəkənd kəndi əlavə olunmaqla (Mahmudavar, Türkoba kəndlərindəki seçki məntəqələri keçmiş 71 saylı seçki  Dairəsinə verilməklə) Lənkəran-Masallı DSK- da səs   verəcəklər.

Qısası, Masallıda cəmi 2  tam, 2 qarışıq seçki dairəsi olacaq. Həmin dairələrdə Cəlilabadın Göytəpə şəhəri istisna olmaqla Masallı ərazindəki məntəqələr birləşəcək.

Bu dəyişiklik millər vəkillərinin işini bir qədər çətinləşdirəcək. Yəni, əvvəl onlar seçildiyi dairədə 40 min yaxın seçicinin qayğısını çəkirdilərsə, bu dəyişiklikdən sonra 50 minə yaxın seçicinin qayğısını çəkəcəklər.

19 minlik əhalisi olan Ərkivanın Yardımlıya “birləşdirilməs” də maraqlı suallar doğurur. Ərkivanlı seçicilər bundan əvvəl də öz “dairələrini” bir dəfə dəyişmişdilər. Belə ki, Masallı şəhəri ilə Ərkivan qəsəbəsi bir dairədə olduğu üçün “çətin ərazi kimi” Masallı şəhər 70 saylı dairədən çıxarılıb, 71 saylı kənd seçki dairəsində birləşmişdi.

Bütün bunların nəticəsi kimi 1995-ci ildən bu günə kimi 19 min Ərkivan sakinli bir dəfə də olsun Ərkivandan ərkivanlını deputat seçə bilməyib.

 

Bir məqamı xatırlamaq da yerinə düşər. Təxminən 15 il öncə Ərkivanın da daxili olduğu 71 saylı seçki dairəsindən ərkivanlı Əliməmməd Nuriyevin namizədliyini irəli sürüləndə təkcə Ərkivandan 11 nəfər ona alternativ kimi öz namizədliyinə irəli sürmüşdü. Amma alınmadı. Ötən seçkilərdə isə ərkivanlı olmayan birinin bu dairədən namizədliyi irəli sürüləndə isə demək olar ki, ona heç bir (Bir nəfər şansızlığı göz deşən  gənc istisna olmaqla) ərkivanlı alternativ olmadı.

Bu dəyişiklikdən sonra isə çətin ki, Yardımlı-Masallı seçki dairəsindən hər hansı ərkivanlı qalib ola.

Belə-belə işlər. Görəsən, “toplananlar”ın yerini dəyişəndə, “cəm” dəyişəcək?

Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10