Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

�Dörd�lərin Astaraya verdiyi dərdlər||--||


�Dörd�lərin Astaraya verdiyi dərdlər||--||

 �Dörd�lərin Astaraya verdiyi dərdlər,


Gələk əsas mətləbə. İ. Becanov məktubunda nələrdən yazır? O, məktubunda bildirir və etiraf edir ki, rayonun məktəblərində gedən tikinti-təmir işlərində, yeni məktəblərin inşasında iştirak edib və bir çox qanunsuz işləri də elə onun öz əlilə görüblər. Daha doğrusu onu bu işlərə vadar ediblər. 

İ.Becanov yazır:�Uzun müddət �Dördlər� MMC tikinti təşkilatında işləmişəm. Bu təşkilatda işləyənlərin müqaviləsi yoxdur. Mənim də müqaviləm olmayıb. Astara şəhərində əlillər üçün nəzərdə tutulmuş 32 mənzilli yaşayış binasında, Ərçivan kənd 2 və 4 saylı məktəblərin tikintisində çalışmışam. Şahağacı kənd məktəbinə qaz xəttinin çəkilişində də iştirak etmişəm. Dəmir turbalar köhnə olduğundan xəttin çəkilişindən imtina edib başqa obyektə getmiş, Pensər kənd orta məktəbinə məxsus idman zalının dam örtüyünü inşa etmişəm. Həmin obyektdə işləyəndə rəhbərlik tərəfindən bizim üçün heç bir təhlükəsizlik tədbiri görülməyib, standarta cavab verməyən tikinti materiallarından istifadə olunub.�

İ.Becanov daha sonra yazır: �Rinə kənd məktəbinin tikintisində də qanunsuzluqlara yol verilib. Burada çəkilən �firat� boruları ölçüyə uyğun deyil. Tikintidə istifadə olunan armaturlar aşağı ölçülü olub. Məktəbin inşasında 10 əvəzinə 4-6 ölçülü armaturlardan, çınqıl əvəzinə adi torpaqdan, çay daşlarından istifadə edilib. Halbuki, layihədə bunlar nəzərdə tutulmayıb. Rinə məktəbində istilik sistemi düzgün quraşdırılmayıb. Bu sistemlə məktəbi qızdırmaq qeyri-mümkündür. Sənədlə bunun üçün 3 motor olmalıdır. Məktəbdə isə bir motor quraşdırılıb. Vova məktəbində də eyni vəziyyətdir. Burada 50 əvəzinə diametri 35 mm olan borular çəkilib. Pəlikəş məktəbinin hasarı adi dəmirlə inşa edilib. Halbuki, sənədlərdə tamamilə fərqli hasar nəzərdə tutulub. Ərçivan kənd orta məktəbinə qaz və elektrik xəttinin çəkilişi layihədə nəzərdə tutulmayan qaydalar əsasında aparılmışdır. Qaz borularının diametri 100 mm olmalıdır. Onlar isə bu xətti diametri 76 mm olan borular çəkiblər. Elektrik naqili AR 35 olmalıdır, onlar isə AR 16 ölçülü naqillərdən istifadə ediblər. Məktəbin tikintisində panel də düzgün quraşdırılmayıb.


Şəhər 5 saylı orta məktəbində də işləmişəm. Burada 6 tonluq su çəni qaldırmışam. Layihəyə əsasən isə təzə 110 diametrlik su çəni olmalıdır. Su çəni köhnə, nəzərdə tutulandan 2 dəfə az həcmli - 50 diametrlikdir və 7 metrlik dirək üstündə durur. Hər dəfə bu barədə iradımı bildirirdim. Buna görə də məni işdən çıxartdılar.�

İ.Becanovun məktubundan belə məlum olur ki, işlədiyi obyektlərdə qanunsuzluq baş alıb gedir. Bir sözlə, it yiyəsini tanımır. Dövlətin həmin obyektlər üçün ayırmış olduğu vəsaitin heç yarısı da təyinatı üzrə xərclənmir.

Bütün bunlar sovet dövründə baş vermiş bir hadisəni yadıma salır. Baş idarədən tikinti idarəsinə yoxlama gəlir. Yoxlayanlar idarədə heç bir nöqsan aşkarlaya bilmir. İdarə müdirinə deyirlər ki, ürəyimizcə işləməmisən. Bizə elə adam lazımdır ki, oğurluq etsin, bizə də bir şey versin, səndən kadr olmaz. Məlumat üçün bildirim ki, Astara məktəblərində inşaat və təmir işləri aparan �Dördlər� MMÇ-in sahibi əslən Neftçaladan olan Elşad adlı bir şəxsdir. Neftçalanın Dördlər kəndindəndir, Bakıda fəaliyyət göstərir. Rayonlarda aparılan tikintilərin 70-80 faizi bu təşkilatın payına düşür. Bu səhmdar təşkilat rayonlarda iş alır və işçi qüvvəsini da rayon sakinlərinin hesabına komplektləşdirir. Bu belədirsə, haqlı sual ortaya çıxır. Onda nə üçün məktəblərdəki tikinti işləri yerli təşkilatlara verilmir? Etibarlı mənbənin verdiyi məlumata görə, bu işin arxasında Təhsil Nazirliyi və Astara Rayon İcra Hakimiyyəti başçısı M. Quliyev durur. �Dördlər� MMC hazırda Astara şəhər 5 saylı orta məktəbini əsaslı təmir edir. Bu təmirin də smeta dəyəri 2 milyon manata yaxındır. Mütəxəssis Vidadi Mirzəyev dediyinə görə hər hansı bir tikintini aparmaq üçün tender elan olunmalıdır. Tenderdə qalib gələn işi icra etməlidir. Bizdə isə bütün bunlar formal olaraq həyata keçirilir. Belə ki, daxil olan məlumatlara görə tikinti təşkilatı obyekti götürmək üçün birinci növbədə məmurların haqqını verir. Bu haqq isə nə az, nə çox, deyilənlərə görə, smeta dəyərinin 30-40 faizini təşkil edir. Tikinti üçün ayrılan pulun 10-15 faizini də işi götürən çırpışdırır. Tikinti aparan təşkilat müxtəlif yollarla bu boşluğu doldurmaq məcburiyyətində qalır - fəhlələrin əmək haqqını kəsir, ucuz və keyfiyyətsiz materiallardan istifadə edir, vergidən yayınır və sair. Fəhlələrlə də müqavilə ona görə bağlanmır ki, tikinti təşkilatının heç bir məsuliyyəti olmasın.

Ümumiyyətlə, məktəblərin tikintisi və təmiri ilə bağlı Masallı və Lerik rayonlarından da redaksiyaya maraqlı məlumatlar daxil olub. Necə deyərlər, təhsildə hara əl vurursan, oradan qan çıxır. Hətta bəziləri deyir ki, adı çəkilən rayonlarda elə məktəblər var ki, orada təmirin adı var, özü yox.

Bu məsələ çox ciddi olduğu üçün Azərbaycan Təhsil Nazirliyinə sorğu göndərmək məcburiyyətindəyik. Çünki yerlərdə olan əlaqədar təşkilatlar bu məsələyə münasibət bildirmək istəmir. Əslində bu iş yerli təşkilatlardan da asılı deyil. Bildiyimizə görə bu işin baş təşkilatçısı Respublika Təhsil Nazirliyində əyləşir.

Haşiyə. Bu yazı çapa getməzdən əvvəl onu təsadüfən bir dostuma oxudum. Dostum yarıciddi, yarı kinayə ilə dedi ki, məktəb təmirində nə var ki. Pul yol tikintisindədir. Məsələn, Balaca Şahağacı-Astara yolunu inşa etmək üçün 3,6 milyon manat pul ayrılıb. Yola bir az çınqıl tökdülər, bir az da asfalt döşədilər, vəssalam. İnşaat işləri qurtarmamış yol sökülməyə başlayıb. Bir az yağış yağan kimi yolun bir hissəsi dağılıb. Adının çəkilməsini istəməyən bir mütəxəssisin dediyinə görə isə yol üçün ayrılmış vəsaitin heç 40 faizi də təyinatı üzrə xərclənməyib. Bunu yola döşənmiş asfaltın qalınlığından da aydınca hiss etmək olur. QOCA






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10