Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda yanan bazar, ya hazırda çeçenlərin sahib olduğu başıbəlalı bazar


Bir də yanğının bazarkomun öz otağından başlaması təsadüfdürmü?

Bu yazıda biləcəksiniz

Yanğının bazarkomun otağından başlaması təsadüfdürmü?

Necə oldu ki, çeçenlər bu bazarın sahibinə çevrildi?

Bu bazarın tikintisi üçün bankdan götürülmüş 350 min evro sonralar  niyə bir çoxunun baş bəlasına səbəb oldu?

Niyə bəziləri bu bazarı qarğınmış,  halallıqla qurulmayan bazar sayır?

Doğrudanmı bəzi şəxslər bu yanğın nəticəsində 100 min manatlarla ziyana  düşüb və bu yanğından ziyan çəkən yüzlərlə şəxsin ziyanın kim ödəyəcək?

Masallının bazar tarixindən

Cenub.az bildirir ki, karvan yolunun yaxınlığında yerləşən indiki Masallı ərazisində ilk bazar “Qala bazarı” olub. İndiki Ərkivan Qəsəbəsinin şimalında (Bədirli məhəlləsi) yerləşən bu bazar həmin dövr üçün əsas ticarət mərkəzlərindən olub.

Ölkə ərazisində 1930-ci illərdən sonra rayonlaşma  başlayanda isə bu bazar əvvəl, indiki Digah ərazisinə, qısa müddətdən sonra isə indi çoxunun   Kolxoz Bazar adlandırdığı ərazisinə köçüb.

Masallıda bazar formalaşan illərdə burada Kənd Təsərrüfatı məhsulları üçün  Sərgi-Yarmarkalar da inşa edildi, bir qədərdən sonra isə söküldü.

Həmin vaxtlar indiki Masallı şəhərində, Kolxoz Bazarının cənubunda Mal-Qara bazarı, eləcə də bütün ölkədə məşhur olan Boradigah bazarı yaranmışdı.

XX əsrin sonlarında, XXI   əsrin birinci  10 illiyindən başlayaraq Masallıda bazarların sayı və forması tez-tez -dəyişdi  – Təzə bazar, Taxta bazarı, Daş bazarı, Qızıl bazarı, Toyuq-cücə bazarı, qul bazarı... və sairlər yarandı. Nə qədər bazar yaransa da  Köhnə bazardakı ticarət  gurluğunu, cəlbediciliyini itirmədi.

“Fəzailin bazarı”    

On illərlə bu bazara müxtəlif adamlar rəhbərlik edib. Bazarkomlar rayonda ən imkanlı, ən yadda qalan adamları olub. 2000-ci illərin sonunda rayonun tanınmış iş adamlarından olan Fəzail Qəribov Masallı bazarında əsas fiqura çevrildi. Daha sonralar isə bu bazarla üzbəüz ərazidə 2 mərtəbəli bazar tikməyə başladı. Həmin ərazi boş olmadığı üçün burada parakəndə,  əksəriyyəti primitiv dükanlar  vardı. Həmin dükan sahiblərinin ciddi etirazlarına, şikayətlərinə baxmayaraq, bu  dükanlar söküldü. Bəzilərinə təzə tikilən bazarda yer vəd olunsa da, onların çoxu elə vəd olaraq qaldı.

Bu bazarın tikintisi üçün bankdan götürülmüş 350 min  evro sonralar  niyə bir çoxunun baş bəlasına səbəb oldu?

Yeni bazarın tikintisi çox xərc tələb etdiyində Fəzail Qəribov bir neçə şəriki ilə  birlikdə Cəlilabaddakı bankdan nə az, nə çox 350 min  evro kredit götürüblər. Sonralar bu bank  müflis olub, qarşı tərəf də kredit borcunu ödəyə bilmədiyi üçün digər bankdan kredit götürərək borcunu ödəyib. Şəriklər kredit götürən zaman həmin pulun alınması zamanı isə müxtəlif yerlərdəki  mülklərini girov qoyublar. Zaman keçdikcə, kredit borcu artdıqca bu bazarı idarə etmək çətin olub. Bazarın ilk sahibi Fəzail Qəribov 50-55 yaşlarında bu sarsıntılardan dünyasını dəyişəndən sonra bazarın idarə edilməsi yaxın qohumlarının idarəçiliyinə keçsə də, borclardan xilas yolu görünməyib.

Çeçenlər bu bazara necə sahib oldu?

Müxtəlif yerdəyişmələrdən sonra bazar çeçen  sahibkarların tabeçiliyinə verilib. Çeçenlər də bu bazarın ziyanını ödəmək üçün ticarət mərkəzini müxtəlif şəxslərə icarəyə veriblər. Son icarəçi isə Ərkivan qəsəbə sakini, həmin binada dərzi işləyən ictimai fəal Afər Cahngirov olub. Afər Cahangirovun bazara rəhbərlik etdiyi dövrdə burada ciddi səliqə-sahman, nizam-intizam yaradılıb. Bir illik müqavilənin müddəti bitdikdə isə əmlakın çeçen sahibləri müqavilənin müddətini artırmaq istəməyib. Tərəflər arasında  ciddi narazılıq yaranıb. Yanğından bir neçə gün öncə  isə narazılıq məhkəmə müstəvisinə çıxıb. Bazarla bağlı narazılıqlar müxtəlif  saytlara, sosial şəbəkə müstəvisinə çıxıb.

Doğrudanmı bəzi şəxslər bu yanğın nəticəsində 100 min manatlarla ziyana  düşüb?

Bazarda baş verən güclü yanğın isə müxtəlif  və qəribə suallar yaradıb.

Xatırladaq ki, son yüz ildə Masallıda ara-sıra ev, tövlə yanğınları olsa da, ən yadda qalan yanğınlar EMBOOWOD mebel fabrikində, Rayon Kooperativlər ittifaqının binalarında olub. 8 il öncə isə elə bu bazarın cənub tərəfindəki ticarət mərkəzində də baş vermişdi.

2023-cü il oktyabrın 6-da, 14-15 radələrində baş verən yanğın isə Masallının tarixində ən güclü yanğın sayılır. Yanğın nəticəsində bu binada ticarətlə məşğul olan 150-dən artıq kiçik sahibkarın, təxminən 500-dən artıq şəxsin dolanışıq yeri olan bu ticarət mərkəzidəki malların dəyəri 3-5 milyon manat dəyərləndirilir.

Elektrik avadanlıqları, kostyum, parça mağazaları daha çox ziyanla üzləşiblər. Əksər satıcılar payız mövsümünün başlanması ilə bağlı  çoxlu payız geyimləri gətiribmiş.

Bazarın sahibi Afər Cahangirov bizimlə söhbətdə bildirdi ki, hadisə baş verən zaman ərazidə olmayıb- Masallı “hərbi komissarlıq”ığında olub. İlkin versiyada bazarın məqsədli şəkildə yandırıldığı güman edilsə də, sonrakı versiyalar elektrik xətlərində baş verən  nasazlığın, qısa qapanmanın nəticəsində baş verdiyi vurğulandı. Afər Cahangirov deyir ki, yanğın öncə mənim dərzi dükanımda və ona yaxın dükanlarda baş verib. Belə ki, gün ərzində elektrik verilişinin tez-tez azalması, çoxalması narahatlıq yaradıb. Bu yanğın nəticəsində mənim və digərlərinin otağındakı kompüterlər alışmağa başlayıb. Daha sonra 2-ci mərtəbədə güclü yanğın başlayıb. Biz yanğından öncə də dəfələrlə müvafiq orqanlara müraciət etmişdik ki, buradakı elektrik xətlərində ciddi nasazlıqlar var.

Bu yanğından ziyan çəkən yüzlərlə şəxsin ziyanın kim ödəyəcək?

Afər Cahangirov deyir ki, burada min  manatlarla ziyana düşmüş satıcıların gözünə baxa bilmirəm. Onlarla insan kredit götürmüşdü, borca girmişdi, olan-qalanını bu ticarətə yönəlmişdi.  İndi yüzlərlə insan nə edəcəyini bilmir.

Müvafiq təşkilatlar - polis şöbəsi, Fövqəladə Hallar Nazirliyi araşdırma aparır. Dəfələrlə müraciət etsək də heç bir sığorta şirkəti nə binanı, nə də dükandakı məhsulları sığorta etməyib. Nə edəcəyimizi bilmirik.

Redaksiyadan: Ara-sıra yanmış mallarının arasında dolaşanlar olsa da, zərərçəkənlərin gözlərinə baxmaq olmurdu. Kimi nisyə dəfərini, kimi qiymətli əşyalarını axtarırdı. İllah ki,  göz yaşlarını saxlaya bilməyən qadın satıçılar. Hələ ki, ziyan müəyyənləşməyib. Əbəs yerə  deməyiblər ki, OD düşən yeri yandırır.

Olay nəticəsində keçmişdən qalan kəm-kəsirlər də üzə çıxıb. Bəzi sakinlərin dediyinə görə,  kanalizasiya sisteminin bir ucu bura çıxsa da, yanğının baş verdiyi ilk dəqiqələrdə buradakı ehtiyat su quyularınI tapmaq olmayıb.  Bəzi otaqlarda 

Onu da xatırladaq ki, satıcıların heç biri zədələnməsə də, yoldan keçən bəzi şəxslər yüngül  xəsarət alıb.  Qaz balonlarının partlaması da yanğının sürətlənməsinə təkan verib. 

Nə etmək olar? Keçmiş olsun.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10