Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəsədi yanmış oğullar, ürəyi dağlanmış analar... - FOTO-FACİƏ


“İstəyirəm ki, hər bir rus anası yanmış övladının yatdığı tarlaya ayaq bassın”

“Ruslar cəsədləri çantalara qoydular... Oğlumun sinəsində adı yazılmış jeton vardı və bir də onu şalvarından tanıdım, düymələrini özüm tikmişdim – 100 faiz bilirəm ki, bu, mənim körpəmdir”

Bu materialın qəhrəmanları - Vinnitsa sakinləri Lyudmila və Nataliya bir-birlərini tanımırlar, lakin onların faciəvi hekayələri çox oxşardır. Onların hər ikisi müharibədə oğullarını itirib. Və Ukrayna Silahlı Qüvvələri (USQ) əsgərlərinin cəsədlərinin hansı şəraitdə evə qaytarılması bəzilərində şok yarada bilər.

Xersonun işğalının ilk həftələrində Lyudmila rusların nəzarətində olan əraziyə girə və həlak olmuş oğlu Maksimin cəsədini çıxara bildi. Nataliya isə oğlu Romanın cəsədini döyüş meydanında yalnız Xarkov vilayətinin ərazisi azad edildikdən sonra tapa bildi.

Hər iki qadının yaşadığı Vinnitsaya onlarla görüşmək və hekayələrini yazmaq üçün getdik.

Lyudmila: "Oğlumun meyitini maşının baqajında çıxartdım"

"Burada hər şey olduğu kimi qalır və hər şey olduğu kimi qalacaq", - deyə Lyudmila Kupriyçuk bizə bir vaxtlar oğlu Maksimə məxsus olan otağı göstərir.

İndi burada oğlunun xatirəsinə kiçik bir ev muzeyi var. Onun cəmi 20 yaşı var idi. Müharibənin ikinci ayında həlak oldu.

Lyudmilaya Maksimi xatırladan hər şey divanda və pəncərənin üstündə səliqə ilə düzülüb: onun idman forması, idman yarışlarında aldığı medal və mükafatlar, diplomlar, məktəb albomları, vaxtilə anasının ona verdiyi bir şüşə ətir, əmək dərslərində hazırladığı suvenirlər...

Burada onun çoxlu şəkilləri var. Budur, o, hələ də qalstuklu məktəb formasında kifayət qədər gəncdir, burada isə artıq hərbi formada, kameraya bir az utanaraq gülümsəyir. Yanında anası və bacısı var, onun üçün çox sevinir, onunla fəxr edirlər. Lyudmila ehtiyatla bu şeylərə toxunur, sanki oğlunun saçını sığallayır. Bütün bunlar onun yaddaşında qalıb.

"Müharibə övladımı məndən aldı, nəinki məndən - uşaqları, kişiləri, valideynləri götürür, hamını alır" - Lyudmila deyir.

Onun aydın və cingiltili səsi oğlunun hərbi formasını əlinə alanda qəfil qırılır. Hava hücumu qoşunlarının emblemi olan şevron çətin tanınır - o, çox yanıb. Ruslar onun bölməsini “Qrad”larla vurduğu zaman Maksim Xerson yaxınlığında öldü.

O, peşəkar hərbçi olub, Lvovda xidmət edib və cənuba köçürüldüyünü anasına deməyib. Onun narahat olmasını istəmirdi. Müharibə başlayanda Lyudmila əvvəlcə oğluna zəng etdi: "Onun orada (Xersonun yaxınlığında – red.) olduğunu təsəvvür edə bilməzdim. Hər dəfə onunla danışanda deyirdi ki, hər şey yaxşıdır, Lvovdadır".

Lyudmilaya onun ölümü barədə oğlunun sevgilisi məlumat verib: "Dedi ki, Maksim öldürüldü. Vəssalam, başqa heç nə xatırlamıram. Bircə onu bilirəm ki, çox qışqırdım. Yanmış zirehli transportyorun, yanmış cəsədlərin bu şəklini mənə atdı".

Lyudmilanın səsi qırılır, o, göz yaşlarını silmək üçün söhbəti  saxlayır: "Bu, Geniçesk - Novaya Kaxovka şossesidir - orada ölüblər. Mən başa düşdüyüm kimi, onları Kaxovka SES-in mühafizəsinə göndəriblər. “Qrad”larla bombalayıblar, amma onların sadəcə avtomatları olub".

Maksimin ölüm yerindən olan senzurasız göstərilməyəcək qədər dəhşətli fotoşəkil döyüş yoldaşları tərəfindən göndərildi. O, oğlanın ölümünü təsdiqləyib.

Sonra Lyudmila ilk dəfə Berislavdan uzaq olmayan Dnepr çayının sağ sahilindəki Tomarino kəndi haqqında eşitdi. Oğlu orada ölüb. Məhz orada - kəndin kənarında, tarlalarda, Şilova Balka adlı qoruğun ortasında onun cəsədi uzanmışdı. Və qadının ürəyini qırdı.

"Təsəvvür et ki, evdə uzanırsan, axşam gələndə dəli olursan. Uşağın açıq tarlada yatdığını başa düşürsən, gecələr şaxta vurur. İndi orda donur, yanında onun üstünü örtəcək heç kim yoxdur", - deyən Lyudmila üçün danışmaq o qədər çətindir ki, dincəlməsi üçün vaxtaşırı səsyazmanı dayandırırıq.

Qadın Maksimin hərbi hissəsinə zəng vursa da, ona gözləməsini deyiblər: "Gözləyin - bu, yəqin ki, ağlınıza gələn ən pis sözdür. Biz də gözlədik. Hər səhər hərbi hissəyə zəng vururdum və eyni cavabı eşidirdim - heç bir məlumat yoxdur, gözləyin”.

Bir neçə gündən sonra o, daha çox gözləyə bilməyəcəyini başa düşdü: "Keçmiş ərim, Maksimin atası mənə zəng etdi və dedi: "Sənə telefon zəngi gəldi?" Deyirəm: "Xeyr. Bəs biz nə edəcəyik? Gedək?” Dedi: “Yaxşı”.

Və getdilər. Martın 4-ü sübh çağı, oğlunun ölümündən bir həftə sonra onu axtarmağa getdilər. Bu səfər üçün xüsusi olaraq alınmış köhnə “Mercedes”də: o zaman Tomarino artıq işğal olunmuşdu və yerli sakinlər rusların mülki şəxslərdən maşınları yığmağa başladığı barədə xəbərdarlıq etmişdilər.

"Heç bir plan yox idi. Plan sadəcə onu tapıb evə gətrimək idi", - deyir qadın.

Beləliklə, maşın sürdülər: plansız, yalnız xəritə, oğlunun öldüyü yerdən fotoşəkil və axtarışlarında onlara kömək etməyə razılıq verən yerli sakinin telefon nömrəsi ilə.

Bir neçə saatdan sonra Tomarinə çatdılar. Orada xaos hökm sürürdü. Kənd indi işğal altında olduğu üçün mərkəzə toplaşan izdiham bundan sonra nə olacağını anlamağa çalışırdı. Ruslar işğal olunmuş ərazilərdə yenicə məskunlaşmağa başlamışdılar, ona görə də heç kim Lyudmilaya və onun ərinə o qədər də əhəmiyyət vermirdi.

Onlar yerlinin müşayiəti ilə düşmənin ilk keçid məntəqəsinin dayandığı kənddən kənara çıxdılar. Lyudmilanın dediyinə görə, orada ruslar yox idi. Silahlı şəxslər ona “DXR”-dən olduqlarını bildiriblər: "Maşından düşüb pulemyotu mənə tuşlayan adama tərəf gedirəm".

Qadın etiraf edir ki, oğlunun meyitini götürmək üçün, onu tarlaya buraxmaları üçün hər şeyi etməyə və deməyə hazır idi. O da başa düşdü ki, indi onların taleyi bu silahlı insanların əlindədir. Bələdçinin məsləhəti ilə hələ kənddə olarkən telefonlarını söndürmüşdülər.

"Mənim özümlə götürdüyüm tək şey Maksimin doğum haqqında şəhadətnaməsi və pasportum idi. Əgər bir şey olsaydı, məncə, bizi kimsə tapa bilməzdi", - Lyudmila deyir.

O, hələ də necə olduğunu başa düşə bilmir, lakin silahlılarla danışıqlar aparmağı bacarıb. Onu oğlunun öldüyü yerə aparmağa razılaşıblar. Lyudmila onların maşınına mindi, keçmiş əri də arxasınca getdi. Qorxub-qorxmadığını soruşuruq. Başını bulayır və bir sözlə cavab verir - “iyrənc bir hiss idi”.

Maşın işə başladı. Pəncərədən bayırda indi ölü zonanı xatırladan ərazi üzürdü: yandırılmış torpaq, cəsədlərlə və yanmış avadanlıqlarla dolu ərazi.

Nəhayət, dayanacaq və qarşıda tanış bir şey - BTR. Lyudmila yerindən tərpənə bilmədi və sanki yerə zəncirlənmiş kimi ayaqda qaldı və əri oğlunun cəsədini axtarmağa getdi.

"Mən gördüm ki, tatuya baxmaq üçün əsgər gödəkcəsini necə cırdı – baxsın ki, qolunda döymə var, ya yox... Bəli... onu yalnız döyməsindən tanımaq mümkün idi. Yalnız döyməsindən... Başqa heç nə yox idi. Qoruq qoruqdur... O vaxtlar artıq ikinci həftədir ki, orada yatırdılar və cəsədlər vəhşi heyvanların da yemi olmuşdu. Sən oğlunun dişlənmiş, yanmış cəsədinin yanında dayanmısan, ətrafdan isə Z yazılı tanklar keçir”, - Lyudmila dayanır, sanki hekayəsini davam etdirmək üçün güc yığır.

O, əri ilə birlikdə evdən yorğan götümüşdülər. Maksimin cəsədini ona bükdülər: "Deyirəm: "Tolya, onu baqajda aparacağıq?" Uşağını baqajda necə aparmaq olar? Mənə baxıb deyir: "Sakit ol, uzaqlaş! Sadəcə buradan getməliyik”.

Və getdilər. Evə gedən yol çox uzun idi, çünki həmin an insanlar Ukraynanın cənubundan və şərqindən kütləvi şəkildə qaçırdılar. Lakin Lyudmila və kişi izdihamı yarıb keçə bildilər. Ruslar hələ də işğal etdikləri ərazidə öz nəzarət-buraxılış məntəqələrini qura bilməmişdilər, ona görə də heç kim onların qarşısını almırdı.

"İlk Ukrayna nəzarət-buraxılış məntəqəsi Krivoy Roqda idi. Bizi yoxlamaq üçün təzəcə əsgər olan gənc oğlan gəldi. O, yük yerini açmağı xahiş etdi. Mən isə deyirəm: "Onu açmaya bilərik?” Bagajı açdıq, getdi komandirini çağırmağa, polis də gəldi. Baxdılar və sadəcə bağladılar. Bizi hər yerə Krivoy Roqdan buraxdılar. Maşının nömrəsini verdilər, bizi saxlayanda, nömrəyə baxdılar və “Yaxşı yol!” dedilər”, – deyə qadın xatırlayır.

Sonra Aleksandriya (Ukraynanın Kirovoqrad vilayətində şəhər) idi. “Orada da bizi necə saxladıqlarını heç vaxt unutmayacağam, avtomatları bizə tuşladılar: “meyit daşıyırsınız, amma heç bir sənəd yoxdur. Siz cinayətkarsınız”. Deyirəm: “cinayətkarları tutdunuz, avtomatları tuşladınız, “Əllər kapotda!” qışqırdınız”. Deyirəm, “aranızda uşağını maşının baqajında aparan varmı? Uşağınızı tarladan götürmüsünüzmü? Onu ədyala büküb maşının baqajında aparmısız?” - Lyudmilanın səsi göz yaşlarından titrəyir.

Onlar Vinnitsaya 12 saat maşın sürdülər. Lyudmila deyir ki, indi Maksimin cəsədini görməkdə israr etmədiyi üçün özünü qınayır: "Biz meyitxanaya gəldik. Orada göstərdikləri yeganə şey uşağımın əli idi. Başqa heç nə görmədim. Uşağımın hər barmağını gördüm. O qədər soyuq barmaqlar, o qədər kiçik dırnaqlar. Və latın hərfləri ilə belə bir döymə: "Heç vaxt təslim olma". Patoloqun dediyi kimi, öləndən sonra onun üstündən hərbi maşınla da keçmişdilər. Yaxşı, nəyə görə? Onun indi qalxıb onlara çatacağından qorxdular? Başını qəlpə qoparmışdı. Sadəcə onu mənə göstərmədilər, çünki başı yox idi. Tolya deyir: onu olduğu kimi xatırla. O, mənimdir, o mənim ən yaxşımdır, mənim uşağımdır".

İndi Lyudmila normal həyat sürməyə çalışır, işə gedir, evdə gəzir, it gəzdirir. Lakin o, içindəki nəyinsə qırıldığını deyir. Və hər ayın 25-də qəbiristanlıqda oğlunu ziyarət etmək üçün bir gün istirahət götürür.

Qadın etiraf edir: "Mən heç vaxt bu qədər nifrət etməyin mümkün olduğunu düşünməmişdim. Ruhunla nifrət etdiyin şeyə deyil, bədəninin hər hüceyrəsi ilə nifrət edirsən. Tək Putin yox, bütün xalqa nifrət edirsən, çünki Putinlər var. Tətiyi basan Putin deyil, uşaqlarımızı güllələyən Putin deyil. İstəyirəm ki, onlar bizim hiss etdiklərimizi hiss etsinlər. İstəyirəm ki, hər bir rus anası yanmış övladının yatdığı tarlaya gəlsin. Bu, vəhşilik kimi səslənə bilər, amma mən bunu istəyirəm”.

Biz Maksimin otağının ortasında dayanmışıq. Lyudmilanın ağrısı o qədər güclüdür ki, sanki ona əllə toxunmaq olar. Oğlunun formasını üzünə yapışdırır, sanki son dəfə onu qucaqlamaq istəyir, amma o, qucağından sürüşüb çıxır.

Maksim Kupriyçukun ölüm şəraiti ilə bağlı şərh almaq üçün onun xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlaya bilmədik...

Natalya: “Qatil mənə oğlumu necə öldürdüyünü danışırmış…”

"Bir dostum mənə dedi ki, məndə oğlumu geri qaytarmaq paranoyası yaranıb. Amma oğlum tapılıb dəfn olunmağa layiq idi", - Natalya Karpova oğlu Roman haqqında söhbət edərkən deyir.

Deyəsən, o da bu otaqdadır, fotolardan bizə gülümsəyir - yaraşıqlı, sağlam və həmişə gəncdir. Onun 30 yaşı var idi. O, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində elektron müharibə mühəndisi vəzifəsində çalışıb və aprelin sonunda dünyasını dəyişib.

Natalya oğlunun cəbhəyə göndərildiyini bilirdi, amma Roman dəqiq harada olduğunu demirdi, ona görə də ancaq təxmin edə bildi. Onun ifadələrinin fraqmentlərindən və sosial şəbəkələrdəki nadir mesajlardan qadın başa düşdü: oğul indi ən qaynar yerdədir.

Aprelin 23-də Roman əlaqə saxlamadı. Pasxa həftəsonu idi və Natalya narahat olmağa başladı, çünki həmişə valideynlərini təbrik etmək üçün zəng edirdi. İki gündən sonra o, ciddi narahat olmağa başladı və bölmənin komandiri ilə əlaqə saxladı.

Qadın zabitin sözlərini sitat gətirir: “Narahat olmayın, heç bir əlaqə yoxdur, onu zirehli maşınlarla çıxarıblar”.

Sonra Romanın yoldaşlarından oğlunun öldürüldüyünü öyrəndi: “Hərbçi olmasalar da, mənim işimə gəlib dedilər ki, “Nataşa xala, oğlun ölüb””.

Dostlar Rusiyanın “Telegram” kanalında mərhum Romanın fotosunu tapıblar, lakin hərbi hissədən bu barədə heç kimin xəbəri olmayıb.

"Bölmə komandirinə zəng etdim dedim: oğlum öldü. Cavabında eşitdim: "Nə danışırsan, nə deyirsən?” Deyirəm: məndə artıq şəkil var. Dedi: “Təcavüzkarın saytlarından istifadə edirsən, bu, dezinformasiyadır!". Deyirəm: oğlumun öldüyünə dair şəklini tapdığım yeganə yerdir”. Soruşdu: “Oğlunun cəsədini tapmaq üçün siz nəsə edirsiniz?” Cavab verdim: onun öldüyünə dair əlimizdə heç bir sənəd yoxdur”, - deyə qadın hərbi hissə ilə əlaqə saxladığını xatırlayır.

Məhz o zaman Natalya Romanı evə gətirmək istəsə, ona çox güc və cəsarət lazım olacağını aydın başa düşdü. O, vaxt itirməmək qərarına gəldi və əlində olan yeganə ipucunu götürdü - ölən oğlunun şəkli.

Bu şəkil hələ də onun telefonundadır. Hər şey onunla başladı: "Fotoda üç cəsəd var: oğlum və daha iki cəsəd”.

Həmin ikisinin 95-ci briqadanın döyüşçüləri olduğu ortaya çıxdı - ruslar sənədlərini internetdə yerləşdirdilər. Qadın bu briqadanın rəhbərliyinə müraciət edərək kömək istəyib.

"Oğlum sizin 95-ci briqadanın iki döyüşçüsü ilə yanaşı uzanıb, oğlum Hərbi Hava Qüvvələrindəndir. Hərbi Hava Qüvvələri mənə heç kömək etmir, heç bir məlumat vermirlər. Amma sizin iki döyüşçünüz olduğuna görə kömək edin. Mən oğlumun cəsədini tapmıram, haradadır, məndə heç bir məlumatım yox idi... Bir fotoşəkil var - onlar boşluqda uzanıblar, hamısı snayper tərəfindən vurulub", - deyə Natalia danşır.

O, rədd edilmədi. Bir müddət sonra o, oğlunun İzyum yaxınlığındakı Dolqenkoe kəndi yaxınlığında öldüyünü öyrəndi. 95-ci briqadanın əsgərləri onun cəsədini pilotsuz uçan aparatın köməyi ilə aşkar ediblər, lakin onu götürmək mümkün olmayıb. O vaxt şiddətli döyüşlər gedirdi. Sonradan ərazi işğal edildi.

Natalya bir neçə uzun çəkən ay gözlədi və xəbərləri izlədi, amma yox idi. Yalnız Rusiyanın ictimai səhifələrindən Romanın yatdığı yerdə nə baş verdiyini öyrəndi.

"Rusların oraya girməsinin videosunu tapıram və rus zabitlərindən biri mənə bu cəsədlərin ona necə iy verdiyini, onları necə çıxardıqlarını və (əvvəl) pusquda onları necə vurduqlarını danışır. Əslində, qatil mənə oğlumu necə öldürdüyünü və cəsədini necə kənara atdığını danışırmış", - deyən qadıının səsi kin və ağrı ilə doludur.

O, hər şeyə hazır idi, hətta İzyuma getməyə və ruslarla danışıqlara getməyə hazır idi, lakin bu, çox təhlükəli idi. Nəhayət, sentyabrda Ukrayna Silahlı Qüvvələri bu ərazini azad etdi və Natalya dərhal axtarış qrupu təşkil etməyə başladı.

“Ümidsizlik, bir növ isteriya vəziyyətində idim, çünki başa düşdüm ki, indi payızdır, yüngül şaxtalar başlayandan sonra yarpaqlar tökülməyə başlayacaq, hər şey yuxuya gedəcək və heç kim tapılmayacaq. Altı ay keçdi, nə oldu? Məncə, payız daha da irəli getsə, qarla örtülsə, yaza qədər bu cəsədlərdən heç nə qalmayacaq”, - deyir dərdli ana.

Bacardığı hər kəsə zəng etdi, media ilə danışdı, rəsmilərə yazdı. Telefonunda qadının kömək istəmədiyi bir nəfər də olsun əlaqə qalmayıb: "Bütün bu müddət ərzində oğlumun cəsədinə gedə bilmədim, amma insanlara onun götürülməli olduğunu unutdurmadım".

Axtarış qrupu, nəhayət, Dolqenkoyeyə yola düşəndə Natalya da onlarla getdi: "Mən təşkil edə bildim ki, konoloqlar, sapyorlar getsin. Könüllülər gəldi, rəfiqəm bizə qoşuldu. Bir sözlə, Hərbi Hava Qüvvələrinin nümayəndələri istisna olmaqla, hamı orada idi".

Ölümdən altı ay sonra, uzun sürən döyüşlərin sonrasında cəsədlərin axtarışı ümidsizlik və dəliliklə həmsərhəd olan bir missiyadır. Geri çəkilən ruslar ərazini minalamışdılar. Bədbəxt torpaq, sınıq-salxaq yollar, keçilməz bataqlıqlar, çəmənliklər və kolluqlar... Birinci istehkamçılar qrupu həmin ərazidə partladı, lakin onlara kömək olundu, xəstəxanaya göndərildi və axtarışları davam etdirdilər.

Natalyanın bizə göstərdiyi videoda yalnız keçilməz kolluqlar görünür, ancaq pərdə arxasındakı axtarış əməkdaşının səsi deyir: "Uşaqları tapdıq. Biri budur, ikincisi, üçüncüsü də var".

Altı aydan sonra təbiət öz işini gördü, kiminsə oğlunun burada yatmasına əhəmiyyət vermməmişdi. Burada hər şey həmişəki kimi davam edirdi: çöl çiçəkləri açdı, günəş otları yandırdı, ağaclar və kollar böyüdü, yarpaqlar töküldü. Bu vəhşi məkanın ortasında itib-batanları ancaq axtarış itləri tapa bilərdi.

"Rusların videosunda olduğu kimi orada üç nəfər uzanmışdı. Məlum oldu ki, onları sadəcə dərəyə atıblar. Onlar bu cəsədləri götürüb apardılar, çantalara qoydular, şəxsiyyətlərini müəyyənləşdirdilər. Onun sinəsində adı yazılmış jeton vardı. Bir də onu şalvarından tanıdım, düymələrini özüm tikmişdim. 100% bilirəm ki, bu, mənim körpəmdir. Cəsədləri tapanda bir qədər rahatladım ki, nəhayət, uşağımı gördüm, götürdüm və basdıracağam", - deyə qadın ah çəkir.

Romanın jetonu indi onun qonaq otağında, oğlunun şəkillərinin yanındakı rəfdədir. Onun portretinin altında bir tikə çörək ilə bir stəkan araq var. Roman söhbətimizdən bir neçə gün əvvəl dəfn olundu. Onun ölümündən 6 ay keçib.

Natalya öz missiyasını yerinə yetirdi - oğlunu evə qaytardı, lakin bu, ona istədiyi rahatlığı gətirmədi. Ondan indi necə yaşadığını soruşuruq və bu güclü qadının səsi bütün söhbət boyu ilk dəfə göz yaşlarına boğulur.

Deyir: "Həyat yoldaşımla oğlumuzun ölməsini qəbul edə bilmirik. Bizdə belə bir düşüncə var idi: uşağımız orada uzanıb və onu evə qaytarmalıyıq. Bu günlərdə isə mən ancaq qəbri görürəm. Qəbiristanlığa gedirik, hər şey çələnglərdə, çiçəklərdə... Gözümüzün qabağında yalnız məzar. O zaman biz oğlumuz olmadığı və bir daha olmayacaq faktı ilə yaşamağı öyrənəcəyik".

Oğlunu evə qaytarmaq üçün Natalyaya çox adam kömək etdi, lakin bəzilərindən kömək ala bilmədi: "Mən onu axtardım və tapdım, lakin Hərbi Hava Qüvvələrinin köməyi olmadan, bu qədər məmurun köməyi olmadan".

Dekabr ayında onunla danışdığımız zaman o, Romanın ölümü ilə bağlı hərbi komissarlıqdan bildiriş belə, almamışdı: “Bilirsiniz, bu, gülüncdür, mən artıq oğlumu dəfn etmişəm, oğlum aprelin 23-də vəfat edib, yalnız indi sənədlər hazırlanacaq ki, evimə gəlib desinlər: əziz Natalya xanım, oğlunuz vəfat edib, budur bildiriş”.

“Mən Ordunun Baş Komandanı Valeri Zalujnıdan, Prezident Vladimir Zelenskidən çox istəyirəm ki, bütün dünya bilsin ki, qərargahda belə adamlar var, müəyyən xidmətlərə rəhbərlik edən məmurlar var, onlar orduya insanlarda inamsızlıq yaradırlar. Mən həqiqətən tezliklə qələbə istəyirəm. İstəyirəm ki, mənim vəziyyətimə daha heç bir ana daha düşməsin”, - qəzəbini boğmağa çalışmayan ana bildirir.

Lakin müharibə davam edərkən, Natalyanın arzusu yerinə yetirilməmiş qalır. Bu çəkilişdən sonra hərbi komissarlıq Romanın ölüm xəbərini verdi. Hərbi Hava Qüvvələrində onlar etiraf etdilər ki, həmin şəxsin xidmət etdiyi bölmənin komandanlığı kapitan Roman Karpovun vəfatının şərtləri ilə bağlı "müəyyən səhvlərə yol verib və onun axtarılması üçün formal hissələri işləyib hazırlamayıb".

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanının müşaviri, general-leytenant Oleq Qruntkovski əlavə edib ki, şiddətli döyüşlər və İzyum yaxınlığındakı ərazilərin sonradan işğalı səbəbindən yerlərdəki hissələrin komandanlığında vəziyyətlə bağlı bütün məlumatlar yoxdur: “Biz onun döyüş tapşırıqları və ölümü haqqında tam məlumat ala bilmədik. Mən Natalya İvanovnanın qarşısında baş əyirəm, o, oğlunu axtarmaq üçün böyük qüvvələrdən istifadə edib. Ayrı-ayrı strukturlar axtarış əməliyyatları ilə məşğuldur və o, bu prosesi xeyli sürətləndirib”.

(BBC)

Müəllif: Ayna.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10