Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Söz ömrü


Bu dünyadan bir Vaqif Hüseynov keçdi...

Özü-sözü bir, mərd, cəsur, həyat dolu, sevgi dolu. Cəmi 49 il ömür yaşasa da bu qısa ömrə böyük bir əbədiyyət sığdıra bildi.

Hələ də sözü, söhbəti, şeirləri dillərdə, xatirəsi ürəklərdə yaşayır və yaşayacaq da...

Həyat yoluna bir nəzər salaq:

Vaiqf Hüseynov Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İlk mətbu şeiri 1958-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Bir müddət şeirləri və poemaları Vaqif İbrahim təxəllüsü ilə çap olunub. Lənkəranda “Leninçi” qəzetinin redaksiyasında şöbə müdiri, məsul katib (1958-1965), Masallıda “Çağırış” qəzetinin redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor olub (1965-1977). Sosial yüklü məqalə və felyetonları, dövrün ədalətsizliklərinə qarşı sərt şeirləri, redaktor kimi prinsipial mövqeyi onun qısa bir zaman ərzində tanınmasına və nüfuz qazanmasına zəmin yaradıb. Rəhbərlik etdiyi qəzetdə ən müxtəlif sahələrdəki problemləri işıqlandırması, rayon rəhbərliyinin təzyiqlərinə boyun əyməməsi “Çağırış” qəzetinin redaktorluğundan getməsi ilə nəticələnib. 1978-ci ildə doğulduğu Lənkərən rayonuna qayıdıb və omrünün sonunadək radio verilişləri redaksiyasının redaktoru vəzifəsində çalışıb. “Sevərək yaşayanlar” (1967), “Dəniz çağırır” İ1983),“Vətən sənə borcum qaldı” (1985), “Mənə vaxt verin” (2006) kitablarının müəllifidir.

Tanıyanlar bilir, qoy tanımayanlar da bilsin. Vaqif Hüseynov mübariz vətənpərvər, sözü vaxtında, yerində və üzə deyə bilən bir qələm adamıydı. Məhz bu cəhətləri onu bir çox müasirlərindən fərqləndirirdi.

Vaqif Hüseynov yaradıcıligının ən fərqli, eyni zamanda ən önəmli cəhətlərindən biri də əsərlərinin bütün dövrlər üçün aktual olmasındadır.

Baba olmaq sevincini yaşaya bilmədi Vaqif Hüseynov. Dunyasini dəyişdikdən 3 gün sonra ilk nəvəsi dünyaya gəldi. Yadigarları və ocağının qoruyucuları - Vusalə, Xalidə, Şəlalə və Sönməz atalarının əziz xatirəsini daim yaşadır və uca tuturlar.

Bu gün təpədən dırnağa Söz olan bu şairin dünyaya gəldiyi gündür.

Biz də ona uca Tanrıdan rəhmət, xatirəsinin isə Söz qədər əbədi olmasını diləyirik. Məkani cənnət, ruhu şad olsun.


Xatirə Xatun,

AYB üzvü, Qızıl Qələm və Cəsarətli Qələm mükafatları laureatı, şair-qəzəlxan.


P.S: Şairin bütün dövrlər üçün aktual olan şeirlərindən birini dəyərli oxuculara təqdim edirəm:

Gör dünyanın harasıdır


Gör dünyanın harasıdı,

Qızlar düşüb ər axtarır.

Ər axtarmır, zər axtarır.

Yamanlarin işi məlum,

Yaxşılar da şər axtarır.

Bütün quşlar gündüz koru,

Gecə koru yarasadır,

Gör dünyanın harasıdı...


Gör dünyanın harasıdı-

Keçəl Məmməd tuklənibdir

Karvanları yüklənibdir .

Adamlara nə gəlib ki,

Qulaqlari səklənibdir?

Son mənzilin yeri məlum-

Qaşla gözün arasıdır,

Gör dünyanın harasıdır...


Gor dünyanın harasıdır,

Yerimizə qor tökülür,

Üstümüzə kor tökülür.

Nizaminin, Füzulinin

Kəlamına şor bükülür...

Tərəzidə sizildayan

Ürəyimin parasıdır,

Gör dünyanın harasıdır...


Gör dünyanın harasıdır-

Hər məclisdə yüzə bəndik

Himə bəndlik, sözə bəndik

Bir ağaran, bir qızaran,

Bir bərələn gözə bəndik

Deyək qatıq yer üzündə

Qaraların qarasıdı

Gör dünyanın harasıdır...


Gör dünyanın harasıdır-

Yagi pendir üstələyir,

Əti şəntir üstələyir.

Qirdigimiz zəncirləri

Çürük kəndir üstələyir.

Onu guya bir şairin

Sözü, şeiri qirasıdır?

Gör dünyanın harasıdır...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10