Özəllikləri:
- Azərbaycanda İlk tunc dövrü, İlk dəmir dövrü, Daş dövrünün abidələri Masallı rayonunin Hişkədərə kəndində tapılmışdır.
- 1937-ci ildə Masallı rayonunda Hənifə Səlimovun rəhbərliyi ilə cəmi 3 hekrat sahədə çay bitkisi ilk dəfə Hişkədərə kəndində əkilmişdir.
-Xalq yazıçısı Mirzə İbrahimov 1959-cu ildə Hişkədərədə olarkən Səlimovlar ailəsinin qonağı olmuş, kolxozun uğurlarından bəhs edən “Gələcək üçün” oçerkini qələmə almişdır.
- 1963-cü ildə Hişkədərə kənd orta məktəbinin müəllimi Tağıyev Rəhim Kərim oğlunun təşəbbüsü ilə Masallıda ilk Tarix Diyarşünaslıq Muzeyi təşkil edilmişdir.
- Qumru Mahmud qızı Cəfərova 29 ildir ki, Hişkədərə İnzibati Ərazi Dairəsinə rəhbərlik edir.
- Kənd sakini Əsbət Nəzərova 8-9-10-cu Çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir
- Boinq-707 təyyarəsi ilə Çindən Azərbaycana uçan və
Zabratdakı qəzada həlak olan pilot Elmdar Ağayev bu kənddəndir.
- Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan “Azərbaycan bayrağı” ordenli Elşad Ağayev bu kəndəndir.
- 1910-1912-ci illərdə kənd sakini Molla Qurban xalqdan topladığı nəzir-niyaz pulları ilə kənddə Cümə məscidini inşa etdirmişdir.
- Bolşeviklərə sədaqətlə qulluq edən, sonda aldandığına peşman olan, yatdığı yerdə bolşeviklər tərəfindən güllələnən Kərbəlayı Yusif bu kəndəndir.
- Kəndəki “İmamzadə Piri”ni və “Cümə məscidini” öz şəxsi vəsaiti hesabına yüksək səviyyədə əsaslı təmir etdirən, hazırda Moskvada yaşayan alim-xeyriyyəçi Qafarov Əlirza Nəriman oğlu bu kəndəndir.
- RF-nın Kazan şəhərində keçirilən turnirdə I yeri, Türkiyədə keçirilən Zəfər turnirində I yeri, 2019-cu il noyabrın 8-də Bakıda keçirilən Dünya Çempionatında II yeri qazanmış
sərbəst güləş üzrə idmançı, idman ustaı Ruzanna Səxavət qızı Məmmədova bu kəndəndir.
- Masallı əsilli icra başçılarından biri, Saatlı rayonunun icra başçısı işləyən Elmir Bağırov bu kəndəndir.
- Yanğından mühafizə üzrə 1 polkovnik, 2 polkovnik-leytenant, 3 kapitan kəndin yetirməsidir.
Məlum olduğu kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədəniyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairə-ləri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik. Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.
Bizimlə əlaqə
Zahir Əmənov (qrupun rəhbəri): - 050 322 75 23 (Həm də NAR-la)
Alizaman Baxış: - 050 427 70 25
Xudoşirin Cəbiyev - 050 429 0596
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)
Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızılavar, Mahmudavar, Təzəkənd, Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Güllütəpə, Köhnə Alvadı, Sığdaş, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar, Təzə Alvadı, Musaküçə, Bədəlan, Xıl, Viləş, Şıxlar İnzibati Ərazi Dairələri ilə bağlı yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Hişkədərə İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:
(Qalır – Masallı şəhər, Ərkivan qəsəbə, Yeddoymaq Ərazi Dairələri)
Hişkədərə Ərazi Dairəsi
Tabeliyində olan kəndlər:
Hişkədərə
Mişkəmi
Hişkədərə kəndinin adının mənası:
Hişkədərə - Azərbaycan Respublikasının Masallı rayonunda kənd. Talışca “Hışk”quru, “ə” birləşdirici səs, “də” dərə deməkdir. Bu ərazidə yaşayan yaşlı insanların dediklərinə görə əvvəllər kənd ərazisi “Qədə Mədo” (Kiçik Mahmudavar) adlandırılıb. Bu kəndin ərazisi tacirləri, dəvə karvanlarının yolu olduğundan payızda bol sulu dərənin, yay aylarında quruduğunu görənlər buranı “Qurudərə” - Hışkədə adlandırılmışlar. O vaxtdan kəndin adı Hışkədə olaraq qalmışdır. Hişkədərə isə təhrif edilmiş toponimdir .
Hişkədərə rayon mərkəzindən 17 km cənubda, Lənkəran ovalığındadır.
Keçmişdə 5 kəndi əhatə edən (Hişkədərə, Mişkəmi, Miyankü, Nəzəroba, Kubin) sovetliyin mərkəzi, indi isə Hişkədərə və Mişkəmi kəndlərini əhatə edən ərazi nümayəndəliyinin mərkəzidir.
Coğrafi mövqeyi:
Kəndin ərazisi münbit, əkinçilik, maldarlıq, çayçılıq və sitrus bitkiləri üçün yararlıdır. Relyefi şərq tərəfdən ovalıq, qərb tərəfdən təpəli düzənliklərdən ibarətdir
Qərbdən Miyankü, Mişkəmi kəndləri ilə,
şimal tərəfdən Tüklə,
şimal-qərb tərəfdən Qəzvinoba,
şərqdən Türkoba,
cənub tərəfdən Mahmudavar kəndləri ilə əhatə olunmuşdur.
Hişkədərə üçün alüminiumla zəngin podzollaşmış sarıtorpaqlar səciyyəvidir. Buna görə də keçmişdə burada əkinçilik, sonrakı dönəmlərdə çay plantasiyaları üstünlük təşkil edirdi.
Bitki örtüyünə gəlincə burada endemik (yalnız bir ərazidə bitən bitkilər) bitkilər, relikt bitkilər (kaynazoy erasının II dövründən qalan bitkilər), dekorativ bitkilər üstünlük təşkil edir. Burada əsrlərlə yaşı olan şabalıd yarpaq palıd, azad (nil) ağacları, Hirkan şümşadı üstünlük təşkil edir.
Kəndin ərazisindəki qədim tapıntılar.
Hişkədərə kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir.
Hişkədərə abidələrində tapılan maddi-mədəniyyət nümunələri Azərbaycanın cənub-şərqində ilk dəfə aşkar edilmiş, qədim qədim əsrlərə aiddir.
Bu tapıntılar forma və hazırlama texnikasına görə son Mutsiye dövrü üçün səciviyyədir. Görkəmli arxioloq F.Mahmudova görə,
həmin materiallar tarixi prosesin Talış-Muğan zonasında Paleolit dövründən başlandığını göstərir.
Bu ərazidə aşkarlanan tarixi tapıntılar Üst-Paleolit mədəniyyətinin e.ə. 35 minillikdən XII minnilliyə qədər olan dövrü əhatə edir.
Arxeoloq Əsədulla Cəfərov “İnsanlığın səhəri” kitabında yazır:“Maraqlıdır ki, Üst-Paleolit mədəniyyətinə aid əmək alətləri Masallı rayonu Hişkədərə kəndi ərazisində tapılmışdır. Bu alətlər olduqca nəcib işlənmiş və hər ikisi çaxmaq daşından hazırlanmışdır”.
Hişkədərə kəndinin “Mirzəgül”, “Xudabaxış yurdu” adlanan qədim yaşayış yerlərindən tapılmış qaşov, nizə ucluğu, daş alətlər (balta, toppuz, həvəngdəstə, toxa və.s.) bu yerlərin 5 min il yaşı olan maddi-mədəniyyət nümunələridir. Kəndin uzaq keçmişi ilə bağlı olan bütün tapıntılar Masallı Tarix Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.
Hişkədərə ərazisindəki tarix və
mədəniyyət abidələri:
Mirzaltəpə kurqanı -Tunc dövrü
Axuniki kurqanı -Tunc dövrü
Allahqulu (İsgəndəri təpə) kurqanı -Tunc dövrü
Xudabaxış yurdu nekropolu - İlk tunc dövrü
Barzətəpə kurqanı -Tunc dövrü
Nekropol -son tunc-ilk dəmir dövrü
Qoşatəpə kurqanı -Tunc dövrü
Məscid - XlX əsr
“Ali Məhəmmədşah” qəbiristanlığı - orta əsr
Bu məzaristan Ali Məhəmmədşah niyə adlanır? “Al” ərəbcə ocaq, nəsil, sülalə, bir nəsildən olan adamlar deməkdir. Doğrudur, bəzən bu yeri Əli Məhəmməd şah və ya Əli Məhəmməd şah nekropolu da adlandırırdılar. “Ali Məhmmədşah“ qəbristanlığında movcud olan nekropol və e.ə. IX-VIII əsrlərə aid tapılan maddi-mədəniyyət nümunələri buranın qədim bir tarixə malik olduğunu sübut edir.
“İmamzadə” ziyarətgahı
Hişkədərə kəndinin ən qədim memarlıq - tarixi abidələrindən biri olan ”İmamzadə” ziyarətgahının tarixi XIV əsrlərlə bağlıdır. Ziyarətgahda VII imam Museyi Kazımın qızının övladı, yəni nəvəsi İbrahimin qəbri yerləşir. Səfəvilər dövründə İmamzadə piri ətrafında Şeyxlərin xanəganı, zaviyəsi (güşəsi) olmuşdur.
Burada qədim qəbristanlıq da mövcud olmuşdur. Tacirlərin karvanı da buradan keçərmiş.
Hazırda İmamzadənin həyətində “Qoşa təpə” kurqanı adlanan arxeoloji abidə qorunub saxlanılır. İmamzadə ziyarətgahı sovet dönəmində kənd sakini Molla Höccət tərəfindən qorunmuşdur. Çiy kərpicdən olan ziyarətgah 2001-ci ildə Rusiya Federasiyasında yaşayan Qafarov Əlirza Nəriman oğlu tərəfindən bərpa edilmişdir.
İmamzadə Piri və Hişkədərə kənd Cümə məscidi
Tarix Diyarşünaslıq Muzeyi
1963-cü ildə Hişkədərə kənd orta məktəbinin müəllimi Tağıyev Rəhim Kərim oğlunun təşəbbüsü ilə Tarix Diyarşünaslıq Muzeyi təşkil edilmişdir. Muzey 15 il ictimai əsaslarla, heç bir dövlət vəsaiti sərf edilmədən təmənnasız fəaliyyət göstərmişdir.
Muzey Azərbaycan SSR Nazirlər Sovetinin 13.08.1977-ci il 283 nömrəli qərarına, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16.09.1977-ci il 299 nömrəli əmrinə əsasən dövlət statusu almışdır. Muzey Dövlət statusu alandan, 1978-ci ildən 2016-ci ilə kimi Hişkədərə kəndində fəalliyət göstərmişdir.
2005-ci ildən Muzey yaradıcısı Tağıyev Rəhim Kərim oğlunun adını daşıyır. 2022-ci ilə kimi muzeyin əsas fondunda eksponatların sayı 8885-dir.
Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi-incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. 2016-cı ildə Hişkədərə kəndində olan muzey rayon mərkəzinə köçürülmüşdür. Masallı Tarix Diyarşünaslıq Muzeyi həmin muzeyin bazası əsasında yaradılmışdır.
Masalı Tarix Diyarşünaslıq muzeyi.
Hişkədərə kəndində bir tam orta məktəb, həkim məntəqəsi, ATS, kənd poçtu, uşaq bağçası, İmamzadə ziyarətgahı, iki məscid vardır.
Ərazinin ümumi sahəsi 696 hektar.
Hişkədərə kəndinin sahəsi 420 ha
Mişkəmi kəndinin sahəsi 276 hektardır.
İnzubati Ərazi Dairəsinin əhalisi: 3723 nəfər (01.01.2021-ci il tarixə).
O cümlədən; kişi - 1823 nəfər, qadın - 1900 nəfər
Hişkədərə kəndi üzrə əhalinin sayı: 3068 nəfər (01.01.2021-ci il tarixə).
O cümlədən; kişi - 1483 nəfər, qadın - 1585 nəfər
Ərazisi: 420 ha
Kənd əhalisinin əsas məşğuliyyəti:
Keçmişdə yerli əhali taxılçılıq, çəltikçilik, baramaçılıq, çayçılıq, heyvandarlıq olmuşdur. Hazırda heyvandarlıq, baramaçılıq, taxılçılıqla məşğul olurlar.
Hişkədərədə çayçılıq
Sovet dövründə kəndin iqtisadiyyatında əsas rol oynayan mühüm sahə çayçılıq olub. “Hişkədərə” sovxozu rayonda ikinci ən böyük çayçılıq təsərrüfatına malik idi. 1937-ci ilə qədər bu ərazilərdə çay bitkisi əkilməmişdir. Hişgədərədə çayçılığın əsasını Hənifə Səlimov qoymuşdur. O, 1937-ci ildə cəmi 3 hekrat sahədə çay bitkisi əkilmiş, əvvəlcə hər hektardan 1 ton məhsul götürmüşdür.
Kənddə ilk çay briqadasını da Hənifə Səlimov yaratmış, 1959-cu ildə 30 hektar sahədən 44,5 ton məhsul yığmışdır.
Hənifə Səlimov 8 dəfə Ümumiittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş, sərginin qızıl və gümüş medallarını almışdır. 1960-cı ildə “Respublikanın çay ustası” fəxri adına layiq görülmüşdür. O, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə, 1966-cı ildə isə Lenin ordeni və müxtəlif medallarla təltif olunmuşdur.
Hənifə Səlimovun qızları Hümayə və Rəfiqə onun işinin layiqli davamçıları olmuşlar. Qızı Rəfiqə Səlimova da çayçılıq sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Lenin ordeni ilə təltif olmuşdur.
Baxşiyeva (Nəsirova) Gülabi Ağababa qızı –(1925-01.01.2018)
Baxşiyeva Gülabi Ağababa qızı 1925-ci il Lerik rayonunun Nərməvud kəndində anadan olmuşdur.1941-ci ildə Hişkədərə kəndinə Nəsirovlar ailəsinə gəlin gəlmişdir. Müharibə illərində Gülabi Nəsirova arxa cəbhədə əməkçi və qabaqcıl qadın kimi fəaliyyət göstərmişdir.1952-53-cü illərdə II dərəcəli Kənd təsərrüfatı ustası-aqranom təhsili almışdır. 1959-cu ildə qabaqcıl manqa başçısı kimi ilk qadın olaraq Masallıdan Ali Sovetə deputat seçilmişdir. Əməkdə və BVM illərində arxa cəbhədə göstərdiyi fədakarlığa görə: BVM-nin yubiley medallarına, “Fədakar əməyə görə” medallarına ,” Zərbəçi-əməkçi “ fəxri adına, fəxri fərmanlara layiq görülüb.
2018-ci ilin yanvar ayında 93 yaşında dünyasını dəyişmişdir.
Nəzərova Əsbət İsa qızı - çay ustsı
1949-cu il sentyabr ayının 29-da Hişkədərə kəndində anadan olumuşdur. 1965-ci ildən çayçılıq təsərrüfatında işləmişdir. Çay yığımında 2400 kq əvəzinə 4300 kq yaşıl çay yarpağı yığıb. “Qırmızı əmək bayrağı”, “Oktyabr inqilabı” ordenləri, “Leninin anadan olmasının 100 illiyi” yubiley medalı, “Doqquzuncu beşilliyin qalibi”, “Sosializm yarışının qalibi” kimi medallarla təltif olunub. 1976-ci ilyanvarın 13-dən Sov İKP-nin üzvü olmuşdur. Fədakar əməyinə görə Ə.Nəzəro va8-ci, 9-cu, 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Sov. İKP-nin ali məclislərində, qurultaylarına nümayəndə seçilmişdir.
Deputat Əsbət Nəzərova haqqında rayon və respublika mətbuatında çoxsaylı məqalələr dərc edilmiş, onun şərəfinə mahnı bəstələnmişdir.
İlk məktəb
Hişgədərə kəndində ilk məktəb 1929-cu ildə kəndin ”Kanədukonəco” (Köhnə dükanın qabağı) deyilən yerdə fəaliyyətə başlamışdır. Bu məkan Kərbəlayi Yusif Ağacan oğlunun taxta dükanı olmuşdur. Birinci il bir sinifdən ibarət olan məktəbə müxtəlif yaşlı adamlar cəlb edilmişdir. Məktəbdə Lənkəran rayonu Boladi kəndindən olan Abbas adlı ibtidai təhsilli müəllim savad kursu açmışdır.
Sonra 1930-cu ildə ibtidai məktəb açılmış, məktəb Əhlioba məhəlləsində Əmir kişinin evində yerləşdirilmişdir.
1935-ci natamam orta, sonralar orta (1940), yeddiillik (1949), səkkizillik (1959), ümumtəhsil (1969) məkəbləri yaranmaşdır.
Müxtəlif illərdə Firudin Mirzəyevin (1956-1986), Aydın Kərimzadənin (1985-2010) rəhbərlik etdiyi məktəbin direktoru haliyədə İlham Ağayevdır.
Məktəbə rəhbərlik etmiş şəxslərin siyahısı:
Əbilqasım müəllim - Lənkəran rayonu, Gərmətük kəndi
Ramazanov Rza - Boradigah qəsəbəsi
Eldarov Hafis Əsgər oğlu (1946-1951) - Bakı şəhəri
Cəfərov Əlniyaz Səməd oğlu (1951-1954) - Qəzvinoba kəndi
Qasımov Hacıməmməd (1954-1956) - Mahmudavar kəndi
Mirzəyev Firudin İsrafil oğlu (1956-1986) - Hişkədərə kəndi
Kərimov Aydın İlyas oğlu (1986-2010) - Hişkədərə kəndi
Ağayev İlham Abidin oğlu 2011-ci ildən məktəbin direktorudur.
1994-cü il aprelin 1-dən məktəb “Azərbaycan bayrağı” ordenli şəhid E.Ağayevin adını daşıyır. Bu gün həmin təhsil ocağında 390 şagird oxuyur, onların təlim-tərbiyəsi ilə 42 müəllim məşğuldur.Məktəbin məzunları arasında elm və sənət adamları çoxdur.
Kəndin ilk ali təhsilliləri:
Ağayev Şamil Əliəşrəf oğlu - filoloq, müəllim
O, 10.06.1932-ci ildə Masallı rayonu Hişkədərə kəndində ana-dan olmuşdur. 1950/55-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indi BDU) filologiya fakültəsini bitirmişdir. 1955/59-cü illərdə Boradigah orta məktəbində müəllim, 1959/79-cü illərdə S. Vurğun adına Türkoba kənd orta məktəbində direktor vəzifəsində işləmişdir. 1980-ci ildən ömrünün sonuna qədər Hişkədərə kənd orta məktəbində müəllim işləmişdir.
Mirzəyev Firudin İsrafil oğlu - filoloq, pedaqoq, xalq maarifi xadimi
1924-cü ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. Kənddə məktəbinin yeddinci sinfini bitirərək, 1937-ci ildə təhsilini Lənkəran Pedaqoji Texnikumunda davam etdirmişdir. 1940-cı ildə gənc müəllim kimi Türkoba mək-təbində pedaqoji fəaliyyətə başlamışdır. 1942/43-cü illərdə Miyankü yeddiillik məktəbində əvvəlcə dərs hissə müdiri, sonra direktor vəzifəsində işləmişdir. 1943/46-cı illərdə Böyük Vətən Müharibəsi iştirakçısı olub.1947-ci ildə APİ-nin dil-ədəbiyyat fakültəsinə qiyabi daxil olub. 1955-ci ildə Mahmudavar kənd orta məktəbində direktor vəzifəsinə təyin olunub. 1956-cı ildə təkrarən Hişkədərə kənd səkkizillik məktəbinə, sonra kənd tam orta məktəbinə direktor vəzifəsinə göndərilib və bu vəzifədə 1985-ci ilə kimi fasiləsiz çalışıb. 1985-2003-cü illərdə E. Ağayev adına Hişkədərə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 2003-cü ilin avqust ayının 30-da vəfat edib.
“SSRİ maarif əlaçısı”, “Qabaqcıl maarif xadimi” fəxri adlarına, “Qırmızı əmək bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb. Azərbaycan müəllimlərinin IV, V və VII qurultayının nümayəndəsi seçilmişdir.
Kərimzadə Aydın İlyas oğlu -filoloq, pedaqoq, xalq maarifi təşkilatçısı
09 dekabr 1937-ci ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. 1957-ci ildə Hişkədərə kənd orta məktəbində sinif müəllimi vəzifəsinə təyinat almışdır. 1963/69-cu illərdə qiyabi olaraq Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini bitirərək Hişkədərə məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1985-2010-cu illərdə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 2011-ci ildən yaşla əlaqədar təqaüdə çıxmışdır. SSRİ Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunmuş və Azərbaycan müəllimlərinin 11-ci (1998-ci ildə) və 12-ci (2003-cü ildə) qurultaylarına nümayəndə seçilmişdir.
Ağayev İlham Abidin oğlu
Ağayev İlham Abidin oğlu 16 fevral 1960-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. Sentyabr 1967-ci ildə Hişkədərə kənd orta məktəbinin 1-ci sinfinə daxil olub,1975-ci ildə həmin məktəbin 8-ci sinfini fərqlənmə ilə bitirmişdir. 1979-cu ildə Lənkəran Pedaqoji Texnikumunu bitirmişdir. Yardımlı
rayonunun Vərov kəndində müəllim işləmişdir. 12 avqust 1982-ci ildən Masallı rayonunun Hişkədərə kənd tam orta məktəbində müəllim işləyir.
1985-1989-cu illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun“İbtidai təhsil pedaqogikası və metodikası” fakültəsində oxumuşdur.
2010-cu ildə təşkil edilmiş “İntelgələcək üçün təhsil” kurslarında iştirak etmişdir. Müəllimlərin hazırlanması məqsədi ilə rayonda təşkil edilmiş kurikulum kurslarında mühazirələr oxumuş və treninqlər təşkil etmişdir. İKT-nin təhsilə tətbiqi sahəsində “Əlifba” layihəsi üzrə kurs işini müdafiə etmişdir. 1990-cı ildə dərs dediyi 2-ci sinfində 3 şagirdin xüsusi istedada malik olduğunu aşkar edilmiş və birbaşa ekstern yolu ilə 4-cü sinfə keçmişlər. 2010-cu ildə “İlin müəllimi” müsabiqəsində iştirak etmişdir. Onun yaxından köməyi ilə “İlin məktəbi”, “İlin müəllimi”, “İlin şagirdi” müsabiqələrində HİŞKƏDƏRƏ kənd tam orta məktəbi İlin məktəbi adını, məktəbin 11-ci sinif şagirdi Ağayev Ağəli Rəfaeloğlu “İlin şagirdi” adını qazanmışdır.
Kolxoza quruculuğu və rəhbər şəxslər:
Hişkədərə kəndində kolxoz təsərrüfatı 1930-cu ildə təşkil olunmuşdur. Kolxoz əvvəllər “İyirmibeşmincilər” adlanırdı, sonra isə ordu generalı İ.D.Çernyaxovskinin adını daşımışdır. 1964-cü ildə kolxoz təsərrüfatı ləğv edilmiş, onun bazasında sovxoz təsərrüfatı yaradılmışdır.
Kolxoz sədrləri:
Əbilov Höccət (Türkoba k.)
Əhədov Əjdər (Hişkədərə)
Əhədov Ağaməmməd (Böyük Vətən müharibəsi illərində)
Əliyev Ərəb (Türkoba k.)
Əliyev Mürsəl( Hişkədərə k.)
Kənddəki sovxoza rəhbərlik etmiş şəxslər:
Bədirova Xansənəm
Əhədov Mirzə (Tüklə k.)
Ağayev Eynəli ( Mişkəmi k.)
Qafarov Nəriman ( Hişkədərə k.)
Əhədov Yunsur( Hişkədərə k.)
Kənd XDS İK-nin sədrləri:
Nəzərov Əjdər
Babayev Muxtar
Cəfərov Ağaqulu
Bababyev Xan Sayad
Tağıyev Surət
Eynullayev Məhərrəməli
Əhədov Əfülfəz
Qafarov Nəriman
İbadov Qurbanəli
1983-cu ildə Hişkədərə kənd XDS İK-nin
yeni inzibati binası tikilib.
Ərazi nümayəndələri:
1993-cü ildən Qumru Mahmud qızı Cəfərova Hişkədərə inzibati ərazi nümayəndəliyinə rəhbərlik edir.
Bələdiyyə sədrləri:
Əhədov Yunsur
Ağayeva Ağabanı
Qafarov Nəriman
Həşimov Etibar
Qafarov Möhübbət
Cəfərov Bəhruz
Ağayeva İradə
Kənddə səhiyyə
İlk dəfə 1940-ci ildə Molla İsmayil Axundun evində tibb
məntəqəsi açılmışdır. Yaşlı sakinlərin bildirdiyinə görə məntəqənin ilk müdiri Pavel adında rus, sanitar xidmətçi ilk dəfə Səkinə Tağıyeva olmuşdur.
1946-ci ilin sentyabr ayında feldşer-mama məntəqəsinin müdiri Nüsrət Kərim oğlu Tağıyev olmuş, 1969-cu ilədək həmin müəssisəyə rəhbərlik etmişdir.
TağıyevNüsrət
1973-cu ilin mart ayının 29-da “SSRİ-nin Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Kənddə 1969-cu ilin sentyabr ayının 1-də həkim ambulatoriyası yaradılmışdır. Məntəqənin ilk müdüri Əhmədağa Rəhim oğlu Kərimov olmuşdur.
Hişkədərə kənd həkim məntəqəsinə 1991-ci ilin iyun ayından Firəngiz Dadaş qızı Xəlilova rəhbərlik etmişdir.
Həkim məntəqəsinin binası 2013-cu ildən xeyriyyəçi Əlirza Qafarov tərəfindən yenidən tikilmiş, kənd əhalisinin xidmətinə verilmişdir. Məntəqənin 12 işçisi vardır ki, onlardan 3 nəfər ali təhsillidir.
Poçt-rabitə:
Kəndin poçt binası bələdiyyənin həyətində yerləşir. Haliyədə poçt
müdiri vəzifəsində İradəAğayeva çalışır.
Poçt və rabitə binası
Uşaq bağçası
Kənddə uşaq bağçasının tikintisi 1983-cü ildən başlanmış, 1987-ci ilin avqustunda başa çatmışdır. 120 yerlik bu uşaq bağçasında 75 uşaq tərbiyə alır. Onların tərbiyəsi ilə 9 nəfər məşğul olur. Haliyədə uşaq bağçasının rəhbəri Rəhilə Əhədovadır.
Rəhbər vəzifələrdə işləyənlər:
Rayonda
Rəhim Kərim oğlu Tağıyev(17.04.1917-10.10.2001)- müəllim, pedaqoq, hərbi xadim, Masallı RPK-da məsul vəzifədə çalışıb.
Rayonda ilk Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısıdır
Rəhim Kərim oğlu Tağıyev 1917-ci ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. 1928-31-si illərdə yaşlılarla birlikdə savad məktəbində oxumuşdur.1934-39-su illərdə Lənkaran pedaqoji məktəbində oxumuş və həmin illərdə “Lənkaran Şərq Qadınlar” klubunda savadsızlığa qarşı aparılan mübarizə tədbirlərində iştirak etmiş və dərs demişdir. Buna görə də Xalq Komisarlığı Sovetinin qərarı əsasında ona 3761 nömrəli “Kult əsgər” bileti və fəxi fərman verilmişdir. 1938-39-cu ildə Masallı rayonun Sirəbil kənd natamam otrta məktəbində və Hişkədərə məktəbində müəllim işləmişdir.
1939-cu ildə ordu sıralarına çağrılmış,Ukrayna və Moldaviyada xidmət etmiş və Fin müharibəsində döyüşmüşdür.1941-ci ildə Ukraynanın Stanislavski vilayətindən cəbhəyə getmişdir. 587-ci atıçı polkunun serjantı olmuş,1942-ci ildə Ukraynanın Poltava vilayətində gedən döyüşlərdə ağır yaralanmış və hərbi xəstəxanada müaliçə almışdır.1942-ci ildən 1949-cu ilədək Masallı rayonun Hişkədərə kəndində hərbi müəllim işləmişdir.
1949-sentyabr ayından Azərbaycan KP-nin Masallı Rayon PK-nın katibi işləmişdir. 1949-51 illərdə Azərb.KPMK yanında iki illik partiya məktəbiniı bitirmişdir.
1951-52-ci ilin sentyabrınadək Azərb.KP Masallı Rayon PK-nın katibi,1952-53 ilin iyun ayınadək Volqda –Qorki rayonun HHM qoşununda 318-ci zenit topcu SK polkonun batareya komandirinin siyasi şöbə üzrə müavini,1953-ci ildən 1959-cu illərdə Aərb.KP Masallı RPK-nın katibi, Massalı rayonun Boradiğah kəndindəki Kalinin adına MTS –in siyasi şöbəsini müavini, MTS-in partiya təşkilatının katibi, Masallı RTŞ-in partiya təşkilatının katibi, Azərbaycan KP MK–nın Masallı rayon üzrə təlimatçısı işləmişdir.
1959-60 –cı illərdə Masallı rayonun Ərkivan kəndindəki K.Marks adına kolxozun partiya təşkilatı katibi,1960-63-illərdə Masallı rayonunun Qodman kəndindəki Dmitrov adına kolxozun sədri, 1963-77-ci illərdə Masallı rayonun Hişkədərə kənd 8-illik və tam orta məktəbinin müəllimi işləmişdir. 1963-cü ildən Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla məktəb muzeyi fəaliyyətə başlamışdır. R.Tağıyev 1963-2001-ci ilədək yaratdığı Tarix-Diyarşünaslıq muzeyin direktoru, 1952-ci ildən kolleksioner kimi,1963-cü ildən ictimai əsaslarla idarəedici kimi,1978-ci ildən rəsmi status alandan sonra Tarix Diyarşünaslıq muzeyinin direktoru kimi çalışmışdır. 2001-ci il oktyabrın 10-da dünyasını dəyişmişdir.
R.K.Tağıyev 1990-cı ildə “ Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və təbliği işində” fəal iştirakına görə Fəxri fərman və döş nişanı, Azərbaycan Respublikasının “Tarix və Abidələrinin qorunması cəmiyyəti”nin bütün qurultayılarına nümayəndə seçilmiş, Respublika Təbiəti Mühafizə Cəmiyyətinin sədri Həsən Əliyev tərəfindən “ Təbiətin qorunmasına görə”, “Savadsızlığın ləğvinə görə” fəxri fərmanları,” Müharibə vereranı” medal ilə təltif edilmişdir. 1978-ci ildə Azərbaycan Respublikasının ” Əməkdar müəllimi” adına, 1971-ci ildə Azərbaycan Respublikasının “Qabaqcıl Maarif xadimi”, 1975-ci ildə “SSRİ Maarif Əlacısı”, döş nişanlarına layiq görülmüşdür.
Dəfələrlə rayon və kənd sovetinə deputat, həmçinin Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Tağıyeva Əntiqə Rəhim qızı – (01.07.1969)
Tağıyeva Əntiqə Rəhim qızı Hişkədərə kəndində anadan olmuşdur.1976-1986-cı ilərdə Hişkədərə kənd orta məktəbində, 1988- 1994-cü illərdə Sankt -Peterburq adına Texnologiya Universitetində təhsil almışdır. 1992-1993-cü illərdə Sankt-Peterburqda Universitetin nəzdnində bir illik pedaqoji kursunu bitirib.
1995- 96-ci il tədris ilində Hişkədərə kənd orta məktəbində “ Uşaq və gənclər təşkilat”ının rəhbəri vəzifəsində, 1996-98-ci tədris ilindən həmin məktəbdə kimya fənnini tədris etmişdir. 1998 -2001-ci illərdə Masallı Tarix Diyarşünaslıq muzeyində bələdçi vəzifəsinə təyin edilib.
2001-ci il oktyabrından 2002-ci il iyuluna kimi Bakı şəhər “ Dünya” plastik müəsissəsində briqadir vəzifəsində çalışmıb. 2002-ci il iyul ayından Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru vəzifəsində işləyir.
Fəxri fərman və müxtəlif sertifakatlarla təltif edilb. 2008-ci ildən İKOM Beynəlxalq Muzeylər Şurasının, 2004 –cü ildən YAP-nın üzvüdür.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 18 may tarixli Sərəncamı ilə əməkdar mədəniyyət işçisi fəxri adına, 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi(1918-2018)” yubiley medalına
layiq görülub.
Nəsirov Musa Soltan oğlu (15.09.1923 - 06.02.2000) - yanğından mühafizə üzrə müyəxəssis, polkovnik-leytenant
sı
Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. Şamaxı Pedaqoji Məktəbini bitirmişdir.
18 yaşından II Dünya Müharibəsində iştirak edib. 1943-cü ilin noyabrın 28-də Tehranda Amerika, İngiltərə və SSRİ-nin dövlət başçılarının iştirakı ilə tarixi konfrans keçirildi. Musa Nəsirov dövlət başçılarının mühafizə dəstələrinin üzvlərindən biri olmuşdur. O, sonralar dünyanın bütün ölkələrində dönə-dönə nümayiş etdirilmiş xronikal kadrların aparıcı, yadda qalan əsgərlərindən birinə çevrilmişdir.
1949-cu ildə Bakı Yanğınsöndürmə Məktəbində təhsil almış, sonralar xidmətdən ayrılmamaqla Q.İ.Petrovski adına Xarkov Yanğın Texniki Məktəbində təhsil almışdır.
O, 1958/78-ci illərdə Sumqayıt şəhər Yanğındanmühafizə qarnizonuna rəhbərlik etmişdir. Musa Nəsirov dəfələrlə Sumqayıt Şəhər Sovetinin deputatı seçilmişdir. 1990-cı ilin iyun ayınadək Sumqayıt şəhərində yeni təşkil olunmuş Yanğından Mühafizə Texniki Mərkəzinə rəhbərlik etmişdir. Fevral 2000-ci ildə dünyasını dəyişmişdir
Hişkədərə kəndinin özəllikləri bölümünə daha bir əlavə
- Yanğından mühafizə üzrə 1 polkovnik, 2 polkovnik-leytenant, 3 kapitan ərsəyə gətirən Hişkədərə kəndi
Bədəlov Əli Enəli oğlu - Polkovnik -leytenant
Bədəlov Əli 18 avqust 1948-ci ildə Hişkədərə kəndində anadan olub. 1955-1964-cü illərdə Hişkədərə 8-illik məktəbini, 1966-cı ildə Boradigah qəsəbə orta məkəbini bitirmişdir. 1966-1968-ci illərdə Sumqayıt YMH-də işləmişdir. 1968-1971 Ukrayina SSR Xarkov şəhərində Yanğından Mühafizə İnstitutunda oxumuşdur. 1971-1982-ci illərdə Astara Rayon YMX-nin rəisi, 1982-1999-cu ilə kimi Masallı Rayon YMX-nin rəisi vəzifəsində işləmişdir.
1992-1994-cü illərdə I Qarabağ müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
30 may 2014-cü ildə Hişkədərə kəndində dünyasını dəyişmişdir.
Məcidov İmamverdi Soltanoğlu - yanğından müdafiə üzrə mühəndis, kapitan
10.01.1951-ci ildə Hişkədərə kəndində doğulub.
Moskva Ali Texniki Yanğındanmüdafiə Mühəndisləri Texniki Məktəbində təhsil alıb. 1974-cü ildə I Respublika Yanğındanmühafizə Müfəttişliyində şöbə rəisi vəzifəsində işləyib. 30.06.1989-cu ildə dünyasını dəyişmişdir.
Ağayev Mürüvvət Hacırza oğlu- yanğından mühafizə üzrə mütəxəssis, polkovnik - leytenant
1952-ci ildə Hişkədərə kəndində doğulub. 1972-ci ildən 4 saylı Sumqayıt Hərbiləşdirilmiş Yanğındanmühafizə dəstəsində sıravi yanğınsöndürən kimi fəaliyyətə başlamışdır.
M. Ağayev 1979-cu ildə idarə rəhbərliyinin göndərişi ilə Xarkov şəhərindəki Q.İ.Petrovski adına Yanğın Texniki Məktəbində oxumuşdur. 21-ci və 15-ci Hərbiləşdirilmiş Yanğındanmühafizə Hissəsinə rəis müavini və rəis vəzifəsinə təyin etdilib.
M.Ağayev I Qarabağ müharibəsinin veteranıdır.
Podkovnik-leytenant Mürüvvət Hacırza oğlu Ağayev 2005-ci ildən təqaüddədir.
Bədəlov Üzeyir Alxas oğlu -Daxili xidmət polkovniki
30 sentyabr 1963-cü ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1971-1981-ci illərdə Hişkədərə kənd orta məktəbini bitirmişdir.
23 yanvar 1984-cü il tarixindən Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Yanğındanmühafizə İdarəsinin 3 saylı, Hərbiləşdirilmiş Yanğındanmühafizə Dəstəsinin 11 saylı, Hərbiləşdirilmiş Yanğın Hissəsində yanğınsöndürən vəzifəsinə xidmətə qəbul edilmişdir.
1988-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Q.İ. Petrovski adına Xarkov Yanğın Texniki Məktəbin bitirmişdir.
Sonralar bu sahədə müxtəlif vəzifələrdə işləmiş, 01 fevral 2008-cı ildən isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Statistika və Təhlil Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə xidmət edir. Daxili xidmət polkovnikidir.
Ağayev Asif Ağarahim oğlu – ( 04.07.1957- 03.09.2021) - DİX mayoru
Ağayev Asif Ağarahim oğlu 1957-ci ildə Hişkədərə kəndində anadan olub. 1964- 1974-cü illərdə Hişkədərə kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə Sumqayıt şəhər DYMX -də işə qəbul olmuş, 1980-cı ildə Xarkov şəhərində Mülki Müdafiyə Akademiyasına daxil olub, 1984-cü ildə Akademiyanı bitirdikdən sonra Sumqayıt şəhərində Yanğın tədqiqatçı, baş tədqiqatçı, 1994-cü ildə DYMH-nin 22 saylı YMB rəisi vəzifələrində çalışmışdır. DİX mayoru rütbəsində təqaüdə çıxmışdır. 1990-cı il 20 yanvar hadisələrində və 1992-ci ildə I Qarabağ müharibəsində iştirak etmişdir.
Əliyev Nəsimi Ağarəhim oğlu – FHN xidmətinin leytenantı
Əliyev Nəsimi Ağarəhim oğlü 24.05.1974-cü ildə Hişkədərə kəndində anadan olmuşdur. 1981-1992 ci illərdə Hişkədərə kənd tam orta məktəbində təhsil almışdır. 10 oktyabr 1992-ci ildə Masallı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi hissəsində .1993-cü ilin fevralından Qarabağın Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.1996-cı ilin noyabırında ordudan tərxis edilmişdir. 2001-ci ildə DİN Masallı Rayon DYMX-də yanğısöndürən, Baş yanğınsöndürən, manqa komandiri işləmişdir. 2009-2013-cu illərdə Ukraynanın Xarkov şəhərində Mülki Müdafiyə Univerisitetini bitirmişdir. 2014-cü ildə FHN-nin müvafiq əmri ilə leytenant xüsusi rütbəsi verilərək, DYMX-nin Masallı rayon DYMH-ə YN-nin rəisi vəzifəsinə təyin olunub. 4 il bu vəzifədə çalışıb. 2019-cu ildə DYMX Masallı Rayon YMH-nə Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub və haliyədə çalışır.
Anar Cəfərov
Anar Rakif oğlu Cəfərov 1988-ci il aprel ayının 1-də Masallı rayonun Hişkədərə kəndində anadan olmuşdur. 2005-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirərək yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinə daxil olub.
Konfranslarda,ictimai tədbirlərdə fəal iştirak edir.Səfəvi Tədris Mərkəzini fərqlənmə sertifikatı ilə başa vurur. X Beynəlxalq Elm və Tədris sərgisində iştirak edir. 2007-ci ildə Respublikanın istedadlı gəncləri haqqında ensiklopedik şəkildə hazırlanan “Azərbaycan XXI əsrə istedadlarla” adlı kitab-almanaxda təmsil olunur 2009-2010-cu illərdə Ədliyyə Polisində hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi müddət ərzində vəzifə borcuna layiqincə yanaşmış, yüksək döyüş hazırlığı nümayiş etdirdiyinə görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının komandiri tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir.
2016-cı ildə İstanbulda D&F Management Institutunun direktoru Fırat Çapkın tərəfindən tədris olunan “Proaktif Davranış və Bireysel Farkındalık” təlimini Sertifikatla, “Venta Akademiya” tərəfindən keçirilən Təlim Proqamını Sertifikatla, 2020-ci ildə Beynəlxalq Maliyyə Menecmenti İnstitutunun Əsas Maliyyə Anlayışlarına dair kursunu Sertifikatla, Avrpa İttifaqı tərəfindən maliyyələşdirilən Aİ-Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” proqramı 2015-2018 çərçivəsində “Keçidlər və Maliyyə vəsaitlərinin cəlb edilməsi” kursunu Sertifikatla , Amerikada bir çox mükafatlar almış Professor ,Florida universitetinin Dosenti Michael S.Gutter tərəfindən tədris olunan “Şəxsi və Ailənin Maliyyə Planlaması” kursunu Florida Universitetinin Sertifikatıyla başa vurmuşdur.
Anar Cəfərov öz ixtisası üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Cənub Ərazi Baş Gömrük İdarəsində inspektor,böyük inspektor hal-hazırda isə baş inspektor (şöbə rəisi əvəzləyici) vəzifəsində fəaliyyət göstərir.Gömrük xidməti Kapitanıdır.
2018-ci ilin yekunlarına əsasən xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətləri nəzərə alaraq Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Təşəkkürnamə ilə təltif edilmişdir.
2023-cü ildə 184 ölkənin Gömrük idarələrinin birləşdiyi, Gömrük məsələlərində səriştəli olan yeganə beynəlxalq təşkilat Ümumdünya Gömrük Təşkilatı tərəfindən Beynəlxalq Gömrük ictimaiyyətinə müstəsna xidmətlərinə görə Sertifikatla təltif olunmuşdur.
Ailəlidir. 1 oğlu, 1 qızı vardır.
Əbilov Murad Əsail oğlu- yanğın təhlükəsizliyi üzrə mütəxəssis
15.12.1993-cü ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Elşad Ağayev adına Masallı rayon Hişkədərə kənd tam orta məktəbində təhsil almışdır. Həmin ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Yanğın Təhlükəsizliyi mühəndisliyi fakültəsinə daxil olmuş, 2014-cü ildə təhsilini bitirmişdir. Həmin ildə daxili xidmət leytenantı rütbəsi ilə FHN-nin DYNX-nin Cənub regional DYNİ-də inspektor kimi Masallı rayonu ərazisində xidmətə başlamışdır.
Qafarov Xanmurad Malik oğlu - yanğın təhlükəsizliyi mütəxəs-sisi
04 noyabr 1999-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 2007-2017-ci illərdə Hişkədərə kənd Elşad Ağayev adı-na tam orta məktəbində oxumuşdur.
2017-2021-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Akademyasında oxumuş, leytenant rutbəsini almışdır. 8 avqust 2021-ci ildə Cəlilabad Rayon Dövlət Yanğından Muhafizə Hissəsinin Göytəpə şəhər 63 Nömrəli Yanğından Mühafizə Bölməsinin 1-ci yanğın növbəsinə növbə rəisi vəzifəsinə təyinat almışdır. Hal hazırda həmin müəssisədə xidmət edir.
Qurbanov Fərasət Şəkür oğlu - sosioloq, politoloq
28 avqust 1963-cü ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1985-1990-cu illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. 2007-ci ildə Varşava Universitetinin Şərqi Avropa Tədqiqatlar Mərkəzinin və Varşava Milli Müdafiə Universiteti (SENSE) təlim proqramında təhsil alıb.
1984-cü ildə Bakı Elektrotermik Avadanlıqları zavodunda ştamplayıcı, 1995-ci ildə Bakı Sosial İdarəetmə və Palitologiya İnstitutunda şöbə müdiri, 1999-cu ildə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda layihələr üzrə koordinator, regi-onal məsələlər üzrə vitse-prezident və icraçı direktor, 2008-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin ic-raçı direktoru, 2021-ci ildən “CF Consulting &Service Company” şirkətinin direktoru vəzifəsində çalışır.
2000-2007-ci illərdə ölkə əhəmiyyətli layihələrin rəhbəri olub. 2010/13-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Akkreditasiya Şurasının üzvü olub. Beynəlxalq miqyasda Azərbaycanı təmsil edib. Ailəlidir.
Dadaşov Ənvər Qılmanoğlu - milis polkovniki
1937-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1956-cı ildə Masallı rayonunun Boradigah qəsəbəsində orta məktəbi bitirmişdir. 1961-ci ildə Rusiyanın Saratov şəhərində Xüsusi Təyinatlı Milis məktəbini bitirmişdir. 1961-1963-cü illərdə Rusiyanın Tambov və Astraxan şəhərlərində Milis müfəttişi işləmişdir. 1963-cü ildən xidmətini davam etdirmək üçün Azərbaycana gəlmişdir.
1963-cü ildə Azərbaycan Respublikasının DİN Nazirliyinin Astara və Masallı Milis idarələrində Müstəntiq vəzifəsində işləmişdir. 1970-ci ildə Moskva şəhərində Milis Akademiyasını bitirmişdir.
1981- 1991-ci ilə qədər Azərbaycan Respublikasının DİN-in Daxili işlər Nazirliyinin Yardımlı rayonun Milis idarəsinin rəisi, Bakı şəhər Baş polis idarəsinin cinayət axtarışı şöbəsinin rəisi və Dağlıq Qarabağ üzrə Xüsusi idarənin rəisi vəzifəsində işləmişdir. 1992-ci ildən milis polkovniki rütbəsində təqaüdə çıxmışdır. 2001-ci ildə vəfat etmişdir.
Əhədov Arif
1939-cü ildə Hişkədərə natamam kənd məktəbinə getmiş, sonra Mahmudavar kənd orta məktəbini bitiirdikdən sonra Bakı Kitabxanaçılıq texnekumuna daxil olub. 2 ildən sonra Hişkədərə kəndində klub müdiri işləyib. Sonra kolxoz komsomol komitəsi katibi, RKK-təlimatçısı, Rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri, Füzuli adına sovxoz partiya komitəsinin katibi işləmişdir.
Ağayev Naib Əyyüb oğlu –
Ağayev Naib Əyyub oğlu 23 aprel 1959- cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1976-cı ildə Hiskədərə kənd orta məktəbini bitirmisdir. 1977-1982- ci illərdə SSRİ DİN-nin Lelinqrad Ali Hərbi Siyasi Məktəbində oxumuşdur. 1982-ci ildən 1991-ci ilə qədər SSRİ-nin müxtəlif şəhərlərində hərbi xidmət keçmişdir. 1991-1998-ci illər Mustəqil Azərbaycan Respublikasının DİN Daxili Qoşunlarında hərbi xidmət keçmişdir. 1998-2005-ci illər Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətində Hava Limanlarının Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 2005-ci ildə Rusiya Federasiyasinin Sankt-Peterburq şəhərində Aviasiya Universitetinin Menecment fakültəsini bitirmişdir. 2005-2012-ci illərdə Mülki Aviasiya Akademiyasinda Aviasiya Təhlükəsizlik kafedrasında çalışmışdır.
ABŞ-ın Nyu-Meksika ştatında, İsrailin Telaviv şəhərində, Ukraynanın Kiyev şəhərində, RF-in Moskva şəhərində Beynəlxal sertifikatlar almışdır.
2012-ci ildən indiyə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Emal Sənayesi Üzrə Bakı Dövlət Təhsil Mərkəzinin direktor müavini vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdur. Bakı şəhərində yaşayır.
Nəzərov Teymur Firudin oğlu - tank qoşunları komandiri, polkovnik
18 aprel 1973-cü ildə Masallı rayonu, Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə C. Naxçıvanski adına Xüsusi İnternat Məktəbinə qəbul olmuşdur. 1990-cu ildə həmin məktəbi bitirərək Kazan Ali Hərbi Tank Komandirləri Məktəbinə daxil olub. 1992-ci ildə Bakı Ali Bir-ləşmiş Komandirlər məktəbinə keçirilmişdir. 1993-cü ildə həmin məktəbi bitirərək leytnant hərbi rütbəsi almışdır. Tədris-Təminat Taborunun tank bölüyündə tağım komandiri, 2000-2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantlar taborunun komandiri və digər vəzifələrdə çalışdıqdan sonra 2013/18-ci illərdə Hərbi Polis İdarəsində Qərərgah rəisinin müavini, 2018-2020-ci illərdə 133 nömrəli hərbi hissənin komandiri vəzifələrində xidmət etmişdir. Hal-hazırda Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsində xidmətini davam etdirir. Müharibə veteranıdır. 2020-ci ildə polkovnik hərbi rütbəsi verilmişdir. O, bir sıra medallarla təltif olunmuşdur.
Elmir Məmməd oğlu Bağırov - sosioloq, dövlət qulluqçusu
03.04.1980-ci ildə Masallı rayonu Hiş-kədərə kəndində anadan olmuşdur. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya şöbəsundə oxumuşdur. Həmin il Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin “Dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi” ixtisası üzrə magistraturaya daxil olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə respublikada ən gənc “siyasi elmlər üzrə fəlsəfə doktoru” elmi adını almışdır. 2004-cü ildən Heydər Əliyev Fondu “azerbaijan.az” layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Himanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixdə Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışır. Siyasi elmlər üzrə fəlsəfə doktoru E. Bağırov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın siyasi idarəetmə və politologiya kafedrasında müəllim və 2012-ci ildən beynəlxalq münasibətlər və xarici siyasət kafedrasında baş müəllim və-zifələrində çalışmışdır.
2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olmuş, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunmuşdur.
Elmir Məmməd oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2020-ci il tarixli sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Ağayev Elvin Feyruz oğlu - mühəndis, hüquqşünas, kapitan
13 fevral 1983 cü ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 2000-ci ildə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbini bitirib, Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası fakültəsinə daxil olmuşdur. 2004-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib, həmin fakültənin magistratura pilləsinə qəbul olmuşdur. 2006-ci ildə məzun olub, həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2009-cu ilin avqust ayında Daxili İşlər Orqanlarına daxil olmuş, polis serjantı rütbəsində xidmətə başlamışdır. 2012/16-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasının hüquq fakültəsini bitirmişdir. Akademiyanı bitirdikdən sonra polis leytenantı rütbəsində Bakı şəhər Qaradağ Rayonu Polis İdarəsində sahə inspektoru, həmin idarədə sahə rəisi, daha sonra Bakı şəhər Xəzər rayonu Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsində baş inspektor, hal-hazırda isə Xəzər rayonu Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışır. Polis kapitanıdır.
Nəhmədov Elvin Arif oğlu - regionşünas, hüquqşünas
04 avqust 1985-ci ildə Masallı rayo-nunun Hişkədərə kəndində anadan olub. 1991-2003-cü illər E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil almış, orta məktəbi bitirdikdən sonra 2003-2007-ci illər Azərbaycan Beynəlxalq Universitetinin regionşünaslıq fakültəsini bitirmiş, 2008-2009-cu illərdə “N” saylı hərbi hissədə əsgəri xidmət keçmiş, 2009-cu ildə Masallı RPŞ-də sıravi polis əməkdaşı kimi xidmətə başlamış və hazırda Lənkəran ŞPŞ-nin istintaq bölməsində baş müstəntiq vəzifəsində xidmətini davam etdirir.
Bədəlov Rüstəm Bahadır oğlu - hərbiçi, motoatıcı
1978-ci il avqust ayının 9-da Masallı rayonun Hişkədərə kəndində anadan olmuşdur. 1984-1995-ci illərdə Hişkədərə kənd orta məktəbində oxuyub. 1996-2000-cı illərdə Naxçıvaniski Hərbi liseyində təhsil almışdır. 2000-ci ildə Gədəbəydə “N” saylı hərbi hissədə, 2007-ci ildə Qazax rayonunda, 2012-ci ildə Fizüli rayonunda, 2018-ci ildə Ağcəbədi rayonuna xidmətə göndərilib. 2020-ci ilin iyul ayından Tovuz rayonun “ N” saylı hərbi hissəninə xidmətə göndərilib, haliyədə Tovuzda xidmət edir. Polkovnik-leytenantdır.
Qəhrəman anaların sayı: 2 nəfər
Dilşad İbadov
Balaxanım Ağayeva
Kəndin tanınmış ziyalıları
Kənddə
Qafarov Nəriman Qulam oğlu - sosial müdafə mütəxəssisi, təsərrüfat rəhbəri
1939-cu ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuş-dur. 1969/74-cü illərdə qiyabi olaraq Moskva Ali Həmkarlar Məktəbində oxumuşdur. 1982/86-cı illərdə Hişkədərə kənd XDS İK-nin sədri, 1986/-92-ci illərdə Hişkədərə sovxozunun direktoru vəzifəsində işləmişdir. 2004-cü ildə Hişkədərə bələdiyyəsinin üzvü seçilmiş, bir müddət bələdiyyə sədri vəzifəsində işləmişdir. Hal-hazırda təqaüdçüdür.
Nəhmətov Vasif Əbülfəz oğlu - riyaziyyatçı, pedaqoq
1956-cı il fevralın 27-də Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. V. Nəhmətov 1973-cü ildə o zamankı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olur. Azərbaycan Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda aspirant kimi elmi işlər aparır. “Funksiyalar nəzəriyyəsi” sahəsində elmi axtarışlar aparır və az vaxt ərzində müxtəlif elmi jurnallarda çox dəyərli elmi nəticələri ehtiva edən məqalələr çap etdirir. V.Nəhmətov erkən yaşlarında həyatdan köçmüşdür.
Qənbərov Vaqif Heydər oğlu –
Vaqif Qənbərov Heydər oğlu 26 sentyabr 1951-ci ildə Masallı rayon Hişkədərə kəndində anadan olmuşdur. 1968-1971-ci ildə Bakı Rabitə Texnikumuna təhsil almışdır. Vaqif Qənbərov 1973-ildə Rabitə Nazirliyin Prişib İTRQ-nın №2-li Masallı rabitə sahəsində növbətçi elektirik, 1974-cü ildə elektromexanik, 1979-cu ildə böyük elektromexanik, 1980-cı ildə mexanik, 1992-ci ildə İstesalat Labaratoriyasının rəisi, 1994-cü ildə Masallı TQK-nın 2 saylı xətt xidməti rabitə sahəsinin rəisi, 2010-cu ildən ATS-lər üzrə STXS-nin mühəndisi, 2011-ci ildə qovşağın aparıcı mühəndisi vəzifəsində çalışmışdır.
Vaqif Qənbərov təkcə Masallıda deyil, Yardımlı, Salyan, Neftçala, Şamaxı, Siyəzən, Şabran rayonlarında rabitənin bərpası və qurulması işlərində peşəkar rabitəçi kimi fəal iştirak etmişdir. Aztelekom İB-nın 03.08.1992-ci il tarixli teleqrama əsasən ön cəbhədə I Qarabağ savaşında Füzuli rayonunda qrup rəhbəri kimi ezam olunmuşdur.
Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin 26 sentyabr 2011-ci il tarixli 251 saylı əmri ilə “Rabitə ustası” fəxri adına və fəxri fərmanlara layiq görülmüşdür. Hal-hazırda təqaüddədir.
Rayonda
Soltanağa Qafil oğlu Əliyev (Akif Soltan) - filoloq, pedaqoq, xalq maarifi təşkilatçısı
(Daha ətraflı bax “Yazarlar” bölümünə)
Fətullayev Füzuli Həzərxan oğlu - həkim-cərrah
1949-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirdikdən sonra həmin ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1972-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini bitirib. 1972-ci ilin avqust ayında Kalinovka kənd (indiki Viləş) xəstəxanasına həkim, oktyabr ayında isə baş həkim vəzifələrinə təyin olunmuşdur. 1976-cı ildə Boradigah qəsəbə xəstəxanasında həkim kimi fəaliyyət göstərib. 1980/83-cü illərdə Masallı RMX-da hematoloq-həkim kimi rayon üzrə ehtiyacı olan ağır xəstələrə donor xidmətini təşkil etmişdir. 1983-cü ildən indiyə kimi Boradigah qəsəbə xəstəxanasında işləyir və həkim-cərrah kimi fəaliyyət göstərir. 1993-cü ilin fevral ayından YAP Masallı Rayon Təşkilatının Siyasi Şurasının üzvü və ilk təsisçilərindən biridir. Hal-hazırda o, Hişkədərə kənd məscidinin icma rəhbəridir.
Abdullayev Bahadur Adil oğlu –
Abdullayev Bahadır Adil oğlu 1957-ci ilin yanvarın 5-də Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1974-cü ildə Hişkədərə kənd orta məktəbini, 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix fakültəsini bitirmişdir. 1978-1988-ci illərdə Tüklə kənd orta məktəbində, 1988-ci ildən sonra Hişkədərə kənd tam orta məktəbində işləyir.
Masallının tarixi keçmişi haqqında çoxsaylı məqalələrin müəllifidir. Məqalələri “Yeni həyat” (“Çağırış”), “Toloşi sədo”, “Ağsaqqal sözü”, “Azərbaycan kommunisti” qəzetlərində dərc olunmuşdur. Tarixi keçmişimizlə bağlı məlumatlarından professor Qəmərşah Cavadovun “Talışlar” kitabında (Bax-“ELM” nəşriyyatı, 2004) və ayrı-ayrı müəlliflərin kitablarında istifadə edilmişdir. İctimai televiziya kanalında çıxışları tarixi keçmişimizlə bağlıdır. İctimai fənlərin tədrisində uğurlarına görə dəfələrlə Masallı RTŞ tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.
Sadıqov Şabala Mirzağa oğlu - riyaziyyatçı-fizik, pedaqoq, əməkdar müəllim
1951-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1957-1966-cı illərdə Hişkədərə kənd səkkizillik mək-təbində oxumuşdur. 1966-1968-ci illərdə Boradigah kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1969-cu ildə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1974-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. Diplom işində sinqulyar-inteqral tənliklərə aid o vaxta qədər həll olunmamış bir problemi həll etmişdir. Sonralar bu elmi iş SSRİ-nin Frunze şəhərində “Ust-ilim” jurnalında nəşr edilmişdir. 1974-1984-cü illərdə Masallı rayonun Şatıroba və Qəzvinoba kəndlərindəki natamam orta məktəblərdə müəllim və baş müəllim kimi riyaziyyat və fizika fənnlərini tədris etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayır, əməkdar müəllimdir. 2003-cü ildən Respublikamızın orta məktəblərində tədris olunan həndəsə dərsliklərinin həmmüəlliflərindən biri, fizika dərsliklərinin müəlliflərindəndir. Çox sayda elmi-metodiki məqalələrin və metodiki vəsaitlərin müəllifidir.
Məcidov Haci Təhmasib Bayram oğlu - rəssam, müəllim
1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1986-1996-cı illərdə Hişkədərə kənd orta məktəbində oxuyub. Sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Kollecinə daxil olmuşdur. 2002-ci ildə təsviri sənətin rəsm və rəsmxət müəllimliyi peşəsinə yiyələnmişdir.
Hal-hazırda Masallı Dövlət Rəsm Qalereyasında direktor əvəzi işləyir. Bu müddət ərzində bir neçə Beynəlxalq və ölkə səviyyəli sərgilərdə iştirak etmiş, “Qrantprz”, diplom və sertifikatlara layiq görülmüşdür.
Kəndin ilk təyyarəçisi
Ağayev Elmdar Əlisoltan oğlu- təyyarəçi, Birinci dərəcəli bort mühəndisi
1973-cü ildə Hişkədərə kənd orta məktəbini bitirib. Ordu sira-larında xidmət etmişdir. Ordudan təxris olunduqdan sonra təhsil almaq üçün Sankt-Peterburq Mülki Aviasiya Məktəbinə daxil olub. 1977-ci ildə həmin məktəbi bitirib, Gəncə şəhər aeroportunda aviatexnik vəzifəsində işləyib, təhsilini davam etdirərək Moskva Aviasiya Mühəndisləri İnstitutunu bitirib. Elmdar Ağayev "Yak-40", "TU-154" təyyarələrində bort mühəndisi kimi çalışıb. İşində fərqləndiyi üçün mükafatlara, fəxri fərmanlara layiq görülüb. 1992-ci ildə birinci dərəcəli bort mühəndisi adına layiq görülüb. Peşəsinin vurğunu olan E.Ağayev daim ixtisasını artırmağa səy edib. Buna görə də onu ixtisasını artırmaq üçün ABŞ-ın Texas ştatının Dallas şəhərinə göndəriblər. Həmin şəhər ABŞ-ın mühüm aviasiya, neft emalı, radioelektronika sənayesinin mərkəzi kimi tanınır.
E.Ağayev "Boinq" təyyarələrini idarə etmək üçün xüsusi kurs keçir, vətənə qayıtdıqdan sonra "Boinq-707" təyyarəsində uçuşları davam etdirmişdir. Lakin Çindən vətənə qayıdarkən "Boinq-707" nəqliyyat yük təyyarəsi Bakının Zabrat qəsəbəsindən 9 km aralıqda qəzaya uğramış, E.Ağayev faciəli şəkildə həlak olmuşdur. Bu faciəli hadisə 1995-ci il noyabrın 30-da baş vermişdir. E. Ağayevin cənazəsi xüsusi vertolyotla Bakıdan Hişkədərə kəndinə gətirildi. Onun həyat yolu haqqında "İki sahil" qəzetinin 30 dekabr 1995-ci il, “Masallı” qəzetinin 01 iyul 1996-cı il tarixli nömrələrində yazılar dərc olunmuşdur.
Yusifov Ruslan Əbülfət oğlu –
Yusifov Ruslan Əbüifət oğlu 14.09. 1979-cu ildə Masallı rayonu Hişkədərə kəndində anadan olub. 1986-1996-cı illərdə Hişkədərə kənd orta məktəbində təhsil almışdır. 1996-2001-ci illərdə Aviasiya Akademiyasının mühəndis-təyərəçi fakültəsini bitirmişdir. 2001-ci ildə hərbi toplantıda olmuş ehtiyatda zabitdir. 2002-ci ildən Hava Limanında işləyir. Lənkəran Beynəlxalq Aeroportunda Yerüstü Xidmət rəisidir.
II Dünya Müharibəsində iştirak edənlər:
Hişkədərə İnzibati Ərazi Dairəsindən 135 nəfər I Dünya Müharibəsində müharibədə iştirak etmiş və onlardan 78 nəfər müharibədə həlak olmuş, məzarları məlum deyil.
BVM-də həlak olmuş müharibə iştirakçılarının və I Qarabağ və Vətən müharibəsində şəhid olmuş Şəhidlərimizin xatirəsinə ucaldılan abidə.
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanlar:
Ağayev Elşad Aşur oğlu -mühəndis, hərbçi, baş leytenant
18 aprel 1967-ci ildə Masallı rayonun Hişkədərə kəndində anadan olmuşdur. 1973/84-cü illərdə Hişkədərə kənd orta məktəbində təhsil alıb. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun axşam şöbəsinə daxil olub. 1985/87-ci illərdə hərbi xidmətdə olmuşdur. E.Ağayev institutunun axşam şöbəsində təhsilini davam etdirməklə bərabər, xəstəxanada təsərrüfat müdiri, Bakı Tikinti İdarəsinin 4 saylı Tikinti Quraşdırma Zavodunda sex rəisi vəzifəsində işləmişdir. 1992-ci ildə könüllü olaraq Milli Orduya daxil olub. Goranboy, Ağdərə döyüşlərində iştirak edib, diplom işi ilə əlaqədar olaraq ordudan tərxis olunub. 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciətindən sonra E. Ağayev yenidən Milli Orduya qayıtmış, II rota komandiri kimi Beyləqan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 10 dekabr 1993-cü ildə qəhrəmancasına şəhid olmuşdur. 14 dekabr 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə baş leytenant Elşad Aşur oğlu Ağayev ölümündən sonra ”Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdür.
Həşimov Natiq Canəli oğlu - hərbçi
01 dekabr 1974-cü ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə Hişkə- dərə orta məktəbini bitirmişdir. Mək-təbi bitirdikdən sonra Hişkədərə kəndində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1994-cü ildə Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi hissədəki xidmətinə görə Natiq Həşimov bölmə rəhbəri təyin olunmuşdur. Natiq ona tapşırılmış 9 nəfərlik əsgər yoldaşlarına Ağdam və Ağcabədi döyüşlərində rəhbərlik etmişdir. 1995-ci ilin mart ayının 24-də döyüş tapşırığını yerinə yetirərkən qəfildən minaya düşərək həlak olmuşdur. Subay idi.
Hüseynov Şahin Əlişan oğlu
1974 cü il 17 iyulda Sumqayıt şəhərində anadan olmuşdur. 1980-cı ildə Masallı rayon Hişkədərə kənd orta məktəbində oxumuş, sonra Sumqayıt şəhər 17 saylı məktəbdə təsilini bitirmişdir. Birinci Qarabağ muharibəsində 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə iştrak etmişdir. 1993-cü ilin fevral ayının 17 qəhrəmancasına şəhid olmuşdur. Subay idi.
Əliyev Vüqar Hidayət oğlu - (1973-1993)
Masallı rayonu Mişkəmi kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Hişkədərə kənd orta məktəbində təhsil almışdır. Həmin ildə Salyan kənd Təsərüffatı Texnekumunun “Mexanizasiya” şöbəsinə daxil olub. 1992-ci ilin 2 oktyabrında həqiqi hərbi xidmətə çağrılıb. Fizuli bölgəsinin Bala Bəhmənli kəndindəki “N” saylı hərbi hissədə xidmət edib. Fizuli və Ağdam bölgəsində döyüşüb, 1993-cü ilin martın 8-də Kasapet kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi.
Zaur Vaqif oğlu Hüseynov - leytenant
24 iyun 1995 -ci ildə Masallı rayonun Hişkədərə kəndində anadan olmuşdur. Kənd tam orta məktəbinin 9-cu sinfini, C.Naxçıvanski adına hərbi liseyini bitirmişdir.
İki il əvvəl Hərbi Akademiyanı bitirib “N” saylı hərbi hissədə xidmətə başlamışdır.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər. İgid zabitimiz idarə etdiyi BMP-si ilə düşmənin bir neçə müdafiə istehkamını məhv etmişdir.
Füzuli istiqamətində gedən şiddətli döyüşlərin birində Masallı rayonunun Hişkədərə kəndində doğulub boya-başa çatan, Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibədə, elə sentyabrın 27-də qəhrəmancasına şəhid olmuşdur. Sentyabrın 28-də şəhid Zaur Hüseynovun nəşi doğma kəndində torpağa tapşırıldı.
Ailəli idi. Bir qız uşağı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Hişkədərə kəndindən olan Vətən müharibəsinin şəhidi leytenant Hüseynov Zaur Vaqif oğlu ölümündən sonra «Vətən uğrunda»,” Döyüşdə fərqlənməyə görə”, ” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qarabağ şəhidlərinə ucaldılan abidə Şəhid Vüsal bulağı
Şəhid leytenant Vüsal Məhərrəmov
Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.
1986-cı ildə Hişkədərə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdır.
Azərbaycan Ordusunun leytenantı Vüsal Aslan oğlu Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Vüsal Məhərrəmovun nəşi doğma kəndində torpağa tapşırıldı. Ailəli idi. İki oğul övladı Vətənə yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Hişkədərə kəndindən olan Vətən müharibəsinin şəhidi leytenant Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra RƏŞADƏT ordeni, «Vətən
uğrunda»,”Şuşanın azad olunmasına görə” medalları ilə təltif
olunmuşdur.
Şəhid əsgər İbrahim Lələyev
İbrahim Həzrətqulu oğlu Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2002-2014-cü illərdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 6 iyul 2015-ci ildən 2 yanvar 2017-ci ilədək həqiqi hərbi xidməti Qazax rayonunun Kəmərli kəndində yerləşən «N» saylı hərbi hissədə keçirib.
2016-cı il aprel döyüşlərində iştirak edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb.
27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində sücayət göstərən İbrahim Lələyev qəhrəmancasına şəhid oldu. 10 oktyabr 2020-ci ildə şəhid İbrahim Həzrətqulu oğlu Lələyevin nəşi Hişkədərə kəndində izdihamla dəf olundu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən İbrahim Həzrətqulu oğlu Lələyev ölümündən sonra "Vətən uğrunda", ” Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001 ci il taixində Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 saylı tam orta məktəbində təhsil alıb. Təhsilini 9-cu sinfə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabadda tamamlayıb.
2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonu və Tərtər rayonlarında hərbi xidmətdə olub. 28 sentyabr 2020-ci il tarixində Suqovusan və Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
Vətən müharibəsi iştrakçıları - Qarabağ qaziləri
Əliyev Vüsal Cəmaləddin oğlu
20 may 1997-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 2003- 2014-cü illərdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin məzunu olmuşdur. 2014-cü ildə Lənkəran Dövlət Universitetinə qəbul olmuşdur. 2018-ci ildə universiteti "Qida məhsullarının mühəndisliyi" ixtisası üzrə bitirmişdir. 24.07.2018-ci ildə ordu sıralarına daxil olmuşdur. 01.07.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin haubitsa özüyeriyən artilleriya divizionunda baş kəşfiyyatçı, məsafəölçən ixtisası üzrə xidmətini başa vurmuşdur. 26.02.2020-ci ildə “Aqrar tədarük və təchizat” ASC-nin Masallı Rİ-də keyfiyyətə nəzarət üzrə mütəxəssisi kimi çalışmağa başlamışdır.
21.09.2020-ci il tarixdə hərbi təlimlərə qatılmışdır. 27 sentyabr 2020-ci ildə “N” saylı hərbi hissənin tərkibində kəşfiyyatçı-snayper vəzifəsi üzrə Ağdam-Xocəvənd istiqamətində ikinci Qarabağ döyüşlərinə qatılmışdır. Taborun taktiki qrupunda (bir neçə nəfərdən ibarət seçilmiş hücum qrupu) bir neçə dəfə hücum əməliyyatlarının təşkil olunmasında iştirak etmişdir. Prezidentin sərəncamına əsasən “Ağdamın azad olunmasına görə”, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
İmanov Xətai Sadıx oğlu
1997-ci il Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 2015-ci ildə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbini bitirmiş, daha sonra həqiqi hərbi xidmətə yollanmışdır. 2016-cı ildə Aprel döyüsləri zamanı general Polad Həşimovun komandanlığı altında döyüşlərdə iştrak etmişdir. Hərbi hissə komandiri tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşanın azad edil-məsinə görə medalları ilə təltif edilmişdir.
Ağazadə Elvar Maqsud oğlu
14 avqust 1998-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cı illərdə Azərbacan Dövlət İqtisad Universitetində iqtisadiyyat fakültəsi üzrə ali təhsil almışdır. 05-07-2019 - 06-07-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27.09.2020-ci ildən könüllü olaraq Vətən müharibəsinə qatılıb. Fizuli, Xocavənd rayonlarının azad olunmasında iştirak etmişdir. Müharibədən sonra Prezident İlham Əliyev fərmanı ilə "Füzuli rayonunun azad olunmasına görə", "Xocavənd rayonunun azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əbülfəzzadə Elçin Altay oğlu
1999-cu il 12 iyulda Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 2020-ci il 15 iyulda ali təhsilin bakalavr pilləsini bitirmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin neft-qaz qurğuları mühəndisliyinin magistratura pilləsinə qəbul olmuşdur. 2020-ci il iyulun 22-də təhsilini donduraraq həqiqi hərbi xidmətə yollanmış, N saylı hərbi hissənin tərkibində Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, “Suqovuşan uğrunda” medalı ilə təltif olunmuşdur. Hal-hazırda magistratura təhsilini davam etdirir.
Əliyev Faiq Nəsimi oğlu -
Əliyev Faiq Nəsimi oğlu -1.02.2002-ci ildə Hiçkədərə kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil almışdır. Məktəbi bitirdikdən sonra 2020-ci ilin may ayında MRHK tərəfindən HHX çağırılıb. 27 sentyabr tarixindən 09 oktyabr 2020-ci il tarixinədək N saylı artireliya birqadasının tərkibində Suqovşan uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Prezidenti cənab ilham Əliyevin 24 dekabr 2020-ci il Sərəncamına əsasən ” Suqovşanın azad olunmasına” görə medalına layiq görülüb. 3 oktyabr 2021-ci il tarixində hərbi xidmətini bitirib ordudan tərxis edilmişdir.
Kəndin tanınmış ziyalıları
İmanov Elman Mirzağa oğlu - riyaziyyatçı-fizik, müəllim, pedaqoq
02 may 1959-cu ildə Masallı rayonunun Hiş-kədərə kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə də Hişkədərə kənd orta məktəbində təhsil almışdır. 1977-1982-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş və həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. 1982-ci ildən Masallı rayonu N.Gəncəvi adına Boradigah qəsəbə 1 nömrəli tam orta məktəbində fizika-riyaziyyat müəllimi işləyir. 1988-ci ildə Riyaziyyat İnstitunun dissertantı olmuşdur. Bir sıra metodiki və elmi məqalənin müəllifidir. Abituryentlər üçün "Fizika" dərs vəsaitinin müəllifidir. Dövlət İmtahan Mərkəzinin Lənkaran Regional Bölməsinin riyaziyyat fənni üzrə ekspertidir. 1994-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin çağırışı ilə Vətənin müdafiəsinə qalxmışdır. 1995-ci kapitan E. İmanovun rəhbərlik etdiyi bölük Horadiz şəhərinin qərbindəki yüksəkliklərin düşməndən azad olunmasında yüksək döyüş hazırlığı nümayiş etdirmişdir.
E.İmanovun şagirdləri keçmiş SSSR-nin müxtəlif ali məktəblərində təhsil almışlar. Hal-hazırda onun yerirmələri respublikamızda, qardaş Türkiyədə və Avropanın müxtəlif ölkələrində mütəxəssis kimi fəaliyyət göstərirlər.
Ailəlidir.Üç övladı, iki nəvəsi vardır.Həyat yoldaşı İmanova Afət Abbas qızı Hişkədərə kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir. Oğlu Imanov Nəriman Qafqaz Universitetinin, Kəyan İmani Tibb Universitetinin, qızı Şəms İmani Tibb Universitetinin məzunlarıdır.
Yazarlar:
Soltanağa Qafil oğlu Əliyev (Akif Soltan) - filoloq, pedaqoq, xalq maarifi təşkilatçısı
1944-cü ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuşdur.
1963/66-cı illərdə Hişkədərə kənd İdman cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.Bir neçə il Tüklə kənd orta məktəbinin direktoru vəzifəsndə, daha sonra həmin məktəbdə dil-ədəbiyyat fənnini tədris etmişdir.
Akif Soltanın ilk kitabı "Bizim kəndi nişan verin" 2001-ci ildə işıq üzü görmüşdür. Şairin ikinci kitabı "Məhşərə saxlayaq dünyanı" 2005-ci ildə çap edilib. Akif Soltan üçüncü - sonuncu kitabını da ərsəyə gətirməyə müvəffəq olub. "Sanmayın Soltanı köçüb gedəndi" adlı kitabı ömürünün son dönəmində işıq üzü gördü. Akif Soltan 2019-cu ildə yanvar ayının 17-də dünyasını dəyişmişdir.
Alimlər:
Əhmədov Bayraməli Məmmədəli oğlu - mühəndis-hidrotexnik,
texnika elmləri namizədi
29 mart 1948-ci ildə Hişkədərə kəndində doğulub. 1968/74-cü illərdə Ç. İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutunda təhsil alıb. Bakı şəhərində mühəndis-hidrotexnik kimi fəaliyyət göstərib. 1970/86-cı illərdə texnik, mühəndis, kiçik elmiişçi, 1986/88-ci illərdə baş elmi işçi, 1988-1991-ci illərdə aparıcı elmi işçi, 1991-ci ildən “Suqəbuledici və nizamlayıcı qurğular” sektorunun müdiri vəzifələrində çalışıb. 1985-ci ildən texnika elmləri üzrə fəlsəfə doktorudur. 2004-cü ildən Ekologiya və Təbiətdən istifadə üzrə Rusiya Beynəlxalq Akademiyasının müxbir üzvüdür. Məcra proseslərinin hidravlikası, çay hidrotexniki qurğuların rasional konstruksiyalarının hazırlanması və onların tətbiqi, selli çay axımlarının nizamlanması və səmərəli istifadə edilməsi, çay qurğularının istismarının yaxınlaşdırılması sahəsində böyük uğurlar qazanmışdır.
Azərbaycan, talış, rus, ingilis (lüğətlə) dillərini bilir. 70-ə yaxın elmi əsərin, 20 ixtiranın, elmi məqalələrin müəllifidir.
Əliyev Nazim Kazım oğlu – hüquq elmləri doktoru
Əliyev Nazim Kazım oğlu 3 aprel 1970-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə kənd orta məktəbini əla qiymətlər ilə, 1993-cu ildə isə Azərbaycan Dövlət Universitetinin fərqlənmə diplomu ilə bitirmiş, 1993-2001-ci illərdə Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləmişdir.
Nazim Əliyev 2001-ci ilin noyabr ayından əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda davam etdirmişdir. 26 mart 2005-ci ildə Bakı Dövlət Universitetində namizədlik dissertasiyasını,
7 yanvar 2016-cı il tarixdə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 25 noyabr 2016-cı il tarixli qərarı ilə ona hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Nazim Əliyev hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisidir, eyni zamanda, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosentidir.
Bunlar ilə yanaşı o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, “Союз криминалистов и криминологов” regional ictimai təşkilatının, Rusiya Federasiyası İqtisadiyyat-Hüquq İnstitutunun təsis etdiyi “Sinergiya” elmi-təcrübi jurnalın beynəlxalq məsləhətçi şurasının üzvüdür. Həmçinin Azərbaycan Respublikası Elmi tədqiqatların əlaqələndirilməsi İctimai elmlər üzrə Problem Şurasının, Azərbaycan Respublikasında elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun, Azərbaycan Respublikasında hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış hüquqşunas-alimlərdən ibarət İşçi qrupunun, hüquq üzrə elmi dərəcənin verilməsindən ötrü yaradılmış Dissertasiya Şuralarının üzvü kimi fəaliyyət göstərir.
Nazim Əliyev 5 monoqrafiyanın, 5 tədris-metodik vəsaitin, 150-dən çox elmi məqalənin (bunlardan 37-si xarici dövlətlərin nüfuzlu elmi jurnallarında çap olunmuşdur), 60-dan çox publisistik məqalənin müəllifidir.
Ağayev Nazim - riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru
Ankara Qazi Universitetini bitirmiş, riyaziyyat elmlər doktorudur. Cəbr və ədədlər nəzəriyyəsi sahəsində elmi məqalələri Cənubi Koreya, İtaliya, ABŞ, Türkiyə, Albaniya və s. ölkələrin elmi jurnallarında dərc olunmuşdur. Bakıda Qafqaz Universitetində, Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa Avropa Universitetində pedaqoji fəaliyyət göstərmiş, hazırda İstanbulun Boğaziçi Universitetində çalışır.
Qafarov Əlirza Nəriman oğlu -iqtisadçı, iqtisad elmləri dok-toru, professor
17 sentyabr 1964-cü ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1981-ci ildə Hişkədərə kənd orta məktəbini bitirmişdir. 1985-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olmuş, 1990-cı ildə həmin universiteti bitirmişdir. 1994-cü ildə Əlirza Qafarov Moskva şəhərində “Təbriz” firmasını yaratmış və onun prezidenti seçilmişdir. O, uzun illərdir ki, Moskva şəhərində Çertanov Sentralnaya rayonunun deputatıdır. Ə. Qafarov Moskva şəhərində elmi işlərini davam etdirərək namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri doktoru fəxri adına layiq görülmüşdür. Hal-hazırda Əlirza Qafarov Rusiya Federasiyası Prezident Administrasiyasında işləyir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqti-sad və hüquq fakültəsinin məzunu Əlirza Qafarov iqtisad elmləri doktoru, professordur. Hişkədərə kəndindəki “İmamzadə Piri” onun dəstəyi ilə bərpa edilmişdir.
Əliyeva Nəzakət Naib qızı - tibb üzrə fəlsəfə doktoru
Məscidlər:
Hişkədərə kəndində ilk məscidin 1910/12-ci illərdə tikildiyi guman olunur. Bu məscid Molla Qurban kişinin rəhbərliyi ilə tikilmişdir. Bəzi soylənilənlərə görə ilk məscid 1863-cü ildə ti-kilmişdir (Məscid binasının fasadının fotoşəkli “Kəndin tarixi abidələri” bölümündə “İmamzadə piri” ilə birlikdə verilmişdir.
Din xadimləri
Molla Qurban (1859-1917)
Molla Qurban Hişkədərənin böyük və ziyalı məhəllələrindən birində adı əbədiləşən “Molla Bədiroba” anlamını talışca “Məlobədobə” formasında soyadını yaşadan Molla Bədirin Nurəli və Şirəlidən sonra üçüncü oğludur. Bu nəsildən mütəmadi olaraq nüfuzlu dindarlar çıxmış, onlar XXəsr boyu kəndin ictimai-dini, təsərrüfat-məişət həyatının önündə gedənlərdən olmuşlar.
Ərdəbil təhsilindən qayıtdıqdan sonra Molla Qurbanın ilk gö-rüşü ayrı-ayrı məhəllə ağsaqqalları ilə olur. Molla Qurban kənddə ilk dəfə 1910-1912-ci illərin birində məscid tikdirir, mədrəsə açır, dini tələbələr hazırlığına ən vacib bir məsələ kimi baxır. Molla Qurbanın torpaq mülkü, taxta mağazası, çayxanası
olmuşdur. O, 1917-ci ildə vəfat etmişdir.
Axund Molla Əli (1870-1974)
Molla Əli Qədirov Kərbəlayi Nurəlinin oğlu olub. Kərbə-ayi Nurəli dövrümüzün tanınmış, hörmətli, varlı, zəhmətkeş adamlarından biri olub. Xanlar, bəylər və xalq arasında hör-mətə malik olduğundan onu hətta kəndxuda seçmişdilər.
Molla Əli əvvəlcə ibtidai təhsili əmisi Molla Qurbandan, orta və ali təhsilini isə Tehranda alır. Tehran Universitetində oxuduğu müddətdə təbabəti, ilahiyyatı, ərəb və fars dillərini, astronomiyanı mükəmməl öyrənir, kamil bir din xadimi kimi vətənə qayııdır.
Molla Əli bir müddət ticarətlə məşğul olur, kəndin indiki “Kanə dukonəco” deyilən yerində dükan açır, əczaçılıq, xırdavat mallarının alveri ilə məşğul olur, xəstələr üçün dərman hazırlayır.
Alicənab, dərin savadlı ruhani kimi Hişkədərə, Miyankü, Qəzvinoba, Türkoba, Boradigah, Rüdəkənar, Tüklə, Mahmuda- var kəndlərində keçirilən mərasimlərdə iştirak edir, elmi, şəriət və tərbiyəvi mövzularda moizələr söyləyir.
Repressiya illəri Axund Əlinin həyatında ən əzablı, məşəqqətli, keşməkeşli dövr olub. Axund Əlinin əmlakı əlindən alınmış, yaşadığı ev müsadirə olunaraq idarə binasına çevrilmişdir. Kənd sovetinin binası orada yerləşirdi.
Molla Əli Rüdəkənarda təşkil edilmiş kolxoza daxil olur, işgüzarlığı, namuslu əməyi ilə hamının dərin hörmətini qazanır. Kolxozun sədri Hoccət Əbilov molla Əlini hamıya nümunə göstərərdi.
Molla Əli kişiyə Sosialist Əməyi Qəhrəmanı adı 1938-ci il 27 dekabrda təsis edilmişdi.
Axund Əli 1974-cü ilin iyun ayında 104 yaşında vəfat etmişdir.
Məşədi Molla Hənifə (1884-1985)
Məşhədi Molla Hənifə 1884-cü ildə Lənkəran qəzasının Miş-kəmi kəndində (talışca Mışkəmi) Rəhmət kişinin ailəsində do-ğulmuşdur. Anası Güney Azərbaycanın Sərab mahalındandır. (Sərab Təbriz şəhərindən 124 km aralı olub, onun şərqində yerləşir). O, dini təlimini Miyankü (talışca Miyonku) kən-dindən olan Axund Şabandan öyrənmişdi. Adına görə şöhrəti olan Axund Şaban Hənifənin mədrəsədə oxumasını məsləhət bilmişdi.
Məşhədi Molla Hənifə hişkədərəli Axund Əlinin, ərkivanl ışeyx Bəşirin və babaserli Şeyx Qüdrətin sınağından dəfələrlə çıxmışdı.
Sovet hakimiyyəti vaxtında başqa həmməsləkləri kimi o da ayrı-ayrı vaxtlarda təqiblərə məruz qalmışdı.
Məşhədi Molla Hənifə 1985-ci ildə vəfat etmişdir.
Axund İsmayıl (1892-1941)
Axund İsmayıl (Güləhmədli) 1892-ci ildə Hişkədərənin Əhlioba məhəlləsində Məhərrəm kişinin ailəsində dünyaya göz açmışdır. Təhsilini Lənkəran şəhər mədrəsəsində Molla Mirzə Həsən ağanın yanında davam etdirən İsmayıl, orada orta pilləli dini məktəbi uğurla başa vurmuşdur.
Valideynlərinin razılığından sonra Mirzə Həsən ağa möhürlü-sənədli zəmanətlə yeniyetmə İsmayılı Nəcəf şəhərinə yola salır. O, Nəcəf şəhərində 9 il oxuyur, ruhani təhsili ilə yanaşı nücum, təbabət elmlərindən də məlumatlanır, ərəb dünyasının dini mənbələri ilə tanış olur.
1937-ci ilin sentyabrında çoxları kimi Axund İsmayıl da sovet hökumətinə qarşı əks təbliğatda nahaqdan günahlandırılır. Tutularaq bir müddət Bakıda Bayıl həbsxanasında saxlanılır. Onun haqqında son məlumat 1959-cu ildə alınmışdır. Övladlarının o vaxt Dövlət Təhlükəsizlik Komitəsinə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Axun İsmayıl Qazaxıstan SSR-ə sürgün edilmiş, 1941-ci ild əorada qarın yatalağından vəfat etmişdir.
Axund Hacı Söhrab Hacırza oğlu Ağayev
1940-cı ilin oktyabrın 23-də anadan ol-muşdur.
1960/64-cü illərdə Hişkədərə kənd səkkizillik məktəbində əvvəl texniki işçi, sonra isə kitabxana müdiri işləyib. 1964/95-ci illərdə Hişkədərə sovxozunda kadrlar şöbəsinə rəhbərlik edib.
Axund Hacı Söhrab 1995-2000-ci illərdə nüfuzlu din xadimlərinin yanında təhsil alıb. 1995-2020-ci illərdə Hişkədərə kənddini icmasının sədri olmuşdur. 1998-ci ildə Kərbəla, 2015-ci ildə Məkkə şəhərində Həcc ziyarətində olmuşdur. Axund Hacı Söhrab hal-hazırda təqaüdçüdür.
Xeyriyyəçilər
Hişkədərə kəndində tarixən xeyriyyəçilik işləri ilə məşğul olan şəxslər olmuşdur. Ali Məhəmmədşah qəbristanliğında abadlıq və yenidənqurma, kəndin giriş lövhəsinin hazırlanması işləri hələ 20 il bundan əvvəl görülmüşdur. Bu işlərin həyata keçirilməsində Əbülfət Yusibov və Arif Nemətovun zəhməti danılmazdır. Ən yaxın tarixlərdə isə 2020-ci ilin iyun-iyul aylarında kənddə yaşayan bir qrup gəncin təşəbbüsü ilə kəndarası əsas yolun indiki şəhid
Vüsal Məhərrəmov adını daşıyan hissəsinin işıqlandırılması üçün 70-ə yaxın işıq dirəyinin, bayraq meydanının qurulması və giriş lövhəsinin əsaslı şəkildə təmir olunması işləri görülmüşdür.
2020-ci ilin dekabr ayında Hişkədərə Xeiriyyə Cəmiyyəti ya-randı. Bu cəmiyyətin yaranmasını zəruri edən səbəblərdən ən əsası dünyanı bürüyən pandemiya dövrundə kənd əhalisinin ehtiyaclı təbəqəsinin sosial rifahını yaxşılaşdırmaq olmuşdur. Eyni zaman-da bu cəmiyyət həm də ehtiyacı olan ailələrə, xəstələrə komək etmək, onların yanında olmaq üçün yaradılmışdır. İlk öncə xeiriy-yə cəmiyyətinin fondu yaradılmış, 2020-ci il dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar olaraq ehtiyaclı ailələrə ərzaq yardımı paylanılmışdır. Bu minvalla hər ay beləcə xeyirxah tədbirlər həyata keçirilir, xəstələrə, koməyə etiyaclı insanlara dava-dərman almaq üçün hər ay müəyyən vəsait ayrılır.
Hişkədərə kənd Xeyriyyə Cəmiyyətinin 10 nəfərdən ibarət İdarə Heyəti vardır. Həmin İdarə Heyətinə rəhbərlik edən şəxs Hişkədərə kənd sakini Nihad Müşfiq oğlu Mikayılovdur.
İdman
Hişkədərədə idmanın inkişafında Kərbəlayi Cəbrayıl Ağayevin xidməti olmuşdur. Sovxozun nəzdində İdman Komitəsi əvvəlcə ictimai əsaslarla fəaliyyət göstərib. 1964/66-cı illərdə ona Kərbəlayi Cəbrayıl rəhbərlik edib. O, sovxozda yaradılmış (1966-cı il) ştatlı İdman Komitəsinə uzun müddət rəhbərlik edib.
Hişkədərədə həmişə futbol, voleybol yarışları keçirilərdi. Ətraf kəndlərin idmançıları da bu yarışlara qoşulardı. Rayon və zona yarışları kənddə təşkil olunardı. Burada futbol və voleybol komandaları yaradılmışdı. Futbol komandasının ilk oyunçuları Arif və Yunsur Əhədovlar, Soltanağa Əliyev, Mirzə Məhərrəmov, Əlişan Mirzəyev olmuşdur. Arif Əhədov həm də gözəl səsə malik olmuşdur. Muğamlarımızı ustalıqla ifa edir, gözəl rəqs edər, toy məclislərini zinətləndirərdi. (Məlumat üçün bax: Əlövsət Talışxanlı, Xan Sayad ,“Çənlibel”nəşriyyatı,Bakı-2001,səh.86-87).
Arif Əhədov “Çayçı” futbol komanda-sının kapitanı olub. Sonralar bu komandaya yeni idmançılar qoşulub. Onlara Mədəniyyət evi ninişçisi İman Əliyev, ƏhədNəzərov, Əli Bədəlov, Nadir Mustafayev, NizamiFətullayev, Çingiz Ağayev qoşulub. “Çayçı” futbol komandasının ayrı-ayrı vaxtlarda məharətli qapıçıları İmamverdi Məcidov, Fərzi Əbilov, Fərhad Babayev, Masan Əbilov olmuşlar. 1970-ci ildə respublikada keçirilən “Sünbül” kuboku yarışlarında “Çayçı” komandası fərqlənib. İman Əliyev, Məmmədşah Mirzəyev, SSRİ idman ustalığına namizəd ƏbülfətYusifov, Arif Nemətov, Möhübbət Ağayev voleybol yarışlarında fərqlənmişlər. Hişkədərənin voleybol komandasının kapitanı Məmmədrahim Əliyev olmuşdur.
Hişkədərədə şahmata maraq həmişə olub. Rayon və respublika yarışlarında I dərəcəli şahmatçı Nizami Fətullayev dəfələrlə fərqlənib. Rayonda keçirilən dama yarışlarında Bağçagül Lələyeva rayon çempionu olub. Klassik güləş üzrə yarışlarda Rasif Ağayev, Süleyman Ağayev fərqləniblər. Ağayev Şahmar klassik güləş üzrə Düşənbədə keçirilən SSRİ çempionatında iştiraketmiş və III yeri tutmuşdur.
Məktəbin məzunu ElxanYusifov 2002-ci ildə Bakının“ Azərneft” voleybol klubunun tərkibində gənclərdən ibarət respublika yığma komandasında çıxış etmişdir. O, 2004-cü ildə gənclərdən ibarət respublika yığma komandasının tərkibində Makedoniyada keçirilən Avropa birinciliyində yaxşı oyunu ilə fərqlənmişdir.
Gələcək çempionlar sıramızdadır
10 yaşlı uşaqlar arasında futbol turnirində II yeri tutduğuna görə Zakir Əliyev AFFA-nın diplomu ilə təltif edilmişdir. Bu il mayın 20-də AFFA-nın təşkil etdiyi ölkə birinciliyində zonamızın ən yaxşı hücumçusu adına layiq görüldüyünə görə Zaki Əliyev diplomla təltif olunmuşdur.
Məktəbin məzunu Şamxal Cankişizadə voleybol üzrə (1997/98-ci il təvəllüdlü uşaqlar) ölkə biriniliyində I yerə layiq görülərək Respublika Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif edilmişdir. Şamxal Cankişizadə Yeniyetmələrin VIII Respublika oyunlarında da iştirak etmiş, 1998/99-cu təvəllüdlü oğlanlar arasında qalib gəlmişdir.
Məktəbin məzunu İbrahim Məcidov 50 kq çəki
İbrahim Məcidov dərəcəsində sərbəst güləş üzrə Kostroma şəhərində keçirilən V II ümumrusiya turnirində diplom və medallarla təltif edilmişdir.
Ruzanna Səxavət qızı Məmmədova 22 iyun 2006-cı ildə Hişkədərə ərazi nümayəndəliyinə daxil olan Mişkəmi kəndində anadan olmuşdur.
2011-ci ildən başlayaraq Suraxanı rayonundakı Hövsan Olimpiya İdman Kompleksində idmanın sərbəst güləş növü üzrə ilk məşqlərə başlayıb.
Şağan Olimpiya İdman Kompleksində H. Əliyevin xatirəsinə həsr olunmuş turnirdə Ruzanna 23 kq çəki dərəcəsində mübarizə aparır. İlk qələbəsini həmin yarışda qazanıb. I dərəcəli diplomla təltif olunub. 2013-cü ildə “Sərhədçi” Olimpiya İdman Kompleksində, 4 may 2014-cüildə “Rabitə” İdman Kompleksində keçirilə yarışlarda qalib gəlib və I yerə layiq görülüb. O, 2013/18-ci illərdə 4-ə yaxın turnirlərdə iştirak edib, həmişə yarışlarda qələbə qazaıb. Ruzanna 2015-ci ildən sərbəst güləş üzrə qadınlardan ibarət milli yığma komandasında məşqlərə başlayıb. 42 kq çəki dərəcəsində mübarizə apararaq yeniyetmələr arasında sərbəst güləş üzrə respublika çempionatında qalib gəlib, çempion adını qazanıb.
Ruzanna Rusiyanın Kazan şəhərində keçirilən turnirdə də fərqlənmiş, I yeri tutmuşdur. Türkiyədə keçirilən Zəfər turnirində uğurla çıxış edərək I yeri tutmuşdur. 2019-cu il noyabrın 8-də Bakıda keçirilən Dünya çempionatında II yeri tutmuşdur.
Ruzanna 2021-2022-ci illərdə Avropa və dünya çempionatı kimi məsul yarışlarda və Olimpiya çempionatında iştirak edəcək.
İnfrastruktur:
Kənddə 2 məscid, 1 aptek, 7 irili-xırdalı market, 4 məişət obyekti və 2 bərbərxana fəaliyyət göstərir.
Kəndin adı: Mişkəmi
Əhalisi: 655 nəfər(01.01.2021-ci il tarixə).
O cümlədən; kişi - 340 nəfər, qadın - 315 nəfər
Ərazisi: 276 ha
Kəndin adının mənası
Kəndin ilk adı "Vərsəmoba " olmuşdur. Vərsəmon yaşayış yeri Talış dağlarının ətəyindədir. Bu yaşayış yeri Səhhət qalasının şimalındadır. Səhhət qalasından bu ərazini açıq-aydın görmək olur. Bəs nə üçün bu yaşayış yeri Vərsəmon adlanmışdır? Əhali əvvəlcə buraya "Vərsəmon" adını vermişdir. Talışca "və" ("vər") ön, irəli, qabaq, "səhmon" isə münasib, səhmanlı deməkdir. Sonralar bu söz Vərsəmon kimi işlənmişdir.
Səhhət bəyin varisləri Səhhət qalasını tərk etmiş və Mişkəmiyə köçmüşlər. Buna səbəb bu yerlərin həyat üçün təhlükəli olması idi. Səhhət bəy Ağa Məhəmməd şah Qacarın qoşunlarına qarşı döyüşdə cəsurluğu ilə seçilmişdir. Tarix elmləri namizədi F.Əsədov "Dar gündə yaxşı arxa" əsərində qeyd edir ki, "1796-cı ildə Ağa Məhəmməd şah Qacarın özünün başçılığı ilə Talışı talan edərək İrana tabe etmək məqsədi ilə gələn ordusu talış-ların ciddi müqavimətinə rast gəlmiş, geri qayıtmışdır". Səhhət bəyin ölümündən sonra onun varisləri Mişkəmiyə, bir hissəsi isə Lənkəran rayonunun Gərmətük kəndinə köçmüşlər. Köçüb gələn-lər ilk dəfə çay boyu məskunlaşmışlar. Cavad, Zoyd, Mustafa, Gü-ləhməd, Allahverdi, Ağası və başqaları Səhhət bəyin varisləridir. Hətta kənddə Cavadoba, Zoydoba, Ağasıoba məhəllələri də vardır. Kəndin sakinləri arasında sonradan Miyanküdən, Mahmudavardan köçüb gələnlər, Seyidəkon və Kəbon adlanan yerdən gələnlər də vardır. Bu yerlər Talış dağlarının ərazisində yerləşir. İndi də Məmmədobadan keçmiş daş karxanasina gedən yolun kənarında bir ocaq var, əhali oranı müqəddəs ocaq hesab edir.
Mişkəmi toponiminin etimologiyası barədə kəndin sakini Möhsün Xansuvarov maraqlı məlumat verir. Deyilənə görə Cənubi Azərbaycandan bir əttar tez-tez bu kəndə gələrmiş. O, ərtiyyat, dərman, ədviyyat, müxtəlif bitki yağı və ən çox müşk, ənbər satmaqla məşğul olar, Mişkəmidə Kərbəlayi Mustafanın evində qonaq qalarmış. Mallarının bir hissəsini də onların evində saxlayırmış. Həmin şəxs sonralar "Müşkəmi" ləqəbi ilə tanınır. Bu söz Mişkəmi və talış dilindən Mışkəmi kimi işlənib. Sonralar Vər-səmonoba adı unudulmuşdur. Kənd isə Mişkəmi (Mışkəmi) ad-landırılmışdır. “Müşk” həmdə “mişk” farsca eyni mənali sözlərdir. “Müşk” isə dənəvər quruluşlu, məlhəmə oxşar, acıtəhər, xoş iyli kütlədir və onda ətriyyatı sabitləşdirmə xassəsi vardır.
Kəndin tarixi keçmişi haqqında
Mişkəmi kəndinin Məhi adlanan qədim yaşayış yerindən aşkar edilmiş və çaxmaq daşından hazırlanmış quraşdırma oraq dişləri, Misir pastasından olan muncuqlar, tunc və gümüşdən hazırlanmış bilərziklər eramızdan əvvəl lX-VIII əsrlərə aiddir. Bu eksponatların 2800-2900 illik tarixi vardır. Gildən düzəldilmiş iy başlıqları qara rəngli qab sınıqları isə eramızdan əvvəl l minilliyin başlanğıcına təsadüf edir. Tapılan maddi mədəniyyət nümunələri Masallı Tarix Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.
Əhalinin məşğuliyyəti
"Kuəhli" adlanan yerdən tapılmış qaşov, həvəng, çapacaq, toxa, saxsı qab parçaları burada ilk sakinlərin çay boyu yaşadığnı, əkinçilik və maldarlıqla məşğul olduğunu göstərir. Keçmiş kəndin əhalisi əkinçiliklə, maldarlıqla və sənətkarlıqla məşğul olmuşdur. Dağətəyi və düzənlik yerlərdə ən çox buğda və darı əkilirdi. Çəltikçilik əhalinin iqtisadiyyatında mühüm yer tuturdu. Əhali çəltiyin “sədri”, “yetim bilgiçiri”, “bəybumazandaran”, “çiləyi qırmızı ənbərbu”, “çilənbəri” növlərini yetişdirirdi.
Kolxoz quruculuğu
Mişkəmi kəndində kolxoz 1929-cu ildə yaradılmış, 1936-cı ildə Miyankü kolxozu ilə birləşdirilmişdir. 1950-ci ildə isə Hişkədərə, Mişkəmi və Miyankü kolxozları birləşmişdir.
Rəhmətov Camal - bioloq, biologiya elmləri doktoru
Ukrayna Kənd Təsərrüfatı Akademiyasının məzunudur, bioloqiya elmlər doktorudur. Hazırda Kiyevdə yaşayır və işləyir.
Hişkədərə məktəbinin digər məzunlarından B. Əhmədov texnika, N. Əliyev hüquq, Ə. Hüseynov tibb üzrə fəlsəfə doktorlarıdır.
İzzətov Bəxtiyar Mirzəkişi oğlu (Bəxtiyar Ruşin) - fizik, fizika-riyaziyyat elmləri namizədi
02 avqust 1956-cı ildə Masallı rayonun Mişkəmi kəndində anadan ol-muşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi fizika müəllimi ixtisasları üzrə bitirmişdir.
Elmi işlə məşğul olmaq üçün 1985-ci ildə Bakı şəhərinə köçmüş, 1988-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fizika İnstitutunun Xüsusi Konstruktor Bürosunda elmi fəaliyyətini davam etdirmiş, 1990-cı ildə Fizika İnstitutunun aspiranturasına daxil olmuş, görkəmli akademik Bahadır Tağıyevin rəhbərliyi ilə yarımkeçiricilər fizikasının lümenessensiya məsələlərinin tədqiqi ilə məşğul olmuşdur.
Bəxtiyar müəllim hal-hazırda AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. SORUS fondunun mükafatlarını almışdır.
O, həm də poeziya yaradıcılığı ilə məşğul olur. Talış və Azərbaycan dillərində yazdığı şeir kitablarının müəllifidir. Müəllim, məktəb və ana yurdun tərənnümünə həsr olunmuş şerləri “Talış dili” dərsliklərinə salınmışdır.
Ağayev Rafiq Paşa oğlu - avtomatika və telemexanika mühən-disi, fizika-riyaziyyat elmləri doktoru, professor
Ağayev Rafiq Paşa oğlu 1963-cü ildə Masallı rayonun Mişkəmi kəndində anadan olub.
R. Ağayev 1981/86-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft ve Sənaye Universtitetinin) avtomatika və telemexanika ixtisasını bitirib.
1986/90-cı illərdə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əskər Abdullayevin (R. Ağayevin diplom rəhbəri olub) rəhbərlik etdiyi Neft-Qaz-Avtomat Az-EİB-də işləmişdir.
1990-cı ildən Moskva şəhərində Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemleri İnstitutunda (REA-nın İPİ) dünyada tanınmış alim M.A. Ayzermanın laboratoriyasında çalışmışdır.
1991/94-cü illərdə REA İPİ-nin aspiranturasında oxumuşdur. 28 sentyabr 1995-ci ildə həmin İnstitutun dissertasiya şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.
2000/2004-cü illərdə REA İPİ-nin doktoranturasında oxu-muşdur.
29 mart 2012-ci ildə REA İPİ-nin dissertasiya şurasında doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb
R. Ağayev hal-hazırda Moskva şəhərində Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemleri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. 15 ildən çoxdur ki, müxtəlif universitetlərdə əvvəl dosent, sonralar isə professor vəzifəsində çalışıb. Hal-hazırada Ali İqtisadiyyat Universitetndə professor vəzifəsində çalışır: gələcək iqtisadçılara xətti cəbrdən mühazirələr oxuyur, məşğələlər aparır.
Əliyev Səfərəli Cəbrayıloğlu - kimyaçı, baş müəllim, metodist müəllim, ali kateqoriyalı müəllim, “İlin ən yaxşı müəllimi”
1951-ci ildə Hişkədərə kəndində anadan olmuşdur. 1973-cü ildə V.İ. Lenin adına APİ-nin kimya fakültəsini bitirmişdir. 1973/76-cı illərdə Cəlilabad rayonunda işləmişdir. 1976-cı ildən Hişkədərə kənd orta məktəbində miüəllim vəzi-fəsində işləyir. Onun 60-dan çox yetirmələri res-publika olimpiadalarında iştirak edərək bir sıra mükafatlara layiq görülmüşlər. Gərgin əməyinin nəticəsi olaraq ona baş müəllim, metodist müəllim, ali kateqoriyalı müəllim dərəcələri verilmişdir.
“Kimya-biologoya tədrisi” məcmuəsində çoxlu sayda elmi-metodik xarakterli məqalələri çap olunmuşdur. “Ximiya v şkole” jurnalında bir çox yazıları dərc olunmuşdur. İş təcrübəsi respublika səviyyəsində yayılmış, haqqında xüsusi bülleten buraxılmışdır. Dəfələrlə fəxri fərmanlar və diplomlara layiq görülmüşdür. 1978-ci ildən məktəb Həmkarlar Təşkilatına rəhbərlik edir. Respublika müəllimlərinin konfrans və qurultaylarına bir neçə dəfə nümayəndə seçilmişdir. 1991-ci ildə rayonda ilk dəfə “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsinin qalibi olmuşdur “Azərbaycan müəllimi”, rayonda çıxan “Çağırış” qəzetinin səhifələrində vaxtaşarı olaraq yazıları çap olunmuşdur. İş təcrübəsi respublika səviyyəsində yayılmışdır. Masallı RXTŞ-də kimya fənni üzrə bölmə rəhbəridir. Test üsulu ilə abituriyentlərin hazırlanmasında zəngin təcrübə qazanmışdır. Yetirmələri respublika və onun hüdudlarından kənarda həmişə fərqlənirlər.
Şahin Ağayev - müğənni-ifaçı
Şahin Ağayev 25 may 1971-ci ildə Masallı rayonunun Mişkəmi kəndində anadan olub. O, 1978/88-ci illərdə Hişkədərə kənd orta məktə-bində (indiki E. Ağayev adına) təhsil alıb.
Ş. Ağayev 1998-ci ildə ilk dəfə AZTV-yə respublikanın xalq artisti Möhlət Müslümov tərəfindən “Gəl, səhərim” verilişinə dəvət olunub. Bu proqramda Şahin üç mahnı: “Sona bülbüllər”, “Ay qız” və Qulu Əsgərovun bəstələdiyi “Dolanaram başına” mahnılarını ifa edib. O həmin vaxtdan Azərbaycan Televiziyasının müxtəlif kanallarında tez-tez iştirakçı olmuşdur. O, bir müddət Azərbaycan muğamının korifey sənətkarı, Respublikanın xalq artisti C. Əkbərovdan dərs alıb, muğamların sirlərini ondan öyrənmişdir. Onun bir müğənni kimi formalaşmasında əməkdar artist B.Əşrəfovun da böyük rolu olmuşdur.
Ş. Ağayev “Toylar kralı” layihəsinin də iştirakçısı olub. O, uzun müddət Masallı Rayon Mədəniyyət Evinin solisti olub, tez-tez Azərbaycanın digər bölgələrinə və Rusiyanın şəhərlərinə - Moskvaya, Murmanska, Nijniy-Novqoroda, Kazana və s. toy şənliklərinin keçirilməsinə dəvət olunurdu. 25 il toylarda çalışdığı müddətdə o, öz peşəsinin əsl ustasına çevrilmişdi.
Ş.Ağayev həm də yaxşı təşkilatçı idi: onun yaratdığı “Məftun” ansamblında istedadlı musiqiçilər, öz sənətinin əsl ustaları çalı-şırdı.
03 noyabr 2020-ci ildə Ş. Ağayev qəflətən vəfat etmişdir
Qeyd:
Bu məlumatın hazırlanmasında Bahadur Abdulayevin “ Hişkədərə: tarix və müasirlik” Bakı, 2021-ci il, 240 səh. kitabından, ASE-nın III, VI, X cildlərindən istifadə edilmişdir.
Hişkədərə İnzibati Ərazi Dairəsi haqqında məlumatların toplanmasında böyük əməyi olan Nihad Mikayılova, Əntiqə Tağıyevaya ensiklopediyanın işçi qrupu adından təşəkkür və minnətdarlığımızı bildirirk.