Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Masallının “İşıq idarələri” – bezdiyimiz qaranlıqlar və işıqlı ümidlər (araşdırma)


Sən demə, bəzən yeni əkilmiş ağaclar, hətta mətillərin üstünə 200-300 quşun qonması də problemlər yaradırmış.

 Sirr deyil ki, elektrik enerjisi həyatımıza elə daxil olub ki, nəinki  bir gün, hətt 1 saat işıqlar sönəndə aləm dəyir bir-birinə - televizor, soyuducu, internet… problemləri yaranır. Elektrik təminatından şikayətlərin isə ardı-arası kəsilmir.  İşıq yanan kimi isə hər şeyi bir anda unuduruq. Bəs bu sahədə işlərin sonu görünürmü? Dönüş olacaqmı? 

Düzünə qalsa, bu yazını 1 aya yaxındır ki, başlamışam, amma qurtara bilmirəm. Rayondakı “İşıq idarələrinin” rəhbərləri ilə görüşmüşəm, bildiyim və bilmədiyim problemlərlə tanış olmuşam,  bu sahədə görülən yaxşl işlərə şahidlik etmişəm.

 Elə görülən yaxşı işlərdən yazmaq istəyimi reallaşdırmaqdan ötəri məlumat toplamaq üçün rayondakı enerji satış idarəsinə gedən kimi, oranın özündə işıqlar sönüb, yazmaq istədiyimə də peşman olmuşam. Gəlmişəm icra başçısının da iştirakı ilə keçirilən rayon miqyaslı tədbirə, orada da işıq 2 dəfə sönüb. Sonradan bəlli oldu ki, belə tez-tez sönmələr Masallı yarmstansiyasında aparılan ciddi yenidənqurma işləri ilə bağlı olub və hazırda bu hallar aradan qaldırılıb.

Buna görə qərar verdik ki, bütün bunlara baxmayaraq, görülən və görüləcək işləri qələmə alaq.

Öncə struktura nəzər salaq

İşıq idarələri” deyəndə, əsasən diqqətə 2 təşkilat gəlir – 

biri  Ərkivandakı yüksək gərginlikli, 220 /110/ 10 kv-luq  Masallı  yarımstansıyası və şəhərin İsgəndərli ərazsisində  yerləşən 110/35/10 kv-luq Masallı yarmstansiyası.

 digəri Enerji Satışı və  İstismarı idarəsi. 

Bu təşkilatların birincisi yüksək gərginlikli (220000 voltluq və 110000 voltluq) elektrik xətləri vasitəsilə enerjini  Masalli və digər rayonlara paylaşdırır, digəri isə daha aşağı güclü yarımstansiyalar və xətlər vasitəsi ilə istehlakçıları elektrik enerjisi ilə təmin edir. Həmçinin transformatorları və xətləri təmir edir, eləcə də işıq pulunu yığır.

“Gövdə” dəyişir, onun 

“qol-budağı” da dəyişəcəkmi?

Bir balaca keçmişə nəzər salsaq, bəlli olduğu kimi, Masallının elektrikləşdirilməsi 1961-ci ildən başlayır. Mənbəyini Şirvan (həmin vaxt Əli Bayramlı adlanırdı) Regional Elektrik Şəbəkəsi adlanan məkandan alan işıqlarımız Masallı Elektrik Şəbəkəsi vasitəsi ilə evlərimizə daxil olurdu.

Bu təşkilatın standartlarına görə həmin xətlər 10 ildən bir cari, 30 ildən bir isə əsaslı təmir olunmalıdır. Lakin aradan 60 ildən artıq bir müddət keçsə də, xətlərin, transformatorların təmiri sahəsində Masallıda adda-buda işlər görülsə də, bu şəbəkədə 60 il müddətində əsaslı təmir aparılmayıb.

Bəs bu gün vəziyyət necədir? 

Mövzunu bir az da xırdalayaq.

Hazırda Masallıda baş enerjepaylayacı stansiya Ərkivan Qəsəbəsinin Abbaslı məhəlləsinin yuxarısında yerləşən 2 ədəd, hər biri 125 MVA gücə malik yarımstansiyadır. Onlardan çıxan 110000 voltluq enerji həm qonşu rayonlara, həm  də İsgəndərli ərazizisindəki yarımstansiyaya gəlir.  

Bir neçə il öncə Ərkivan qəsəbəsindəki və Tüklə kəndindəki yarıstansialar təmir olunsa da, Masallı şəhərinin İsgəndərli ərazisində  yerləşən yarımstansiyada vəziyyət çox acınacaqlı idi. 60 il onca orada  qurulmuş xətlər, primitiv binalar bugünkü tələbatla heç cür uzlaşmırdı.

6 ay öncə isə bu yarımstansiyada geniş miqyaslı yenidəqurma işlərinə başlanılıb. İşləri icra edən Movlam Məmmədovun bildirdiyinə görə, hazırda AzərEnerji ASC-nin 110/35/10 kV-luq Masallı yarımstansiyası ən müasir və son model avadanlıqlar quraşdırılmaqla əsaslı təmir olunur.

Yuxarıda qeyd etdiyim kimi, 1961-ci ildə istifadəyə verilmiş bu yarımstansiya günümüzə qədər fəaliyyət göstərmişdir və göstərir. Belə ki, bu yarımstansiya  Masallı şəhəri və bir sıra kəndlər ilə yanaşı Yardımlı, Cəlilabad, Astara və Lerik rayonlarını da elektrik enerjisi ilə təmin edir.

 Sözügedən yarımstansiya ölkə başçısı İlham Əliyevin göstərişi əsasında əsaslı təmirə bağlanaraq, tam müasir avadanlıqlarla təchiz edilir. Əlavə olaraq burada 2 ədəd 110 kV-lıq çıxış yuvaları qoyulmuşdur. Bu da güc artımı deməkdir ki, bundan sonra əhali maksimum fasiləsiz enerji ilə təmin ediləcək. 

Bu ərazidə həmçinin yaşıllıq cərgələri yaradılacaq.

Yarımstansiyanı qidalandıran 110 kV-lıq 4-cü və 5-ci hava xətləri də istismar müddəti bitdiyi üçün yenilənir. Artıq 2 aydan sonra, may ayına kimi yenidənqurma işləri tam olaraq başa çatacaq.

Yenidənqurma işlərini podratçı təşkilat

 "Light City QSC" həyata keçirir.

Bütün bunlar elektrik  istifadəçilərinə nə verəcək?

Yəni “gövdə” düzəlİr – rayon üçün tam tələbatı ödəmək səviyyəsində enerji alınacaq. Bəs, bu “gövdənin” “qol-budaqları” – mövcud transfarmatorlar, dirəklər, məftillər bu enerjini sön nöqtəyə ötürməyə hazırdırmı?

Bu sualı aydınlaşdırmaq üçün üz tutduq  Masallı  Regional Enerji Təchizatı Satış idarəsinin Masalli Elektrik Şəbəkəsinin ofisinə.

İlk səfərimiz zamanı görüşümüz baş tutmadı. Masallı şəhəri daxil bir çox yerlərdə, elə "işıq idarəsinin" özündə belə işıqlar sönmüşdü. Dedilər, ciddi qəza olub. Gecə saat 5-ə qədər həmin qızanın aradan aldırılması ilə məşğul olublar. Buna görə çox xətlərdə ayırmalar var.

 Hazırda isə Masalının bir sıra kəndlərində yenidənqurma işləri aparılır, yeni tansfarmatorlar qurulur.

Yenidənqurma aparılmış ərazilər

Masallı şəhər, Təklə, Sığıncaq, Lənkan, Xoşçobanlı, Təzə Alvadı, Əhmədli, Boradigah qəsəbə, Molloba, Xırmandalı, Ərəb, Məmmədxanlı, Təkdam, Eminli kəndlərini əhatə edir.

Hazırda iş gedən ərazilər 

Həsənli, Hacıtəpə, Güllütəpə, Yeni Zuvand, Tatyanoba, Meşəkənarı, Əmirtürbə kəndlərində yenidənqurma işləri başa çatmaq üzrədir. 

 "İşıq idarəsində" bizə bildirdilər ki, 2023-cü ildə nazirlik hansı əraziləri məqsədəmüvafiq bilərsə, tenderlərdə hansı ərazilər üzrə qaliblər olacaqsa, o ərazilərdə də iş aparılacaq.

2025-ci ilə qədər isə rayonun bütün ərazilərində  bu sahədə yenidənqurma işlərinin başa çatdırılması nəzərdə tutulub.

Bəs nöqsanlar nədən doğur? 

Şəbəkənin məsul işçisi Səfər müəllimin bizə bildirdiyinə görə, Masallının elektrikləşmənin yaşı yuxarıda qeyd etdiyimi kimi 60 ildən bir qədər çoxdur. Elektrik təsərrüfatı isə uzun illər istismar olunduğundan xətlərdə təmirə ciddi ehtiyac yaranır və buna görə xətlər açılır və təmir olunur.

Son illər rayonda yüzlərlə yeni ev və obyektlər tikilib. Onların elektrik təminatınada əvvəl bir qədər çətinlik olsa da, son illər Yolağacı, Mollahəsənli, Əzizabad və Miyankü kəndələrində yeni güc mərkəzləri yaradılaraq (əlavə transformatorlar qoyularaq) həmin problemlər həllini tapmışdır.  

 Deyilənlərə əlavə olaraq bildirirk ki, bəzən yarıciddi, yarızarafat deyirdilər ki, məftilin üstünə bir sərçə oturan kimi, balaca qar yağan kimi işıqlar sönür. Hətta bir neçə ay öncə, qar yağan zaman işıqlar sönməyəndə çox təəccüblənmişdik.

Bəzən ağaclar və quşlar da bu sahədə problemlər yaradır. 

  Bir çox yerlərdə yaşıllıqlar salınır, yeni ağaclar əkilir. Amma çoxu nəzərə almır ki, bu ağac böyüyəndə işıq məftilləri üçün hansı problemlər yaradacaq. Məcbur olub həmin ağacları budayırlar.

Bir də görürsən, bir məftilin üstündə 200-300 quş qonur. Bir təhlükə hiss edən kimi də, həmin quşların hamısı birdən uçur və nəticədə xəttin mühafizəsi pozulur və açılma baş verir.

Rəsmilərin əminliklə bildirdiyinə görə, yaxın illərdə 60-cı illərdə qurulan şəbəkə tam yenilənəcək, bütün ərazilərdə transfarmotlar, dayaqlar, məfillər dəyişiləcək. Kəndlərin içərisindən keçən aşağı gərginlikli xətlər kaballerlə əvəz olunacaq. (Hazırda yuxarıda sadaladığımız ərazilərdə bu işlər yekunlaşıb.)

Yaxın illərdə tez-tez işıqsönmələr və bu sahədə qəzalar bir xatirəyə çevriləcək.

Bu yazının hazırlanmasında bizə yardımçı olmuş Masallı Elektrik şəbəkəsinin rəhbərliyinə təşəkkür edir və inanırıq ki, yaxın vaxtlarda bi sahədə xoş xəbərlər dahaçox olacaq.

Cenub.az.  Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10