Təklə İnzibati Ərazi Vahidi Masallı rayonun tabe olsa da, ərazi sakinlərinin qonşu, həmsərhəd olduğu Cəlilabad rayonu ilə əlaqələri daha sıxdır. Rayonun ucqar və qədim tarixə malik olan bu kəndi uzun illər ciddi sosial problemlərlə üz-üzə qalıb. Yol, su, körpü, internet və sair problemlər bu ərazidə ciddi narahatlıqlar yaradıb. Son illər ərazidəki yol problemində nisbətən irəliləyişlər olsa da, su ilə narahatlıqlar tükənmir. Ərazidə adambaşına düşən payıbəlli torpaq digər ərazilərə nisbətən çox olsa da, kəskin su qıtlığından həmin torpaqlarda kifayət qədər istifadə etmək mümkün olmur.
Kənd sakinləri bu günlərdə “Düz xəbər.az” və digər saytlara şikayət ediblər. Şikayətlərinin əsas hədəfi odur ki, su qıtlığından kənddə mal-qaranın su ilə təmin olunması və təsərrüfat işləri iflic vəziyyətinə düşüb.
Kənd sakini Səmədağa kişinin rəhbərliyi ilə bir qrup kənd sakini etirazlarında bildirir ki, kənddə su qıtlığının əsas səbəbkarı “Viləşçay Su Anbarı”nın rəhbəri Rusif Kərimovdur. Şikayətçilər deyir ki, R. Kərimov dəryaçada balıq özünə görə balıq saxladığı üçün suyu onların kəndinə buraxmır. Əhaliyə qərəzli münasibət göstərir.
Onlar həm də bildirirlər ki, olayla bağlı müvafiq nazirliyə kütləvi şikayətə gedəcək, öz haqlarını axıra qədər davam edəcəklər.
Şikayətçi Səmədağa kişi ilə cenub.az-ın rəhbəri kimi telefon əlaqəsi saxladıq. O, yuxarıda qeyd etdiyimiz narahatlıqları kəskin şəkildə təkrar etdi. Təklif etdik ki, Viləş Çay Su Anbarının rəhbəri ilə kəndə gələk, üzbəüz görüşdə olaya aydınlıq gətirək.
Lakin Səmədağa kişi üzbəüz görüşdən qətiyyətlə imtina etdi.
Biz məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfin rəhbəri - Viləş Çay Su Anbarının rəhbəri Rusif Kərimova müraciət etdik.
R. Kərimov sorğumuza cavab olaraq bildirdi ki, Təklə kənd sakinlərinin doğrudan da ciddi su problemi var və onlar təsərrüfat işlərində susuzluqda çox əziyyət çəkirlər. Lakin bu işdə məni günahkar qovmaq açıq ədalətsizlikdir. Rəhbərliyik etdiyim idarə zaman-zaman bu kəndin su probleminə yardımçı olub, ərazidə yaşayan bəzi şəxslər üçün artezian quyular qazılıb, sahələrarası ərazilərda kanallar genişləndirilib, təmizlənib və sair.
Aşağıdakı məqamlara xüsusi diqqət çəkmək istəyirəm.
1. Təklə ərazisi Masallı rayonuna tabe olsa da, bu kənddə su təminatına cavabdeh təşkilat Göytəpə çayının başlanğıcı Göytəpə Şəhərinin Ağdaş kəndindən, Ağdaş Su Anbarından başladığı üçün Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansındadır. Yəni, bizim təşkilata aidiyyatı
2. Su problemi olan ərazidə qazıntı aparmaq demək olar ki, mümkünsüzdür. Çünki Göyçay çayı dərin olduğu və buradakı damba hündür olduğu üçün həmin ərazidə texnikanın işləməsi olduqca təhlükəlidir. Burada sahilbərkitmə işləri, təmizləmə işləri aparılsa da, bütün kəm-kəsiri aradan qaldırmaq çətindir.
3. Sərəncamımızda olan Viləşçay dəryaçasında balıq yetişdirilmir, hazırda orada balıq yoxdur. Həmin ərazidə olan adamlar isə sadəcə bu strateji obyekti qorumaq üçündür.
4. Tez-tez hallanan 9 ton kiçik balıqlar məsələsi ilə söhbətlər həqiqəti əks etdirmir. Belə ki, həmin 9 ton kiçik çay balıqları ötən il Viləş çayının Qızılağac Qoruğuna tökülən hissəsində çaya buraxılıb.
5. Onu da xatırladım ki, hazırda Viləşçay Su bəndinin 2-ci hissəsinin inşasına başlanmaq ərəfəsindədir. Həmin bəndin inşası baş çatdıqdan sonra Masallının bütün Muğan kəndinin, eləcə də Təklə kəndinin bütün su ehtiyacları ödəniləcək. Həm də Cəlilabad şəhərinin mərkəzi içməli su ilə təmin olunacaq.
6. Bütün hallarda biz daxili imkanlardan istifadə edib, bu kəndin su probleminə yardımçı olmağa çalışacağıq.
Qeyd: Qarşı tərəfin sözü olarsa, rəy bölümündə fikirlərini paylaşa və sayta müraciət edə bilərlər.
Cenub.az. Zahir Əmənov