Hindistanda kasta sisteminin olmasını hamı bilir. Lakin Avropanın mərkəzində toxunulmazlar kastasının olmasından çox az adamın xəbəri var. Onlar kaqotlardır.
Orta əsrlərdə hamının uzaq durmağa çalışdığı bu insanlar barədə məlumatı təqdim edirik.
Onlar sarışın, mavigözlü insanlar idi. Digər avropalılardan sivri qulaqları, bir qədər əyri baş formaları ilə fərqlənirdilər. Özünü onlardan yüksək tutan digər insanlar kaqotlara toxunub “murdarlanmasınlar” deyə kaqotlar üzərlərinə fərqləndirici nişan – ölmüş qaz ayağı taxırdılar. Bundan əlavə, paltarlarına asdıqları xüsusi zınqırov yeriyərkən cingildəyib uzaqdan kaqotun gəlməsi barədə xəbər verməliydi.
- Kişilər və qadınlar arasında say bərabərliyi BU TARİXDƏ OLACAQ
- Aralarında 17 yaş fərq olan cütlük ayrıldı
- Aktrisa bal ayı şəklini paylaşdı
Bəs kaqotlardan niyə uzaq dururdular? Qəribə qulaq formasına görə onları miflərdə adları çəkilən elflərin, divlərin nəslinin nümayəndələri hesab edir, bütün bədbəxtlikləri onların yaydıqlarını düşünürdülər. Kaqotlar taun xəstəliyinin səbəbkarları, cadugər və şeytan köməkçiləri kimi ad çıxarmışdılar.
Orta əsrlər Avropasında hətta kral sarayları belə murdar, üfunət iyi verməsinə baxmayaraq, kaqotların pis qoxu verdiyi önə sürülərək hamı onları görəndə burnunu tuturdu. Kaqot sözü nəcis sözündən götürülmüşdü.
Bu kastanın nümayəndələri əsasən bataqlıq, əlçatmaz yerlərdə yaşamalı olurdular. Onlara yer əkmək, əkinçiliklə məşğul olmaq, mal-qara saxlamaq, adi insanlarla ünsiyyət qurmaq, onlar olan yerdə yemək, içmək qadağan edilmişdi. Hətta kaqotlar başqa insanlarla eyni vaxtda eyni kilsəyə daxil ola bilməzdilər. Kaqotlar başqa adamların əl vurduqları yerlərə (qapılara, məhəccərlərə və s.) toxunanların əlləri kəsilirdi.
Hamının istifadə etdiyi ümumi su quyularından istifadə etmək də qadağan idi. Kaqotlar itlər kimi yerə tökülmüş suyu ağızlarını yerə dirəyərək içməyə, yalamağa məhkum edilmişdilər. Onlar üçün su quyularının yanında xüsusi gölməçə yaradılırdı, kaqotlar bu sudan heyvanlar kimi istifadə etməyə məcbur edilirdilər.
Onlara yalın ayaqla torpağa toxunub, torpağı murdarlamaq qadağan edilmişdi. Bir kaqotun başqa xalqların nümayəndələri ilə evlənməsindən söhbət belə gedə bilməzdi.
Bəs onlar nə yeyir, hansı işləri görürdülər? Yalnız balıq tutmalarına icazə verilir, ölülələrlə bağlı işlər görürdülər. Məsələn, məzar qazır, tabut hazırlayır, cəllad işləyə bilərdilər.
Onların əsas məskunlaşdığı ölkə Fransa idi. Bu gün də Fransada kimsə kimisə alçatmaq, təhqir etmək istəyirsə, ona kaqot deyir. Yalnız Böyük Fransa İnqilabından sonra kaqotlara qarşı münasibət bir qədər yüngülləşib, onları da başqaları kimi adi adam elan elədilər. Lakin kaqotlar hələ də ayrıca icma kimi yaşamağa üstünlük verirlər.
Bu da dünyaya mədəniyyətdən bəhs edən, şərqi vəhşi, özünü mədəniyyətin beşiyi hesab edən Avropanın insanlığa vurduğu daha bir zərbə, daha bir üzqarası.
Lent az