Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hansı ixtisası seçək ki, işsiz qalmayaq? - Abituriyentlərə vacib məsləhətlər


Adətən, qəbul imtahanlarından sonra abituriyentlərə ixtisas seçimində əmək bazarına uyğun ixtisas seçməyi tövsiyə edirlər. Bəs əmək bazarına uyğun ixtisaslar necə müəyyən olunur? Hansı ixtisaslar üzrə kadrlara təcili ehtiyac var?

Təhsil ekspertri Elşən Qafarov peşəkar kadrların çatışmazlığından şikayətlənib:

“Uzun illərdir ki, əmək bazarının tələbləri ödənilmir. Həm də əmək bazarın ehtiyaclarını dəqiq bilmirik. Onun tələblərini öyrənmək üçün özəl sektor və ya qeyri-hökümət təşkilatları fəaliyyət göstərməlidir.

Bu gün iri müəssisələrin böyük bir hissəsi məmurlarındır. Məmurlar da vergidən yayınmaq üçün işçilərin sayını lazım olduğu qədər göstərmirlər.

Üstəlik, Təhsil Nazirliyində əmək bazarını öyrənən bir mexanizm yoxdur. Hansı ixtisasa daha çox sənəd verilibsə və həmin ixtisasın balı çoxdursa, deməli, həmin ixtisasa daha çox tələb var.

Fikrimcə, “reader” xidməti üzrə ölkədə kadr hazırlayan heç bir təhsil müəssisəsi yoxdur. Halbuki çox geniş yayılıb və böyük bir kütlə bu işlə məşğuldur.

Digər sahələrdə olan kadrlarımızda ciddi qüsurlarımız var. Həmçinin, hər hansı ixtisasa kadr hazırlamaq üçün kadr da yoxdur.

Düşünürəm ki, əmək bazarında kifayət qədər yerini tutmuş özəl şirkətlər var və bu şirkətlərlə kadr hazırlığı həyata keçirən təhsil müəssisələri ilə arasında  əməkdaşlıq qurmaq lazımdır. Təhsil Nazirliyi də bu istiqamət üzrə müəyyən iş aparmalıdır.

Ümumən bu məsələlərdə çox böyük boşluq var. Boşluqları aradan qaldırmaq üçün sistemli və planlı iş görməliyik.

Məsələn, ölkədə həkimlərə böyük ehtiyac var. Hətta mənim böyüdüyüm Lerikin 35 kəndində cəmi 1 həkim var. Tibb Universitetində tələbə sayı azdır və ildən-ilə də azalır. Peşəkar kadrlar çatışmır”.

Pünhan HƏSƏNOVA/yenisabah.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10