İllər odumuza su çiləyər. Hirsimiz-hikkəmiz soyuyar. “Günahkarı tapın!” tələbinə özümüz də yadırğayarıq zaman-zaman. Təqvimin çərxi geriyə döndüyü günsə olanları çözməyimiz, ötəri əsib-coşmağımız var, əlimizdən bu gələr...20 noyabr! Say-seçmə oğullarımızın - Alı Mustafayevin, Tofiq İsmayılovun, Osman Mirzəyevin, Məhəmməd Əsədovun, İsmət Qayıbovun, Fəxrəddin Dadaşovun, Vəli Məmmədovun... müəmmalı ölümü kimin suçuydu, bilmədik. Babalı bilənlərin boynuna... Bildiyimiz odu ki, itirdiyimiz oğulların bu dünyada bir ömürlük xatirə payı var...
***
“Uşaqlıqda dəcəlliyinə görə Alını o qədər döymüşəm ki. İndi yadıma düşəndə ürəyimin başı göynəyir. O vaxtlar sübh tezdən pambıq yığmağa gedərdik. Hərdən anam Alını, Mahmudu da aparırdı ki, kömək eləsinlər. Alı gözümüzü oğurlayıb bir çəngə mənim kisəmdən götürürdü, bir çəngə anamın. Sonra da göz vururdu ki, mən getdim. Özünü işə vermirdi. Şər qovuşan kimi anam bizi evə göndərirdi, deyirdi, gedin, çaydan, çörəkdən hazırlayın. Ərik ağacımızın altında samovar qoyardıq. Odun gətirmək, samovarı odlamaq işinə Alıyla Mahmud baxırdı. Elə ki bir iş görmək lazım gəldi, Alı yenə yavaşca aradan çıxırdı. Bir də görürdüm Mahmudla tutaşdılar. Mən də hirslənib Alını döyürdüm. Amma onların belə tutaşmaları atama ləzət eləyirdi. Bir gün anama dedi ki, gəl baxaq görək, kimin atası güclüdü: sənin, yoxsa mənim? Mahmuda ana babamızın adını qoymuşduq, Alıya da ata babamızın. Uşaqlar himəbəndmiş kimi bir-birilərinin üstünə düşdülər. Mahmud Alını götürüb vurdu yerə. Bir dəqiqəyə kimi səssizcə yerdə qaldı. Qəfildən durub Mahmuddan nətəhər yapışdısa, bir də onu gördük ki, yazıq uşaq yerə meyit kimi düşüb. Mahmud Alıdan bir yaş böyük idi...”
Bunları Alı Mustafayevin bacısı Tükəzban xanım danışır. Danışır... ağlayır. İçi yüngülləşmir amma...
- Bir də görürdün, almanı yedi, qurumçəyini eşiyə dağıtdı. Cin vururdu başıma...
Birdən-birə kişiləşdi. Ailənin yükü onun üstündəydi, atam rəhmətə getmişdi. Mahmud da əsgərlikdəydi. Alı anamla fermada işləyirdi. Gecə saat 3-də evə gəlirdi. Səhərə kimi də kitab oxuyurdu. Sonra Bakıya gəldi. Bir ilə qədər aktyorluq şöbəsində oxudu- Kubra Əliyeva ilə bir kursda. Amma məktəbi atdı, dedi, məndən aktyor çıxmaz. Zavodda işə düzəldi. Bir də xəbər tutduq ki, Jurnalistika fakültəsinə girib...
Hansı qızın adını tuturduq, zarafata salırdı. Deyirdi, heç birinizin xətrinə dəyməyəcəm, kimi desəz, alacam. O qədər zarafatcılıydı ki, ciddi danışanda da adamın inanmağı gəlmirdi. Bir dəfə oğlum dedi ki, ana, bu gün bizə Alı dayımla bir qız gələcək. Süfrə -zad açdım. Bir də gördüm, eynəkli bir qızla qol-qola gəlirlər. Ürəyimə damdı ki, burda nəsə var. Oturdular, yeyib-içdik. Qızdan xoşum gəldi, deyib-güləniydi. Alı qızın qulağına nəsə dedi, sonra dodağını yavaşca üzünə toxundurdu. Ürəyimdə dedim, ay kələkbaz, zarafata sala-sala öz bildiyini eləyirsən. Nəysə, durub gedəndə Alı üzrxahlıq edədi ki, ay bacı, mənim sənə borcum çoxdu. Hamının borcunu dəftərçəmə yazmışam, amma sənin yaxşılığının qədəri yoxdu. Allah qoysa, oxuyum qurtarım, əvəzini çıxacam. Belə qardaşıydı Alı...Maral xanımsa bayaqdan səssizcə yumub-tökür. Yanaqlarından süzülən göz yaşlarına illərin xatirələri qarışıb...
Tükəzban:- Laləyə zəng eləyib Alını soruşdum. Dedi, Alının başı Qarabağ problemlərinə elə qarışıb ki, heç üzünü görmürəm. Bir-iki günə İrana rəsmi səfərə gedəcək. Vizası da hazırdı. Heç olmasa, iki gün evdə oturmur ki, dərdimizdən-sərimizdən xəbər bilsin. Birdən qayıtdı ki, budu ey, özü də gəldi. Telefonu Alıya verdi. Dedim, Lalə səndən gileylənir. Cavab verdi ki, sizin nə vecinizə. Orda camaatın başına oyun açırlar. Qarakəndə gedirik. Elə bu gün də qayıdacağıq.
İcevandan çəkdiyi materialları efirə hazırlamalıydı. Dedilər, mütləq bizimlə getməlisən. Rəhmətlik Tofiq İsmayılov arxasınca maşın da göndərmişdi. Allahın işinə bax! Bu, üçüncü qəzaydı. Vertolyot deyəndə ürpənirdik.
***
“Uşaqlıqda dəcəlliyinə görə Alını o qədər döymüşəm ki. İndi yadıma düşəndə ürəyimin başı göynəyir. O vaxtlar sübh tezdən pambıq yığmağa gedərdik. Hərdən anam Alını, Mahmudu da aparırdı ki, kömək eləsinlər. Alı gözümüzü oğurlayıb bir çəngə mənim kisəmdən götürürdü, bir çəngə anamın. Sonra da göz vururdu ki, mən getdim. Özünü işə vermirdi. Şər qovuşan kimi anam bizi evə göndərirdi, deyirdi, gedin, çaydan, çörəkdən hazırlayın. Ərik ağacımızın altında samovar qoyardıq. Odun gətirmək, samovarı odlamaq işinə Alıyla Mahmud baxırdı. Elə ki bir iş görmək lazım gəldi, Alı yenə yavaşca aradan çıxırdı. Bir də görürdüm Mahmudla tutaşdılar. Mən də hirslənib Alını döyürdüm. Amma onların belə tutaşmaları atama ləzət eləyirdi. Bir gün anama dedi ki, gəl baxaq görək, kimin atası güclüdü: sənin, yoxsa mənim? Mahmuda ana babamızın adını qoymuşduq, Alıya da ata babamızın. Uşaqlar himəbəndmiş kimi bir-birilərinin üstünə düşdülər. Mahmud Alını götürüb vurdu yerə. Bir dəqiqəyə kimi səssizcə yerdə qaldı. Qəfildən durub Mahmuddan nətəhər yapışdısa, bir də onu gördük ki, yazıq uşaq yerə meyit kimi düşüb. Mahmud Alıdan bir yaş böyük idi...”
Bunları Alı Mustafayevin bacısı Tükəzban xanım danışır. Danışır... ağlayır. İçi yüngülləşmir amma...
- Bir də görürdün, almanı yedi, qurumçəyini eşiyə dağıtdı. Cin vururdu başıma...
Birdən-birə kişiləşdi. Ailənin yükü onun üstündəydi, atam rəhmətə getmişdi. Mahmud da əsgərlikdəydi. Alı anamla fermada işləyirdi. Gecə saat 3-də evə gəlirdi. Səhərə kimi də kitab oxuyurdu. Sonra Bakıya gəldi. Bir ilə qədər aktyorluq şöbəsində oxudu- Kubra Əliyeva ilə bir kursda. Amma məktəbi atdı, dedi, məndən aktyor çıxmaz. Zavodda işə düzəldi. Bir də xəbər tutduq ki, Jurnalistika fakültəsinə girib...
Hansı qızın adını tuturduq, zarafata salırdı. Deyirdi, heç birinizin xətrinə dəyməyəcəm, kimi desəz, alacam. O qədər zarafatcılıydı ki, ciddi danışanda da adamın inanmağı gəlmirdi. Bir dəfə oğlum dedi ki, ana, bu gün bizə Alı dayımla bir qız gələcək. Süfrə -zad açdım. Bir də gördüm, eynəkli bir qızla qol-qola gəlirlər. Ürəyimə damdı ki, burda nəsə var. Oturdular, yeyib-içdik. Qızdan xoşum gəldi, deyib-güləniydi. Alı qızın qulağına nəsə dedi, sonra dodağını yavaşca üzünə toxundurdu. Ürəyimdə dedim, ay kələkbaz, zarafata sala-sala öz bildiyini eləyirsən. Nəysə, durub gedəndə Alı üzrxahlıq edədi ki, ay bacı, mənim sənə borcum çoxdu. Hamının borcunu dəftərçəmə yazmışam, amma sənin yaxşılığının qədəri yoxdu. Allah qoysa, oxuyum qurtarım, əvəzini çıxacam. Belə qardaşıydı Alı...Maral xanımsa bayaqdan səssizcə yumub-tökür. Yanaqlarından süzülən göz yaşlarına illərin xatirələri qarışıb...
Amma ürək belə dilsiz-ağızsız boşalmır:
-Tələbə vaxtı mən, Alı, bir də balaca bacım bir yerdə qalırdıq. Hər ayın ortasında Mahmud bizə pul göndərirdi. Alı pul çeklərinin hamısını yığmışdı. Onları Lalə hələ də saxlayır. Alı onları yığırdı ki, pul qazanım, hamısının əvəzini qaytaracam...

Bacısı Tükəzban:
-“8 Mart” qabağıydı, bir az pul yığmışdım. Dedim, Alı, al bu pulu, bayramda Laləyə hədiyyə alarsan. Götürmədi, dedi, narahat olma, hər şeyi özüm eləyəcəm. Həmişə bizə cüt gəlib-gedirdilər. Bir gün Alının qəzetdə şeiri çıxmışdı - “Abşeron Laləsi”. Şeirdə anama deyir ki, sənə Abşeron Laləsi gətirəcəm. Onun dəlisiydi. Lalədən başqa bir qızın adını çəkməmişdi.
...Bir gün Alı bacılarını Laləgilə elçiliyə göndərir. Amma Lalənin anasının bu işə razı olmaması Alını qorxudurdu: birdən qızı ona verməzlər. Bacılarına deyir ki, siz gedin, mən də binanın altında dayanıb gözləyəcəm. Sonra yenə zarafata salır: sizi döyəsi olsalar, eyvana çıxıb mənə əl eləyin.
-Mən və balaca bacım Quba durub getdik Əzizə xanımgilə. Çox gülərüzlə bizi qarşıladılar. Əzizə xanım süfrəyə neçə cür naz-nemət tökdü. Bizdə də adət var axı: “hə” deməyincə dilinə bir tikə də vurmamalısan. Əzizə xanım mətbəxtdə çay dəsgahını hazırlayanda eyvana çıxıb Alıya əl elədim ki, darıxma. Nəysə, mətləb üstünə gələndə Əzizə xanım qayıtdı ki, mənim Alıya veriləsi qızım yoxdu. Biz hara, rayonlular hara? Rayonluların bir adəti var: gəlirlər, getmək bilmirlər. Lalə də naz-nemətlə böyüyən qızdı. Özünün otağı, dəm-dəsgahı. Hərdən qardaşı onun otağına girəndə dava-dalaş qoparır. Siz də, maşallah, 6 bacısız, hərəniz bir dəfə gələcəksiniz. Özü də Alının evi yox, eşiyi yox. Nəysə, məcburi bir stəkan çay içib kor-peşman qayıtdıq.
Çox get-gəldən sonra axır ki, “hə”sini verdilər. Elçiliyə Famil Mehdi də getmişdi. Nişan qoyduq, sonra da toyları oldu. İndi elə bilirəm, Alının yadigarı üç uşağı yox, Lalədi. Yadıma onların bəxtəvər günləri düşür. Lalə heç vaxt gülsüz çölə çıxmazdı. Bizə gələrdilər, gülə-gülə, zarafatlaşa-zarafatlaşa...İndi o Lalədən əsər-əlamət qalmayıb. Saçlarına dən düşüb, bənizi solub...

Maral:
- Lalə Alının iş otağını olduğu kimi saxlayır. Stolu, stulu, qələmləri, kağızları... Hər dəfə o otağa ayaq basanda saatlarla ağlayır. Laləni yaşadan bircə o uşaqlardı.
Alı qohum, yad bilməzdi, hamıdan ötrü özünü oda atardı. Eşidərdi ki, kənddən kimsə xəstəxanadadı, mütləq ona baş çəkməliydi. Hərdən fikirləşirəm ki, bəlkə də, ona heç nə olmayıb, elə yanında kiminsə öldüyünü görüb ürəyi partlayıb.
Hər bayramlarda ayaqüstü də olsa, bizi təbrik eləyərdi. Orda bunun könlünü alardı, burda onun. Birdən elə qapıdan başını içəri salardı: “sağ- salamatsız? ” Zarafatla adına “salam-sağ ol” –deyərdik. Kasıb vaxtlarımızıydı, təkcə yoldaşım işləyirdi. Gəlirdi, zarafata salıb soyuducunun qapısını açırdı: “Acından ölmürsüz ki?” Bəhanəylə dolanışığımzı öyrənmək istəyirdi. Görəndə ki, soyuducu doludu, deyirdi, yox əşi, bunların vəziyyəti mənimkindən yaxşıdı.
Köynəklərini ütüləyib stulun başından asırdım. Hər gün köynəyini dəyişirdi. Səliqəli görünməyi xoşlayırdı. Mən də onun üst-başına fikir verirdim. Deyirdi, bacılarımın gülü Maraldı. Görürdü Zöhrənin xətrinə dəyir, o saat onun da könlünü alırdı: “Ay Zöhrə, bu Lalə bacı ürəyi də istəmir ki, Maralın ürəyini çıxardıb aparım ona”.
Əsgərlikdən məzuniyyətə gələndə anamın ona göndərdiyi pulların hamısını verib bizə pal-paltar almışdı. İstəmirdi ki, atasız olduğumuzu hiss eləyək. Bir çamadan da məktub gətirmişdi - biz yazdıqlarımızıydı. Arada zarafatla deyirdi, oturub sayacam, görüm, mənə kim daha çox məktub yazıb? Kiminki çox olsa, biləcəm ki, o məni hamıdan artıq istəyir.
***
...Ölkədə gedən siyasi proseslər, Qarabağ dərdi onu dəyişdirmişdi elə bil. Qaçhaqaçdaydı, qayğılıydı, dərdliydi, vətəndaş olmağın yükünü, dəyərini, gərəkliyini anlayırdı... Alı qohum, yad bilməzdi, hamıdan ötrü özünü oda atardı. Eşidərdi ki, kənddən kimsə xəstəxanadadı, mütləq ona baş çəkməliydi. Hərdən fikirləşirəm ki, bəlkə də, ona heç nə olmayıb, elə yanında kiminsə öldüyünü görüb ürəyi partlayıb.
Hər bayramlarda ayaqüstü də olsa, bizi təbrik eləyərdi. Orda bunun könlünü alardı, burda onun. Birdən elə qapıdan başını içəri salardı: “sağ- salamatsız? ” Zarafatla adına “salam-sağ ol” –deyərdik. Kasıb vaxtlarımızıydı, təkcə yoldaşım işləyirdi. Gəlirdi, zarafata salıb soyuducunun qapısını açırdı: “Acından ölmürsüz ki?” Bəhanəylə dolanışığımzı öyrənmək istəyirdi. Görəndə ki, soyuducu doludu, deyirdi, yox əşi, bunların vəziyyəti mənimkindən yaxşıdı.
Köynəklərini ütüləyib stulun başından asırdım. Hər gün köynəyini dəyişirdi. Səliqəli görünməyi xoşlayırdı. Mən də onun üst-başına fikir verirdim. Deyirdi, bacılarımın gülü Maraldı. Görürdü Zöhrənin xətrinə dəyir, o saat onun da könlünü alırdı: “Ay Zöhrə, bu Lalə bacı ürəyi də istəmir ki, Maralın ürəyini çıxardıb aparım ona”.
Əsgərlikdən məzuniyyətə gələndə anamın ona göndərdiyi pulların hamısını verib bizə pal-paltar almışdı. İstəmirdi ki, atasız olduğumuzu hiss eləyək. Bir çamadan da məktub gətirmişdi - biz yazdıqlarımızıydı. Arada zarafatla deyirdi, oturub sayacam, görüm, mənə kim daha çox məktub yazıb? Kiminki çox olsa, biləcəm ki, o məni hamıdan artıq istəyir.
***
Tükəzban:
Maral:
- Noyabrın 19-u, səhər saat altıda İcevan danışıqlarından gəlmişdi. Ordan elə birbaşa rayondakı evimizə getmişdi. Anam deyirdi, dərdli adam kimi səhərə qədər yerinin içərisində o yan-bu yana çevrildi. Səhər tezdən durub qonum-qonşuyla hal-əhval tutdu...İcevandan çəkdiyi materialları efirə hazırlamalıydı. Dedilər, mütləq bizimlə getməlisən. Rəhmətlik Tofiq İsmayılov arxasınca maşın da göndərmişdi. Allahın işinə bax! Bu, üçüncü qəzaydı. Vertolyot deyəndə ürpənirdik.
Tükəzban:
- Evdə xəstə yatırdım. Televizoru açanda gördüm, matəm musiqisi çalırlar. Ağlıma nə gələr?! Birdən diktor Rafiq Hüseynov dedi ki, vertolyot qəzası olub. Alının adını çəkmədi, elə Mustafayev dedi. Dünya başıma fırlandı. Qışqırdım, qonşular yığışıb gəldi.- Yuxumu qarışdırmışdım. Tezdən ayılan kimi dedim, vallah, Alının başında bir iş var. Laləyə zəng elədim. Dedi Alı Qarakəndə getdi. Bütün günü əlim işə yatmadı.
Necə ölüm idi, baş açmadıq. Qurmaydı, nəydi? Deyirlər, o vaxt Çingiz bunları çəkmək istəyəndə hərbçilər yaxına buraxmırmış. Bir söz soruşmağa kimsə tapılmadı. Bu günə kimi də Alının ölümünə inanmırıq. Onun cəsədini görməmişik axı...

- Bircə arzumuz odu ki, prezidentimizin başı Qarabağ problemindən açılsın. Bu işi də araşdırsın, günahkarı tapsın! Yoxsa, içimiz soyumaz! Səfurə Çərkəzqızı, “Sevdalılar” . Modern.az