Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stresin öhdəsindən gəlmək üçün 10 məsləhət


"Çalışın, ac qalmayın, qəhvə və alkoqoldan uzaq durun, orqanizmə istirahət verin, açıq havada gəzin, dostlarınıza zaman ayırın..."
 
Müasir insan hər gün çoxsaylı streslə üzləşir, bu zaman daimi psixi gərginlik sağlamlığa ciddi zərər vura bilər. Xoşbəxtlikdən, sizin orqanizminizin belə vəziyyətlərin öhdəsindən gəlməsi üçün sınanmış metodlar var. 
 
 Bu barədə "Detaly" nəşri yazıb.
 
Stres hamıya məlum olan vəzyiyyətdir. Bu, həyatımızda çoxsaylı xarici amillər, həmçinin, yuxusuzluq və ya qanda şəkərin miqdarının dəyişməsi kimi fiziki amillərlə bağlı ola bilər. 
 
Orqanizm stresdə olarsa, bir çox əlamətlər, o cümlədən yorğunluq, yuxunun pozulması, əzələ ağrıları, narahatlıq və infeksiyalara yüksək yoluxuculuq kimi əlamətlər meydana çıxa bilər. Stresdən qurtulmaq və sağlamlığı yaxşılaşdırmaq üçün aşağıdakı məsləhətlərə əməl etmək lazımdır.
 
1. Öz qida rasionunuza mülayim miqdarda karbohidratlar daxil edin. Stres zamanı orqanizmdə adrenalin, kortizol və noradrenalin ifraz edilir. Normal miqdarda kortizol təzyiqi normada saxlayır, yaraların sağalmasına kömək edir və immun sistemi nizamlayır, lakin çox olduqda qanda şəkərin miqdarı artır. Mülayim miqdarda karbohidratlı pəhriz şəkərin səviyyəsinin balanslı olmasına kömək edir. 
 
2. Mütləq şəkildə, xüsusilə səhərlər kifayət qədər zülal qəbul edin. Tərkibində yüksək miqdarda zülal olan pəhriz zərərli yeməklərə meyli azaldır, həmçinin, qanda şəkərin miqdarını tənzimləyir.
 
3. Çalışın, ac qalmayın və gün ərzində kifayət qədər qida qəbul edin ki, şəkərin miqdarı nizamlansın. İstənilən qida qəbulu təkcə karbohidratlardan deyil, həm də zülal və yağlardan ibarət olmalıdır. 
 
4. Əgər siz elə qrup insanlardansınız ki, ağır və uzun sürən stres vəziyyətindən sonra arterial təzyiqiniz aşağı düşürsə, tərkibində kaliumun miqdarı çox olan məhsullardan uzaq durun. Çünki o, əlavə olaraq qan təzyiqini aşağı salacaq. Banan, qurudulmiş əncir, kişmiş, xurma, kartof və şirin kartof kimi məhsullar kaliumla zəngindir. Digər tərəfdən, arterial təzyiqi normada saxlamaq üçün kifayət qədər duzdan istifadə etmək lazımdır. 
 
5. Qəhvə və alkoqoldan uzaq durun. Qəhvə stimulyatordur və orqanizmə əlavə yük yaradır, alkoqol isə konkret olaraq qara ciyərə yükdür. O da stres vəziyyətlərində onsuz da böyük yükə məruz qalır. Ona görə də orqanizm stres vəziyyətindən sonra bərpa ediləməyənədək qəhvə və alkoqoldan tamilə imtina tövsiyə olunur.
 
6. Stresdən əziyyət çəkənlər üçün dolğun yuxu və istirahətdən vacib heç nə yoxdur. Əgər siz günün ortasında yuxuya meyl hiss edirsinizsə və sizin qrafikiniz bunu etməyə imkan verirsə, utanıb çəkinmədən uzanın və dincəlin. Məqsəd ondan ibarətdir ki, stres dövründə orqanizm daha çox istirahər etsin.
 
7. Fiziki hərəkərləri icra edərkən normalara riayət edin. Çünki həddən artıq məşqlər fiziki stresin ən tez rast gəlinən səbəblərindəndir. Bunun da əlamətləri ondan ibarətdir ki, fiziki yüklərdən sonra bərpa çətinləşir, orqanizmdə, müntəzəm məşğələlərə rəğmən, piyin miqdarı artır, yuxu pozulur, həyəcan, əzələ və oynaq ağrıları, tez-tez xəstələnmə, hətta depressiya baş verə bilər. Stres dövründə üstünlük az intensiv fiziki hərəkətlərə, məsələn, gəzinti, velosipedlə hərəkət, üzgüçülük, yoqaya verilməlidir.
 
8. Təbiıtdə olun. Açıq havada gəzinti ümumi möhkəmləndirici təsir edir, insanı gümrahlaşdırır, stresi götürür, əqli və fiziki yorğunluğu yüngülləşdirir. Ona görə də ailəniz və dostlarınızla müntəzəm olaraq təbiətdə zamanınızı keçirin.
 
9. Öz gün nizamınıza dostlarınızla zaman ayırın. Uzunmüddətli stresdən əziyyət çəkən insanlar özlərini psixi cəhətdən tükənmiş və sarsılmış hiss edir. Şənlik, oyunlar, başqaları ilə ünsiyyət həm psixi, həm də fiziki vəziyyəti bərpa edir və stresdən əziyyət çəkənlərə xeyli kömək edir.


10. Streslə mübarizə aparmaq üçün yoqa, dərin tənəffüs və meditasiya (düşüncə) sizə kömək edəcək. Əgər siz əvvəllər meditasiya etməmisinizsə, gündə 5 dəqiqəylə başlayın və tədricən zamanı artırın. Əsas odur ki, etdikləriniz məhz sizə uyğun olsun. Məsələn, günlərin birində hiss etsəniz ki, yerinizdə əyləşə bilmirsiniz, yaxşı olar ki, meditasiyanı hərəki bir şeylə, məsələn, yoqa və gəzinti ilə əvəz edəsiniz. İstənilən halda ən başlıcası müntəzəmlik və özünüzə diqqətlilikdir. 
 
Yadda saxlayın ki, stresin idarə olunması nəticəsində bədəninizdə
dəyişiklik çox vaxt yavaş-yavaş baş verir, lakin onların təsiri dərindir və uzun müddət saxlanılır. 
 
Müəllif: doktor Dalit Driman - Mədinə, ailə inteqrativ və funksional təbabət sahəsində ekspert
 
Healthy Walla

Moderator.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10