Rusiya liderinin qisasına qarşı Türkiyə rəhbərinin intiqam planı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında taxıl müqaviləsinin bərpası ilə bağlı danışıqlarda heç bir irəliləyiş olmayıb. Türkiyə liderinin sözlərinə görə, “bütün dünyanın izlədiyi saziş” baş tutmayıb.
Putinin Soçidə Ərdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında dediyi kimi, “taxıl sazişinin yenilənməsi ilə bağlı hələlik razılığa gəlmək mümkün olmayıb”. Ehtimal ki, səbəb onun yenidən “aldadılmasıdır”.
“Sazişi uzatdıq - yenə heç kim heç nə etmədi. Sonra bizdən üçüncü dəfə tələb olundu ki, öhdəliklərimizi yerinə yetirmək vədi ilə iştirak müddətini uzadaq. Həmişə olduğu kimi, bu, bizim Qərb tərəfdaşlarımızda tez-tez olur - onlar bizi yenidən aldatdılar. İndi biz deyirik: biz bu sövdələşmənin əleyhinə deyilik, bizə verilən vədlər yerinə yetirilən kimi dərhal ona qayıtmağa hazırıq. Bu gün onlar bunu yerinə yetirəcəklər - yaxın bir neçə gün ərzində biz tam şəkildə qayıdacağıq, bizdən istədikləri hər şeyi yerinə yetirəcəyik”, - deyə Putin bildirib.
Yaxşı, rus diktatoru mütəmadi olaraq istər özününkülər, istərsə də başqaları tərəfindən ona “nömrə gəlindiyindən” şikayətlənir. Biz bu narazılıqlara öyrəşmişik. Və bunun nə ilə bağlı olduğunu bilmirik, heç bilməyə cəhd də etmirik. Söhbətin nədən getdiyini kim necə istəsə, eləcə də başa düşsün: söhbət botoksla şişmiş yanaqlardan, yoxsa Ukrayna məsələsində Qərblə danışıqlardan, taxıl sövdələşməsindən gedir.
Amma bu dəfə Ərdoğan “aldadıldı”, ona “nömrə gəlindi”. Ərdoğan Putinin yanına danışıqlar üçün nəzərdə tutulan məsələlərin müsbət həllini tapacağına əminliklə getmişdi. Belə bir əminlik Rusiyada xarici işlər naziri Hakan Fidan və onun rusiyalı həmkarı Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu arasında ilkin danışıqlardan sonra yaranmışdı. Əks halda Ərdoğan Putinin yanına getməzdi. Gözləntilər var idi ki, Ərdoğan Putinin yanına getsə, taxıl müqaviləsinin bərpası ilə bağlı problemlərin çoxu həll olunacaq.
Lakin azovluların Ukraynaya qayıtması, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına razılıq verməsi, Ərdoğanın “Ukrayna NATO üzvlüyünə layiqdir” bəyanatı, Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə ardıcıl dəstəyi, Krımın Ukrayna ərazisi kimi tanınması, Ukraynaya hərbi və humanitar dəstək, “Bayraktar” istehsalı üçün zavod tikmək qərarı və digər yardım formalarından incimiş və alçaldılmış Putin tam şəkildə hayıf almaq qərarına gəldi.
Və onun qisası məkrli idi. Bildiyiniz kimi, qisas soyuq verilən təamdır. Putin bu anı gözlədi və Ərdoğanın nüfuzuna xələl gətirən zərbə endirdi. Türkiyəyə getmədi, sözünün üstündə durmayan, məsələnin həllinə ümid bəsləyən türkü öz ərazisinə şirnikləndirərək, Türkiyə Prezidentinin nüfuzuna güclü zərbə vurdu.
Eyni zamanda, Putin ilk dəfə olaraq taxıl müqaviləsini hərbi əməliyyatlara bağladı - bu, əvvəllər heç vaxt olmamışdı. Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bütün razılaşmaların yerinə yetirilməsi tələbi ilə yanaşı, o, çox güman ki, Krım körpüsünə getdikcə təsirli və təhlükəli hücumlara toxunaraq, Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı narahatlığını dilə gətirib.
“Rusiya üçün eyni zamanda ərzaq ixracı məqsədilə Qara dəniz dəhlizlərinin Ukraynanın hazırda etdiyi hərbi məqsədlər üçün istifadə edilməməsi də vacibdir. Həmçinin Kiyev “Türk axını” və “Mavi axın” boru kəmərlərinə pilotsuz təyyarələrlə hücumlar etməyə cəhd edir”, – deyə özü gecə-gündüz Ukraynanın Odessa və Nikolayev limanlarını bombalayan, Ukrayna limanlarının infrastrukturunu məhv edən Rusiya lideri Ərdoğana şikayət edib.
Yəni “Yupiterə icazə verilən buğaya icazə verilmir”. O, Ukrayna limanlarını, şəhərlərini və qəsəbələrini bombalaya bilər və gözəl Ukrayna buna “xoşuna gəlsin, ya yox” dözməlidir. Ukrayna ordusu Putindən fərqli olaraq, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq müharibə aparır - mülki, ticarət-iqtisadi infrastruktura və mülki şəxslərə qarşı döyüşmür, Ukrayna Silahlı Qüvvələri yalnız hərbi hədəfləri hədəfləyir. Və Krım körpüsü Ukrayna Silahlı Qüvvələri üçün müstəsna hərbi hədəfdir, bu körpü vasitəsilə hərbi texnika hərəkət edir və hərbi məhsullar Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Krıma çatdırılır.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Putinin taxıl müqaviləsinin bərpası ilə bağlı şərtlərini yerinə yetirmək tələbinə və Ərdoğanın Kiyevə “Moskva ilə taxıl müqaviləsi ilə bağlı birgə addımlar ata bilmək üçün mövqeyini yumşaltmaq” çağırışına dərhal cavab verib. Ukrayna diplomatlarının Ərdoğanın Putinlə Soçi görüşündən əvvəl Türkiyə tərəfini Ukraynanın taxıl şantajına getməyəcəyi mövqeyi ilə bağlı məlumatlandırdıqlarını və “hər şeyi açıq şəkildə izah etdiklərini” vurğulayıblar.
“Bizim mövqeyimiz ədalətlidir – Rusiya problemlər yaradaraq, sonra hamını onları həll etməyə dəvət edəndə, biz artıq rus şantajının girovu olmamalıyıq”, - Kuleba əlavə edib.
Belə ki, tərəflər, o cümlədən Ukrayna qılınclarını siviriblər. Ola bilər ki, tam açıq deyil, amma sonrakı kiçik və bəlkə də, isitisna edilməyən, hissediləcək iri “zərbələrin” konturları aydın görünür.
Ərdoğan elə bir lider deyil ki, publik olaraq ona edilən təhqirləri gözardı etsin. O, ölkəsinin sərhədini keçən Rusiya qırıcısını vurmağa icazə verən yeganə lider idi. Məhz Ərdoğan 2009-cu ildə Davosda keçirilən Dünya İqtisadi Forumunun iclasını İsrail Prezidenti Şimon Peresə “sən insan öldürməyi yaxşı bilirsən” sözlərini ataraq cəsarətlə tərk etdi və uzun illər İsraillə əlaqələri kəsdi və Davos Forumuna getməkdən imtina etmişdi.
Və indi də cavab mütləq gələcək. Geri ödəmə qaçılmazdır. Ərdoğan da Putinin özü kimi təhqirləri və publik alçaldılmaları bağışlamır. Dağ qayaya rast gəlib. Qisas sadəcə olaraq, vaxt və cavab silahı seçimi məsələsidir.
Taxıl müqaviləsinin özünə gəlincə, bir müddətdən sona Putin özü onu yeniləməyin yollarını axtarmalı olacaq. Şantaj nəticə verməyəcək, razılaşmaya qayıdış qaçılmazdır. Sual budur: necə və nə vaxt?
Artıq bu gün səhər TASS agentliyi sentyabrın 19-25-də təşkilatın Baş Assambleyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi BMT-dəki təmaslarından sonra Türkiyə və Rusiya prezidentlərinin yeni görüş keçirə biləcəyini bildirib. Baş Assambleyada Türkiyə Soçidəki danışıqların nəticələri ilə bağlı BMT-yə geniş məlumat verəcək.
Deməli, maraqlı gedişatı gözləyirik...
Mira Həsənova